Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə28/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   24   25   26   27   28   29   30   31   ...   103

 
120 
QIZ MƏKTƏBİNDƏ 
 
Molla Güləndam bacı  məktəbin yuxarı başında oturub 
köynək tikirdi. Aşağı  tərəfdə bir-iki mütəəllimə  cırıq palaz 
parçalarının üstə bardaş qurub «gəlin-gəlin» oynayırdılar; biri 
də  kənarda qab yuyurdu. Hərdən məktəbin alçaq qapısı  cırıltı 
ilə açılıb, içəri heybəsi qoltuğunda bir mütəəllimə girirdi və 
salam verib deyirdi: 
– Molla bacı, köynəyin mübarək olsun! 
Molla bacı mütəəllimələrin təbrikindən çox xoşhal olub 
gülümsünürdü, qızlara xeyir-dua verirdi və sonra 
əhvalpürsanlıq başlayırdı: 
– Ay qız, nənən nə qayırır? Günüsü ilə dalaşırmı? Degilən 
nənənə ki, molla bacım deyir o axmaq qızına üz verməsin, 
sonra təpəsinə çıxar. 
Mütəəllimə molla bacının cavabında ya başını  aşağı salıb 
qızarırdı, ya da ki, giley torbasını açıb, qart-qart danışmağa 
başlayırdı: 
– Dədəm dünən nənəmə bir cüt başmaq almışdı, axşam 
günüsü başladı evə dava salmağa ki, o başmaqdan mənə niyə 
alınmır. Nənəm də deyir: «Ay bidava dərdə düşmüş, bir cüt 
başmağı da mənə çox görürsən?». Ondan başlayırlar 
dalaşmağa. Dədəm də  həmişə  nənəmi döyür ki, işlərbaşı 
sənsən. Onu da günü axmaq qızı öyrədir. 
Molla bacının hüzurunda çox vaxt mütəəllimələr uzun-
uzadı nağıl danışardılar və Molla Güləndam bacı onlara guş-
huş ilə qulaq verib, arabir sual verərdi; həftə hamamından xəbər 
alardı, qonşuların müamiləsindən, həna qoymaqdan, qaş 
almaqdan məlumat istərdi. Hətta mütəəllimələrdən elə 
məsələlər soruşardı ki, insan nəinki deməyə, bəlkə xəyalına da 
gətirməyə utanıb, həya eləyir... 
Məktəbin qapısı yenə  cırıldayıb içəri mütəəllimələr 
girirdilər və  əvvəlki kimi salam verib, bacının təzə köynəyini 
təbrik edirdilər. Bir mütəəllimə içəri girdikdə, nə təhər oldusa, 
 
121
«köynəyin mübarək olsun» əvəzinə «molla bacı, xeyir işin də 
mübarək olsun» deyib, Molla Güləndam bacını  təbrik etdi. 
Mütəəllimənin bu sözlərindən molla bacı elə acıqlandı ki, 
çubuğu qapıb, qızı döyəcləməyə başladı: 
– Ay erməninin qızı, mən sənin oyun-oyuncağın deyiləm 
ki, məni ələ salırsan! Yoxsa səni qonşu Hürzad öyrədib? Mən 
onun atasının  ələngə sümüyünü... (burada molla bacı  qəliz bir 
söz söylədi)... onda bilər ki, mənə də Güləndam deyərlər! 
Molla bacı biçarə mütəəlliməni xurd-xəşil edəndən sonra 
həyətə çıxdı və üzünü qonşuya tutub, ağzına gələni dedi: 
– Ay qız ey, ey mütrüb, mən sındırmalı qoz deyiləm 
sındırasan; anqır, tayını  tap! Yoxsa sənə bir üsul kəsərəm ki, 
qiyamətə kimi dadı damağından getməz! 
Molla bacının səsinə qonşu həyətə bir nazik, uzun arvad 
çıxıb, cır səsi ilə başladı: 
 
 Dilini kəs, axmağın qızı! Mənim ağzımı çox açdırma, 
yoxsa törətdiyin cəmi işləri ortalığa qoyaram! 
 
– Qoymasan, atayın... 
 
– Ölü adı çəkmə, itin qızı;  atayın da, babayın da... Gündə 
bir ərə gedən lotu! 
Molla bacı  cəmi mütəəllimələrini başına toplayıb, 
qonşunun çəpərinə yavıqlaşdılar: 
– Gündə ərə gedirəm yaxşı eləyirəm, bidət iş görmürəm ki, 
ay oynaşlı! Sən də bacarırsan get! Görürsən heç birini də tapa 
bilmirsən, ancaq paxıllığından qudurmuş itə   dönüb, yan-
yörəni dalayırsan. Beləlikdən nə çıxar, ay qurumuş şaftalı qaxı! 
Qonşular söyüşməkdə davam edirdilər və bu söyüşlər o 
qədər qəliz,  əxlaqpozan idi ki, qulaqları qapayıb bilmərrə 
eşitməməli idi. Lakin cəngavər arvadların səsləri belə ucalmışdı 
ki, föhşlər ətrafa yayılırdı. İki tərəf bir-birinə olmazın böhtan və 
iftirasını, olmazın həyasız hərəkətlərini isnad verirdilər. 
Dalaşanlar iki arvad olmayıb, hərəsinin də dalında bir 
dəstəsi mövcud idi. Hürzad tərəf nə deyirdisə, molla bacı 
mütəəllimələri ilə bərabər birə beş çavab verib, onların səslərini 


 
122 
batırırdılar. 
Qonşular bir az söyüşdükdən sonra iş vuruşmağa müncər 
oldu və bir dəqiqədə Molla Güləndam bacı on-on beş  qız ilə 
çəpəri basıb, o taya keçdilər... Daha burada hərb meydanını 
müfəssəl təsvir etməyin lüzumu yoxdur, çünki cəmi müsəlman 
qardaşların başı dava-dalaş çəkib, hamı vuruşma görüb. Ancaq 
onu deyəcəyəm ki, yarım saat çəkmədi aralıqda beş-on köynək 
cırıldı  və Hürzad tərəf döyülmüş, söyülmüş geri çəkilib, evdə 
qapandılar. Molla Güləndam bacı da düşmənin pəncərəsini 
mütəəllimələrə qırdırıb öz həyətinə qayıtdı və qızlara dedi: 
– Ay qızlar, bu gün daha dərs yoxdur (şadlığın nəticəsi 
olaraq). Samovarı  çıxardın, çay qoyub, Hürzad axmaq qızına 
yanıq verək; bir ləyən də götürün, toy çalacağam. 
Həyətdə palaz döşənib, samovar qoyulmuşdu. Molla bacı 
mis ləyəni dınqıldadıb oxuyurdu, mütəəllimələr də əl çalırdılar. 
Onlardan biri də o baş-bu başa gedib süzürdü. 
Hürzad da lap məğlub olub, səsi çıxmırdı. 
 
                                                                                       1911 
 
123
DƏLİ 
 
Mən lap uşaq vaxtımda dəli Səmədi tanıyırdım. Görürdün, 
əllərini solmuş çuxasının qollarına qoyub və çiyinlərini 
qovzayıb, küçənin ortası ilə iti ötür. Həmişə simasında dərin bir 
fikir, ya yüngül və  şirin xəyalat oxunurdu. Birdən nazik 
qaşlarını  qırışdırıb və uzun, ucu qırma burnunu sallayıb, belə 
qəmə batırdı ki, elə bil ömürdən məqsəd bilmərrə görmürdü. 
Gah da kirpiksiz xırda gözləri daralıb, rəngsiz dodaqları 
gülürdü. Axşamadək peşəsi şəhəri cövlan etmək idi; həmişə də 
yerişi bir, duruşu bir, fikri, xəyalı bir. Bazarda bəzzazın 
tərəkəməyə min and ilə  şey satmağı, hambalların birçəkləmə 
davası, baqqalların ağız-ağıza verib qatığa müştəri axtarmaq-
ları–heç biri onun zahir və batinində səbəbi-təğyir ola bilmirdi. 
Ancaq bəzi adamların «ay dəli Səməd! Ay dəli Səməd!» 
deməyini eşitcək, cəld dönüb gedər, acı və çox vaxt da pürməna 
bir söz deyib, yenə salıb gedərdi. Başlardı öz-özünə dağınıq 
sözlər söyləməyə və söylədikcə də gah gülüb, gah da hirslənib, 
qaş-qabağını turşudardı. 
Bir gün məscidin qabağından ötürdüm, gördüm dəli Səməd 
qazının hücrəsinin qabağında oturub, məsələ xəbər alır: 
– Qazı  ağa,  İbrahim peyğəmbərə ki, göydən qoç gəldi, 
bircə məni başa sal görüm ki, o qoçun aşığı var idi, yoxsa yox? 
Qazı bir az bunun sualına gülümsünüb dedi: 
 – Səməd, aşığı nə eləyirsən? Yəqin ki, var idi. 
 – Di yaxşı, qazı ağa! Pəs aşıq göydən gələ-gələ qumar niyə 
haram olsun? Sən deyirsən oynama, allah da aşığı yaradır ki, 
oyna! İndi kimin sözünə qulaq asım? 
– Əlbəttə, həmişə allahın, amma... 
Dəli Səməd cəld qazının sözünü kəsib, cibindən dörd aşıq 
çıxartdı: 
– «Amma»sı yoxdur, səninlə bir əl qumar oynayacağam! 
Qazı  əlini  əlinə vurub, uca qəhqəhə ilə güldü və başladı 
yavaş-yavaş dəlidən uzaqlaşmağa. Dəli Səməd ətəklərini çırpıb, 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə