“ADAU-nun elmi əsərləri”.-2009.-№3.-S.29-32.
MÜASİR DÖVRDƏ BİOSFERDƏ
BAŞ VERƏN EKOLOJİ ÇİRKLƏNMƏLƏR
S.T. Məhərrəmova,
Alim - aqronom Azərbaycan Beynəlxalq Universiteti
Tamamilə dinamik planetar ekosistem olan biosfer özünün təkamül inkişafının bütün dövrlərində müxtəlif
təbii proseslərin təsiri altında dəyişmişdir. Uzunmüddətli təkamül nəticəsində biosfer özünü nizamlama və neqativ
proseslərin neytrallaşdırılması qabiliyyətinə malik olmuşdur. Bu, maddələrin dövriyyəsinin mürəkkəb mexanizmi
vasitəsi ilə əldə edilmişdir. Biosferin təkamülünün əsasını orqanizmlərin növdaxili informasiyasının dəyişməsi
xarici şəraitlə uyğunlaşması təşkil edirdi. Milyard illər ərzində biosferin dinamik stabillik qarantı zəruri həddə
ekosistem və birliklər halında olan biot idi. Lakin yeni texnologiyalar yaranıb, təkmilləşib yayıldıqca, təbii
amillərin təsirinə uyğunlaşmış planetar ekosistem yeni gücünə, qüvvətinə və müxtəlifliyinə görə görünməmiş
mütəmadi təsirlərə çox məruz qalmışdır.
Sənaye inqilabı ilə bağlı olan təbii ehtiyatların istifadəsinin miqyası artdıqca biosferə və onun
komponentlərinə olan antropogen təsir obyektiv olaraq artır. Hələ XX əsrin 40-cı illərində V.İ.Vernadski qeyd
edirdi ki, insanın istehsalat fəaliyyəti geoloji dəyişkənliklərlə müqayisə oluna biləcək həddə çatır. Meşələrin
qırılması, xam torpaqların istifadəsi, eroziyaya və torpaqların şorlaşmasına, bioloji müxtəlifliyin azalmasına ekoloji
təhlükəni dərinləşdirən, daim təsir edən yeni mexaniki və fiziki-kimyəvi amillər əlavə olunmuşdur [1].
Müxtəlif məlumatlara əsasən, insan qurunun 55%-dən çoxunu istismar edir, çay sularının 13%-ə
qədərindən istifadə edir, meşələrin qırılma surəti ildə 18 min/ha təşkil edir. Dağ və tikinti işləri, səhralaşma və
şorlaşma nəticəsində hər il 50-70 min/km
2
torpaq itirilir. Tikinti və dağ-mədən işləri zamanı ildə 4 min/km
2
süxur
qarışır. Yerin təkindən nər il 100 milyard ton filiz çıxarılır, 7 milyard ton şərti yanacaq yandırılır, 800 milyon
tondan artıq müxtəlif metallar əridilir, torpağa 500 milyon ton mineral gübrələr və 4 milyon tondan çox bitkilərin
mühafizəsinin kimyəvi vasitələri verilir ki, onların da 1/3 hissəsi atmosferdə qalır və ya səth suları ilə sututarlarına
düşür [2].
Çirklənmə - ətraf mühitin əlverişsiz dəyişməsidir. Bu dəyişmə bütövlükdə və ya qismən insanların
antropogen fəaliyyətinin nəticəsidir, və ya dolayısı ilə gələn enerjinin bölünməsini, radiasiyanın səviyyələrini, ətraf
mühitin fiziki-kimyəvi xassələrini dəyişdirir. Bu dəyişikliklər insana birbaşa və ya kənd təsərrüfatı məhsulları, su
və ya digər bioloji məhsullar vasitəsilə təsir edə bilər. Onlar eləcə də insanın mülkiyyətində olan əşyaların fiziki
xassələrini, təbiətdə istirahət şəraitini pisləşdirərək və təbiətin özünü eybəcər hala salaraq, insana təsir edə bilər.
Çirklənmə, ekoloji sistemlərin dönməz dağılmasının səbəbidir, mühitin qlobal fiziki-kimyəvi göstəricilərinə təsir
edir; çirklənmə nəticəsində münbit torpaqlar itir, ekoloji sistemlərin və bütövlükdə biosferin məhsuldarlığı aşağı
düşür; çirklənmə nəticəsində insanın fiziki və mənəvi vəziyyəti bilavasitə pisləşir. Ekoloji baxımdan texnosferin
biotik dövriyyəyə cəlb olunmayan bütün məhsulları çirkləndirici hesab olunur. Hətta kimyəvi cəhətdən təsirsiz
olanlar belə çirkləndirici sayılır, çünki onlar yer tutur və ekotopların artıq yükünə çevrilir. İstehsalat məhsulları da
vaxt ötdükcə çökən tullantılar kimi çirkləndiricilərə çevrilir.
Aparılan tədqiqatlar göstərir ki, hidrosferin antropogen çirklənməsi hal-hazırda qlobal xarakter almışdır və
planetdə içməli suyun əlverişli istismar ehtiyatlarını əsaslı surətdə azaltmışdır. Sənaye, kənd təsərrüfatı,
mənzil-məişətin çirkab suları axınlarının ümumi həcmi bəzi məlumatlara görə 1800 km
2
-ə çatır ki, onların da
təmizlənməsi - durulaşdırılması, saflaşdırılması üçün təxminən 8,5 min km
2
, yəni dünya çaylarının 20 % tam, 60%
sabit axarlarının suyu tələb olunur. Özü də ayrı-ayrı su hövzələri üzrə antropogen yük, orta qlobal qiymətlərdən
xeyli yüksəkdir. Hidrosfer çirkləndiricilərinin ümumi kütləsi 15 milyad tondur.
Şirin su ekosistemlərinin çirklənməsi monitorinqində nisbətən yeni istiqamət - dib çöküntülərinin
çirklənməsinin təhlili və qiymətidir. Dib çöküntüləri su ekosistemlərinin ayrılmaz hissəsidir. Çirkləndirici maddələr
daxil olduqda dib çöküntüləri bir növ özünəməxsus çöküntü toplusuna çevrilir. Çirkləndirici maddələr müxtəlif
kimyəvi çevrilmələrə uğrayır, bir-biri və ekosistemin komponentləri ilə qarşılıqlı təsirdə olur. Nəticədə dib
çöküntüləri ikinci çirklənmə mənbəyinə çevrilə bilir və potensial təhlükə yaradır.
Müasir dövrdə planetin təbii sularının kəskin azalmasının əsas səbəbi antropogen çirklənmədir. Müəyyən
edilmişdir ki, maddələrin 400-dən artıq növü suların çirklənməsinə səbəb ola bilər. Sanitar - tokstoloji,
ümumsanitar və ya orqanoleptik zərərlilik göstəricilərindən heç olmazsa biri üzrə yol verilən norma pozulduqda su
çirklənmiş hesab olunur. Çirkləndiricilər kimyəvi, bioloji və fiziki olur. Kimyəvi çirkləndiricilər arasında neft və
neft məhsulları, sintetik səthi-fəal maddələr, pestisidlər, ağır metallar, dioksinlər çoxluq təşkil edir. Bioloji
çirkləndiricilər, məsələn, viruslar və digər xəstəlik törədən mikroorqanizmlər, eləcə də fiziki çirkləndiricilər -
radioaktiv maddələr, istilik və s. suyu təhlükəli surətdə çirkləndirirlər.
Suyun tərkibində radioaktiv çirklənmə yaradan, hətta, ən cüzi miqdarda belə radioaktiv maddələrin olması
çox təhlükəlidir. Suda olan uzunömürlü radioaktiv elementlər (stronsium - 90, uran, radium - 226 və s.) daha
zərərlidir.
Səth sularının çirklənmə prosesləri müxtəlif amillərlə əlaqəlidir. Onlardan əsaslan bunlardır: sututarlarına
təmizlənməmiş çirkab suların axıdılması, zərərli kimyəvi maddələrin leysan sulan ilə yuyulması, qaz-tüstü
tullantıları, neft məhsullarının sızması. Sənaye çirkab sulan ekosistemləri ən müxtəlif komponentlərlə çirkləndirir.
Hal-hazırda bir çox su ekosistemlərinə axıdılan sənaye çirkab sularının həcmi nəinki azalmır, həm də get-gedə artır,
Belə ki, Xəzər dənizinin sahil boyu dayazlıqlarının antropogen təsirlərə məruz qalması, hövzə boyu çaylara
təmizlənmədən birbaşa məişət, sənaye və təsərrüfat çirkab sularının axıdılmasıdır. Bu tipli çirkab sularda müxtəlif
üzvi maddələr, eləcə də, patogen mikroorqanizmlər üstünlük təşkil edir ki, bu da bakterial çirklənmələrə səbəb olur.
Pestisidlər, ammonium və nitrat azotu, fosfor, kalium və s. çirkləndirici maddələr böyük miqyasda kənd təsərrüfatı
ərazilərində, o cümlədən, heyvandarlıq komplekslərindən yuyulur, sututarlarına və suaxarlarına təmizlənmədən
tökülür, ona görə də üzvi maddələrin, biogen elementləri və digər çirkləndiricilərin böyük toplantısına malik olur.
Təbii suların neft və neft məhsulları ilə çirklənməsinin miqyası çox böyükdür. Hər il milyonlarla ton neft
və neft məhsulları neftdaşıma gəmilərində, neft mədənlərində və sahilyanı bölgələrində qəzalar zamanı dəniz və
şirin su ekosistemlərini çirkləndirir. Çay və göllərin texnogen çirklənməsi elə bir həddə çatmışdır ki, artıq
çirklənmə bir çox bölgələrdə özünütəmizləmə qabiliyyətini ötüb keçmişdir. Axar çirkab sular yaxşı
təmizlənmədiyindən qida elementlərinin - azotun, fosforun xeyli hissəsi sututarlarına düşür. Torpağın, üzvi maddə
qalıqlarının və mineral gübrələrin xeyli miqdarı daşqın və güclü yağışlardan sonra kənd təsərrüfatı ərazilərindən su
obyektlərinə düşür. Sututarların biogenlərlə həddən artıq zənginləşməsi onların evtrofiyasına, yəni fitoplanktonun,
ilk növbədə göy yaşıl yosunların kütləvi surətdə çoxalmasına və bioməhsuldarlığın kəskin surətdə yüksəlməsinə
səbəb olur. Suyun rənglənməsi və yosun kütlələrinin tədricən ölməsi ikinci çirklənməyə səbəb olur, bütün oksigen
ehtiyatlarının işlədilməsinə və «sututarların tədricən ölümünə» gətirib çıxarır. Beləliklə, antropogen evtrofikləşmə
zəhərli çirklənmələr nəticəsində yox, həmişə zərərsiz sayılan torpaq və gübrə hissəcikləri tərəfindən yaranır. Bu bir
daha onu təsdiq edir ki, hər hansı bir təbii amilin möhkəm dəyişməsi ekosistemin tarazlığını poza bilər.
Biosferin mineral əsasmı təşkil edən litosferin üst təbəqəsi hal-hazırda getdikcə artan antropogen təsirə
daha çox məruz qalır. Müasir məlumatlara görə litosferə il ərzində 85 milyard ton antropogen tullantı atılır. Bu
kütlənin böyük əksəriyyəti kimyəvi cəhətdən hərəkətsiz olsa belə, onu yer üzərində yerləşdirmək üçün insan xeyli
ərazidə təbii ekosistemləri məhv edir.
1990-cı illərin əvvəllərində ağır metalların dünya istehsalı ildə 36 milyon ton təşkil edirdi. Təxmini
hesablamalara görə, XX əsrin sonunda dünyada 300 milyon ton mis, 70 milyon ton sink, 70 milyon xrom, 20
milyon ton qurğuşun, 3,5 milyon ton nikel, 0,6 milyon ton kadmium, 0,5 milyon ton civə toplanmışdır. Təbiət
əvvəllər heç bir zaman yer səthində, ekosferdə ağır metalların belə yükünü görməmişdir. Lakin litosferin ağır
metallarla çirklənməsi təkcə göstərilən miqdarda müəyyən edilmir. Ağır metalların litosferə enerji, sənaye və
nəqliyyat müəssisələrinin emissiyaları ilə birlikdə aerozol, toz və his şəklində, məhlulların tərkibində, bərk sənaye
tullantıları ilə, eləcə də, mineral rəngləyicilər, məişət texnikası və digər mallarla düşür.
Torpağın əsas çirkləndiriciləri - pestisidlər, mineral gübrələr, istehsal tullantıları, atmosferdə çirkləndirici
maddələrin qaz - tüstü tullantıları və s.-dir. Dünyada hər il milyon ton pestisid istehsal olunur. Azərbaycan
Respublikasında 1990-cı illərə qədər kənd təsərrüfatında hər il 25-30 min tona yaxın pestisidlərdən istifadə edilib.
Hazırda respublikamızda təqribən 8,5 min tona yaxın DDT və digər pestisid qalıqları xüsusi poliqonda müvəqqəti
olaraq saxlanılır.
Mineral gübrələr lazımi miqdarda istifadə edilmədikdə, istehsal olunduqda, daşmanda və saxlanılanda,
itkiyə yol veriləndə də torpaqlar mineral gübrələrlə çirkləndirilir. Məlum olmuşdur ki, nitratların böyük əksəriyyəti
torpaqda oksigenin miqdarını azaldır, bu isə atmosferə yüksək dərəcədə iki «istixana» qazının - azot oksidi və
metanın buxarlanmasına səbəb olur. Nitratlar insan üçün də təhlükəlidir. Belə ki, nitratlar insan orqanizminə 50
mq/l-dən yüksək qatılıqda daxil olduqda, onların birbaşa ümumitoksik təsiri qeyd olunur. Mineral gübrələrin hədsiz
işlədilməsi bəzi rayonlarda torpaqların arzuedilməz turşulaşmasına səbəb olur. Torpaqda müxtəlif kimyəvi
birləşmələrin - toksikantların toplantısı torpaq orqanizmlərinin həyat fəaliyyətinə öldürücü təsir edir. Bu zaman
torpaq özünü xəstəlik törədən və digər arzuedilməz mikroorqanizmlərdən təmizləyə bilmir ki, bu da insan, bitki və
heyvan aləmi üçün ağır nəticələr verə bilər. Məsələn, güclü çirklənmiş torpaqlarda qarın yatalağının törədiciləri il
yarıma qədər qala bilər, halbuki təmiz torpaqlarda bu müddət 2-3 gündür.
«Yararsız» adlandırılan torpaqlarda isə vəziyyət tamamilə başqa cürdür. İntensiv kənd təsərrüfatı üçün bu
torpaqlar yararsızdır. Eroziya, şorlaşma, bataqlaşma, faydalı qazıntıların açıq (karxana) və qapalı (şaxta)
çıxarılmaları, zəhərli maddələrlə çirklənmə, sənaye və tikinti materialları tullantıları, çirkab sularının relyefə
axıdılması və s. torpaqlan yararsız hala salır. Belə yararsız torpaqlar hər il getdikcə artır.
Torpağın çirklənmə dərəcələri
Çirklənmə
dərəcəsi
Torpaqların çirklənmə
dərəcələrinin qiymətləndirilməsi
Çirklənmiş, lakin praktiki olaraq
çirklənməmiş hesab olunan
torpaqlardan alınan məhsulun kəmiyyət
və keyfiyyətinin aşağı düş mə göstəricisi,
%-lə
1
Praktik olaraq çirklənməmişdir
5-dən az
2
Zəif çirklənmişdir
6-10
3
Mülayim çirklənmişdir
11-25
4
Güclü çirklənmişdir
26-50
5
Çox güclü çirklənmişdir
51-75
6
Həddən ziyadə çirklənmişdir
75-dən yuxarı
Torpaqların məhsuldarlığının aşağı düşməsi, istehsal edilən biokütlənin miqdarına görə cədvəldən
göründüyü kimi, torpaqların çirkləndirilməsinin 6 dərəcəsini (0-5) müəyyən etmişlər, çirklənmənin növlərinə görə
isə çirkləndirici maddələri 4 sinfə ayırır: fiziki, kimyəvi, bioloji və radioaktiv.
Çirkləndirici hesab edilən maddələrin siyahısı və onlar üçün müəyyən olunmuş yol verilən son hədd
toplantıları müxtəlif ölkələrdə bir-birindən xeyli fərqlənir. Yol verilən son hədd toplantılarının normaları becərilən
bitkilər, mal-qara və ya insan üçün zərərlilik meyarlarına görə müəyyən edilə bilər.
Nəticə: Elmi araşdırmalar göstərdi ki, dinamik planetar ekosistem olan biosfer özü təkamülünün bütün
mərhələlərində endogen, ekzogen və antropogen təsirlərə məruz qalaraq deformasiyaya uğramışdır. Kimyəvi
maddələr, ağır metallar, sənaye tullantıları, insanların antropogen fəaliyyəti, qlobal eroziya prosesi, şorlaşma,
şorakətləşmə, külxana qazlan, meşələrin sistemsiz qırılması, otlaqların dağıdılması atmosferə, litosferə,
ümumiyyətlə biosferə çox böyük ziyanlar vurmuş, yaşadığımız mühiti çirkləndirmişdir.
ƏDƏBİYYAT
1. Федоров Л.А., Яблоков A.B. Пестициды - токсический удар по биосфере и человечеству. М.:
Наука, 1999
2. İbrahimov Z.Ə. Ekologiya. Gəncə ş. "Ələsgəroğlu" nəşriyyatı, 2006. səh. 25-119.
С.Т. Магеррамова
Экологические загрязнения биосферы в современное время
РЕЗЮМЕ
С возрастанием использования природных ресурсов, непосредственно связанной с промыш ленной
революцией, возрастает влияние на биосферу и его компоненты. Загрязняющие вещества бы вают
химические, биологические и физические.
В результате научных исследований, было доказано, что биосфера во всех этапах деформиро
валась, подвергаясь эндогенным, экзогенным и антропогенным влияниям.
Dostları ilə paylaş: |