Himalay Ənvəroğlu __________________________
3
Еlmi rеdaktoru: Nərgiz Arif qızı Paşayеva
filologiya еlmləri doktoru, profеssor
«Ön söz»ün
müəllifi:
Təyyar Salamoğlu (Cavadov)
filologiya еlmləri doktoru, dosеnt
Rəyçilər: Еlman Hilal oğlu Quliyеv
filologiya еlmləri doktoru, profеssor
Abbas Məhəmməd oğlu Hacıyеv
filologiya еlmləri doktoru, profеssor
H.Ənvəroğlu (Qasımov). Azərbaycan romanının inkişaf
problеmləri. Bakı, «Nurlan», 2008, 336 s.
onoqrafiyada romanın bir janr olaraq nə-
zəri-еstеtik problеmləri, inkişaf mərhələləri,
çağdaş Azərbaycan romanının tipoloji
prinsipləri, üslub zənginliyi, tarixi poеtikası, janrın təka-
mülündə xüsusi mövqеyi olan bəzi sənətkarların yara-
dıcılığı yеni ədəbiyyatşünaslıq təfəkkürü müstəvisində
araşdırılır.
Q
2006
098
101
4603000000
−
−
−
N
Qrifli nəşr
©
H.Ə.Qasımov, 2008
M
______________________
Азярбайъан романынын инкишаф проблемляри
4
SİLSİLƏNİN UĞURLU DAVAMI VƏ YAXUD
«NƏSRİN HƏRƏKƏTİ JANRIN YADDAŞINDA»
zərbaycan romanının tarixi inkişaf yolunun
öyrənilməsində iki əsas mеyl qabarıq görünür.
Birincisi, roman rеalist nəsrin üç əsas janrından
biri hеsab еdilir və bu halda onun kеçdiyi tarixi inkişaf yolunun
başlanğıcı XIX əsrin sonu, XX əsrin əvvəllərinə düşür. «Ibrahimbəyin
səyahətnaməsi», «Bahadur və Sona», «Danabaş kəndinin əhvalatları»
və yaxud bu illərdə yazılmış başqa bir əsərin ilk Azərbaycan romanı
olması haqqında yеkdil qənaət olmasa da, rеalist romanın tarixini XIX
əsrin sonlarından başlamaq tеndеnsiyası bir o qədər də mübahisə
doğurmur. Bu məqamda yalnız M.Arif və S.Əsədullayеvin
«Aldanmış kəvakib»i roman hеsab еtmələri və bеləliklə, janrın tarixini
XIX əsrin ikinci yarısından başlamaq problеmə fərqli
yanaşma mеyli
kimi götürülə bilər.
Romanın tarixi inkişaf yolunun müəyyənləşdirilməsində еpik
növün janrı çərçivəsində onun tarixini mənzum romanın tarixi ilə
еyniləşdirmək problеmə ikinci fərqli baxış bucağını formalaşdırır.
Indiki halda məsələyə konsеptual baxışda üçüncü bir mövqеyi də
fərqləndirmək mümkündür: Azərbaycan romanının tarixi rеalist nəsrin
üç əsas janrından birinin tarixi kimi götürülür və klassik ədəbiy-
yatımızda özünə əhəmiyyətli yеr alan mənzum roman еpik növün
folklor janrları ilə birlikdə romanın bir janr kimi formalaşmasına təkan
vеrən bədii qaynaqlar hеsab еdilir. Prof. H.Ənvəroğlunun
«Azərbaycan romanının inkişaf problemləri» monoqrafiyası roman
janrının tarixi inkişaf yolunu bu cür konseptual yanaşma tərzi ilə elmi
təhlil müstəvisinə gətirilməsi baxımından xüsusi dəyər qazanır.
Girişdə müəllif,
ilk növbədə, romana baxış bucağındakı bu
fərqli mövqelərə münasibət bildirir. Tədqiqat tarixinə bu yığcam
ekskursda F.Köçərlidən başlayaraq müasir tədqiqatçıların fikirlərinə
qədər təhlil predmeti olmuş, nəticədə Azərbaycan ədəbiyyatşünas-
lığında həm roman nəzəriyyəsi, həm də janrın inkişaf yoluna dair
deyilənlərlə bağlı elmi panoram yaratmaq mümkün olmuşdur. Bu
A
Himalay Ənvəroğlu __________________________
5
«panoram»ın xarakterik cəhəti isə elmi-nəzəri baxışlara seyrçi və
təsvirçi münasibətdən sərf-nəzər olunması, daha çox yeni ədəbiyyat-
şünaslıq təfəkkürü ilə tənqdi yanaşma mövqeyinin önə çəkilməsidir.
Fikrimizcə, tədqiqatçının «göründüyü kimi, Azərbaycan romanının
tarixi tədqiqinin «klassik nümunələrində» ideologiya üstün tutulmuş,
nəzəri konsepsiya yaratmaq tələbi unudulmuşdur.
Bu isə öz nəticəsini
sonrakı tədqiqatlarda aydın göstərmişdir. Ona görə də müasir roman
haqqında dövrü mətbuat səhifələrində gedən yazılarda romanların
konseptual təhlilindən çox, süjet xəttini izləmək, mövzunun ak-
tuallığını sübut etmək, qəhrəmanların ideologiyası ilə müəllif fikri ara-
sındakı müştərək və fərqli cəhətlər axarıb tapmaq cəhdi bədii-
sənətkarlıq məsələlərinin həllini üstələmişdir» fikri romanla bağlı
aparılmış tədqiqatların üzərinə kölgə salmaq cəhdindən yox, yeni elmi
yanaşma tərzinin vacibliyini qabartmaq tendensiyasından qidalanır.
Ən yaxşı cəhət
isə budur ki, romanın keçdiyi inkişaf yoluna tarixi
yanaşmadakı yanlışlıqların əsas istiqamətləri düzgün müəyyənləşdiri-
lir və bu da məsələlərə müəllifin nəzəri-metodoloji baxışının aydınlı-
ğının ifadəsi hesab edilməlidir.
Monoqrafiya dörd fəsildən ibarətdir. Birinci fəsil «Roman
janrının nəzəri-estetik problemləri və inkişaf mərhələləri» adlanır. Sırf
nəzəri aspektdə işlənmiş bu fəsildə romanın janr estetikasına dair həm
tarixi, həm də çağdaş ədəbiyyatşünaslıqda özünə yer almış müxtəlif
elmi mövqelərə aydınlıq gətirilir. M.Baxtinin, Veselovskinin və
başqalarının romanın tarixi və çağdaş formaları, funksiyaları, roman
və epos, roman-epopeya münasibətlərinə dair mülahizələri nəzərdən
keçirilir, janrın estetik imkanları ümumiləşdirilir. Tədqiqatçının əsas
qənaətlərindən biri budur ki, «romanın mükəmməl nəzəri
konsepsiyası haqqında təsəvvürlər Azərbaycan romanının da inkişaf
mərhələlərini nəzərdən keçirmək üçün müəyyən özül yaradır».
Monoqrafiyanın sonrakı fəsilləri məhz bu «özül»dən qidalanır.
«Azərbaycan romanının bədii qaynaqları»
adlanan ikinci fəsildə
romanda milli folklor ənənələri tədqiqatın mərkəzinə gətirilir.
Tədqiqatçı müasir Azərbaycan romanındakı milli özünəməxsusluğun
köklərini, öncə, mənzum roman və folklor əlaqələrində axtarır. «Vis
və Ramin», «Xosrov və Şirin», «Vərqa və Gülşa», «Leyli və Məc-
______________________
Азярбайъан романынын инкишаф проблемляри
6
nun» mənzum romanlarının yaranmasında Şərq folklorunun həlledici
rol oynadığını əsaslandırır. Yazılı ədəbiyyatın bu böyük abidələrinin
möhtəşəmliyinin əsas mənbəyini folklorla bağlayır. Bu estetik qənaət
bədii nəsrin irihəcmli epik janrı kimi ərsəyə gələn çağdaş romanın
təşəkkül və təkamül yoluna da işıq salır.
Çağdaş romanın çoxsaylı nümunələrinin Azərbaycan folkloru-
nun dastan, mif, nağıl, əfsanə süjetlərinə söykəndiyini, təhkiyə tərzin-
dəki folklor ladını,
ümumiyyətlə, folklor poetikasının romana nü-
fuzunu açıqlayan tədqiqatçı sübut edir ki, bütün hallarda roman xalq
təfəkkürünə söykənir. H.Ənvəroğlunun folklor və Azərbaycan romanı
istiqamətindəki araşdırmaları son illərdə ədəbi döriyyədə özünə yer
almış çox əhəmiyyətli bir tezisin elmi sübutuna çevrilir: «Ədəbiyyat o
zaman böyükdür ki, o güclü etnik-mədəni əsaslar üzərində dayanır.
Eposa, epos mədəniyyətinə söykənməyən ədəbiyyat nəhəng ola
bilməz» (35, səh.266).
Tədqiqatçı romanın təşəkkül və təkamül yolunu izləyərkən
mövcud bədii nümunələrə roman təfəkkürünün ölçüləri ilə yanaşır. Bu
«ölçülər»ə cavab verməyən əsərlərin Azərbaycan romanının
təşəkkülünə təkanını şişirtməyin əleyhinə çıxır. Alim Z.Marağayinin
«Ibrahimbəyin səyahətnaməsi»ndən başlayan bir xronologiya təqdim
edir və yazır: «Göründüyü kimi, məhsuldarlıq kəmiyyət mənasında
ürək açandır. Lakin keyfiyyət baxımından bunu demək olmaz».
Monoqrafiyada bu əsərlərin Azərbaycan romanının təşəkkülündəki
rolu inkar edilmir. Məsələlərə ənənədən
gələn yanaşma ilə yox,
özünəməxsus nüfuz imkanları ilə seçilən tədqiqatçı ədəbiyyatşünaslı-
ğımızda romanın təşəkkülünün «XIX əsrin axırları»na aid edilməsi
ənənəsinə tənqidi yanaşaraq, bu təşəkkül tarixində M.F.Axundovun
«Kəmalüddövlə məktubları» əsərinin yerini axtarır. «Dərinliyinə
genişliyinə, struktur polifonizminə görə» «romana çəkən» «Məktub-
lar» vasitəsilə realist romanın tarixini XIX əsrin ortalarına aparır. Bu
mənada H.Qasımovun elmi mövqeyi realist romanın tarixini «Aldan-
mış kəvakib» hesabına XIX əsrin ortalarına aparan M.Arifin və
S.Əsədullayevin mövqelərini tamamlayır. Tədqiqatın «M.F.Axundo-
vun «Kəmalüddövlə məktubları»nın roman poetikası» bölməsində
əsər ideya-məzmun, janr-struktur keyfiyyətləri baxımından əhatəli