¹2(3) èéóí 2012
30
bir narahatçılığı qalırdı. O da Nizamdan. Onunla yaxşı münasibətini pozmaq istəmirdi. Bəs
onun bu
şikayətə münasibəti necə olacaqdı? Bu sual idi, çünki Nizam onun hərəkətini satqınlıq saya bilərdi.
Böyük tibb bacısı onu gülərüz qarşıladı. Baş həkim ona telefon açmışdı, nə edəcəyini başa
salmışdı. Otağın bir hissəsindəki rəflər yataq şeyləri – döşək, adyal, ağ mələfələrlə dolu idi. O biri
tərəfdə balaca yazı stolu vardı. Ağ kağız və qələm üstündə hazır idi.
–
Gəl otur Könül, – gonbul tatar qadının əti sallanmış ağ üzü işıqlandı.
Bir gün qabaq bu qadın Könülgili zəhrimar yağan üzlə qarşılamışdı. Könül başa düşdü ki,
onun şikayəti baş həkimə lazımdı. Amma nəyə lazımdı, bunu başa düşmürdü. Böyük tibb bacısının
üzünə gülüb onun stulunda oturdu, özünü sadəlövh göstərməyə çalışdı. Nəyin bahasına olur, olsun,
pəzəvəng serjantın təqibindən qurtarmaq lazım idi, yoxsa bu, çəkişmə bir ay davam edəcəkdi.
–Mən yaxşı yaza
bilmirəm, – Könül qələmi götürəndə dedi.
–Köməkləşərik, – tatar qadın televizor diktorları kimi səlis danışırdı– Necə olub danış görək...
–Zavtrakdan sonra uzanmışdıq...– Könül hadisəni danışdı.
–Yaz,– böyük tibb bacısı imla eləməyə başladı,– Baş həkim Svetlana Quliyevaya xəstə
filankəsdən.
İyunun 8-də səhər çörəyindən sonra təzə növbəyə gəlmiş Tarix adlı serjant palatamıza gəlib
balışların altını, döşəklərin altını axtardı, bizə cürbəcür suallar verdi. Palata yoldaşım Gülşən
Əhmədova onun sualına bir qədər gec cavab verdiyi üçün onu saçından tutub sürüdü, ağır ana
söyüşləri söydü. Gülşən xəstə olduğu üçün mən onu serjantın əlindən almaq istəyəndə məni də
şapalaqla yerə yıxdı, təpiklədi. İkinci serjant onu sakitləşdirdi. Tarix gedəndə Gülşənin də döşəyinin
altını yoxladı, balışın altından onun dörd manat pulunu götürdü. Mən pulun qaytarılmağın xahiş
etdim. Tarix məni təzədən təhqir etdi və dedi: gecə gəlib sənə butulka soxacam. Xahiş edirəm
serjant Tarixin bizə əziyyət verməsinin qarşısını alasız. Ad familiyanı yaz və qol çək.
Deyiləni yazanacan həyəcandan tərləmiş Könül qələmi qoyub soruşdi:
–Butulka sözünü onun dediyi kimi budulka yazdım. Bəlkə düzəldək?
–Ziyanı yoxdu, – tibb bacısı kağızı onun qabağından götürdü, arxayın səslə əlavə elədi,– get
dincəl, spasiba, bəlkə o qız da yazası oldu bir şey...
Könül
bir söz demədi, ağır bir şeydən qurtulmuş kimi çirk paltar qoxusu verən otaqdan çıxdı.
Kürəyi tər-su idi. İkinci mərtəbəyə qalxdı. Palataya girəndə Çiçək yatmışdı. O qızı necə uzat-
mışdısa, eləydi, elə bil ölmüşdü. Çiçək ayaq səsinə gözünü acdı və yumdu. Könül uzun-uzadı
şikayətə getməyini və yazmağını nəql elədi. O həyəcanlı idi, məsləhət, ürək-dirək eşitmək istəyirdi.
Amma Çiçəkdən səs çıxmırdı. O yatmaq, başqa bir aləmə düşmək, ombasındaki ağrıdan qurtulmaq
istəyirdi. Könüldən eşitdikləri isə onuncun maraqlı deyildi. Bu gün axır ki, onu tapmalı idilər.
Novruz gəlib onu aparmalı idi. Ona görə baş verənlər onuncun yuxu kimi idi, geridə qalmalı idi. O
isə ən çox öz evini, otağını, Cabbarın doğma səsini istəyirdi.
Uşaq hərdən onun yadından çıxırdı. Hərdən də yadına düşürdü. Düşəndə sevinirdi, elə bil nəsə
tapırdı.
Onun bu qədər yad, zalım adamların içində öz oğlu var idi, onu ürəkdən istəyirdi, balaca
olsa da, elə bil ona sığınırdı. Könülün təmənnasız mehribanlığı ona xoş idi. Bu qadını görüb
fikirləşirdi ki, bacısı olsaydı nə yaxşı olardı, sirlərini ona deyərdi, belə vaxtda onu axtarardı. Axır
illər Lala da ona yad, uzaq olmuşdu, ancaq özünə lazım olanda onlara gəlirdi. Elə Könül də burdan
gedəndən sonra yoxa çıxacaqdı. Kaş bacısı-qardaşı olaydı...
Könül danışmaqdan yoruldu, Çiçəkdən isə hay yox idi. Çarpayıda uzandı və hiss elədi ki,
həyəcanı keçmir. Ona dərdləşməyə adam lazım idi. İstəyirdi aşağı, qızların palatasına düşsün.
Amma ürək eləmirdi. Birdən qızlar şikayət yazdığına görə ondan üz döndərərlər. Bu ola bilərdi.
Tarixin xofu güclü idi. Belə halda hamı kənarda qalmaq istəyir.
Nə qədər az bilsən, başın salamat
olar. Könül qərara gəldi ki, günorta yeməyini gözləsin. Orda qızların ona münasibəti, qorxudan
yazdığı şikayətin yaxşı-pisliyi aydın olar...
Saat birəcən Könül iynə üstə oldu. Çiçək isə çarpayıda tərpənmirdi. Yeməyin vaxtı gələndə o,
Çiçəyi zorla qaldırdı, xələtinı geyindirdi və onlar aşağı düşdülər. Yeməyə getməmək olmazdı, bunu
tabeçilik göstərməmək sayırdılar. Mütləq gedib oturmalısan, yesən də otur, yeməsən də. Çiçək
Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè
31
gerçək axsayırdı. Yataqdan qalxanda başı fırlandı, amma bur hovura keçdi. Onlar qol-qola aşağı
düşdülər.
Xəstələr hamısı yeməkxanada idi. Amma gülüb-danışan yox idi. Qadınlar heç bir-biri ilə
danışmırdı. Könülün şikayətindən hamının xəbəri vardı. Tüstüsü isə gecə çıxacaqdı. Heç kəs
cəzalanmaq istəmirdi. Hətta Könülgil tərəfə baxmırdılar. Yəqin Tarixin də xəbərçisi vardı. Bu
qızlara
bələd idi Könül, qorxudan hər şeyə hazırdılar. O, həyəcanlı olsa da, sakitcə Çiçəklə
danışmağa başladı: onlar bir-iki qaşıq sıyıq yeyib çay içdilər.
Arada gonbul Könüllə gözləşdi, dodaqlarını sıxıb başını buladı. Könül isə gülümsədi və özünü
o yola qoymadı, qorxmadığını göstərməyə çalışdı. Günorta yeməyindən sonra bir saat həyətdə
gəzməyə icazə verilirdi. Onlar yeməkxanadan xəstəxananın həyətinə çıxdılar. Günün işığından
Çiçəyin gözləri qamaşdı. Bir söz demədən darvazaya tərəf baxdı: onun dalınca oradan gələcəkdilər.
Amma orada sakitlik idi. Könül yenə axşamkı təhlükə haqda danışdı:
–
Axşam mən gizlənsəm sən qorxmazsan?
Çiçək dinmədən başını buladı, çünki təhlükə olacağını təsəvvür eləmirdi. Eşitdikləri də o
dəqiqə yadından çıxırdı. Könül isə danışırdı, dil boğaza qoymurdu.
Hava təmiz, küləksiz idi, balaca neft və yod iyi gəlirdi. Xəstəxananın həyəti ağ daşla üç metr
hündürlükdə hasarlanmışdı. Hasarın üstündə iti uclu şüşələr vardı. Onların binadan çıxdığı tərəfdə
hasar yaxında idi. Sağ əldə daha bir iri alaqapı vardı. Hasar boyu çinar və şam ağacları əkilmişdi.
Hasarın o biri üzündə evlərin damları görünürdü. Onlar binanı əhatə eləyən asfalt cığırdan
düşmədən binanın başına dolanmağa başladılar. Günçıxan tərəfdə həyət iri idi,
hasar boyu dövrəmə
asfalt səki idi, səkinin hər iki tərəfi ağaclıq idi. Amma ağaclar təzə əkilmişdi, hündür deyildi, bütün
həyət əl içi kimi açıq idi.
Çiçək tez-tez qapıya tərəf baxırdı. Buraya gəldiklərindən düz bir gün keçirdi. Havada gəzmək
ona xoş idi, amma yoğun bağırsağındakı, ombasındakı ağrı belinə, sağ qabırğasının altına vururdu,
dözülməz olurdu. Amma havada gəzmək ona xoş gəlirdi, içində azadlıq, sərbəstlik hissi yaradırdı.
Kaş anası onun halını biləydi, quş olub onun yanına uçardı, aləmi bir-birinə qatardı, qızını xilas
edərdi. Uşaq vaxta o Çiçəyin üstündə necə əsirdi, onun yanında heç kəs qıza gözün üstə qaşın var
deyə bilməzdi. Amma Bakıda onlar soyuq olmuşdular, səbəb də Cabbarın
onun boynuna düşməyi
idi. Axı bir hamiləlik nəyə görə onu həyatını dağıtdı, bütün arzularını qaraladı. Hamı ondan üz
döndərdi, zorla ona toy elədilər. Bir dəfə fikrin soruşan olmadı. Bəyəm toysuz doğa bilməzdi?
Dünya dağılmazdı ki. Qız bunların səbəbini anlamırdı, bu barədə düşünəndə gözlərindən səssiz yaş
axırdı. Axı Əlfiyyə lazım olanda qoçaq, dözümlü, qətiyyətli ola bilirdi. Bu murdar serjantlar, xlor
iyi verən xaraba onun qabağında duruş gətirə bilməzdi. Hamısı onun qabağında mil durardı,
fağırlaşardı...
Onlar yarım saat həyətdə gəzişib palataya qayıtdılar. Könül danışmaqdan yorulmurdu,
bununla qorxusunu qovurdu. Qızın sözündə yaş görəndə anladı ki, ona qulaq asmır. Düşündü bəlkə
belindəki ağrılardan ağlayır. İkinci mərtəbəyə qalxanda hər ikisi susurdu. Onlar çarpayılarına
uzandılar. Palataya sükut çökdü.
Çiçək yuxulaya bilmirdi. Yerində xeyli uzanandan sonra qalxıb palatanın pəncərəsindən çölə
baxmağa başladı. Səssiz gözlərini yaşı axırdı
. Könül profildən onu görürdü, səssiz ağladığını da hiss
eləyirdi. Amma butulka cəzasının qorxusu
onun beyninə hakim olmuşdu, qıza deməyə isti, təskinli
sözlər ağlına gəlmirdi.
Xəstəxananın ətrafı ağ daşla təzə tikilmiş evlər idi, damlar bir-birinə oxşayırdı. Sol əldə balaca
neft gölməçələri vardı. Neft iyi də ordan gəlirdi. Tək-tək damlarda girdə peyk antenaları
qoyulmuşdu. Bəzi evlərinin böyründə su cənləri görünürdü. Adamlar öz evlərini yuxarıdan
görsəydilər, bu evlərin içində darıxardılar. Xəstəxananın ikinci mərtəbəsindən bu evlərdə yaşayış və
həyat əlaməti hiss olunmurdu.
Axşam saat 6-da baş həkim və o biri işçilər evlərinə getdilər. On beş dəqiqə sonra gonbul
onların palatasına gəldi. Bu dəfə nə gülümsəyir, nə zarafat edirdi. O quru səslə Könülə dedi:
–Könülka, Nizam səni çağırır, – bu dəfə əlində telefon yox idi,
amma üzündə bir az təşviş
vardı.