Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə15/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   11   12   13   14   15   16   17   18   ...   103

 
64 
                                                                                                 
1910 
 
65 
TOY 
 
 
Toy vurulurdu. Zurnaçılar ovurdlarını  şişirdib, gözlərini 
süzürdülər. Aşıq da sazı dınqıldadıb, yanıqlı səslə oxuyurdu: 
 
 
 
 
«Mən bu dərədən ötmərəm, 
 
 
 
Çadramı yellətmərəm; 
 
 
 
Ağsaqqala getmərəm, 
   Hoqqabaz 
oğlan gərək, 
 
 
 
Kəkili saz oğlan gərək!..» 
 
- Sağ olsun aşıq! – deyə «padşah» çığırdı. 
- Sağ olsun aşıq! – Fərraş təkrar edirdi. 
- Sağ olsun aşıq. – Hamı söyləyib, ağız – ağıza verirdilər. 
«Padşah» birdən yerindən qalxdı: 
- Fərraş! 
- Bəli, sənə qurban, padşah, - deyə fərraş baş endirdi. 
- Çək oradan qaradovoy İmamqulunu! 
- Bu saat padşah! 
- Aşıqlar da bir uzundərə çalsınlar! 
Sağ olsun aşıqlar – zurnalar düzəlmişdi, dəf vurulurdu. 
Sağ olsun İmamqulu! Süzməkdə üstü yox idi: Ayaqları pa-
lazın üstə ehmal atılıb düşmədə idi: bədəni belə  tərpənirdi ki
elə bil heç sümüyü yox idi. 
Budur, zurna yavaşıdı,  İmamqulu gözlərini alaçığın bacas-
ına dikib, yerində «bitdi». Məclis kiriyib, səs – səmir kəsildi. 
- Yat, yat, İmamqulu! – Birdən «padşah» çığırdı: yat, yat! 
İmamqulu çoxdan  yatmışdı: yerində  tərpənməz durub, 
bircə sağ ayağının ucunu yavaş – yavaş palaza döyürdü, 
çəpiklər çırtığa enmişdi: bunun da səsi eşidilmirdi. Neçə dəqiqə 
idi sakitlik bərpa idi. 
- Çəpik vurun! Çəpik!.. Fərraş! Haradasan? Şapbarla, çəpik 
vursunlar! 


 
66 
Fərraş sağa, sola çubuqdan döşüyürdü. Yenə səs, küy, çəpik 
damla bir oldu. İmamqulu da əvvəlki yerindən sıçrayıb, süzə – 
süzə  məclisin o başına getdi. Bir də süzüb bəri gəldi. Süzüb 
yuxarı getdi. Oyunu yavaşıdıb, bir də «padşahın» qabağında 
«bitdi». 
- Sağ olsun İmamqulu! 
- Sağ ol aşıq!.. 
- Sinninə layiq deyilsə də, kişi qızın xatirəsi üçün yaxşı toy 
elətdirir, - deyə məclisdəkilərin biri o birinə pıçıldadı. 
O biri: 
- Qız da yad deyil ki, öz baldızıdır. Elə bu həyətdə də olur. 
- Baldız olanda nə olar; kişi çox vəfalı kişidir. Görmürsən 
arvadı öləndən sonra on il evlənmədi. Qayınatası demişdi ki, 
balaca qızım böyüsün, sənə verəcəyəm. O da gözlədi. Qız on 
dörd  yaşına yetişib, toy olur. 
- Döğrudan vəfalı kişidir: yetimlərin zəhmətini çəkə – çəkə 
saqqalı tamam ağardıb… 
- Fərraş, o kimdir orada söhbət eləyir? 
- «Padşah» sağ olsun, çayçı Məşədi Həsəndir. 
- Çək Məşədi Həsəni bura. Gərək Məşədi Həsən məclisdə 
danışdığı üstə falaqqaya salınsın. 
Bir dəqiqədə falaqqa gəldi. Fərraşlar Məşədi Həsəni yıxıb, 
ayağına on çubuq vurdular. 
- Usta, aşıq! 
- Bəli, padşah sağ olsun! 
- İndi bir «kəsmə» hava çalın, Məşədi Həsən oynasın! 
Zurna düzəldi. Dəf vuruldu, çəpik qalxdı. Məşədi Həsən 
çuxasının qolları əlində oynamağa başladı. 
*** 
Toy vurulurdu. Arvadlar otaqda çəpik çalıb süzürdülər. 
Gəlinlər, qızlar ağır – ağır enib qalxırdılar. Yüzlüklər şabaş ver-
ilirdi: 
- On tümən bərat verdim, yenə özündən bəyin, yenə Kəblə 
Əbülqasımın! Ay şabaş, toy maşallah! 
 
67 
Totuq gəlinlər bir – bir oynadılar, göyçək qızlar süzdülər, 
növbət gəlinə gəldi: 
- Ay uşaq, qaçın, gəlin gəlsin! 
Gəlin gəldi. Yanaqları alma kimi qızarmış. Sürməli 
gözlərini yerə dikib, utandığından kimsəyə baxa bilmirdi. 
Gəlin oyuna girdi. 
Gözəl gəlin, nazlı  gəlin! Gəlin nə narın süzürdü. Nə dadlı 
səkirdi. Gah qızılları səslənir, gah düymələri şıqqıldaşır… 
Səkdi gəlin, süzdü gəlin, bir də məclisin ortasında duruxub, 
əlləri ilə üzünü qapadı: gəlin hönkürürdü. 
Gəlin niyə ağlayır? Gəlinə nə dedilər? 
Bilən yoxdur. Kimsə  gəlinin dərdindən agah ola bilmir. 
Gəlin ağlayır; gözlərinin yaşları od kimi tökülüb, qırmızı 
yanaqlarını dağlayır. 
Bir dəqiqədə arvad – uşaq gəlinin başına toplandılar. Qız – 
gəlinlər gəldilər. 
Bəs gəlin niyə ağlayır? 
Gəlin qoca kişiyə  ərə getmək istəmir, yetim saxlamaq 
istəmir. 
«Mən o kişidən qorxuram; bacımı  çərlədən kimi məni də 
öldürəcək» - deyib, gəlin zar – zar ağlayır. 
Gəlinin sözləri anasını da kövrəltdi: bu da gözlərini doldu-
rub, hönkürdü. Qız – gəlinlər də doluxsunub ağlaşdılar. Gəlin 
ağladı, anası ağladı. Bunlar da kirişəndə qızlar ağladı, qonaqlar 
ağladı, totuq gəlinlər ağladı, çox göz yaşı töküldü, çox ürəklər 
yandı. 
*** 
Toy vurulurdu. Zurnaçılar ovurdlarını  şişirdib, gözlərini 
süzürdülər. Aşıq da sazı dınqıldadıb, yanqılı səslə oxuyurdu: 
 
 
 
 
«Mən bu dərədən ötmərəm, 
 
 
 
Çadramı yellətmərəm; 
 
 
 
Ağsaqqala getmərəm, 
   Hoqqabaz 
oğlan gərək, 


 
68 
 
 
 
Kəkili saz oğlan gərək!..»  
 
                                                                                                  
1910 
 
69 
HƏRRAC 
 
Böyük sərvət və mülk sahibi Hacı  Kərim  iki gün əvvəl 
vəfat etmişdi. Arvadı Gövhər dörd qızını  və beş yaşındakı 
oğlunu başına toplayıb, Hacının ortalığa tökülmüş paltarlarına 
baxaraq ağlayırdı. Ağıçı da hərdəm yanıqlı bir ağı dedikdə evi 
hönkürtü götürürdü. İki cilo ağlaşıb, ağıçı uzaq məhəllələrdən 
gəlmiş arvadlara mərhumun səxavət və  kəramətindən rəvayət 
etmədə idi ki, birdən həyətə üç – dörd cavan girdi. əvvəl 
cavanların gəlməsinə  əhəmiyyət verilmədi, lakin onların qız 
qaçırmaq meylində olduqları göründükdə arvadlar bir – birinə 
dəydi! Gövhər özünü qızların üstünə atıb, dəhşətli səslə çığırdı. 
Əlləri tapançalı cavanlar otağa girdilər, qaba bir surətdə 
Gövhəri kənar edib, böyük qızı götürmək istədilər. Qız anasına 
sarılıb çığırdı. Gövhərin əllərini tutdular, qızı ondan zor ilə ara-
layıb, qapıya doğru sürüdülər. Qara saçları bir – birinə qarışdı. 
Köynəyinin bir tərəfi cırılıb, vücudu çölə  çıxdı. Cavanlar qızı 
qaldırıb, birinin arxasına qoydular. Qışqırıq hönkürtüyə qarışdı. 
Apardılar. Qız uzaqlaşdıqca səsi də yavaş – yavaş qulaqlar-
dan çəkilməyə başladı. 
Gövhər  özünü küçəyə atdı, qızdan bir nişanə görmədi. Baş-
ından yapışıb, hissiz bir halda yerə yıxıldı. 
Bir də qalxdı: 
- Ay qardaşlar, balamı kim apardı? – deyə soruşduqda, qızı 
aparan dabbağ  Cavadın oğlu «dələduz» Həsən olduğu bəlli 
oldu. 
Bu hadisə şəhərin hər bir guşəsində danışılanda Şırım Ballı 
cəhrə üstə əllərini göyə qovzayıb, allahdan belə istiğasə edirdi: 
- Pərvərdigara, deyirlər «kor leyləyin yuvasını allah tikər»; 
bəs mənim bu oğlumun yuvasını niyə tikmirsən? Ağsaqqal vax-
tında dükanların qabağında boş – bikar dolanıb işə getmir. 
Şırım Ballının duası müstəcəb oldu: gedib Hacı  Kərimin 
yerdə qalan qızlarından birisini götürüb, qaçmağı allah – təala 
ona təlqin etdi. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə