Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə18/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   14   15   16   17   18   19   20   21   ...   103

 
78 
–Qoyma, ayağımı milçək yedi. 
Məlik Məhəmməd bir az sakit olub, yenə başladı. Div yenə 
gözlərini açıb çığırdı: 
–Qoyma, ayağımı milçək yedi. 
Məlik Məhəmməd üçüncü dəfə divin ayağını  dələndə div 
yerdən qalxıb, qıza bir şapalaq vurdu: 
–Demirəmmi  ayağımı milçək yedi?! 
Məlik Məhəmməd bu halda yenə sıçrayıb div ilə güləşməyə 
başladı: 
Balalarım, bunlar yenə qırx gün, qırx geçə güləşib birbirini 
yıxa bilmədilər. Axırda Məlik Məhəmməd divi yuxuya verib, 
taxçadakı  şüşəni sındırıb və göyərçini tutub başını üzən kimi 
div gurultu ilə yıxılıb öldü. 
Məlik Məhəmməd üçüncü otağa girdi. Burada, vallah, 
taxtın üstündə bir nazənin sənəm əyləşmişdi ki, o biri qızların 
ikisindən də gözəl. Vallah elə gözəl idi ki, elə gözəl idi ki, 
yemə, içmə, onun xəttü xalına, gül cəmalına tamaşa et. Məlik 
Məhəmməd qıza lap ürəkdən aşiq oldu; qızın da gözü Məlik 
Məhəmmədə düşdü. Qız yalvardı ki, ay cavan, heyfsən, qaç 
gizlən. Məlik Məhəmməd qulaq asmayıb, divin ayağını 
dəlməyə başladı. Bir dəldi, iki dəldi, axırda div ayağa qalxanda 
bu da qabağa çıxdı. Balalarım, bunlar yenə qırx gün, qırx gecə 
güləşdilər. Bu divin də canı  şüşədə idi. Məlik Məhəmməd 
şüşəni yerə çırpıb, göyərçinin boğazını üzəndə div cəhənnəmə 
vasil oldu. Məlik Məhəmməd kefi kök, damağı çağ başını qızın 
dizi üstə qoyub, yatıb rahat oldu. 
Balalarım, Məlik Məhəmməd yuxudan duran kimi qızları 
yığıb, quyunun təkinə gəldi. Buradaca əvvəl böyük qızın belinə 
kəndir bağlayıb, yuxarı  çəkdilər, ondan ortancıl qızın. Növbət 
balaca qıza gələndə qız Məlik Məhəmmədə dedi: 
– Qoy əvvəl sənin belinə kəndir bağlayım, yuxarı çəksinlər, 
sonra da mən çıxaram. Qorxuram qardaşların görələr ki, mən o 
birilərdən gözələm, paxıllıqları tuta, sənin kəndirini kəsələr. 
Məlik Məhəmməd buna razı olmadı. Qız dedi: 
 
79 
–  İndi ki, razı olmursan, di barı bu dediklərimə qulaq as. 
Sənin kəndirini kəsəcəklər, quyunun təkində qalacaqsan, o vaxt 
döyüşə-döyüşə iki qoç gələcək, onun biri ağ, biri qara. Ağ qoç 
qara qoçu qovacaq. Onda atıl min ağ qoçun belinə, ağ qoçun 
belinə minən kimi işıqlı dünyaya çıxarsan, qara qoça minsən 
gedib qaranlıq dünyaya çıxaçaqsan. 
Kiçik qız quyudan çıxanda qardaşlar onu görüb, əqilləri 
başlarından çıxdı, dedilər ki, Məlik Məhəmməd kiçik qardaş 
ola-ola belə gözəl qızı özünə götürsün? Bunların paxıllığı tutdu, 
odur ki, yarı yoldan Məlik Məhəmmədin kəndirini kəsdilər, o 
da quyunun təkinə düşdü. 
Balam, quyuda Məlik Məhəmməd bikef oturmuşdu. Birdən 
gördü qız deyən ağ qoçla qara qoç, budur, döyüşə-döyüşə 
gəlirlər. Ağ qoç vurdu qara qoçu qovdu. Məlik Məhəmməd o 
saat sıçrayıb ağ qoçun belinə mindi, amma ağ qoç bunu qara 
qoçun belinə tulladı; qara qoç da Məlik Məhəmmədi bir baş 
götürüb qaranlıq dünyaya apardı. 
Buradaca, balalarım, Məlik Məhəmməd yorunuq-arınıq bir 
ağacın dibinə  gəldi. Elə bir az oturmuşdu, gördü ağaca bir 
əjdaha dırmaşır.  Əjdaha bir az yuxarı qalxdıqda ağacın 
başından çoxlu quş balalarının səsi gəldi. Demə, bu ağacda 
zümrüd quşunun yuvası var imiş. Bu zümrüd quşu havaxt ki, 
yumurtadan bala çıxardıb bəslərmiş, balalar böyükləşəndə 
əjdaha gəlib onları yeyərmiş, zümrüd quşu da bala üzünə həsrət 
qalarmış. 
Bu dəfə  də  əjdaha ağaca dırmaşırmış ki, balaları yesin. 
Məlik Məhəmməd bunu görcək cəld qılınçını  çəkib,  əjdahanı 
iki parça elədi. Sonra gəlib ağacın dibində yatdı. 
Yaxşı balalarım, sizə kimdən deyim, zümrüd quşundan. 
Zümrüd quşu balalarına dən gətirməyə getmiş imiş; qayıdıb 
gələndə ağacın dibində gözünə bir qaraltı  dəydi. Quş elə bildi 
ki, balalarını yeyən bu imiş. Cəld gedib dimdiyinə bir iri daş 
alıb, istədi qaraltının üstünə salsın, balaları yuvadan çığırıb 
qoymadılar, dedilər: 


 
80 
–  Əjdaha bizi yemək istəyirdi, bu oğlan  əjdahanı öldürüb, 
bizim canımızı qurtardı. 
Zümrüd quşu daşı  kənara atıb endi, qanadlarını  Məlik 
Məhəmmədin üstünə çəkdi. Məlik Məhəmməd yuxudan ayılıb 
quşdan çox qorxdu. Quş dedi: 
– Hər kəssən, nəkarəsən, qorxma, mən sənə pislik 
eləmərəm, mən neçə ildir bu əjdahanın  əlindən bala üzünə 
həsrət idim, indi sən mənim  balalarımı qurtardın. Bu yaxşılığın 
əvəzində məndən nə istəyirsən eləyim. 
Məlik Məhəmməd başına gələn qəza və  qədəri açıb quşa 
nəql elədi və dedi: 
– Heç zad istəmirəm, ancaq məni işıqlı dünyaya çıxart. 
Zümrüd dedi: 
– Onda gərək qırx şaqqa ət, qırx tuluq da su alıb gətirəsən. 
Məlik Məhəmməd aldı, bunların hamısını hazırladı.  Əti 
quşun bir qanadının üstə qoydu, suyu da birinə, Məlik 
Məhəmməd zümrüdün belinə mindi, yola düşdülər. 
Balalarım, quş göyün üzünə qalxdı  və qaranlıq dünyadan 
uzaqlaşmağa başladı. Məlik Məhəmməd aşağı baxdı.  Əvvəl 
gördü ki, yer bir xəlbir kimi görünür. Bir az da qalxdılar. Məlik 
Məhəmməd bir də baxdı, gördü ki, yer lap gözdən itib. Elə quş 
havaxt «qa» dedi, Məlik Məhəmməd  ətdən verdi, «qu» dedi–
sudan verdi. Balam, elə işıqlı dünyaya bircə mənzil qalmışdı ki, 
ət qurtardı; quş «qa» deyəndə Məlik Məhəmməd məəttəl qaldı. 
Nə etsin? Əlacı kəsildi, bıçağı çıxardıb, baldırının ətindən kəsib 
quşa verdi. Balam, zümrüd quşu gördü ki, bu ət o biri ətlərə 
oxşamır–bu çox şirindir. Quş əti dilinin altına qoydu, balalarına 
saxladı. Balalarım, bir mənzil də qurtardı, zümrüd quşu Məlik 
Məhəmmədi işıqlı dünyaya çıxartdı. Qanadının üstündən yerə 
qoyub dedi: 
– Di get. 
Məlik Məhəmməd dedi: 
 – Sən get, mən özüm gedərəm. 
Olmadı, zümrüd dedi: 
 
81 
 – Gərək gedəsən. 
Məlik Məhəmməd axsaya-axsaya getməyə başladı. Zümrüd 
dedi: 
– Ey oğlan, səbəb nədir ki, sən axsayırsan? Məlik 
Məhəmməd açıb nəql elədi ki, bəs allahdan gizlin deyil, səndən 
niyə gizlin olsun, sənə sonra verdiyim ət baldırımın əti idi. 
Quş o saat dilinin altından əti çıxarıb, Məlik Məhəmmədin 
baldırına yapışdırdı. Və tüpürcəyi ilə  də sürtüb yaxşı elədi. 
Sonra quş tükündən çıxarıb bir az Məlik Məhəmmədə verdi və 
dedi: 
Havaxt dara düşsən, bu tükləri  yandırarsan,o saat gəlib 
səni qurtararam. 
Quş sözünü deyib, uçub getdi. Məlik Məhəmməd yavaş-
yavaş gəlib bir dərzi dükanının qabağına çıxdı və dedi: 
– Ay usta, allah rizasına, məni yanında şagird saxla. 
Ustanın buna yazığı  gəlib saxladı. Balam, aradan bir az 
keçdi. Məlik Məhəmməd şagirdliyində yamaq-sökükdən tikirdi, 
ustasına qulluq eləyirdi. 
Bir gün adam gəldi ki, padşah böyük oğluna toy eləyir, usta 
gəlsin, paltar biçsin. Dərzi sevinə-sevinə qayçısını da götürüb, 
padşahın imarətinə getdi. Məlik Məhəmməd bir az oturub, 
sonra dükanı bağlayıb, bir dar küçəyə getdi, zümrüd quşunun 
tükünü çıxarıb yandırdı. O saat zümrüd hazır olub dedi: 
– Mənə görə qulluq? 
Məlik Məhəmməd dedi ki, bu saat mənə bir dəst sarı paltar, 
qılınc, qalxan və sarı yel atı gətir. Zümrüd baş üstə deyib, uçub 
getdi və bir az keçmədi ki, Məlik Məhəmməd deyən  şeylər 
hazır oldu. Məlik Məhəmməd paltarını soyunub, qıs-qıvraq 
geyindi, qılıncı belinə bağladı, qalxanı qoluna taxtı  və bir baş 
atı padşahın evinin qabağına sürdü. Burada qırmızı geyimli 
qoşun düzülmüşdü. Şəhər camaatı tamam tamaşaya yığılmışdı. 
Padşahın böyük oğlu  da  at  çapırdı. Məlik Məhəmməd atı 
meydana salıb, bir o başa çapdı, bir bu başa çapdı, sonra 
qılıncını  çıxarıb, padşahın böyük oğlunun boynunu vurdu. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə