Hümmətova Lətafət Ələsgər qızı
16
alınan ox xətti spesifik rəngarənglik kimi mövcuddur.Tarixi
prosesin nisbətən daha
yüksək pilləsi əvvəlki mədəni-tarixi tipləri və pillələri əvəz etməyib onları özündə
birləşdirir. Buna görə də ədəbiyyatda formasiya yanaşmasını insan varlığının başqa
tərəfi ilə mədəni-mənəvi tərəfi ilə tamamlamaq təklif irəli sürüldü. Sivilizasiya
yanaşmasının da predmetini insan varlığının hər hansı bir tərəfi deyil, cəmiyyətin
bütün həyat formalarının (maddi, ideya, mədəni) məcmusu, vəhdəti təşkil edir. Burada
sivilizasiya müəyyən lokal-məkan sərhədlərnidə yaranan mədəniyyətin tarixi forması
kimi başa düşülür. Sivilizasiyanın daşıyıcıları etnoslardır. Deməli, hər hansı
sivilizasiyanın ilkin şərtini və əsasını mədəniyyət təşkil edir və tarixin materialist
anlamı varlığın insan davranışını ən müxtəlif sferalarda şərtləndirən mənəvi
prinsiplərinin əhəmiyyətini heç də azaltmır. Sivilizsasiya davranış norma və
prinsiplərini yaradır ki, onlar da bütün sosial və mədəni qruplar üçün ümumi
əhəmiyyət kəsb edir və onları vahid bir tam çərçivəsində saxlayır. Bununla da
“sivilizasiya” anlayışı etnosların mövcudluğunu bildirir. Bu,
müəyyən istehsal üsulu
əsasında qərarlaşan və uzun müddət ərzində iqtisadi, etniki və mənəvi inkişaf
nəticəsində formalaşan maddi və mənəvi mədəniyyətin spesifikası ilə xarakterizə
olunan tarixi qurumdur. Mədəniyyətlərin konkret təcəssümü olan sivilizasiya mədəni-
tarixi proses tiplərinin bilavasitə gerçəkliyini şərtləndirir. Sivilizasiyanın rasional-
laşdırıcı funksiyası subyektin həyat fəaliyyətinin etnik tərəfinin spesifikasiyasında,
ona mədəni-tarixi kolorit verməsində özünü büruzə verir.
Nəsillər arasında əlaqəni şərtləndirən və etnosun sosiomədəni varisliyini təmin
edən mexanizm adət və ənənələrdir. Xalqın mədəni nüvəsini təşkil edən ənənələrin
ilk növbədə kommunikativ aspekti maraq kəsb edir. İnsan
sosiomədəni fəaliyyətə
başladığı andan onda şəxsiyyətlərarası kommunikasiya prosesinin tənzimlənməsinə
ehtiyac yaranır ki, bu da ənənələr kimi sosial mexanizmlə reqlamentləşdirilir.
Şəraitdən asılı olaraq xalqın tarixi-mədəni inkişaf prosesində bəzi ənənələr arxa plana
keçir, digərləri isə, əksinə, etnosun inkişafında həlledici əhəmiyyət əldə dir. Xalqın
mədəni nüvəsini məhz belə ənənələr təşkil edir. Ənənə ictimai rəy gücünə dəstəklənən
reqlamentləşdirilməmiş hüquqi normadır və bu keyfiyyətdə ictimai münasibətlərin
stabilləşdirilməsi vasitəsi kimi çıxış edir. Ənənələr innovasiyalara qarşı selektiv
mexanizm funksiyasını yerinə yetirir: cəmiyyətdə yalnız sosiumun etnospesifik
cəhətlərinə dağıdıcı təsir göstərməyən yeniliklər qəbul edilir. Bu, bu etnosun
unikallığını və özünəməxsusluğunu qoruyub saxlamaq imkanı verir.
Etnomədəni rəngarənglik müasir dünyada bir çox həyat əhəmiyyətli funksiyaları
yerinə yetirir. Tarix
sübut edir ki, müxtəlif etnoslar qarşılarında çıxan problemlərə
müxtəlif prizmalardan yanaşırlar. Belə ki, bir mədəniyyətdə, məsələn, texniki biliklər,
digərlərində isə siyasi ideallar və s. üstünlük təkil edə bilər. Tarixin gedişini heç kim
qabaqcadan proqnozlaşdıra bilməz və heç kim bilmir ki, yaxın və uzaq gələcəkdə sağ
qalmaq üçün bəşəriyyətə hansı qabiliyyətlər və keyfiyyətlər lazım olacaq. Deməli,
bəşəriyyətin sərəncamında da tarixin çağırışlarına adekvat cavab verə biləcək zəngin
qabiliyyətlər, keyfiyyətlər ehtiyatı olmalıdır. Buna görə də mədəni qarşılıqlı təsirlərin
bəşəriyyəti orta
hala gətirməsinə, yəni dünyanın spesifik etnik mənzərəsinin
Qloballaşma və etniklik
17
dağılmasına yol verilməməlidir.Bununla əlaqədar T.P.Qriqoryevanın qənaəti maraq
kəsb edir. Tədqiqatçı yazır ki, “xalq öz milli sərvətini qorumalıdır, çünki yalnız bu
halda o,xalqların ümumi xəzinəsinə nə isə təkrarolunmaz, unikal bir şey daxil edə
bilər ki, bunsuz da dünyanın birliyi, vəhdəti mümkün deyil. Onun beynəlmiləl borcu
“hamı kimi olmaqda deyil”, məhz bundadır” [1,s.250].
Müasir şəraitdə E.Husserlin aktiv və passiv ənənələr haqqında nəzəriyyəsi də
aktual görünür. Passiv ənənə tarixən təsbit edilmiş hər hansı qaydalar toplusudur ki,
insan öz qrupunda onlara uyğun yaşayır və qəbul olunmuş qaydaya
adaptasiya edərək
heç nəyi dəyişmir. Lakin ənənələrin ikinci növü də var. Bu zaman insan ənənəyə öz
etnosunun tarixindən götürdüyü yeni məzmun verir, onları mənalandırır (xatırladaq
ki, H.Qadamer ənənəni yenidən mənayaratma kimi səciyyələndirir) və ya ona
müasir
KİV tərəfindən yeridilən yad ənənənin xeyrinə seçim edir [2,s.209]. Təəssüf ki,
nəhəng maarifləndimə potensialına və bir andaca auditoriyaya təsir göstərmə
imkanına malik olan müasir KİV bəsit mədəniyyət standartlarını tirajlaşdırmaqla, bu
imkanlarından heç də həmişə səmərəli istifadə etmir.
Burada bir paradoksu vurğulamaq istərdik. Söhbət ondan gedir ki, bir çoxlarının
düşündüynə zidd olaraq, qloballaşma etnikliyin sıxışdırılıb çıxarılmasına gətirib
çıxarmır, əksinə, onun aktuallaşmasına səbəb olur. Qloballaşma ilə etniklik müasir
dövrün bir-biri ilə bağlı olan və bir-birinə qarşı-qarşıya duran iki elementi kimi
nəzərdən keçirilə bilər. Onların nisbətinə yanaşmalar müxtəlif olsa da, onların həm
hər birinin, həm də milli dövlətlərin və dünya birliyinin inkişafında rolu şübhə
doğurmamalıdır. V.S.Solovyov haqlı olaraq qeyd etmişdi ki, “zaman keçdikcə,
şəxsiyyətn milli xarakteristikalarının yalnız “xüsusi çəkisi” dəyişəcək, halbuki onların
müsbət məcmusu həm şəxsiyyətin, həm də bütövlükdə bəşəriyyətin ayrılmaz
sərvəti
olaraq qalacaq”. Etnikliyin ona müasirlik cəhətləri əldə etməkdə və onun inkişafını
ləngidən amilləri dəf etməkdə köməklik edən qloballaşmaya ehtiyacı varsa,
qloballaşmanın da müasir sivilizasiyanın mozaikliyini qoruyub saxlayan etnikliyə
ehtiyacı var. Qloballaşma etnikliyə zamanla addımlaşmağa köməklik edirsə, etniklik
də qloballaşmaya dəstək verir – axı etniklik olmadan dünya simasızlaşır, mücərrəd,
amorf forma alır... Qloballaşma etnosun siyasi və mədəni sahəsini genişləndirir, onları
beynəlxalq aktorlara çevirir [7, s.173]. Etnik sistem qlobal cəmiyyətin kommunikativ
strukturlarına etnik kommunikasiya üçün yeni imkanlar nöqteyi-nəzərindən yanaşır.
Deyilənlərin
səbəbidir ki, bütövləşən və qarşılıqlı bağlı olan bəşəriyyət öz etnomədəni
rəngarəngliyini itirmir. Etnik sistem bir tərəfdən qloballaşmanın unifikasiya
tendensiyalarına müqavimət göstərir, digər tərəfdən də bütövləşən dünyanın
strukturlarından faydalanır. Qloballaşmanın paradoksudur ki, o, eyni zamanda etnik
özünüdərkin güclənməsinə, etnik sistemlərin inkişafına səbəb olur,
digər tərəfdən də
onların etnik münaqişələr nəticəsində məhv olma təhlükəsi ilə üz-üzə qoyur.
Y.A.Zamoşkin bu paradosku aşağıdakı kimi ifadə edir: “Bir tərəfdən fərdlərin,
qrupların, millətlərin, ölkələrin öz unikallığını, rəngarəngliyini maksimum sərbəst
ifadə etmək, öz xüsusi maraqlarını müdafiə etmək tələbatı, digər tərəfdən də elə həmin
fərdlərin, millətlərin, ölkələrin ümumi və qlobal problemlərin həlli naminə birlikdə