Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə29/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   25   26   27   28   29   30   31   32   ...   103

 
124 
durub getdi və dala baxa-baxa gülümsünüb deyirdi: 
Elə olar, oynamazsan, çünki gələn-gedən var, baxır görür. 
Hımm... Xəlvətdə olsa min iş törədərsən. Sizin mən dabbağda 
gönünüzə bələdəm! 
Belə-belə, dəli Səməd qazının qarasına bir az söylənib 
bazarın ortası ilə ötub getdi. Bir az getməmişdi, bir-iki uşaq 
onun dalınca yüyürüb çığırışdılar: 
– Ay dəli Səməd! Ay dəli Səməd! 
Səməd bunlara heç etina etməyib, ancaq dodağında 
mırıldandı: 
– Axmaqlar  sevinirlər  ki, oğul  əkmişik, bu da oğul! 
Mənim qardaşım da deyir ki, Səmədə çörək verirəm, heç 
mənim ayağıma durmur; Molla Qiyas da dəli Səmədə bir 
çərşənbə, bir şənbə dua yazsa dəli yaxşı olar. Xa! Xa! Xa!.. 
Axmaq özü dəli olub, mənə deyir. 
Bazarın başında yoğun və  qırmızıbirçək bir baqqal «buy, 
dəli Səmədə bax!» – deyib, ona bir çürük badımcan salbası atdı. 
– Eşşək, qoca eşşək, get iylənmiş qatığını satmağa! – 
Baqqala belə cavab verib, dəli Səməd adamların arasında itdi. 
*** 
Yay girəndə  Səmədin dəliliyi  şiddətlənirdi. Görürdün, yol 
gedəndə gözləri çanağından çıxıb oynayır, danışığı artıb, 
məzmunsuz və dağınıq kəlmələrdən ibarət olurdu; əxlaqı 
pozulub, dinənə söyməmiş, acığını tutduranı döyməmiş 
olmurdu. Evə gec-gec gələrdi və evdəkilərlə  də  əvvəlki xoş 
rəftarını unudub, pis müamilədə olardı; qardaşı  uşaqlarını 
döyüb qardaşına dəqiqədə min söyüş verərdi. Ayağını 
bağlardılar, çörək verməyib dama salardılarsa da, yenə Səmədin 
xasiyyətinə  təsir etməzdi;  əvvəlki halətdə qalıb, ağzına gələni 
söylərdi,  əlindən gələni edərdi.  Şəhərdə  şikayət günü-gündən 
artırdı. Deyirdilər: «Dəlinin yiyəsi olar, bilmirik Hacı Qara dəli 
qardaşına niyə təhər çəkmir?!» Hacı Qara da gəlib dəli Səmədi 
tut ağacına bağlayıb, tuburqu ilə döyməyə başlardı. Sübhdən 
axşama kimi Səməd ağaca sərikli çığırardı, bağırardı və ağzına 
 
125
gələni də qardaşına deyərdi. Bir də görürdün, döyüldüyü yerdə 
birdən gözləri yaşlı  qəhqəhə  çəkib gülürdü, məzəli-məzəli 
qissələr nağıl eləyib, eşidənləri də gülməyə vadar edirdi. 
Çığırmaqdan xırıldayan səsi ilə: 
– Deyirlər «dəliyə  qələm nist», pəs mən dəli olmaya-
olmaya bu axmaq məni niyə tutub bu ağaca səriyib? Xa-xa-
xa!.. Vallah, məlun lap dəli olub! Bircə saqqalına bax, başına 
bax–dəccala oxşayır. 
Sözlərini qurtaran kimi Səməd yenə qaş-qabağını sallayıb 
sükuta gedərdi. Sonra yenə simasında bir təbəssüm görünüb, 
yavaş-yavaş gözləri daralardı  və dişləri ağarıb qəhqəhə ilə 
gülərdi. Ondan, başlayıb öz-özünə danışardı,  əvvəl aram ilə, 
sonra bərkidərdi və axırda gücü gəldikcə  çığırıb, yenə sükuta 
gedərdi. Bir də başlayardı: 
– Deyir dədədən qalma şeyləri əlindən alaram və sonra da 
səni ağaca bağlayıb döyərəm... Dədədən qalma... Dədə! Xa-xa-
xa!.. Dədə... də.... də xa-xa!.. Nə ... nə!.: hımm! ... Nənə ey, 
yazıq nənə! 
«Nənə» sözü Səmədə artıq təsir etdi, qəmli gözlərini yerə 
dikib, belə hönkürtü ilə  ağladı ki, gözlərinin yaşı  pərişan 
saqqalı ilə axıb döşünə töküldü. 
*** 
Dəli Səməd evdən qovulub, küçələrdə dövran sürürdü. 
Yağış vururdu, qar vururdu, acı soyuqlar kəsirdi və  təbiətin 
belə – belə hücumlarına bir dəfə  də olsa, müqavimət etmirdi, 
bolluca gülürdü, bolluca ağlayırdı  və öz-özünə uzun-uzadı 
danışırdı. Gündüzlər dükanlar qabağında tapdıqları ilə qarnını 
doyurub, gecələr də bir guşəyə  çəkilirdi. Xərabə damlarda, 
axurlarda cındır libasına bürünüb yatırdı. Sabahlar toza-torpağa 
bulanmış yenə küçəyə  çıxırdı. Yenə  uşaqlar tökülüb hərə bir 
tərəfdən onun cırıq arxalığından yapışıb çığırışırdılar: «Ay dəli 
Səməd! Ay dəli Səməd!» Səməd əlini daşa, kəsəyə atıb uşaqları 
qovalardı və öz-özünə danışa-danışa salıb gedərdi. 
Daha Səmədin  əvvəlki müdrikliyi, irəliki cəldliyi 


 
126 
qalmamışdı; zəmanənin gərdişi, fələyin vəfasızlığı, çovğun, 
aclıq, rahətsizlik Səmədin belini büküb, saqqalını ağartmışdı. O 
əcaib hal, dəlinin əksini göstərən siması sınıb əzilmiş bir lövhə 
parçasına dönüb heç zad bəyan etmirdi. Bircə alnının 
qırışlarında ağır məişət izi müşahidə olunurdu. Bu axır dəfə idi 
ki, mən dəli Səmədə rast gəldim, daha sonra nəzərimə keçmədi. 
Bir də  qışın çovğunlu bir gecəsində zarıltısı sübhə kimi 
qulağımdan kəsilmədi: 
«Ay balası çölə düşən nənə vay» – deyib, aramsız 
ağlayırdı. Onun sabahı günü eşitdim ki, Səməd çəpərin altında 
donub ölüb. 
Bu hadisədən indi çox-çox illər keçir. 
 
 
                                             1911
 
127
DİNAYRI QARDAŞLAR 
 
Qürbət bir şəhərin bazarında iki adam qabaq-qabağa gəlib 
bir-birinə zənn ilə baxdılar. İkisi də əvvəl duruxdu, döyükdü və 
sonra nifrətəngiz bir heyrətdə donub qaldılar. 
 
– Pa,  allah  saxlasın,   Kəblə Məhəmməd  kirvə! Sən hara, 
bura hara? 
 
– Allah saxlasın,  usta  Karapet!  Kefin yaxşıdırmı? Uşaqlar 
da salamatdırlarmı? 
«Uşaqlar» sözü usta Karapeti sükuta apardı. Biçarə erməni 
yaşarmış gözlərini Kərbəlayı  Məhəmmədə döndərib, dolğun 
səslə: 
 
– Eh... allah mərdimazarın      evini    yıxsın! Heç uşaqları 
yadıma salma! Uşaq da getdi, arvad da getdi, ev, mülk – hamısı 
getdi, indi bu qürbət  şəhərdə  ağsaqqal vaxtımda bir  tikə 
çörəyin dalınca düşüb gəzirəm. 
 
– Ay usta, o illər getsin gəlməsin! Yadıma salma. Mənim 
də başıma az iş  gəlmədi! Mən də evdən-eşikdən oldum, 
oğlanlarım qırıldı, bir qızımı öldürdülər, bir balaca uşağım 
yandı... Mən də indi bu qürbətdə bir tikə çörəkdən ötrü imanımı 
satıram... 
Usta Karapetlə  Kərbəlayı  Məhəmməd bir-biri ilə lap 
qədimdən aşna idilər. Usta gözünü açıb Kərbəlayı Məhəmmədi 
erməni bazarında baqqal görmüşdü, kərbəlayı da ustanın 
müsəlman arasında dərzi olmağını çoxdan bilirdi. 1905-ci ildə 
erməni-müsəlman davasında Kərbəlayı  Məhəmməd erməni 
məhəlləsində qalmışdı; Karapet də müsəlman içində.  İki tərəf 
də  əsirlərin  ələ düşənini qırıb tərk etmişdilər, ona görə 
ermənilər Kərbəlayı  Məhəmmədin və müsəlmanlar da usta 
Karapetin ölməyinə heç şübhə etmirdilər. Bunun üçun də bu iki 
həmşəhərli birbirinə rast kəldikdə heyrətə dalıb qaldılar. 
Bir az sükutdan sonra Kərbəlayı  Məhəmməd sadəlövh bir 
maraqla başladı: 
– Ay usta, sən deyirsən arvaddan, uşaqdan oldum; mən hələ 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə