Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti
1
SEYFƏDDİN QƏNİYEV
SƏADƏT VEYSOVA
MƏŞHUR XEYRİYYƏÇİ
MAHMUD AĞA
VƏ NAMƏLUM MUĞAM
UNİVERSİTETİ
“Elm və təhsil”
Bakı – 2014
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FOLKLOR İNSTİTUTU
Seyfəddin Qəniyev, Səadət Veysova
2
AMEA Folklor İnstitutunun Elmi Şurasının
20 fevral 2013-cü il (protokol 02) qərarı ilə çap olunur.
Elmi redaktor:
Qəzənfər Paşayev
filologiya elmləri doktoru, professor
Rəyçilər:
Məhərrəm Qasımlı
filologiya elmləri doktoru, professor
Fərahim Sadıqov
pedaqoji elmlər doktoru, professor
Zabit Nəbizadə
Xalq artisti, Milli Konservatoriyanın
baş müəllimi
Seyfəddin Qəniyev. Səadət Veysova.
Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam
universiteti. Bakı, “Elm və təhsil”, 2014, 292 səh.
Kitabda böyük xeyriyyəçi, muğam bilicisi, poeziya, maarifçiliyin
hamisi, şair, bəstəkar, XIX əsrdə ölkəmizdə muğam müsabiqələrinin təməli-
ni qoymuş, hətta bir çox Avropa, rus səyyahlarının qonağı olduğu, Təbriz
sənətkarlarının qatıldığı məclisin sahibi Mahmud Ağanın ömür yolu, yaradı-
cılığı, məclisinin daimi iştirakçıları, qonaqları və doğmaları – nəsil şəcərəsi
barədə ilk dəfə əhatəli məlumat verilir. Bu böyük şəxsiyyətin musiqi
məclislərinin bir konservatoriya kimi fəaliyyət
göstərməsi, həmçinin
muğamatın fəlsəfəsi və onun xalqımızın tarixində oynadığı əvəzsiz rolu da
araşdırılır.
2014
098
4702000000
N
грифли няшр
Seyfəddin Qəniyev, Səadət Veysova
4
MƏNƏVİYYATLA SƏRVƏTİN VƏHDƏTİ
anrı
insanı bütün canlılardan gözəl və mükəmməl
yaratmışdır. İnsan idrakı sonsuzluğadək getmək,
kainatın müəmmalarını açmaq gücünə qadirdir. Bəlkə elə buna
görə də kainatla, fəzanın sonsuzluqları ilə insan arasında ecaz-
kar bənzərlik mövcuddur, insan özünü fəzalar qədər intəhasız
hiss
edə bilər, eyni zamanda kainatla müqayisədə bəşər övladı
gözə görünməyən bir zərrəcik qədər kiçik və köməksizdir.
Bütün səmavi kitablarda insanlardan tutmuş nəhəng ulduzlara
kimi hər şeyin əvvəlinin və axırının olduğu bildirilir. Lakin fərq
ondadır ki, ulduzlar milyard illərlə, insanlar isə cəmi bir əsrə
yaxın – qığılcım qisməti qədər kiçik ömür sürürlər.
Bu ani həyatda hərə bir cürə yaşayır: fatehlər və dahilər,
aqillər və adilər, misilsiz mərhəmət sahibləri və zalımlar. Hər
kəs yaşadığı günlərə, sürdüyü ömrə,
nəcib əməllərinə görə özü-
nü haqlı saya bilər. Makedoniyalı İsgəndərin, Çingiz xanın öz
haqqı, Nizaminin, Nəsiminin də öz haqqı var. Lakin bir qayda
olaraq bəşər tarixində ədalətli hökmdarlar, məzlumlara dayaq
duranlar, böyük mərhəmət, ağıl, söz və istedad sahibləri müsbət
nümunə kimi qalır, nəsillərdən nəsillərə onların nəcibliyi dastan
kimi ötürülür.
Məhz bu baxımdan XIX əsrdə yaşamış Şirvanın sonuncu
xanı, Mustafa xanın nəvəsi Mahmud Ağanın, varlı bir Azərbay-
can mülkədarının, xeyriyyəçinin şəxsiyyəti
və nəcib əməlləri
haqqında xatirələri, arxiv sənədində olan məlumatları topla-
yaraq, onun surətini yaratmağa cəhd etmişik.
Kainat qalaktikalar, planetlər sistemi və milyardlarla ul-
duzlarla zəngin və intəhasız olduğu kimi, insan şüuru da öz ağ-
T