“Dədə Qorqud”un möcüzələr dünyası
498
ağca tozlu qatı yay (ağ ipli bərk yay). “Ağ tozlu qatı yayım
zari-zari iηlər” (D-248);
qıl kişli (kirişi at qılından yay). “Yağı yurdu əlümdə qıl
kişlim” (D-108);
təkə buynuzından qatı yay (təkə buynuzundan bərk yay).
“Ərdil təkə buynuzından qatı yaylı” (D-221);
dəmür yaylı (dəmir yaylı). “...dəmür yaylı Qıpçaq Məlikə
qan qusduran...” (D-60)...
Bu nümunələrin ümumi semantik tutumu belə bir fikri real-
laşdırır: “yay”ın kiriş bağlanan hissəsi təkə buynuzu və dəmirdən,
kirişi isə qurd damarı və at qılından düzəldilib. Burada O.Ş.Gök-
yayın bir sıra mənbələrə, o cümlədən V.V.Radlova istinadən söy-
lədiyi fikirləri xatırlatmaq yerinə düşür: “...Türk yayları ağac, ke-
mik və sinir olmak üzere üç kat olurdu. Radloff`un dedigine göre
Solkoy Teleütlerinin yayları dört kat idi, bir kat boynuz, sonra bir
kat ağac, bunun üzerine sinirden bir kat daha ve son olarak da
kayın ağacı kabuğunda bir kat vardı” (İstanbul, 2000, səh.CCC
LXI).
ağ yeləklü otkün ox (ağ lələkli kəskin ox). “Ağ yeləklü
otkün oxdan qayıqmıyan” (D-184);
qarğu dillü qaim ox (qarğı dilli bərk ox). “Ol gün qarğu
dillü qaim oxlar atıldı” (D-132);
dəmrənlü ox (dəmir ucluqlu ox). “Dəmrənlü oxla atmağa
qıyamadı” (D-199);
dəmrənsüz ox (dəmir ucluğu olmayan ox). “Dəmrənsüz
oxla, yigit, mən səni sınar idim!” (D-100);
əlüklü oxlu (lələkli oxlu). “Avcına sığmayan əlüklü oxlı”
(D-221).
Qeyd etdiyimiz kimi, bu tip nümunələr “ox” istehsalı ilə
bağlı dolğun informasiya verir. Konkret desək, bu cür ifadələrin
ümumi semantik yükündən bir daha aydın olur ki, ilk “ox”un çu-
buq hissəsi qayın ağacı və qarğıdan, ucluğu dəmirdən, arxa hissəsi
isə quş lələyindən düzəldilib. Burada “Kitab”ın dilindəki “ox”la
bağlı sözləri geniş şəkildə araşdırmış O.Ş.Gökyayın fikirləri yada
“Dədə Qorqud”un möcüzələr dünyası
499
düşür: “Kayın ağacı, güz sonunda, ağaçların böyümesi durduğu
bir zamanda, yerden bir arşın yukarıdan kesilir, alt ucundan aşağı-
yukarı bir buçuk arşın uzunluğunda, budaksız parça, destere ile
biçildikten – sonra, bıçak veya nacakla iki parmak genişliğinde
çubuklara bölünür ve iki ay kurımaya bırakılır. Çam çeşitlerinden
ve gürgenden də ok yapılır... yelek, atıldığı sırada, mivherinden
şaşarak hedefi aşmaması için okun arkasına takılan tüylerin
adıdır... Türklər bunun için kuğu, kartal, ak ve benekli güverçin
tüyleri kullanırlar” (İstanbul, 2000, səh. CCC LIX). Müəllifin so-
nuncu cümləsindəki “ox lələyi həm də qartal tükündən (lələyin-
dən) düzəldilir” – fikrinə görə “Oğuznamə”- dəki bir deyimdən
yan keçmək olmur: “Qartala oq toqunmuş, oq yeləgin göricək “ba-
na bəndən oldı” demiş”. Burada təkcə onu qeyd edirik ki, poetik
siqlətli bu deyimi yalnız “ox”u kəşf etmiş türk yarada bilərdi.
“dəmrən”lə bağlı: “Kitab”da “oxun iti dəmir ucluğu”
anlamlı “dəmrən” sözündən əvvəl heç bir təyinedici söz işlənməsə
də, “dəmrən”in məhz dəmirdən düzəldilməsi asanlıqla anlaşılır.
Bu da təsadüfi deyil. Çünki “dəmrən” “dəmir” sözünün fonetik
deformasiyaya uğramış variantıdır. A.Məmmədova bu cür sözləri
tarixi-linqvistik müstəvidə araşdırarkən belə bir açıqlama verir:
“...dəmrənsüz sözünün kökü ilk baxışda tanınmaz halda, yəni
şəkilçi ilə qarışaraq ayrılması qeyri-mümkün görünsə də, bir az
diqqət yetirsək, sözün kökünün dəmir olduğunu və düzəltmə sözə
çevrildiyi zaman “i” saitinin düşdüyünü görə bilərik”
1
. Bu fikirlər
də yuxarıda dediklərimizin düzgün olduğunu qüvvətləndirir.
“qılıc”la bağlı:
Qara polat uz qılıc (iti polad qılınc). “Çalışanda qara polat
uc qılıcıη güdəməsün” (D-155). Bu nümunədə qılıncın poladdan
düzəldilməsi açıq-aydın şəkildə görünür
“sügü” ilə bağlı:
Qarğu talı sügü (qarğı budağından süngü). “Qarğu talu
sügüηü maηa vergil” (D-245);
1
A.Məmmədova. “Dədə Qorqud kitabı”nın leksikası. Bakı,2009, səh.127.
“Dədə Qorqud”un möcüzələr dünyası
500
Qarğu dillü uz sügü (qarğu dilli iti süngü). “Qarğu dillü uz
sügimi qapdım...” (D-207). Qeyd etdiyimiz kimi, bu tip ifadələrin
semantikası “süngü” istehsalı barədə (qarğıya iti dəmir ucluğun
keçirilməsi) söz deməyə imkan verir. Bu cəhət “sügü”nün sinoni-
minə - “cida”ya da aiddir. Yəni eyni silah növü müxtəlif sözlərlə
ifadə olunub: sügü (türk mənşəli), cida (monqol mənşəli); qarğu
talı sügü (qarğı budağından süngü//nizə) = qarğu cida (qarğı buda-
ğından süngü//nizə). Bu sinonimlik “sügü” və “cida” sözlərinin
assosiativliyi ilə yaradılmış frazeoloji vahidlərdə də özünü gös-
tərir: “Sünü (süngü – Ə.T.) çuvala sığmaz” (Oğuznamə”) =
“cidanı çuvalda gizlətmək olmaz” (əvvəlki səhifələrə bax).
“sapan”la bağlı:
Aya (sapandın daş qoyulan yeri). “...sapanıη ayasına daş
qodı...” (D-41); sapanıη ayası. “Çobanıη üçyaşar tana dərisindən
sapanınıη ayasıydı” (D-56); sapanın qolu. “...üç keçi tüyindən sa-
panın qollarıydı” (D-56); çatlağuc (çatı). “Bir keçi tüyindən çat-
lağucıydı” (D-56)... Bir sintaktik bütöv daxilində işlənmiş bu
cümlələr sapandın nədən düzəldilməsi, eyni zamanda hansı forma-
da olması barədə kifayət qədər dolğun informasiya verir. Hətta elə
bir informasiya ki, sapand görməyən, onun haqqında heç bir mə-
lumatı olmayan hər hansı bir usta həmin sapandın oxşarını asan-
lıqla düzəldə bilər. Bu məqamda “Kitab” linqvopoetik baxımdan
asan qavranılır – tezisi reallaşa bilər. Yaxud bu tip parçalar barədə
yazıçı Anarın söylədikləri yada düşə bilər: “...bu parça qədim das-
tan mətni yox, müasir kinossenaridir, daha doğrusu, rejissor ssena-
risidir” (Sizsiz. Bakı, 1992, səh.85). Amma bunu da vurğulayaq
ki, “Kitab”da sirli-sehirli detallar da kifayət qədərdir. Məsələn,
“Tol tolara girdigim//Tolararı, doxarlıyı qodığım...” (D-108)
misralarının transkripsiyası və semantikası ilə bağlı V.V.Bartold,
O.Ş.Gökyay, M.Ergin kimi nüfuzlu qorqudşünaslar, demək olar
ki, heç nə deməyiblər. “Bu misralar “KDQ-nin çətin oxunan və
dəqiq anlaşılmayan yerlərindəndir”, - deyən S.Əlizadə isə həmin
misraları iki dəfə tam müxtəlif formalarda transkripsiya edib (Zey-
nalov-Əlizadə nəşri. Bakı, 1988, səh.63; S.Əlizadə nəşri. Bakı,
Dostları ilə paylaş: |