Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə22/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   18   19   20   21   22   23   24   25   ...   103

 
94 
qımıldandı: 
– Gəl, gəl, sənəmim, gəl! Göz yaşları olub yollarına 
səpildim! həsrətdən alov olub yandım!.. Ağ, incə geyimli gözəl 
küncdə dayanmışdı. Qara saçları  ağ  kərdənini qaplamışdı.  İri 
gözləri hüzn saçırdı, sanki: «Bilirmisən, molla, eşq dərdində 
yanıram, odlanıram!»–deyirdi. Qoca dəli kimi sıçrayıb, gözəlin 
ayaqlarını qucaqladı. 
– Eşqimlə yan, dedin, yandım! Həsrətlə dolandım. Xal 
dedim, buxaq dedim, odlandım. Bütün həyat və  nəşəmi göz 
yaşlarında boğdum. Axırda səni tapdım...  İndi yenə o səfalı 
dəqiqələr gəldi, yenə nazlı gözələ qovuşdum. Yenə ağ buxaqda 
qara xal ruhumu oxşayır... Bilirmisən, gözəl, qara xalın 
dəlisiyəm, dəlisi, divanəsi! Rəhm qıl, qoy bir də o xalı öpüm, 
qoy doyunca öpüm!.. 
Qoca gözəlin ayaqlarını qucub hərəkətsiz qalmışdı. O biri 
səhər onu hücrədə by vəziyyətdə  də buldular. Soyuq meyit 
əllərini qoynuna qoyub, dizi üstdə küncdə qalmışdı. 
 
 
1910
 
95 
MƏŞƏDİ  VƏ  KƏRBƏLAYI 
 
 – 
Ə, kərbəlayı, vallah, elə vuraram ölərsən! 
 
– Vurmayan çox pis adamdır! 
 – 
Sarsağın sözünə bax! 
 
– Sarsaqsan da, hələ də!.. 
Məşədi hirsindən özünü saxlaya bilmədi, çəpərdən sıçrayıb, 
kərbəlayıya bir elə yumruq ilişdirdi ki, kərbəlayının qarpız 
börkü bir saat diyirləndi, ...Çırpışma düşdü. 
Bir azdan sonra məşədi parçalanmış yaxası ilə qayıdıb evə 
gəldi, kərbəlayı da əzilmiş başı və cırılmış büzməsi ilə sallanıb 
yolu ilə getdi. 
Məşədi deyir ki, kərbəlayı naməhrəm ola-ola çəpərin 
altından ötəndə durub, arvad-uşağa tamaşa edir, kərbəlayı da 
deyir ki, cırılmış büzməmə  gərək yüz büzmə  cıram, özü də 
məşədinin baş-gözünü əzməmiş əl çəkməyəcəyəm. 
Sabah tezdən kərbəlayı başı  mıxçalı çomağı götürüb, 
məşədinin həyətinə baxıb öskürür. Kərbəlayı öskürməklə 
məşədiyə bunu demək istəyirdi ki, hünərin var çölə  çıx gör 
necə başını yarıram! 
İşdən müxbir olanlar deyirlər: 
 
– Ay kərbəlayı, gəl allaha bax, başını sal yolunla get! 
 
– Yox, olmaz! 
– Kərbəlayı, lənət  şeytana de, çomağı yerə qoy! Yox, 
kərbəlayıya  hirs qalib  olub, sülhlə  arası yoxdur. Rəngi qaçıb, 
dodaqları titrəyir və hirsindən ağzında tüpürçəyi də quruyub, 
qan qoxusu gəlir. 
Budur, məşədi  əlində çomaq çıxdı, kərbəlayı da qabağa 
sıçradı... Yenə  çırpışma düşdü: birçəklər yolundu, təpmə 
çuxaların büzməsi cırıldı... Bir azdan sonra harayçı tökülüb, 
kərbəlayını baş-gözünün qanı axa-axa götürüb getdilər; məşədi 
də rəngi qaçmış dodaqlarını gəmirə-gəmirə həyətə qayıtdı. 
Gecə  məşədi  şalvarını  çıxardıb, ağ tumanlı, qılçalarını 
ocağın qırağına çatıb istirahət etdikdə bir də gördü zəlzələ 


 
96 
qopdu, çubuq daxma təlatum etdi, damın torpağı səpilib ev ilə 
bir oldu. Məşədi yerindən dik qalxıb, həyəcanlı, küçəyə sıçradı, 
bir də gördü ki, kərbəlayı qohum-qardaşları ilə nallara bir örkən 
bağlayıb, daxmanı dartıb yıxmaq fikrindədir. 
Məşədi iki əllərini qarnına qoyub elə  çığırdı ki, səsinə 
qohum-qardaş tökülüb, daş  kəsəklə  kərbəlayıgilin qoparağını 
götürdülər və baş-gözlərini də lazımınca əzdilər. 
Kərbəlayı lalə-kəfən evə qayıtdı. 
İndi kərbəlayının başı sim eləyib, yatır və  hərdən  şişmiş 
gözlərini açıb arvada deyir: 
– Kərbəlayı  ağa kişinin qızı,  əgər yerdən qalxaram, 
məşədinin başını parça-parça elərəm; qalxmaram ki, başımın 
yarılıb, büzməmin çırılmağının əvəzi qiyamətə qaldı! 
 
 
1910
 
97 
ƏZİZ 
 
Ballı xala qabı  eşib, bir qızarmış iri kələm dolması tapıb, 
oğlu Qulunun ağzına uzatdı. 
– Qurbanın olsun anan, buncuğazı ye! 
Qulu cavabında «iştaham yoxdur» dedisə  də, Ballı xala 
dolmanı bir az da irəli uzatdı: 
 
– Yox, vallah yeyəcəksən! 
 
– A kişi, yemirəm! 
 
– Yox, yeyəcəksən! 
Qulunun iştahası yox idisə də, axırda əlacı kəsilib, rəngsiz 
dodaqlarını aralayıb, dolmanı içəri ötürdü. 
Ballı xalanın dul qızı Güldəstə dolma qabına bir tikə 
vuranda əlinə bir qırmızı üzək keçib, cəld qovzadı: 
 
– Qulu, bunuca ye! 
 
– A kişi, yemirəm! 
 – 
Bıy, ədə bir ağzını aç! 
Qulu istədi saralmış üzünü turşaldıb, bacısına acıqlansın, 
bir vaxt gördü üzəyin ucu ağzına yetib, yağı damcılayır. Əlacı 
kəsilib, yenə rəngsiz dodaqlarını araladı və üzəyi içəri ötürdü. 
Qulu üzəyi bir əngindən o biri ənginə aparıb, asta-asta 
çeynəyirdi, bir də gördü xalası kor Qızxanım qabdan bir sümük 
tapıb, apardı qıpıq gözlərinin qabağına və bir az oyan-bu yana 
çöndərib zənn ilə baxdıqdan sonra çığırdı: 
– Qulu, xalan kor olsun, bircə bu sümüyü gəmir! Qulu dolu 
ağzını çöndərib, ütük qaşlarını qovzuyub, altı-üstü  şişmiş 
gözlərini süzməkdə xalasına nə deyəcək idisə, beş altı yerdən 
onun sözünü kəsib çığırışdılar: 
– Bıy, bəs adam şikəst xalasının sözünü yerə salar?! Ye, 
nədir ki, bir sümükdür, dayna! 
Qulu səsini xırp kəsib, sümüyü qapdı. 
Ballı xalanın əri evindən döyülüb qovulmuş qızı Xırda bir 
yaxşı tikə tutub, gözləyirdi ki, Quluya versin. Qulu bunu görcək 
ağzında  əzilmiş üzəyi bir ənginə  yığıb, bacısının üstünə 


 
98 
çığıranda üzəyin bir parçası gedib boğazında qaldı  və 
öskürməyə başladı. 
Bir dəqiqədə ev səs ilə doldu: 
– Su, su! Gədəcik öldü! 
Ballı xala Qulunun dalına əli ilə döyəcləyib deyirdi: 
– Hamısı sənin! Hamısı sənin! 
Əri Kərbəlayı Gülüməli karıxdığından elə barmaqlarını 
yalaya-yalaya qalmışdı; dul bacı su gətirirdi; döyülüb qovulmuş 
bacı o baş-bu başa yüyürüb çığırırdı. 
Xala başını Qulunun üzünə yavıqlaşdırdı ki, ağzını tapıb, 
əlini soxsun... 
Xoşbəxtlik üz verdi–üzək Qulunun boğazından ötüb getdi 
və külfət sakit olub, öz xüsusi işlərinə məşğul oldu. 
Yatmaq vaxtı yetişdi; həyətə yüz mütəkkə getdi. Ağaçların 
altında yatacaqlar salındı. Qulunu dörd-beş adam yatırmağa 
apardı. Ballı xala irəlilədi və «başına dönüm, çöl soyuqdur» 
deyib, Qulunun üstə bir qış yorğanı saldı; dul qız nənəsinin 
sözünü təsdiq edib, birini də o saldı; qovulmuş qız da bir cecim 
tapıb gətirdi. Xala gözünün üstə əlini qoyub, bir göyə baxdı və 
sonra nə fikir elədisə gödək tumanı atıla-atıla yatacağına tərəf 
getdi və əlini sürtüb, dəstə ilə çıxmış yeddi-səkkiz tumanı tapıb, 
Qulunun üstə saldı. 
Kərbəlayı Gülüməli gecə papağını geyib, bərk səslə: 
– Ay uşaq, Qulu rahat oldumu? 
Elə ki, beş-altı yerdən «rahat oldu» deyə  səs gəldi, 
kərbəlayı aftafanı götürüb, öskürə-öskürə həyətin dibinə getdi. 
Qulu gecə sabaha kimi istidən yata bilməyib, o yan-bu yana 
çöyrükdü və  hər çöyrükəndə  də üstündən bir yorğan sürüşüb 
düşdü. Belə oldu ki, axırda üstünü tamam açdı  və bu surətlə 
yuxuya getdi. Sabah evə qarışıqlıq düşmüşdü. Qulu 
azarlamışdı. Kərbəlayı Gülüməli ağ tumanlı  həkim dəlləyin 
yanına yüyürürdü. Ballı xala keçi piyi axtarırdı ki, Qulunu 
piyləsin; qızlar ağlaşırdılar. Xala da üzərlik yandırıb, Qulunu 
tüstuyə verirdi. 
 
99 
 
 
1911


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə