_______________________________ Epos. Nəsr. Problemlər
31
MƏNFİ ƏVƏZEDİCİ
Folklorda qəhrəmanın müsbət əvəzedicisi kimi,
mənfi əvəzedicisi də mənşəcə əkizlər mifinə gedib
çıxır. Mifoloji təsəvvürə görə, əkizlər arasında qarşılıqlı
rəğbət və məhəbbət olduğu kimi, rəqabət və ədavət də
ola bilər. Əkizlər arasında rəqabət ana bətnindəcə
başlayır. Onlar doğuluş anında kimin birinci olması,
başqa sözlə, kimin yaşca böyük olması üstündə mü-
bahisə edirlər (4, 174). Bir-birinə rəqib olan əkizlər ayrı-
ayrılıqda xeyirin və şərin təmsilçisinə çevrilirlər. Bunu
nəzərə alıb tədqiqatçıların bir çoxu əkizlər mifini dualist
dünyagörüşlə əlaqələndirirlər. Dual təşkilatı ictimai
quruluşun ən ilkin formalarından biri sayan A.M.Zo-
lotaryov mif və nağıllarda rəqib qardaşlarla bağlı çox-
saylı süjetləri məhz həmin təşkilatla əlaqələndirir.
A.M.Zolotaryovun fikirlərinə əsaslanan E.D.Tursunov
qədim
türk
dünyagörüşündə,
cəmiyyətində
və
folklorunda dualizmin qabarıq ifadəsini görür. Qədim
türk cəmiyyətinin iki tirəyə bölünməsini səciyyəvi bir hal
hesab edən E.D.Tursunov özündən əvvəlki tədqiqatçı-
lara,
o
cümlədən
H.Qumilyov,
L.P.Potapov,
Ç.Vəlixanov, M.İnanc kimi araşdırıcıların mülahizə-
lərinə əsaslanıb qədim türklərin Qərb və Şərq
xaqanlığına; altayların qara nayman və göy nayman;
teleutların ağ tumat və qara tumat; şorların qara şor və
sarı şor; noqayların ağ noqay və qara noqay; qazax-
ların, Türkiyə və Azərbaycan türklərinin ağqoyunlu və
qaraqoyunlu tirələrinə bölünməsini dual dünyagörüşün
Muxtar Kazımoğlu
__________________________________
32
əlamətləri
kimi
diqqətə
çatdırır
(6,
19-20).
E.D.Tursunov siniflərin meydana gəldiyi ilkin dövrlərdə
ikili sistemlə yanaşı, üçlü sistemin də mövcud olduğunu
yaddan çıxarmır və qədim hunların xuan, lan və süybi
sülalələrinə
bölünməsini;
qazaxlarda
torpaqların
tayfalar arasında böyük, orta və kiçik qollar üzrə pay-
lanmasını məhz üçlü sistemə misal çəkir (6, 32).
Folklorda iki qardaş süjetləri ilə bərabər, üç qardaş sü-
jetlərinin də geniş yer tutması onu göstərir ki, həmin
süjetlər yalnız ikili sistemin yox, həm də üçlü sistemin
əlamətlərini əks etdirir. Yeri gəlmişkən qeyd edək ki,
əkizlərin iki, üç, otuz və s. sayda olması mifologiyada
qeydə alınan faktlardandır. Odur ki, əkizlər mifinin folk-
lordakı əlamətləri araşdırılarkən müxtəlif sayda (iki, üç,
yeddi və s. miqdarda) qardaş və bacıdan bəhs edilməsi
təbii sayılmalıdır. Qardaş və bacıların sayca neçə
olmasından
asılı
olmayaraq,
indiki
halda
bizi
maraqlandıran əsas məsələ onlar arasında ziddiyyət-
lərin
olması,
qardaşların
bir-birinə
rəqib
kimi
baxmalarıdır.
Əkiz qardaşların əks qütblərdə dayanması motivi
bizim folklorun bəzi nümunələrində öz ifadəsini tapıb.
Qubadlı bölgəsindən toplanan “Ekiz qardaşlar” nağılı
bu baxımdan səciyyəvidir. Nağıl bir şahzadə ilə bir
naxırçının sərgüzəştlərindən bəhs edir. Nağılda
şahzadənin naxırçı ilə əkiz qardaş olmasından söhbət
açılmasa da, naxırçının dediyi bu sözlər nağıl söylə-
yicisinin toxunmadığı nöqtələrə aydınlıq gətirir:
“Padşah sağ olsun, sən də, mən də bir toxumnan
_______________________________ Epos. Nəsr. Problemlər
33
əmələ gəlmişik” (1, 291). Naxırçının sözlərindən bəlii
olur ki, bir-birlərindən ayrı düşsələr də, şahzadə ilə
naxırçı
əkiz
qardaşdırlar.
Əkiz
olduqlarından
qardaşların hər ikisinin qeyri-adiliyi var. Bu qeyri-adilik
son dərəcə ağıllı olmaqdan, ən çətin suala cavab tapa
bilməkdən ibarətdir. Görücülük xüsusiyyəti olan
qardaşlar inəyin qarnındakı balanın erkək, yoxsa dişi
olduğunu, balanın hansı rəngdə olduğunu, qaşqa
olub-olmadığını qabaqcadan söyləyə bilirlər. Qardaşı-
nın yüksək ağıl sahibi olduğunu görən şahzadə
padşahlıq taxtına çıxandan sonra onu (əkiz qardaşını)
özünə vəzir götürmək istəyir. Amma şahzadə bu
istəyinə çata bilmir, çünki qardaşı başına qoyun dərisi
keçirib, keçəl qız cildinə girib ondan gizlənir.
Naxırçının qəti fikri budur ki, əkiz qardaşların yolları,
qismət və taleləri başqa-başqadır, onlar bir yerdə ola
bilməzlər. Maraqlıdır ki, kontaminasiya yolu ilə nağıla
daxil edilən süjetdə də son dərəcə mehriban dolanan
iki qardaşın axırda bir-birinə düşmən kəsilməsindən
söhbət açılır. Naxırçı bu əhvalatı danışmaqla
qardaşların axıracan bir yerdə mehribancasına
davranacağının qeyri-mümkünlüyünü sübuta yetirmək
istəyir. Naxırçı qardaş şahzadə qardaşına yekun
olaraq deyir: “Allah-tala taleh yazanda saa bir ağ qoş
göndərib, buynuzdu, kərə quyruxlu qoşdu. Maa da bir
qara qoş göndərib, buynuzsuz, quyruxsuz qoşdu. Ona
göra ki, buynuzunnan quyruğunu qatdayıb qoparıb.
İndi mən saa vəzir olammərəm, talehimiz ayrı cürə
yazılıb” (1, 291-292). Naxırçının bu sözləri əkizlərin
Muxtar Kazımoğlu
__________________________________
34
əks qütblərdə dayanmasından xəbər verir. Əkizlərdən
biri ağ qoçu, digəri qara qoçu təmsil edirsə, bu, o de-
məkdir ki, nağılda əkizlik dualizm dünyagörüşü ilə
əlaqələndirilir.
Nümunə gətirdiyimiz “Ekiz qardaşlar” nağılı
əkizlərin, həmçinin əkiz olmayan qardaşların bir-birinə
qarşı durması amilini diqqət mərkəzinə çəkməyi
zərurətə çevirir. Ehtiyac yaranır ki, qardaşların bir-
birinə qarşı durmasının mifoloji kökləri araşdırılsın. Bu
istiqamətdə araşdırma isə Ülgen və Erlik münasibət-
lərini yada salır.
Türk xalqlarının ortaq mifoloji obrazlarından olan
Ülgen xeyiri, Erlik şəri; Ülgen göyüzünü, Erlik yeraltı
dünyanı təmsil edən fövqəltəbii qüvvədir. Bu iki
qardaşdan birincisi – Ülgen “ağ”, “parlaq” kimi
təyinlərlə tanınırsa, ikincisi – Erlik ən çox “qara” təyini
ilə tanınır. Ülgen dünyanın ən uca dağında, qızıl sa-
rayda, qızıl taxt-tacda oturduğu halda, Erlik yerin
altında, qara palçıqdan, yaxud qara dəmirdən
hörülmüş bir sarayda oturur. Ülgen demiurqdur, o,
insanlara kömək edir. İnama görə, insanlara odu bəxş
edən Ülgendir. Gecələr yer altından çıxıb, qara-keçəl
öküzdə gəzən Erlik isə yer üzünün ən gözəl
qadınlarını və kişilərini öldürür, onları özünün
qulluqçusuna çevirir. Erlik ölənlərin ruhunu özünə tabe
etdirir və onları yer üzünə göndərir ki, şər işlər
törətsinlər (4, 546-547; 667-668).
Əkiz qardaşlar arasında rəqabətin ümumtürk
folklorundakı səciyyəvi nümunələrindən birini yakut
Dostları ilə paylaş: |