Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə21/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   17   18   19   20   21   22   23   24   ...   103

 
90 
mərsiyəxanın önündə diz çökərək, büt kəsildi. Mərsiyəxan 
gülabdanı alıb  ətirləndi. Zənci nəzakətlə  çıxıb getdi. Xanım 
qapını qapayıb yerində durdu. Mərsiyəxan xanımın məramını 
anlayaraq siğə duasını oxumağa başladı. «Qəbultü!»–deyər-
deməz xanım rübəndi və çarşabı atıb, mərsiyəxanın qarşısında 
cilvələnməyə başladı. Qara çatma qaşları, uzun kirpikləri, ağ 
buxağındakı qara xalı... ox olaraq mərsiyəxanın ürəyinə 
batmağa başladı. O, heyrətindən içini çəkərək: 
– Xudaya xudavənda! Bu nazənin sənəm huriyi-rizvanmı?.. 
Bu sərv qamət, bu cazibəli gözlər, siyəh danə... Bunlar 
röyamı?–deyə məst oldu. 
Xanım arxasında qoşa hörüklərini oynadaraq qapıya doğru 
getdi və iki dəfə: 
– Bəşir! Bəşir!–deyə çağırdı. 
Zənci qapının arxasında hazır durmuş kimi haman içəri 
girdi. İri bir məcməi gətirib mərsiyəxanın önünə qoydu və cəld 
yox oldu. Mina kuzənin altına çiçəklər və yarpaqlar 
döşənmişdi, yanında iki büllur qədəh, dürlü məzələr və çərəzlər 
vardı. 
Xanım mərsiyəxanla yan-yana oturub, şam kimi barmaqları 
ilə kuzəyə yapışdı.  Şiraz  şərabı  qədəhlərə doldu. Eyş  nəşəsi 
mərsiyəxanı qanadlandırdı. Sarığını  çıxarıb kənara qoydu və 
yaldızlı araqçınını düzəldib, büllur qədəhə yapışdı. «Guşeyi-
xərabata» sadiq bir «pir müğan» kimi qədəhi minnətdar bir hal 
ilə qaldırdı və: 
  
 
«Bibadə bəhar xoş nə başəd, 
   
 
Bigül ruxi-yar xoş nə başəd... 
– deyə beytin sonunu bitirməmişdi ki, xanım: 
   
 
«Baqi gülü mül xoşəst, leykin  
  
 
Bi 
söhbəti-yar xoş nə başəd!» 
– deyə beyti tamamladı. Sonra dodaqları ilə  qədəhin kənarına 
yanaşıb daddı və qədəhi mərsiyəxana verib, onunkunu alıb içdi. 
Şərab  ətrindən məst olmuş dodaqlar bir-birinə qovuşdu. Dadlı 
bir yoxluq müvəqqəti olaraq onları dari-fənadan ayırdı... 
 
91 
Qədəhlər yenidən doldu. Eyş  məclisi canlandı. Xanımın tar 
çaldığını  mərsiyəxan heç də gözləməzdi; tar gəldi, xanım 
köksünə basdı, mərsiyəxan da zümzüməyə başladı... 
Şərab, musiqi və incə dilbər nəşəsinə bir də lumu və 
çiçəklərin rayihəsi qarışıb, mərsiyəxanı  məst etmiş, səhər 
bülbülü kimi nalələri ilə otağı doldurmuşdu. Arabir susur, 
alovlu gözləri ilə qadını süzür, gülgün badə ilə qurumuş 
dodaqlarını isladırdı. Xanım da şərab ətri saçan dodaqlarını ona 
uzadır–qəlb çırpıntıları busələr qucağına atılıb onlar da məst 
olurdu... Dəqiqələr keçir, sanki qərinələr dolanır. Günəş rəngin 
şüşələrdən içəri  əlvan zolaqlar buraxır, xalılar min bir rəng 
çalır... 
Mərsiyəxanın titrək əli xanımın hərarət saçan belini qucur, 
o biri əli naşı ovçu kimi, mərmər sinədə dolaşır, məst dodaqlar 
ağ buxaqdakı qara xala qovuşur... 
Yenə  dəqiqələr illərə, illər qərinələrə qarışıb itir, iki qəlb, 
iki vucud dadlı bir yoxluğa dalır... 
Ayılırlar. Mərsiyəxan xumarlanmış gözləri ilə xanımı 
süzür... 
– Xanım – deyir, – bu  nə sirdir,  anlat  görüm?.. Sən 
kimsən, nəkarəsən? Hansı əfsanənin pərisisən? Anlat, hüsnünün 
əsiri olub bitirəm. 
Xanım totuq əli ilə  pərişan zülflərini qızarmış üzündən 
dağıdıb, ona həsrətlə baxır, susur. Uzun kirpikləri arasında odlu 
yaşlar parlayır: 
– Sən  əsir deyilsən – deyir, – mən  əsirin olub yanıram. 
Sənin ilk mərsiyəni dinlədikdə gözəl səsin bütün varlığıma 
hakim oldu, sızıltılı bir saz kimi təranələrini daşıyıb durdum. 
Səsin gecələr yuxumu, gündüzlər rahatlığımı əvəz edirdi. Yer, 
göy, bütün kainat bir xoş  səda olaraq məni oxşayır, eyni 
zamanda da için-için inlədirdi... 
Nəhayət, cəsarətləndim; mənə xudbin hisslər gəldi, o səs 
mənim olacaq dedim. 
Mərsiyəxan özünü xanımın qucağına atdı... 


 
92 
Xanım sona kimi sıçrayıb, mərsiyəxanın qucağından qaçdı 
və qəhqəhə ilə: 
– Molla, məni günaha batırdın: siğənin müddəti çoxdan 
tamam olmuşdur. Tez ol, geyin, get! 
Mərsiyəxan dizi üstə sürünərək, xanımı otaqda izləməyə 
başladı: 
– Gözəlim, günah nə deməkdir – mənəviyyatın  ən dadlı 
nemətlərindən deyilmi?.. Buralar bir cənnət, qədəhlərdə abi-
kövsər, sən hurim, ağ buxağın bir kitabi-şərif səhifəsi, xalın 
ismi-əzəm!.. Qoy o xalı bir də öpüm, qoy doyunca öpüm!.. 
Mərsiyəxan irəlilədikcə gözəl ondan uzaqlaşıb, 
qəhqəhəsində davam edirdi: 
– Olmaz! Qırxıq baş kişi, olmaz! Eşqində məni yandırdın, 
odladın; uzun gecələrimi göz yaşları ilə  bəzədim, həsrətdən 
bağrım lalə bağrı kimi yandı... İndi qoy səninki də yansın! Eşq 
dərdini asanmı sandın? 
Mərsiyəxan sıçrayıb xanımı qucdu, lakin xanım yenə ondan 
buraxılıb qəhqəhə ilə  kənara çəkildi. Mərsiyəxan hirsindən 
gözlərinin yaşını töküb yalvardı: 
 
– Ayüzlü gözəl, zalimlikdən nə  çıxar? Eşqin yolunda can 
verirəm, ağ buxaqda qara xalın dəlisi, divanəsiyəm. Vallah, 
billah, dəlisi olmuşam! 
 
– Ol, molla, ol, bəlkə  qəlbimdən çıxıb məni eşq odundan 
qurtarasan!.. Mən də  sənin yolunda az can verib, az göz yaşı 
axıtmamışam!.. 
Gözəl sözlərini qurtarmamış hönkürüb ağladı. «Allah-
əkbər, bu nə  qəribə  iş!»–deyə  mərsiyəxan heyrətə daldı. 
Yalvarırdı, ağlayırdı, ayağına yıxılırdı, yenə xanıma təsir 
bağışlaya bilmirdi. 
– Gözəlim–dedi,–bu əmmaməm,  bu quranım – hamısını o 
qara xalın yolunda ayağına tökürəm! Göz yaşlarımla qədəm 
qoyduğun torpağı isladıram... Rəhm qıl, məni eşq sevdasına 
yandırma! 
– Yox, olmaz! Mən yanan kimi sən də yanacaqsan!.. 
 
93 
Görürsənmi bu qara zülfü, xalı, bu şux sinəmi... Bunları bir 
daha görüb bağrına basmayacaqsan; öpüb göz yaşları ilə 
islatmayacaqsan!.. Get, get! Ağ buxaqda qara xalın illərcə 
həsrətini  çəkərək, mən odlanan kimi, sən də odlan! Sən xal de, 
buxaq de, ağla; mən da mərsiyəxan, xoş səsli mərsiyəxan deyib 
ağlayım. Ağlayaq da, bir-birimizi yad edib, həsrətdə yanaq... 
*** 
Ağarmış saçları çiyninə tökülmüş, pərişan saqqallı bir qoca 
yalın ayaqları ilə toz qopararaq, dar küçə ilə gedirdi. Əynindəki 
paltar solmuş, yıpranmış, qiyafəsindən hansı silkə  mənsub 
olduğu belə sezilmirdi. 
Qoca gedir, ayaq saxlayır, əllərini ölçə-ölçə düşünür, göz-
qaşını oynadır və öz-özünə «yuxu idimi?» deyə sual verib
yoluna davam edirdi. Qoca bu yolları illərdən bəri dolaşır, bu 
yollarda illərdən bəri dəyişiklik olmayan kimi, qocanın da 
hərəkətində  dəyişiklik yox idi. Yalnız getdikcə qocalıb, beli 
bükülürdü. Qoca yavaş-yavaş gedib bir darvazanın qabağında 
durdu. Yenə illərdən bəri gördüyü kimi qapalı idi. Ağacların 
budaqları darvazanın tağının üzərindən sallanaraq sakit 
durmuşdu.  İllərdən bəri  şahidi olduğu hal. Ancaq bəzən bu 
ağaclar yarpaqlı, bəzən yarpaqsız olurdu. Yazda çiçək açırdı, 
hədsiz arılar onun başına fırlanıb, vızıltı qoparırdı. Bu qədər. 
Bu neçə ildə o darvazadan bir adamın girib-çıxdığını 
görməmişdi. Adəti üzrə qoca saatlarca bu darvazanın qarşısında 
gözlərdi. Bu dəfə  də gözlədi. Lakin girib-çıxan olmadı. Yenə 
əllərini ölçərək düşündü, qaş-gözünü oynatdı  və öz-özünə 
«Yuxu idimi?»–deyə sual verib, yoluna davam etdi. Axşam 
qoca hücrəsinə qayıtdı. Bu dəfə hücrənin havası onda soyuq bir 
ümidsizlik doğurdu: ürəyi sıxılır, gözlərindən yaş süzülürdü. 
Başını divara söykəyib oturdu. Onda tühaf bir nəşə oyandı–
uzaq keçmiş gözlərinin qarşısında canlanmağa başladı. Sanki 
hücrənin küncünə göydən bir nur endi, ətraf işıqlandı, mina 
bardaqlar və büllur piyalələr düzüldü; hər yer çiçəklərlə 
bəzəndi, incə tar səsi eşidildi... «Yuxumu?»–deyə qoca yerində 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə