www.achiq.info
11
İmperialist dairələrin iradəsi ilə idarə olunan Tehranın irticai qəzetləri Azərbaycan xalqının
milli azadlıq hərəkatını ləkədar etmək məqsədi ilə ona cürbəcür böhtanlar atırlar.
Məşhur mətbuat fırıldaqçısı Yalçın başda olmaqla, Türkiyənin bir sıra faşistpərəst mətbuatı da
Reyter agentliyinin Azərbaycan xalqının milli azadlıq hərəkatı əleyhinə yağdırdığı böhtanları
böyük canfəşanlıqla təkrar edirdi.
Türkiyə radiosu Azərbaycan xalqının öz müqəddəratına sahib olmasını onun İrandan
ayrılması kimi qələmə verməyə ciddi cəhd edirdi.
Lakin Azərbaycanda nəşr olunan demokratik mətbuat imperialistlərə mənsub olan və onların
göstərişi ilə hərəkət edən düşmənlərin bu böhtanlarını amansızlıqla ifşa və alt üst edərək
daşını daş üstə qoymurdu.
«Azərbaycan» qəzeti bu münasibətlə yazmışdır ki, biz hələ demokratik hərəkatımız başlanan
günlərdə demişdik ki, qoy Osmanlı əfəndilər nahaq yerə boğazlarını cırmasınlar, bu keçədən
onlara börk ola bilməz, Azərbaycan hər nə istəmiş olsa, İranın daxilində qalmaq şərti ilə
istəyir.
Biz biganələrin daxili işlərimizə dəxalət etməsinə imkan verməyəcəyik. Türkiyə mürtəceləri
əgər Türk xalqını Amerika müstəmləkəçilərinin qucağına atmaqda özlərini bəyənirlərsə,
bizim buna sözümüz ola bilməz, lakin biz Azərbaycan xalqını İrandan ayırmaq fikrində
deyilik. Qoy türklər anlasınlar və xainanə səslərini kəsib bizi öz halımıza buraxsınlar
34
.
İran həmkarlar İttifaqı Mərkəzi Şurasının orqanı olan «Zəfər» qəzeti «Azərbaycan və İran
fəhlələrinin hərəkatı» adlı məqaləsində düşmənlərin yağdırdıqları böhtanları rədd edərək
göstərir ki, Azərbaycan qəhrəmanlar yurdudur, o elə bir yerdir ki, İranın böyük azadlıq
hərəkatı oradan baş vermiş və məşrutənin bağı bu xalqın oğullarının qanı ilə suvarılmışdır. O
bu dəfə yenə də cəllad faşist hökumətinin azadlığın axırıncı asarını məhv etmək istədiyi bir
zamanda qiyam etdi. O qiyam etdi və sübut etdi ki, azadlığı ələ almaq üçün Asiyada bir millət
vardır. O mübarizə aparır, qurban verir, müstəmləkəçilərin və onların nökərlərinin əllərini
kəsir və azadlığa nail olur.
Ancaq mürtəcelər deyirlər: o, İrandan ayrılmaq istəyir: imperialistlərin şeypurları London,
Vaşinqton və Anqaradan fəryad edirlər ki, Azərbaycan İrandan ayrılmaq istəyir. Amma
Azərbaycan onlara dişsındırıcı cavab verib dedi: Azərbaycandakı azadlıq bütün İranda həyata
keçməlidir
35
.
1958 ci ildə imperialistlərin göstərişi ilə İranın irticai dövləti tərəfindən güllələnmiş, Hizb
Tudeyi İranın
Mərkəzi Komitəsinin üzvü, inqilabçı kommunist Xosrov Ruzbeh Tehranda
hərbi məhkəmədəki müdafiə nitqində Azərbaycan və Kürd xalqlarının milli azadlıq hərəkatına
ləkə vuranlara belə cavab vermişdir: «1945—1946 cı illərdə baş vermiş Azərbaycan və
Kürdüstan hərəkatının əsla Azərbaycanı İrandan ayırmaq cəhdi olmamış, hətta, əksinə, bizim
milli azadlıq və istiqlaliyyətimizin saxlanmasına, qorunmasına və möhkəmlənməsinə səbəb
olmuşdur»
36
.
Azərbaycan xalqının 1945—1946 cı il milli azadlıq hərəkatının heç zaman İrandan ayrılmaq
fikri olmamış, o, İran daxilində yaşayan xalqların qardaşlıq və inqilabi həmkarlığına
arxalanmış, irticai üsuli idarəyə, onun Azərbaycandakı hökmranlığına, imperializmin
müstəmləkəçilik siyasətinə qarşı baş vermiş mütərəqqi bir hərəkat olmuşdur. Bu hərəkat İran
xalqlarının milli istiqlaliyyət və azadlıq uğrunda, imperializmə, irtica rejiminə qarşı
www.achiq.info
12
apardıqları mübarizə hərəkatının ayrılmaz hissesi olmuşdur.
Deməli, Pişəvərinin başçılıq etdiyi milli azadlıq hərəkatı bütün ölkədə həyata keçirilməli olan
ümum iran inqilabının bir hissəsi və müqəddəs bir üsyan olmuşdur»
37
.
Xosrov Ruzbeh bu barədə öz müdafiə nitqində obyektiv olaraq göstərmişdir ki, Azərbaycan
millətinin, Kürd millətinin, Fars millətinin və əqəlliyyətdə qalan millətlərin öz müqəddəratını
həll etməyə, özü də İranın vahid bayrağı altında federativ hökumət təşkil etmək cəhdini heç
vaxt ölkənin bütövlüyünə xələl yetirmək cəhdi kimi göstərmək olmaz. Nə Azərbaycan
millətinin, nə Kürd millətinin və nə də onların siyasi rəhbərlərinin ölkənin ərazi bütövlüyünə
azacıq da olsa xələl yetirmək məqsədi daşıyan fikirləri olmamış vo yoxdur
38
.
Azərbaycan xalqının milli azadlıq hərəkatı fəhlələrin həmrəyliyi və onların inqilabi
həmkarlığını möhkəmləndirərək, geniş xalq kütlələrini demokratik hakimiyyət yaratmaq
uğrunda birgə mübarizəyə qaldırmışdır. Bu hərəkatın yaratmış olduğu milli hökumət
imperialistlərin və İran mürtəcelərinin Azərbaycandakı hökmranlığını alt üst edib xalqa
demokratik hüquqlar vermiş, onu zülm və əsarətdən nicat tapmış azad bir xalq kimi dünyaya
tanıtmışdır.
Tehranın satqın mətbuatı növbəti bir yalan yazaraq belə göstərmək istəyir ki, əgər Tehran
Azərbaycana yaxşı baxsaydı və oraya adil bir hökumət göndərsəydi, Azərbaycanda milli
azadlıq hərəkatı baş verməzdi.
Lakin işin həqiqəti belə deyildi. hərəkatımız yalnız Azərbaycan xalqının iradəsi ilə vücuda
gəlmişdir. Azərbaycanlı qərinələr boyu azad yaşamaq istəmişdir. Azərbaycan xalqı istəyirdi
ki, öz müqəddəratını özü həll etsin.
Dava, çörək və yaxşı hakim davası deyil idi. Demək, hərəkatımız daha dərin səbəblərdən
meydana çıxmışdır
39
.
Yeri gəlmişkən qeyd edək ki, Mustafa Bərzaninin başçılığı ilə İraq kürdlərinin hazırda
apardıqları mübarizə eyni ilə Azərbaycan hərəkatının təkrarıdır, zira, azərbaycanlılar kimi,
kürdlər də ayrılmaq deyil, muxtariyyət almaq uğrunda vuruşurlar.
İranın satqın irticai mətbuatının növbəti yalan və iftiraları demokratik mətbuatın səhifələrində
getdikcə daha kəskin ifşa olunurdu. Tehranın irticai dairələrinə mənsub olan həmin qəzetlər
Azərbaycan xalqının öz müqəddəratına sahib olaraq iri addımlarla irəlilədiyini və
Azərbaycanın milli demokratik hərəkatının İrana təsirini görərək yeni bir hiyləyə əl atdılar.
Onlar Xozistan məsələsini ortaya ataraq deyirdilər ki, əgər biz Azərbaycana bu haqq və
imtiyazları versək, Xozistan da istəyəcək. İrticai mənbələr bu yol ilə bizim hərəkatımıza
maneçilik törətmək üçün Xozistanda cürbəcür təşəbbüslər edir, ərəblər ittihadiyyəsi vücuda
gətirirlər. Bu yalançı ittihadiyyə Ərəb. dövlətlərinə şikayət edir və Xozistanı İrandan ayırmaq
və ərəb ölkələrinə qoşmaq istəyir. Lakin bizim heç vaxt İrandan ayrılmaq şüarımız
olmamışdır. Biz hər nə istəmişik, İran daxilində istəmişik, bizim düşmənlərimiz Azərbaycan
hərəkatını aradan qaldırmaq üçün Xozistanı İrandan ayırmaq istəyirlər. Düşmənlərimizin
gətirdikləri bəhanələr və Xozistan məsələsini ortaya atmaları siyasi macəraçılığın bir
təzahürüdür
40
.
V. İ. Lenin hələ vaxtı ilə belə burjua məddahlarını kəskin ifşa edərək yazmışdır: «Sizin
azadlıq və demokratiya haqqında danışdıqlarınız gurultulu sözlərdən, çeynənmiş ibarələrdən,
bir dəb şəkli almış boşboğazlıqdan və ya riyakarlıqdan ibarətdir. Bu, bəzək düzək verilmiş bir