Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə17/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   13   14   15   16   17   18   19   20   ...   103

 
74 
bağımdakı almaya həsrət qalım, heç ondan yeməyim? Gərək nə 
təhər olsa alma oğurlayanı tutasan ki, tənbeh oluna. 
Oğlan atasının əlindən öpüb, çıxdı və ox – yayını götürüb, 
dava libasını geyib, bağa getdi. 
Oğlan bir saat gözlədi, iki saat gözlədi, sübh alma yetişən 
vaxt yuxu bunu tutub yatdı və bir zaman ayılıb gördü ki, alma 
ağacda yoxdur – dərilmişdi. Padşahın böyük oğlu kor – peşman 
evə qayıtdı. 
O biri gün padşah ortancıl oğlunu yanına çağırıb dedi: 
- Məgər allaha rəvadır, mən özüm padşah ola – ola bağım-
dakı almaya həsrət qalım, heç ondan yeməyim? Gərək, nə təhər 
olsa, alma oğurlayanı tutasan ki, tənbeh oluna. 
 Ortancıl oğul atasının  əlindən öpüb çıxdı  və ox – yayını 
götürüb, dava libasını geyib, bağa getdi. Balalarım, bu da bir 
saat gözləyib, iki saat gözləyib, axırda alma yetişən vaxt 
yuxuya gedib yatdı və bir zaman ayılıb gördü ki, alma ağacda 
yoxdur – yenə dərilmişdi. Padşahın ortancıl oğlu da kor – peş-
man evə qayıtdı. 
Bu xəbəri padşahın balaca oğlu Məlik Məhəmməd eşitcək 
atasının yanına gəldi və çox ədəblə baş endirib dedi: 
- Ata, izin ver bu səfər də alma ağacının keşiyini mən 
çəkim. 
Atası dedi: 
- Səndən böyük qardaşların deyirdilər: alma ağacının keşiy-
ini çəkib, oğrunu tutacağıq; heç zad çıxmadı. İndi sən gedib nə 
qayıracaqsan?! 
Məlik Məhəmməd bir də atasından təvəqqe elədi ki, ona 
izin versin. Atası izin verdi və  Məlik Məhəmməd kefi kök, 
damağı çağ qayıdıb öz otağına gəldi. Elə ki, gün batdı, axşam 
oldu, Məlik  Məhəmməd qıs – qıvraq geyinib, ox – yayını 
götürüb, bağa getdi. Balalar, Məlik Məhəmməd də o biri qar-
daşları kimi bir saat gözlədi, iki saat gözlədi, axırda gördü yux-
usu gəlir. Nə etsin? – Xəncərini cəld çıxardıb barmağının başını 
yardı  və yerinə istiot – duz tökdü. Ta sübhə kimi barmağının 
 
75 
ağrısından yata bilmədi. Sübhə yavuq gördü bir gurultu, bir 
nərilti gəlir ki, yer zəlzələ eləyir. Durub cəld ağacın dalında 
gizləndi ki, görsün bu nədir? Bir vaxt gördü ki, bir div gəlir, 
adam baxanda bağrı yarılır. Məlik Məhəmməd o saat barmağını 
dişlədi: eyhay, almanı aparan bu imiş! 
Div gəlib alma ağacına yavıqlaşanda Məlik Məhəmməd «ya 
allah» deyib, birdən qılıncı onun başına elə vurdu ki, qılınc 
zərbdən iki parça oldu. Balalarım, div o saat qayıdıb nərə vura 
– vura qaçdı. Sabah olan kimi Məlik Məhəmməd almaları 
yığıb, bir məcməiyə qoydu və üstünə də bir örtük çəkib, atasına 
apardı. Padşah almaları görcək çox şad oldu. Oğlunun alnından 
öpdü. 
Məlik Məhəmməd atasına dedi: 
- Ey ata, izin ver qanın izi ilə gedib, divi öldürüm. 
Padşah razı oldu və Məlik Məhəmmədə bir qədər də qoşun 
verib, o biri oğlanlarını da ona qoşub yola saldı. Az gedib, üz 
gedib, dərə – təpə düz gedib, bunlar bir quyuya rast gəldilər. Bu 
quyunun ağzında bir dəyirman daşı qoyulmuşdu. Padşahın 
oğlanları istədilər bu daşı götürüb içəri girsinlər. Əvvəl böyük 
oğlan daşa yapışdı və nə qədər çalışdı yerindən tərpədə bilmədi. 
Ortancıl oğlan irəli yeridi, bu da nə  qədər çalışdısa da daşa 
gücü çatmadı. Növbət Məlik Məhəmmədə yetişdi: bu, daşa 
yapışdı və bir dəfə «ya allah» deyib, daşı götürdü, kənara atdı. 
İndi, balalarım, daşı atandan sonra axır gərək divin dalınca 
quyuya girəydilər. Yenə böyük oğlan qabağa yeriyib dedi ki, 
gərək məni sallayasınız. Dedilər «yaxşı», o saat bir kəndir 
gətirib, bunun belinə bağladılar, quyuya sallamağa başladılar. 
Bu, elə bir az getmişdi ki, bərk çığırdı: 
–Ay yandım, çəkin! 
Padşahın böyük oğlunu quyudan çəkdilər, ortancıl oğlan  
qabağa yeriyib dedi: 
–Məni quyuya sallayın, divin dalınca gedim.Yenə razı 
oldular, kəndiri belinə bağlayıb, quyuya salladılar. Balalarım, 
padşahın ortancıl oğlunu da elə bir az quyuya sallamışdılar, 


 
76 
quyudan bərk səs gəldi: 
–Ay yandım, çəkin! 
Yenə  çəkdilər. Axırda növbət Məlik Məhəmmədə yetişdi. 
Məlik Məhəmməd qabağa yeriyib dedi: 
–Məni quyuya sallayın, amma nə qədər yandım desəm, qu-
laq asmayın. 
Məlik Məhəmmədi quyuya sallayanda o da o biri qardaşları 
kimi çığırmağa başladı: 
–Ay yandım, çəkin! 
Bu sözlərə qulaq asmadılar. Məlik Məhəmməd bir az aşağı 
enmişdi, gördü ki, daha quyuda yavaşyavaş isti azalır; quyunun 
tərkinə çatan kimi bir o yanbu yana baxıb, gördü bir yol var, 
belindən kəndiri açıb, yol ilə getdi. Məlik Məhəmməd bir az 
getdi, qabağına bir qapı çıxdı. Qapını açıb bir boş otağa girdi. 
Bu otağın qapısını açıb, bir ayrısına girdi. Onun qapısını açdı... 
Beləbelə, balalarım, Məlik Məhəmməd altı qapı açdı, 
yeddincisini açdıqda az qaldı  əqli başından çıxsın. Burada 
səndəl taxtın üstə, vallah, elə bir nazənin sənəm əyləşmişdi ki, 
yemə, içmə, onun xəttü xalına, gül cəmalına tamaşa et. Bu qızın 
dizi üstə bir div başını qoyub yatmışdı. Qız Məlik Məhəmmədi 
görçək dedi: 
–Ey cavan, kimsən? Nəkarəsən? Heyfsən, qaç gizlən: div 
yaralanıb acığı tutub, ayılar vallah səni bir dəqiqə  də sağ 
qoymaz. 
Məlik Məhəmməd dedi: 
Mən elə bu divi öldürməkdən ötrü buraya gəlmişəm. 
Balalarım, Məlik Məhəmməd xəncərini  çıxarıb, divin 
ayağını dəlməyə başladı. Div gözlərini açıb qıza dedi:  
–Qoyma, ayağımı milçək yedi. 
Məlik Məhəmməd bir az sakit olub, yenə başladı. Div 
gözlərini açıb çığırdı: 
–Qoyma, ayağımı milçək yedi. 
Üçüncü dəfə  Məlik Məhəmməd divin ayağını  dələndə div 
yerdən qalxıb qıza bir şapalaq vurdu: 
 
77 
–Sənə demirəmmi ayağımı milçək yedi?! 
Bu halda Məlik Məhəmməd yerindən şir kimi sıçrayıb, div 
ilə güləşməyə başladı. Balalarım, bunlar qırx gün qırx gecə 
güləşdilər, heç biri o birisini yıxa bilmədi. Axırda div gücdən 
düşüb dedi: 
–Hər kəssən bura gəlmisən, bir az möhlət ver, yatım, sonra 
yenə güləşərik. 
Məlik Məhəmməd razı oldu. Div başını yenə qızın dizi üstə 
qoyub yatdı. Qız Məlik Məhəmmədə dedi: 
–Ey cavan, o taxçada bir şüşə var, bu divin canı o 
şüşədədir, onu sındırmasan, bu divə güc gətirə bilməyəcəksən. 
Məlik Məhəmməd sıçrayıb, taxçadakı  şüşəni yerə  çırpdı. 
Şüşənin içindən bir göyərçin çıxıb uçanda Məlik Məhəmməd 
göyərçini tutdu. Bu halda div yerindən qalxıb, yalvarmağa 
başladı: 
–O göyərçinə dəymə, dünyada nə istəyirsən sənə verim, o 
göyərçini öldürmə–o, canımdır! 
Məlik Məhəmməd qəbul etməyib dedi: 
–Mənim elə axtardığım bu göyərçin idi. Sonra göyərçinin 
başını üzüb yerə atdı, haman saat div gurultu ilə taxtdan düşüb, 
cəhənnəmə vasil oldu. 
Balalarım, sizə kimdən deyim–Məlik Məhəmməddən. Divi 
cəhənnəmə vasil edib, başını  qızın dizi üstə qoyub, doyunça 
rahat oldu və sonra durub o biri otağa keçdi. Məlik Məhəmməd 
bir də gördü ki, burada əvvəlkindən də gözəl bir qız oturub. 
Bunun da dizi üstə bir div yatıb. Qız Məlik Məhəmmədi görcək 
dedi: 
–Ay cavan, yazıqsan, qayıt gizlən, indicə div oyanar, səni 
parçaparça elər. 
Məlik Məhəmməd dedi: 
–Qorxma, ay qız, allahın köməyi ilə bunu da öldürüb, 
cəhənnəmə vasil edəcəyəm. 
Məlik Məhəmməd xəncərini çıxarıb, divin ayağını dəlməyə 
başladı. Div gözlərini açıb, qıza dedi: 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə