Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə25/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   21   22   23   24   25   26   27   28   ...   103
    Bu səhifədəki naviqasiya:
  • HACI

 
108 
HACI 
 
Həyətdə  şirin dəstəmaz almaqda idi. Məxrəcdən gəlmə 
«salavatlar» axşamın sakitliyində qonşulara dağılıb, hacını 
səmimi «afərin»lərə nail edirdi. Birdən darvazada tappıltı gəlib, 
ahəstə  dəqqülbab oldu. Hacı buna əvvəlcə  zərrəcə  də etina 
etməyib dəstəmazı ikmala yetirdi və sonra «ayətəl-kürsü» 
qiraət edə-edə darvazaya rəvan oldu. Hacı darvazanı açan kimi 
iki qıvraq geyimli adam bir böyük parça tayını içəri saldılar.  
Hacı acıqlı, lakin qayət yavaş səslə: 
– Bu saat bunu buradan aparın, mən oğurluq malı almağı 
daha tövbə eləmişəm. 
Oğrular hacının üzünə  təhqiq ilə  ətfi-nəzər edib yavaş  və 
təəccüblü dedilər: 
 
– Ay Hacı, on beş ildir ki, bizim peşəmiz sənə oğurluq mal 
satmaqdır. Elə  hər dəfə  sən bizə deyirsən «tövbə eləmişəm», 
yenə alırsan... 
 – 
Onda 
əlacım kəsilib alırdım: gətirib gecənin yarısı həyətə 
salırsınız, nə deyim? 
 
– Bu səfər də al, sonra görək nə cür olur. 
 – 
Deyəsən almayacağam, pulum yoxdur. 
 – 
Hacı, özün bilirsən ki, ipək parçanın topuna iki manat da 
versən verəsiyik. Belə malı qapı-qapı gəzdirmək olmaz ki... 
 – 
Sövdənin  gödəyi, – oğruların  sözlərindən bir az fikrə 
gedib, hacı dedi, – ipək parçanın topu bir manat, o biriləri də 
ipək ayağından hesablarıq. Razısınız  əgər, gətirin evə, açaq 
baxaq, yoxsa götürün gedin. Allah sizə xeyir versin!.. 
Oğrular bir-birinin üzünə baxıb hacıya: 
 
– Ay hacı, axı insaf da bir  yaxşı şeydir, elə ver barı bir şey 
düşsün. Canımızı  ağzımıza alıb, gecə sabaha kimi yuxu 
yatmırıq, dükanları güdürük. 
 – 
Mən daha oğurluq mal almağı tövbə eləmişəm, bunu da 
gətiribsiniz deyib alıram. 
Sözlərini qurtarıb, hacı bunlardan üzünü döndərdi və 
 
109
başladı «ayətəl-kürsü» qiraət eləməyə. 
Oğruların əlacı kəsilib, hacı deyənə razı oldular. Tayı otağa 
gətirib açdılar. Hacı pulları hesab etdikcə  oğrunun biri 
gülümsünüb deyirdi: 
– Hm... on beş ilin oğrusu olasan, əlindən dünyanın malı, 
şeyi, daşqaşı, qızılı  gəlib gedə, özün də bir şey yiyəsi 
olmayasan!.. 
Hacı  oğruların pulunu verib, yola saldı  və sonra gəlib 
parçaları «guman gəlməyən» yerlərdə xakrizlədi. 
Hacının dəstəmaz suyu hələ qurumamışdı ki, səccadəni 
təfriş edib, üzünü qibləyə çevirdi və  əllərini qulağının dibinə 
qoyub, pak dil və müqəddəs  əqidə ilə namaza şüru etdi. Bu 
əsnada oğurluq malı «əridib», hasil olan pulu ağır faizlə xırda 
dükançılara vermək, oğruların onun hacılıq ləğəbi ilə müləqqəb 
olmağına səbəb olmaqları bilmərrə fikrindən çıxmışdı.  Əhli-
təfrid kimi dünyadan aralanıb, allahla məşğul idi, ruhu və qanı 
allah eşqi ilə dolmuşdu... 
Hacının uca və xoş sövt ilə namaz qılmasına yenə qonşular 
sənaxan idi. 
 
 
                                                                                  1911 


 
110 
«YENİ FARS» 
 
Ağa  Əli tərəqqipərvər iranlıların  ən qeyrətli,  ən məsləkli 
çavanlarından idi. Cəmi vücudu İranın təməddün, nicat və 
səadət fikri ilə dolu idi. Kantorların birində az məvacibə qulluq 
edən cavan həm ailəsini dolandırıb, həm də milli vəzifəsini ifa 
edirdi. Qəzetlər yazıb bir dəqiqə  nəfi-qiraətdən çəkinmirdi. 
Görürdün iranlı  məktəblərində  şura olanda camaata bir səs 
düşdü; hazirun bir-birinə müraciətlə: «Ağa Mirzə  Əli gəldi» 
deyib, gözlərini məclisin yuxarısına dikirdilər. Ağa Əli çıxdı... 
gözləri fikirli, siması ciddi, zehnində guya bir ağır fikir tutub, 
ehmal tərpənir ki, tökülüb məhv olmasın. 
Ağa Əli irəli yeridi və camaatı bir nəzərdən keçirib, ağzını 
açdı... Məclisdə adətdən kənar sakitlik bərpa oldu. Bir kərbəlayı 
gözlərini qırpmağa cəsarət, bir məşədi öskürməyə cürət etmədi. 
Natiq ağzından dürr tökürdü, sədəf səpirdi. Xoş sövtlə söylənən 
sözlər təkcə-təkcə almas danələri kimi düşüb göz şüşələrinə 
rəxnə salırdı. Odlu yaşları yığıb toplamağa bir hacı və bir molla 
dəsmalı qadir ola bilmirdi. Natiq İranın  əsəfəngiz hali-
hazirəsini təsvir edirdi. Qabil, kamil, məharətli bir kəlam ilə 
geniş aydın bir lövhə cızıb, hazirunun önünə qoydu: bir tərəfdə 
məmurlar çamaatın qanını sorub, özləri üçün imarətlər tikirlər, 
bir tərəfdən ruhanilər öz cibi xatirəsinə «laylay» deyib, xalqı 
cəhalətə, xabi-qəflətə sövq edirlər; seyidlər lotuluğa dini bir 
rəng verib, müftəxorluğa meydan açırlar, bəylər, xanlar, ağalar, 
quldurlar... zor və güclərindən istifadə edib, əsnafa olmazın 
zülm,  əziyyət və  məşəqqət edirlər...  İran bir zülm, bir 
vicdansızlıq dəryasına dönüb, vətən övladını boğub məhv 
edir!.. 
Budur, bir ayrı lövhə–cəmi  İran arvadları matəm libası 
geyib, öz günlərinə  ağlayırlar. Bilümum mənbəi-tərbiyə  və 
bilxüsus mənbəi-nicati-müslimin  ədd olunan analıq tapdalanıb 
əzilir. Analar təbii vəzifələrini itirib, aləti-kef, aləti-ticarət 
olublar. Kamil ikən–naqis, baliğ ikən–səbi  ədd olunub, 
 
111
qəyyumlar riyasəti-cahilanəsinə veriliblər. Bunlar arvadları 
xırda vaxtından  ərə verirlər, döyürlər, söyürlər, kəbin altında 
neçə illər saxlayırlar, çürüdürlər. Ömürləri zəhərlənir, 
şəxsiyyətləri təzyiq altında itir... Arvadlarımızın ictimai 
vəziyyətləri fənalaşdıqca uşaqlarımız da tərbiyəsiz 
böyüyəcəklər; tərbiyəsizdən də vətən mühafizəsi, millət qeyrəti 
gözləmək olmaz!.. İran batır! İran fövt olur gedir! O qoca İran 
bu gün-sabah əcnəbilər arasında təqsim olunmağa hazırlanır... 
Natiq nitqində davam edirdi. Yenə  əvvəlki kimi xoşsövt, 
sözləri aydın, simasında ciddi bir səmimiyyət, qəlbi bir iztirabi-
milli ilə dolu. Hazirun da əvvəlki minval ilə sakit, samit, 
gözləri natiqdə, qulaqları dürdanə yığmaqda. 
Natiq qurtardı, son sözləri: «Yaşasın  İran! Ölsün millət 
qanını soran məmurlar» məclisdə top kimi açılan alqışlara 
səbəb oldu. Hazirun birbəbir natiqin əlini sıxıb, izhari-riza və 
məhəbbət etdilər, belə  də  şad, belə  də  bəxtiyar evlərinə 
dağıldılar. 
Ağa  Əlini tanımayan yox idi, onun millətçiliyi hamıya 
məlum idi. İran və Qafqazda bir qəzet yox idi ki, onun 
nitqlərini dərc edib, oxucularına məlum etməsin. Tehranda yeni 
fars mühafillərində  Ağa Mirzə  Əlinin fəaliyyətinə artıq məna 
verilib, böyük ümidlər bağlanırdı. 
Bir gün Ağa Əlini konsul çağırıb. Xanviran şəhərinə rəisi-
nəzmiyyə  təyin olunmağını  xəbər verdi. Üç gün çəkmədi Ağa 
Əli kantordan istefasını verib, yığışıb İrana getdi. 
*** 
Bir il keçdi. Bu bir ildə  Ağa  Əlidən bir aydın xəbər bilə 
bilmədik. Hərdən Xanviran şəhərindən gələn qasidlər xəbər 
verirdilər ki, Ağa  Əli xan dalında yüz kazak, hakimlik eləyir: 
basır, kəsir, öldürür, döyür; cəmi şəhər və ətrafı ona tabedirlər; 
«Öl» desə, borclarıdır ölsünlər. Özünün də yaxşı imarəti, 
nökər-naibi, fərraşları... kişinin cəlalı var! 
Bir də  rəfiqlərindən biri deyirdi ki, Ağa  Əli xan yazıb 
məndən yaranal sırması və şaşka istəmişdi, mən də köhnə paltar 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə