10
16)
Qala məhəlləsi. Naxçıvan şəhərindəki qədim məhəllə Atabəylərlə Dabbaqxana
məhəllələri
arasında olmuşdur. Haliyyədə məhəllədəki qədimdən qalma dustaqxana binasının yerində “Heydər
bulağı” abidəsi qurulmuşdur. Məhəllə ərazisi park olduğundan orada həmişəyaşıl kollar və qızıl güllər
əkilmişdir.
17)
Qaraağac məhəlləsi. Naxçıvan şəhərində qədim məhəllə ərazisidir. Həmin ərazi indiki şəhər
8№li orta məktəblə Milli Təhlükəsizlik Nazirliyi binaları arasında olmuşdur.
Məhəllədəki qaraağaclıq bağı Kərbəlayi Musanın(1856-1924) şəxsi mülkü olmuş, yerli dülgərlər
həmin ağaclardan kənd təsərrüfatında və məişətdə işlədilən alətlər yonub hazırlayırdılar. Haliyyədə
ərazidəki “Qarabağ meydanı” ətrafında qızıl güllər əkilmişdir.
18)
Qoçüstü məhəlləsi. Naxçıvan şəhərində qədim məhəllələrdən biri olmuşdur. Məhəllənin ərazisi
indiki Kazım Qarabəkir Paşa məscidinin ətrafında olmuşdur. Məhəllə ərazisində sonrakı illərdə
sürüşməyə məruz qalmış Anzır kəndi əhalisi məskunlaşmış və şəxsi təsərrüfatlarında meyvə ağaclarından
tut, ərik, alma və s. əkmişlər.
19)
“Qurdlar” məhəlləsi. Naxçıvan şəhərində qədim məhəllə adıdır. Əvvəlki illərdə “Bəktaş
arxı”nın suları həmin məhəllə ərazisindəki əkin yerlərini suvarardı. Ərazi Şahab,
Qoçüstü məhəllələri
arasında qalaraq orada çoxillik tut ağacları əkmişlər.
20)
Pirqəmiş məhəlləsi. Naxçıvan şəhərindəki qədim məhəllədə Pirqəmiş məscidi də vardır.
Məscidin ətrafında yeraltı suların üzə çıxmasından qamışlıq əmələ gəlmişdir. Məhəllədə çoxillik tut, ərik,
qoz, armud və başqa ağaclar əkilib becərilir. Əvvəllər Bazar çayından əraziyə “Söyüdlü arx” ilə su axıb
gələrdi.
21)
Sallaqxana (Çuxur) məhəlləsi. Naxçıvan şəhərində qədimdən qalma məhəllə şərqdən Sarvanlar,
şimaldan Xıncov məhəllələri ilə qonşudur.
Əvvəllər məhəllədə əsasən qəssablar, faytonçu və yükdaşıyanlar yaşayardılar.
Məhəllənin coğrafi relyefi “çuxur” formasında olduğundan əraziyə “Çuxur” məhəlləsi də deyirlər.
Ərazidə tut, ərik, alma, alça ağacları ilə bərabər nar kolları da əkilərək çeşmə suları ilə əkinlər suvarılır.
22)
Sarvanlar məhəlləsi. Naxçıvan şəhərində qədim məhəllələrdən biridir. Sarvanlar (sarban) sözü
karvanbaşçı, dəvəçi mənasındandır. Məhəllə şimaldan Sallaqxana, cənubdan Gomayıl məhəlləsi ilə
birləşmişdir. Məhəllə sakinləri şəhərdə iyirminci əsrin 40-50-ci illərinədək dəvəçiliklə, arabaçı və
faytonçuluqla məşğul olmuş şəxsi
təsərrüfat sahələrində isə tut, ərik, qoz ağacları ilə bərabər nar kolları
da əkmişlər.
23)
“Təbriz meydanı” məhəlləsi. Naxçıvan şəhərində Zaviyə məscidinin yanında XVIII əsrdə
yaradılmışdır. Məhəllədə təbrizli sahibkarların baqqal və parça dükanları olmuşdur Ərazidən keçən Bazar
çayının kənarlarında çoxillik ağaclar əkilmişdir.
24)
Əlixan məhəlləsi. Naxçıvan şəhərində qədim məhəllələrdən olaraq, Bəydaş, Cıdıllı, Çimən və
Cığatay məhəllələri arasındadır. Çox güman ki, məhəllənin adı orada yaşamış xeyriyyəçi
Kərbəlayi
Əlixan Kəngərlinin(1888-1935) adı ilə bağlı olmuşdur.
Ərazidən Bazar çayı ilə çeşmələr axıb keçdiyindən orada çoxillik tut, qaraağac , qoz, çinar, qələmə
ağacları ilə bərabər bəzək kol bitkiləri də əkilmişdir.
25)
Zaviyə məhəlləsi. Naxçıvan şəhərində Təbriz küçəsi ilə şəhid A.Tarverdiyev küçələrinin
kəsişdiyi yerdə “Zaviyə məscidi” binası vardır. Həmin məscidlə əlaqədar binanın cənub-şərq hissəsindəki
ərazilər Zaviyə məhəlləsi adlandırılmışdır. Məhəllədə daha çox tut ağacları əkmişlər.
26)
Şahab məhəlləsi Qədim məhəllə “Qurdlar”, Pirqəmiş və Anbar məhəllələri arasında yerləşərək,
Bazar çayından axan “Söyüdlü arx”ın qurtaracağındadır. Məhəllənin toponimi də həmin su arxı ilə
əlaqədar olmuşdur ki, “uzun su arxı” sözündən götürülmüşdür. Ərazidə tut, qoz, ərik, alma, alça ağacları
əkilib becərilir.
12
Torpağı sevməyən vətəni sevməz.
Məhəmməd peyğəmbər.
Relyefi, geomorfoloji quruluşu.
Naxçıvan MR
geomorfoloji quruluşu A. Antonov, B. Budaqov, M. Müseyibov, S. Babayev və b.
tərəfindən öyrənilmişdir.
Naxçıvan MR-sı öz geomorfoloji quruluşuna görə əsasən gətirmə konuslarından və Araz çayı
yatağına yaxın zolaqda isə çay terraslarından yaranmış relyefdən ibarətdir.
Bu qurşaq bütöv bir halda
olmayıb, Muxtar Respublika daxilində bir neçə yerdə Dərələyəz və Zəngəzur dağlarının meredian
istiqamətində uzanan qolları və yüksəklikləri vasitəsilə bir sıra maili düzənliklərə ayrılır. Həmin
düzənliklərdə Naxçıvan MR-in suvarmaya əsaslanan əsas əkin sahələri yerləşir və bu düzənlik Naxçıvan
MR-in əsas kənd təsərrüfatı məhsullarının istehsal mənbəyi sayılır.
Naxçıvan MR-in ərazisi bir sıra maili düzənliklərdən ibarətdir. Onlar bir-birindən bir çox
xüsusiyyətlərinə görə fərqlənirlər.
Sədərək maili düzənliyi: Muxtar Respublikanın şimal qərbində yerləşən Sədərək düzü cənubdan
Arazla, şimal qərbdən isə Saraybulaq dağlarının cənub-şərq ətəkləri ilə əhatələnir. Düzənliyin orta
yüksəkliyi 930 m olmaqla iki terrasdan ibarətdir. Birinci terras Sədərəyin şimal-şərqində qalıq halında,
ikincisi isə qum buzlaq çöküntüləri ilə örtülmüşdür. Münbit torpağa malik olan bu düzənlik Naxçıvan
MR-in kənd təsərrüfatında mühüm rol oynayır.
Şərur maili düzənliyi: Şərur
maili düzənliyi Arpaçayın gətirmə konusundan ibarətdir. Bu
düzənlik Vəlidağ-Dəhnə yüksəkliyindən Qarabağlar – Qıvraq tirəsinədək uzanaraq Arazboyu düzənliyin
böyük bir hissəsini tutur. Dəniz səviyyəsindən 780-850 m mütləq yüksəklikdə yerləşməklə Araz çayı
boyunca 14 km enində və 30 km uzunluqda olan bir ərazidə uzanır.
Dağətəyi maili düzənlik olan Şərur düzənliyi cənub-şərqə doğru Qaraçoban, Tənənəm və
Qarabağlar- Qıvraq kimi daha kiçik maili düzənliklərə bölünür. Şərur düzənliyi tamamilə əkinçilik zonası
olub, başdan-başa kənd təsərrüfatında istifadə edilir.
Böyükdüz maili düzənliyi: Şərur düzündən şərqdə Qarabağlar-Xok-Tazı
uçan yüksəkliyi ilə
Duzdağ tirəsi arasında Böyükdüz düzənliyi yerləşir. Bu düzənliyin orta yüksəkliyi 800 m-ə qədərdir.
İqlimin və hidroloji şəraitin təsiri nəticəsində Böyükdüz su mənbələrindən məhrum olmaqla təbii
şoranlaşmaya məruz qalmışdır. Düzənlik əkinçilikdə az istifadə edilir. Buna səbəb yuxarıda deyildiyi
kimi təbii şorlaşma və suvarma suyunun olmamasıdır.
Kəngərli maili düzənliyi: Kəngərli maili düzənliyi (platosu) Böyükdüz maili düzənliyinin şimal-
qərbində yerləşir. Bu düzənliyin eni 8-10 km olub, şimal-şərqdən cənub-qərbə doğru 14 km-lik bir
məsafədə uzanır və dəniz səviyyəsindən 800-1300 m hündürlükdə yerləşir. Düzənliyin orta hissəsi zəif
parçalanmışdır. Kəngərli düzü zəif su təminatı olan düzənliklər sırasına aiddir. Ərazidə çay şəbəkəsinə
təsadüf olunmur. Su təchizatı yeraltı sular hesabına təmin olunur. Suyu
qismən çox olan yerlərdə
əkinçilik, az olan hissələrində isə otlaq sahələri kimi istifadə olunur.
Naxçıvan maili düzənliyi: Naxçıvan maili düzənliyi Muxtar Respublikanın ən böyük
düzənliklərindən biri olub, Arazboyu maili düzənliyin böyük bir hissəsini təşkil edir. O, qərbdən Cəhri-
Duzdağ tirəsi, cənub-qərbdən Araz çayı , cənub-şərqdən Nehrəm-Ərəzin yüksəkliyi, şimali-şərqdən
Sirab, Nəhəcir, Xaçaparaq xətti üzrə Sarıdağ-Nəhəcir və Qırxlar dağının ətəkləri ilə əhatə olunmuşdur. Bu
düz Naxıvançay və onun aşağı axınındakı qolları bir sıra təpəliklər, yarğanlar və dərələrlə parçalamışdır.
Naxçıvan maili düzənliyi əsasən Naxçıvan çayın və onun qollarının gətirmə konusu çöküntülərindən
əmələ gəlmişdir.
Naxçıvan düzünün mütləq hündürlüyü 760 m-dən 1100
m-ə qədər olub, sahəsi 320 km
2
–dən
artıqdır. Bu düz başlıca kənd təsərrüfatı zonası olmaqla, qədim suvarma əkinçiliyinin inkişaf etdiyi
ərazilərə aiddir. O, Babək rayonu ərazisinin əsas hissəsini təşkil edir.
Sust maili düzənliyi: Sust maili düzənliyi dəniz səviyyəsindən 1000-1300 m hündürlükdə
yerləşib, ərazisi IV dövrün kiçik çaylar (yayda tamamilə quruyan) və xüsusən sel çöküntülərindən təşkil
olunmuşdur. Bu düzənlik Çalxanqala, Xıncab, Təzəkənd kəndlərindən cənuba olan ərazilərin əsas