Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə20/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   16   17   18   19   20   21   22   23   ...   103

 
86 
*** 
Alıpaşa ağa pəncərədə oturub, xanım ilə  qəlyan çəkməyə 
məşğul idi. Qulluqçu Gülsüm qarının gəlməyini xəbər verdi. 
Xanım zəhmli üzünü qulluqçuya döndərib, lap yoğun kişi səsi 
ilə dedi: 
– Çağır gəlsin içəri. 
Gülsüm qarı daxil olub oturdu. Xanım yavaş səslə: 
– Xeyirdirmi, a Gülsüm qarı? 
– Xeyir olmamış nə var, xanım, sənə canım qurban, gəldim 
görüm bəylər nə təhər dolanırlar; biz də bəy olmaq istəyirik. 
Qarı sözlərini qurtarmamış qəhqəhə çəkib güldü. Xanım da 
gülümsündü. Alıpaşa ağanın da üzünün qırışları bir balaca 
açıldı. Bir az sükut bərpa oldu. Gülsüm qarı gözlərini otağa 
gəzdirib, təbəssümlə: 
– Bizim Fərəc də sizinki kimi otaqları  rənglədib, kişi 
öhdəsindən gələ bilmir; neçə min manat evə xərc çəkib. 
Qarının sözlərinə bəy və xanım əsla etina etmədilər. 
Bir az da sakitlik düşdü. Gülsüm qarı cürətli: 
– Xanım, başına dönüm, bax, puldan çox pulumuz, maldan 
çox malımız; yaxşı evimiz... Fərəc də başı aşağı bir uşaqdır, elə 
öz uşağınızdır. Vallah, sizə  də layiqdir: gözəl-göyçək... yanı 
qızınızın biri də bizə düşməz? 
Gülsüm qarı sözü qurtarmamış yenə gülməyə başladı. Bu 
səfər xanım qarının cavabında üzünü turşudub,  ərinin üzünə 
baxdı.  Əri də siması  sərt bir hal alaraq arvadına baxdı, sonra 
Gülsüm qarını başdan ayağa acı bir tərzdə  nəzərdən keçirdi. 
Alıpaşa ağa hirsindən istədi qəlyanı götürüb, qarının başına 
çırpsın; çünki adəmdən xatəmə görünməmişdi ki, bəy qızı 
əsnafa verilsin. Bir də xan «lənət şeytana!» deyib, sükuta getdi. 
Xanım istədi durub qarını saçlasın, sonra bir təhər sakit 
olub, öz-özünə dedi: «Məsəldir ki, «qız ağacı–qoz ağacı; hər 
yetən bir daş atar». Amma har daş atanın da bir cavabı var ki, 
verərlər. Əsnaf arvadı bəy qızına elçi gələndə deyərlər: «yolun 
altı ilə  gəlmisən altı ilə qayıt, üstü ilə  gəlmisən üstü ilə; 
 
87 
rəiyyətsən tayını tap...» 
Alıpaşa ağa özünü toxdadıb, ehmal bir səslə qarıya dedi: 
– Bacı, qızı  sənin oğluna verməyə  mənim heç bir sözüm 
yoxdur. Ancaq bizim də böyüyümüz var, ağsaqqal var, deyərik, 
görək o nə məsləhət görür. 
Alıpaşa ağa bu sözləri dedikçə səsində acı bir məğlubiyyət 
və  kədurətli bir sızıltı  eşidilirdi. Sadəlövh qarı isə  ağanın 
əhvalını anlamır, sözlərindən bir dərəcə  şad olmuşdu ki, öz-
özünə gülümsünürdü. 
*** 
Gülsüm qarı pilləkəndən enib, gedə-gedə belə xəyal edirdi: 
«Yuxum çin oldu: qızı lap alıb qurtarmışam... ağsaqqal da nə 
deyəcək ki, o da razı olacaq». 
Qarı dadlı-dadlı  xəyallar edə-edə  həyətə enmişdi, bir də 
pilləkənin altından iri gövdəli bir it sıçrayıb, qarını basmarladı. 
Qarı qışqırmağa başladı. İt onun paltarını didik-didik edib yerə 
tökdü. Biçarə arvad nə  qədər səs-küy saldısa, haraya bir kəs 
gəlmədi. Axırda əlacsız qalıb, bir təhər itdən xilas olub, özünü 
çörək təndirinə soxdu və  dəmir sacı başına çəkdi.  İt yetirib, 
arvadın əllərinin dərisini tamam dişləri ilə soyub tökdü. 
Alıpaşa ağa balkona çıxıb çığırdı: 
– Ay uşaq, iti bağlayın! 
İt bağlandı. Gülsüm qarını qanına bulaşmış  təndirdən 
çıxardılar. Ağa istehzalı bir təbəssümlə üzünü qarıya döndərib 
dedi: 
– Bacı, görünür ki, «ağsaqqal» qızı verməyə razı deyilmiş. 
*** 
Qarı güc ilə özünü evinə yetirib, bərk titrətdi və üç gündən 
sonra... öldü. Yuxuda at şıllağı görmək titrədib ölmək 
mənasında imiş!.. 
 
1910


 
88 
AĞ BUXAQDA QARA XAL 
 
  Çağırram hay da verməz,  
 
  Bədəsil fayda verməz;  
 
  Ağ buxağın altından 
  Bir 
öpüş pay da verməz. 
   
 
 
 
 
 
 
 
   
          Bayatı 
 
Məşhəd məscidlərinin birindən camaat dəstə-dəstə  çıxıb 
dağılırdı. Yolun o tay-bu tayında hasar təşkil edən dilənçilər, 
kor və  şillər, qolları  kəsilmiş cahıl və ahıllar çamaatı  əhatə 
edərək sədəqə diləyirdilər. Dilənənlər arasında bir çox rübəndli 
qadınlar da vardı. Bunların bəzisi kişiləri: «Ağa, siğə 
mixahi?»–deyə yan küçələrə doğru izləyirdi. Kimi qadınların 
təkliflərinə razı olaraq, arxalarınca gedir, kimi məna verməyib
onlardan uzaqlaşmağa çalışırdı. Kənardakı hovuzun yanında 
uca boylu, ağ rübəndli bir qadın durub, gözlərini məscidin 
qapılarına dikmişdi. Yenə xalq məsciddən axın-axın çıxıb, yan 
küçələrə yayılırdı. Bir də, məscidin qapısında qara xətli, ipək 
cübbəli, gənc bir mərsiyəxan göründü. Məğrur bir halda sağ 
tərəfə yönəlib, nəleynini geydi və iki əli ilə tirmə sarığını 
düzəltdi, sonra gümüş başlı  əsasını müceirdən alıb, yavaş 
addımlarla məscidin səkisindən aşağı enməyə başladı. Hovuzun 
kənarında duran qadın bunu görər-görməz arxasınca getməyə 
başladı. Mərsiyəxan dar və  əyri küçələri birər-birər keçərkən 
qadın da onu təqib etdi. Tənha bir timçədə qadın mərsiyəxana 
yanaşıb durdu. Mərsiyəxan da ayaq saxladı. 
– Bacı, mənə görə qulluq?–dedi. 
Qadın titrək və narın bir səslə: 
– Ağa, qulluq deyil, şəriəti-peyğəmbərdir. Məni özünə siğə 
etməni xahiş edirəm. 
Təklif mərsiyəxanı heyrətə  gətirmədi–siğə  və mütə  İranda 
kök atmış ən adi bir dini adətdir. Buna baxmayaraq mərsiyəxan 
 
89 
«yoxsa məni lotular əlinə salmaq istəyir»–deyə düşündü. 
Qadın bir az da cəsarətli: 
– Ağa, məni Xorasanın başqa qadınları kimi gündə neçə 
kişiyə mütə olan  qadınlardan bilmə. Xeyr! Mən bu gün səni 
mənbərdə ağlayan gördüm. Məhz imam yolunda kirpiklərindən 
axan yaşların məftunu olaraq sənə siğə olmaq istədim. Bəlkə 
bunun səbəbinə allah təala günahlarımı bağışlaya! 
Mərsiyəxan xanımın sözlərinin doğru və  şəri olduğunu 
bilirdi, lakin getməyə  cəsarət edə bilmirdi, çünki lotular əlinə 
keçmək ehtimalı qüvvətli idi. 
– Nəcibə xatun, mənim siğəyə ehtiyacım yoxdur, 
şəhərimizdə  həm  əyalım, həm də siğə  kənizlərim var–deyə 
mərsiyəxan  əsli fikrini gizlədərək xanımın məramını anlamaq 
istəyirdi. 
Qadın ciddi səslə: 
– Ağa, bir günlüyə siğə et, yarım günlüyə et, bunu da 
istəməsən, nə eyib edər, bircə saatlığa et ki, tutduğum və 
qıldığım halala çıxsın! 
Xanımın 
şirin və etimadkar səsi mərsiyəxanın 
mühakimələrinə  qələbə çalmağa başladı. Çırpınan ürəyi  əqlin 
zəncirindən qurtararaq mərsiyəxanın  əndişələrini pərdələdi. 
Artıq bir söz əlavə etmədən xanımın arxasınca düşüb getdi. 
Çox çəkmədən xanım böyük bir darvazanın önündə durdu. 
Darvaza açıldı, mərsiyəxanı  əlvan çiçəkli bağçanın rayihəsi 
qarşıladı. Gözəl xiyabanlardan keçib, əndərun dairəsinə 
gəldilər. Xidmətçilər bunlara nəzakətlə  təzim edərək, nəqşkar 
bir otağa gətirdilər. Pəncərələrin rəngarənk  şüşələrindən içəri 
düşən işıq gözəl xalılara, ipək püştə  və mütəkkələrə xarüqələr 
bəxş etmişdi, lumu ağacları  və çiçəklər bu mənzərəni bir qat 
daha süsləmişdi... 
Xanım rübəndini qaldırmayaraq, mərsiyəxana yer göstərdi. 
Bir də qapı açıldı, xidmətçi qadın əlindu aftafa-ləyən içəri girdi. 
Mərsiyəxan əllərini yuyub, silindi. Bu gedər-getməz bir xədim 
zənci gəldi, bürünc sinidə mavi bir gülabdan gətirdi, 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə