Misxan-Zəngəzur zonasının geologiyası
Misxan-Zəngəzur zonası Kiçik Qafqazın mərkəzi
və cənub-şərqi hissəsinin
yüksək hissələrini əhatə edir və Göyçə-Həkəri zonasının cənub-qərb hissəsində
yerləşir və ondan Ənkəvan qırılmasının qanadı olan Laçın-Başlıbel qırılması ilə
ayrılır.
Bu zona Tərtər çayının yuxarısından başlayaraq
şərq istiqamətində enli
zolaq əmələ gətirir və Qarabağ və Zəngəzur silsilələrinin arasındakı sahəni tutur.
Zonanın quruluşunda orta yuranın spilitləşmiş bazaltları və erkən və gec təbaşirin
karbonat-vulkanogen və karbonat-piroklastik formasiyaalrı iştirak edir. Bunlarla
yanaşı zonanın quruluşunda paleogenin tufogen-terrigen və terrigen,
neogen və
dördüncü dövrün yeerüstü- vulkanogen və kontinental-subareal formasiyaları iştirak
edir. Zonanın Laçın, Qafan antiklinoriləri, Qoças, Kəlbəcər sinklinoriləriiştirak edir.
Laçın antiklinorisi
Sarıbaba sinklinorisinin cənub-qərbində
yerləşir və Araz
çayının sahilindən Başlıbel kəndinə qədər davam edir. Şimal-qərbdə eni 2-3-dən 7-
8 km-ə qədər olan uzunluğu 65 km olan yura, 100 km olan təbaşir çöküntülər qeyd
edilir.
Antiklinorinin şimal-şərq yamacında Laçın-Başlıbel qırılması keçir.
Qırılmanın amplitudası 0,5-2,0-2,5 km-dir. Antiklinorinin qərb qanadı boyu fay
(qırılıb-düşmə) keçir və Şəlvə çayının vadisində iki hissəyə ayrılır. Laçın
antiklinorisinin ox hissəsi qranodiorit və kvarslı-dorit tərkibli Şəlvə-Laçın
intruziyaları ilə yarılmışdır və Laçın şəhərindən Şəlvə
kəndinə qədər şimal-qərb
istiqamətində 40 km uzanır. Antiklinorinin cənub-şərqi batın çökmə-piroklastik,
erkən təbaşirin rifogen-piroklastik, karbonat-terrigen fasiyalarından ibarətdir.
Kəlbəcər törəmə çökəkliyi
Həkəri və Tərtər çaylarının yuxarı hissələrində
sinklinorinin bütün en kəsiyini əhatə edir. Onun quruluşunda üst təbaşir, paleogen
və neogen yaşlı çöküntülər iştirak edir. Struktur orta-üst eosen yaşlı sualtı və yerüstü
pliosen-dördüncü dövr vulkanogen formasiyalarla dolmuşdur.
Orta eosen