Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə10/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   6   7   8   9   10   11   12   13   ...   103

 
42 
uşaqları vaxtından əvvəl buraxmışdı. İçəri girdikdə orada molla 
ilə  Ağabaladan başqa kimsəni görmədi. Molla Ağabalanın 
çənəsindən tutub deyirmiş: «Ağabala, qurbanın olum, sən 
mənim qulağımdan tut, mən də səninkindən!» Bu sözlərdən kişi 
nə anlayırsa, yüyürüb mollanı süpürləyir. Bir az molla bunu, bir 
az da bu mollanı divara çırpandan sonra küçədən səsə  gələn 
adamlar onları aralayır. 
Sabahdan bu işə min rəng verib bazarda danışdılar. 
Ağabalanın böyük qardaşı bunu eşidən kimi gedib mollanın 
qoparağını götürdü; dayıları mollanı  məktəbə  həsrət qoydular; 
o biri qohumlar özlərinə xəncər – bıçaq tədarük etdilər. Söhbət 
günü – gündən böyüdü, beyinlər qızdı. Molla baş götürüb İrana 
qaçdı.  Şəhər sakit oldu. Bundan sonra Kərbəlayı Cahangir 
oğlunu bir daha məktəbə qoymayacağına and içdi. Dediyi kimi 
də elədi – Ağabalanı bir başmaqçıya şagird verdi. 
*** 
Usta Ağabala  bir də baxdı, gördü otuz ildir ki, başmaqçıx-
anada tozlu – çirkli dükanda çərməki döyür… Bu uzun 
müddətdə Veylabadda hər  şey dəyişmişdi: çox şeyxilər dönüb 
üsuli olmuşdu; hacıkərimxanilər  şeyxi olmuşdular.  Şəhərdə 
böyük möcüzələr görünmüşdü: çoxlu ocaqlar, pirlər zühur et-
mişdi; Ağa  Əliəsgər ağanın evi dəfələrlə qeybdən nurani ol-
muşdu; birdən – birə mollaların pulları bərəkətlənmişdi – qazı 
ağa ildə altı yüz manat maaşla böyük imarətlər yapdırmışdı; o 
biri mollalara, allah haradansa zəngin dul arvadlar yetirmişdi… 
xülasə şəhərdə hər şey tərəqqi etmiş, dəyişmiş, abad olmuşdu. 
Yalnız usta Ağabala qədimliyində sakit qalaraq, otuz il idi ki, 
bu qərar ilə məişət keçirir – elə qayışı suya salıb dişinə çəkir və 
sonra çərməki ilə döyürdü. 
Usta burnunu qurdalayıb dərin fikrə daldı: «Heyhat! Öm-
rüm getdi, gün getdi! Bu gün – sabah inkir – minkir sual edəcək 
ki, nə qayırmısan? – onda nə cavab verəcəyəm?»… Bunları 
düşünərkən cənnət – cəhənnəm gəlib ustanın qabağını  kəsdi. 
Gözləri yaşarıb ürəyi döyündü. Birdən cənnət qəbzini xatırlayıb 
 
43 
gülümsündü; çərməkini tullayıb döşlüyü döşündən qopardı… 
«Asta qaçana imam qənim» - usta qaçmağa başladı. Bazardan 
keçəndə dükançılar ona tərəzi çaldılar, baqqallar çürük 
meyvələr ilə salbaladı; uşaqlar yüyürüb, onu ətəkləyirdi.. 
Şəhərdə qayda belə idi – bazarda yüyürmək kimi adətdən kənar 
bir iş tutan adamla bu cür rəftar edərdilər. 
Usta bunlara qulaq verməyib bazardan keçdi. Əyri küçələr 
bir – bir gəlib getdi. Ustaya ilk dəfə rast gələn hacıkərimxanilər 
mollası oldu. Usta ona etina etmədi, o da ustanı acıqla süzdü. 
Bir az keçdi, bir neçə kömürçü və  kəngan göründü, sonra bir 
dərviş və axırda bir neçə seyid, mərsiyəxan və çoxlu kor, şikəst 
və dilənçi. Usta bunların bəzisinə uca səslə salam verib, 
bəzisinə də etina etməyib keçdi. Bir neçə addım da atıb şəhərin 
kənarına çıxdı. «Mazı - mazı» oynayan on yeddi – on səkkiz 
yaşındakı  gənclərin səsindən qulaq tutulurdu. Bunlar ustanın 
qaçmağını görüb onu hoydu – hoyduya götürürdülər. Usta 
bunlara da fikir verməyib şəhərdən uzaqlaşdı. 
Duman  ətrafı bürümüşdü – hər  şey zülmət içində idi. 
Səssizlik arasında ustanın ayağının şappıltısı həyəcanlar doğu-
rurdu. Usta qaçır, heç havada dəyişiklik yox idi; heç bir yerdə 
işıq ucu görünmürdü. 
Usta Ağabala qırx gün, qırx gecə yol getdi, işıqlı dünyaya 
çıxmaq üçün bir yol tapa bilmədi, axırda təngə gəlib bir daşın 
ətəyində uzandı  və öz – özünə dedi: «Allah, yoxsa günahkar 
idim ki, qabağıma zülmət çıxdı? Buyurmusan Ağa  Əliəsgər 
ağanın dalında namaz qıl, qılmışam;  şeyxilərin  məscidindən 
başqasına getmə – getməmişəm;  mollanın dediyindən çıx-
mamışam; öl deyib ölmüşəm, ayıb olmasın, ev adamına  İbni 
Mülcəm (allah lənət eləsin) ölən axşamı yaxşı  kəlləpaça biş-
irdib aparmışam, yeyiblər (halal xoşları olsun!), bəs mənim 
günahım nədir?» 
Usta ağlaya – ağlaya fikrə getdi və nə isə xatırlayıb birdən 
başına döyərək hönkürdü; «Pərvərdigara! Mənim günahımdan 
keç! Məni qır qazanına saldırma; bircə  dəfə bilməmişəm


 
44 
üsulilərin oduna düşüb kişmişli aş yemişəm!.. Öhü! Öhü!.. 
yoxsa onun zülmətidir, indi məni bürüyüb?..» 
Usta Ağabala gözlərinin yaşını axıdaraq, başını daşdan – 
daşa vurub yatdı. 
Azmı – çoxmu yatmışdı – usta yaşlı gözlərini açdı – 
vəziyyət dəyişmişdi; duman çəkilmiş, dan yeri yenicə 
sökülürdü;  şərq buludları altun kimi parıldayır; ay və ulduzlar 
sönük bir halda gözdən itirdi; sübhün həzin yeli yaşıl yarpaqları 
titrədir; bulaqların daşdan – daşa tökülüb şırıldaması bağları 
canlandırır; çiçəklər baş – başa gələrək bülbülün yanıqlı 
nəğməsinə səbəb olurdu… 
Bir dəqiqə keçmədən günün şüası dağın arxasından qalxıb 
aləmi işıqlandırırdı; gül qönçələrinə düşmüş şehlərin hərəsi min 
rəngə çaldı. Cənnətin yavıqlaşması ustaya əyan oldu. Cəld 
yerindən qalxıb ilan kimi qıvrılmış bir yol ilə getdi. Bir az  son-
ra şiddətli bir mənzərəyə rast gəldi: şimal tərəf od tutub yanırdı; 
yerdən, göydən alov qaynayırdı. Usta şaşdı – tutduğu yol alova 
doğru idi, başqa da yol yox idi. Gülzarlıqla  alov arasında uca 
sədd çəkilmişdi, onu keçmək qabil deyildi. Usta düşüncəyə 
daldı: «Yoxsa (allah eləməmiş!) cəhənnəmə gedirəm?» - deyə 
öz - özündən sordu, lakin qəbzi xatırlayıb toxdadı və qurşağının 
ucunu açıb alnının tərini silə – silə od çıxan tərəfə getdi. 
Günəş göydən yerə enmişdi, isti olduğundan xalqın dili 
ağzından çıxıb yerlə sürünürdü; dəstə – dəstə adamların üzünə 
qara çəkib çığırda – çığırda od tərəfə aparırdılar. Əcaib məxluq 
görünürdü: kimi buynuzlu və at ayaqlı; bəzisi yarı öküz, yarı 
adam; kiminin dörd – beş əli və hər əlində odlu gürzlər var idi. 
Bu əcaib zəbanilər tutduqları insanları gürzlə şapbarlayıb odlu 
zəncirlərlə dağlayırdılar. Çığırtıdan qulaq tutulurdu… 
Qərb tərəfdə bir təpənin üstündə ağ ələm vurulmuşdu. Bu-
rada naməyi – əməllərə və köhnə hesablara baxılırdı. Gözlüklü 
qoca bir məlaikə kitabları vərəqlədikcə toz qalxırdı. Sağ tərəfdə 
İsrafil sur düdüyünü çalıb ölüləri yuxudan oyadırdı. Qəbirdən 
qalxan qol–qılçasını qoltuğuna vurub ağ  ələmə  tərəf diyir-
 
45 
lənirdi. Burada böyük bir dəstə  əmələ  gələn kimi, içlərindən 
biri ayrılıb təpəyə  çıxır, mərsiyə deməyə başlayırdı, ölülər də 
təpələrinə döyüb ağlaşırdılar. Dəftərdə hesab çəlpəşik düşdükdə 
qoca mələklərdən biri turşlanmış üzünü bunlara tərəf çevirib 
deyirdi: «Bəs deyil? Sital uşağı sital, lap zəhləmi tökdünüz!» 
Ələmin sol tərəfində duran adamlar xaçpərəstlər idi; 
bunların üzlərinə qara çəkib sorğu – sualsız cəhənnəmə atırdı-
lar. Usta Ağabala bunlara tamaşa edəndə bir zəbani ağzından 
alov tökə – tökə buna hücum etdi. Qoçaq usta özünü itirmədi
cəld qəbzi göstərib çığırdı: «Vallah, şeyxiyəm!» - dedi. Zəbani 
ağzını yumub sükut etdi və sonra işarə ilə ustadan üzr istəyib 
onunla getməsini rica etdi. Usta razı oldu. Bir neçə  dəqiqə 
getməmişdilər ki, bir dağa rast gəlib başına çıxdılar. Dağın o 
biri tərəfindən gözəl bağlar, uca imarətlər salınmışdı. 
İmarətlərin önündən çaylar axır, hovuzlar fəvvarə vururdu; gül 
gülü çağırır, bülbül bülbülü; huri və qılmanlar ağacların dibində 
səf çəkib boyunları çiyinlərində durmuşdular; yumru totuq 
uşaqlar qızıl taxtlarda qumaş yasdıqlara söykənən möminlərə 
şərab paylayırdılar. Bir tərəfdə çeşmələr şaqqıldaşır; bir tərəfdə 
gözəl çiçəklər qoxuyur; mərmər hovuzlarda qızıl balıqlar oyna-
şırdı; ağaclarda partlamış narların hər dənəsi yaqut – əhmər 
kimi qızarıb şəfəq verirdi. Əlvan meyvələrin öz – özünə üzülüb 
ağaclardan möminlərin ağzına düşməsi yalnız bir arzuya bağlı 
idi… 
Usta Ağabalanın ürəyi məhbubəsini görmüş aşiq ürəyi kimi 
döyündü. Lakin oraya keçmək mümkün deyildi – orada qıl 
körpü var idi. 
Qıl körpünün hər tərəfi od tutub yanırdı. Minlərcə adam 
odlu gürzələrin çənginə düşüb məhv olmaqda idi. Cəhənnəmin 
kənarında çoxlu qır qazanları qaynayırdı. Günahı çox olanları 
burada qaynadıb sonra əjdahaların ağzına atırdılar. 
Birdən həyəcanlı bağırtı səsi gəldi. Usta sol tərəfə baxdıqda 
bir dəstə üzü qara adam gördü. Bunları qır qazanlarının yanına 
gətirib bir – bir naməyi – əməllərini oxudular. Biri gəmi, o biri 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə