_______________________________ Epos. Nəsr. Problemlər
27
təzəbəyi –Yalançı oğlu Yalancığı "əlin qurusun,
parmaqların çürüsün, hey, donuz oğlu donuz" sözləri
ilə yamanlayır. Söyüb-yamanlamağın qabağında
Beyrəyə əl qaldırılmaması məhz bununla bağlıdır ki,
o, özünü ozan kimi təqdim edə bilir. Əlində müqəddəs
qopuz tutan bir adama əl qaldırmağın mümkün
olmadığını bildiyinə görə Yalançı oğlu Yalancıq dəli
ozanı ox atma yarışına qoşub sındırmaq-susdurmaq
istəyir. Yalançı oğlu Yalancıq tanımasa da, biz dəli
ozanı tanıyırıq. Bilirik ki, onun oxu hədəfdən yayınan
deyil və onu bu yarışda susdurmaq baş tutan iş deyil.
Dəli ozan nəinki susmur, hətta oxu düz hədəfə
yönəltməklə toxunulmazlığını daha da artırır. Dəli
ozanı bir igid timsalında görən Qazan xan ona ürəyi
istədiyini etmək ixtiyarı verir. Qazan xan dəli ozana
külli-ixtiyari oxatma yarışlarındakı məharətinə görə
verirsə, bu, o deməkdir ki, həqiqəti açıb söyləməyin,
özünü nişan verməyin əlverişli məqamı yaranır. Amma
Beyrək hələ ki kimliyini bildirmək istəmir. Beyrək hələ
ki özünü gizlətmək, "Oğuzda mənim dostum,
düşmənim kimdir?" sualına cavab tapmaq istəyir.
İkiləşən, həqiqi Beyrək və yalançı Beyrək tərəflərinə
ayrılan
qəhrəmanımız
Banıçiçəklə
görüşmək
ərəfəsində dəli ozan hoqqalarının sayını bir az da
artırmalı olur: yemək dolu qazanları vurub böyrü üstə
yerə yıxır; bişirilmiş əti götürüb ora-bura atır;
zurnaçıları, nağaraçıları toydan qovur; kimini döyür,
kiminin başını yarır. Dəli ozan oyunu qızlar-gəlinlər
oturan otaqda da davam edir. Beyrəyin Boğazca
Muxtar Kazımoğlu
__________________________________
28
Fatma və Qısırca Yengə ilə məzələnməsi məhz dəli
ozan oyununun bir təzahürüdür. Beyrəyin Banıçiçəklə
söhbəti də dəli ozana məxsus bir ahəng üstündə
başlayır:
Mən bu yerdən gedəli dəli olmışsan,
Dəlim ağca qarlar yağmış, dizə yetmiş.
Xan qızının evində qul-xəlaiq dükənmiş...
Məşrəbə almış, suya varmış –
Biləglərindən on parmağın sovuq almış.
Qızıl altun gətirin,
Xan qızına dırnaq yonun.
Eyiblücə, xan qızı, ərə varmaq eyib olar (1,
64).
Banıçiçəklə
söhbətə
Beyrəyin
bu
cür
başlamasının səbəbi aydındır. Banıçiçək qırmızı
qaftanı geyib ozanın təklifi ilə oynamaq istəyəndə
əllərini qaftanın uzun qolları içində gizlədir ki,
barmağındakı üzük görünməsin. Üzük on altı il əvvəl
Beyrəyin verdiyi üzükdür. Banıçiçək Beyrək verən
üzüyü niyə gizlədir? Bu suala cavab vermək üçün
gərək Qısırca Yengə, Boğazca Fatma məsələsinə
yenidən
qayıdaq
və
bir
məsələni
bir
daha
dəqiqləşdirək: Banıçiçək özünü niyə gizlədir və niyə
adaxlı qız adı ilə Qısırca Yengə və Boğazca Fatmanı
qabağa verir? Bu məsələnin kökündə duran real amil
odur ki, Banıçiçək Yalançı oğlu Yalancığa ərə ve-
rilməkdən narazıdır və həmin səbəbdən dəli ozanın
"adaxlı qız durub oynasın" təklifini könülsüzcəsinə
qarşılayır. Məsələnin kökündə duran mifoloji amil isə
_______________________________ Epos. Nəsr. Problemlər
29
odur ki, Banıçiçəyin Beyrəklə qovuşacağını nəzərə
alan dastançı bu qovuşmaq ərəfəsində Banıçiçəyi
yenidən diriltmək-dirçəltmək istəyir. Bu cür mifoloji
diriltmək-dirçəltməkdə, artıq qeyd etdiyimiz kimi,
Qısırca Yengə və Boğazca Fatma magik təsir
göstərmə funksiyası daşıyırlar. İstər real, istərsə də
mifoloji zəmində Banıçiçəyin ikiləşməsi gözlənilən bir
vəziyyətdir. Bu ikiləşmə də Beyrəyin ikiləşməsi kimidir,
yəni əsl Banıçiçək və yalançı Banıçiçək tərəflərini
ehtiva edir. Maraqlıdır ki, bir tərəfdən o biri tərəfə, əsl
Banıçiçəkdən yalançı Banıçiçəyə keçmək, Beyrəkdə
olduğu kimi, əsasən, libas üstündə qurulur. Qırmızı
qaftanı Boğazca Fatmaya geydirən Banıçiçək özünü
gizlədir və Boğazca Fatmanı məhz yalançı Banıçiçək
kimi irəli verir. Qırmızı qaftanı özü geyəndə belə
Banıçiçək müəyyən qədər yalançı Banıçiçək olaraq
qalır. Əsl Banıçiçəyin özünü büruzə verməsi yalnız
Beyrək verən üzüyün barmaqda görünməsi ilə
mümkün olur. Üzüyün barmaqda görünməsi ilə Beyrək
də dəli ozan oyununu bir qırağa qoyur, Banıçiçəklə on
altı il əvvəlki ilk görüşlərini yerli-yataqlı xatırladıb, axır
ki, özünü nişan verir.
Beyrəklə Banıçiçək uzun ayrılıq və çətinlikdən
sonra bir-birilərinə məhz yenidən dirilən-dirçələn
istəklilər kimi qovuşurlar və boy belə sona çatır.
Haqqında danışdığımız "ciddi" və gülməli paralelliyi,
gülüşün kult səviyyəsinə qaldırılması və magik təsir
vasitəsi kimi təqdim olunması, qəhrəmanın ikiləşib əsl
qəhrəman və yalançı qəhrəman tərəflərini özündə
Muxtar Kazımoğlu
__________________________________
30
birləşdirməsi həmin nikbin sonluğa gətirib çıxaran
mifoloji-poetik amillərdir.
QAYNAQLAR
1. Kitabi Dədə Qorqud ensiklopediyası. 2 cilddə, I
cild. Bakı, Yeni Nəşrlər Evi, 2000
2. Dava yorğan davasıymış. Molla Nəsrəddin
lətifələri. Tərtib edəni Bəhlul Abdulla. Bakı, "Yazıçı"
nəşriyyatı, 1996
3. Orhan Şaik Gökyay. Dedem Korkudun kitabı.
İstanbul, Milli Eğitim Basımevi, 2000
4. Kamal Abdulla. Mifdən yazıya və ya gizli Dədə
Qorqud. Bakı, Mütərcim, 2009
5. İmre Adorjan. "Dədə Qorqud Kitabı"nın Macarıs-
tandakı keçmişi və önəmi. "Dədə Qorqud" elmi - ədəbi
toplusu, Bakı, 2007, I say, səh. 50-63.
Dostları ilə paylaş: |