sonralar Bakı Dövlət Universitetində tarix müəllimi olmuşdur. Müharibə illərində
cəza batalyonuna göndərilmiş, almanlara əsir düşmüşdür. Almaniyanın “Vüstrou”
qəsəbəsində təbliğatçı agentlər hazırlayan məktəbi fərqlənmə diplomu ilə
bitirmişdir. Əsir düşərgələrində Sovet İttifaqı əleyhinə ciddi təbliğat işləri
aparmışdır. Müharibədən sonra bir müddət Almaniyada yaşamış, sonradan
Türkiyəyə getmişdir. İstanbulda “Millət” kitabxanasında işləmiş, “Azərbaycan
Mədəniyyəti Cəmiyyəti”ni yaratmışdır. 1956-cı ilə qədər Türkiyədə yaşadıqdan
sonra “Azadlıq” radiosunda işə düzəlmiş və Almaniyaya köçmüşdür.
FƏRMAN MƏMMƏDOV
“Azadiıq” Radiosunun uzun müdət əməkdaşı işləmiş F. Məmmədov
Cəbrayıl rayonunun Mərcanlı kəndindəndir. Sovet Ordusu sıralarına çağırılarkən
bir müddət Astraxanda hərbi məktəbdə oxumuşdur. Orduya çağırılmış, Kiyev
şəhəri ətrafındakı döyüşlərdə almanlara əsir düşmüşdür. 1942-ci ilin sentyabrında
Gestaponun nəzdindəki məşhur “Teppelin” kəşfıyyat mərkəzinə göndərilmişdir.
Oranı bitirdikdən sonra “Autvits”dəki kəşfıyyat məktəbində oxumuşdur. Həmin
məktəbdə ratsiya ilə işləməyi, şifrləri açmağı və s. öyrənmişdir. Sonradan
komandanlıq onu Berdyansk şəhərindəki əsir düşərgəsinə əsirlər arasında təbliğat
aparmaq üçün göndərmişlər. 1943-cü ildə Berlində “Azərbaycan Milli
Qurultayı”nda iştirak etmişdir. Oberşturmbanfürer rütbəsi alan F. Məmmədov
1943-cü ildə azərbaycanlılardan ibarət hərbi hissələrin birinə alay komandiri təyin
edilmişdir. Müharibədən sonra bir müddət İranda olmuş, sonra Türkiyəyə getmiş,
sonradan isə “Azadlıq” Radiosunun “Gürcü” redaksiyasında çalışmışdır. Bir
müddətdən sonra isə “Azərbaycan” redaksiyasında fəaliyyət göstərmişdir.
ƏLĠ ARANLI
Əli Həsən oğlu Həsənov (təxəllüsü Əli Aranlıdır) Neftçala rayonunun Aşağı
Qaramanlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra keçmiş Xıllı
rayonunda çıxan “Kommunizm yolu” qəzetində ədəbi işçi, sonralar məsul katib
işləmişdir. Müharibə illərində almanlara əsir düşür. Bir müddət Sovet Ordusuna
qarşı Ukraynada, Belorusiyada vuruşur. İkinci Dünya müharibəsindən sonra
“Azadlıq” radiosunda adi işçi, sonradan isə Baş redaktor vəzifəsində çalışmışdır.
MƏCĠD MUSAZADƏ
Məcid Musayev - Musazadə (Təxəllüsü Məcid Qarsalanidir) əslən İsmayıllı
rayonunun Qərsələ kəndindəndir. O, 1914-cü ildə oktyabr ayının 10-da Bakıda
dünyaya göz açmış, burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət
Universitetinin ədəbiyyat və tarix fakültəsinə daxil olmuşdur. Universiteti uğurla
başa vuran gənc Məcid Musazadə Bakıdakı dövlət kitabxanalarında, sonradan isə
Nizami adına Ədəbiyyat və Dil İnstitutunda elmi əməkdaş olaraq çalışmışdır.
Lakin Böyük Vətən müharibəsi onu sevdiyi işindən birdəfəlik ayrı salmışdır.
1941-ci ildə müharibənin od-alovu içərisinə göndərilən Məcid Musazadə
1942-ci ilin qızğın döyüşlərinin birində almanlara əsir düşdü. Burada yaxşı
adamlarla rastlaşdı, Berlinə göndərildi. Əvvəlcə Berlindəki “İrtibat qərargahı”nda,
sonra isə nəşrə başlayan “Azərbaycan” qəzetində mühərrir və Baş redaktor
vəzifələrində 1945-ci ilə qədər çalışmışdır. Müharibədən sonra o, Münhen
şəhərində yaşamış, “Azadlıq” Radiosunun Azərbaycan şöbəsində fasiləsiz 26 il
işləmiş, müxtəlif illərdə şöbənin baş redaktoru olmuşdur. Peşə imkanlarından
istifadə edərək həmişə xalqımızın ədəbiyyatını, tarixini, adət-ənənələrini fəal təbliğ
etmişdir. 1990-cı ildə mayın 28-də “Türk Dünyasının Araşdırma Vəqfi”nin Kayseri
şəhərində təşkil etdiyi Birinci Azərbaycan Millətlərarası Konqresində iştirak edən
Məcid Musazadə 1990-cı ilin iyulun 17-də 76 yaşında vəfat etmişdir. İyulun 20-də
vətəndən çox-çox uzaqlarda Münhendə Nordfriedhofda torpağa tapşırılmışdır.
MURAD MURADLI
Murad Muradlı (şəkili) “Azadlıq” Radiosunda çalışmışdır. Əslən Zaqatala
rayonundandır. Müharibə illərində almanlara əsir düşmüşdür. Sonradan
“Azərbaycan” qəzeti redaksiyasında işləmişdir.
TUQAY MƏMMƏD
Tuqay Məmməd - əsli Şamaxı rayonundandır. Azərbaycan bolşeviklər
tərəfindən işğal edildikdən sonra Türkiyəyə mühacirət etmişdir. 1926-cı ildə Qərbi
Avropada olmuşdur. Müharibə illərində “Vineşa” təbliğat şöbəsi tərəfindən
yayınlanan Radioverilişin “Azərbaycan” redaksiyasına başçılıq etmişdir.
ƏNVƏR QAZIYEV
Ənvər Qazıyev - Əsli Şəki rayonundandır. Müharibəyə qədər “Bakinski
Raboçi” qəzetində jurnalist işləmişdir. “Hücum” qəzetinin də bir müddət redaktoru
olmuşdur.
MƏHƏMMƏD ƏMĠN RƏSULZADƏ
Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu olan M. Ə.
Rəsulzadə 1884-cü ilin yanvar ayının 31-də Bakının Novxanı kəndində anadan
olmuşdur. İlk təhsilini Bakı Texniki məktəbində almışdır. M. Ə. Rəsulzadə o
dövrün aparıcı qəzet və jurnallarından olan “Şərqi Rus”, “İrşad”, “Tərəqqi”,
“Dirilik” və “Açıq söz”də çoxlu sayda yazılarla çıxış etmişdir. Gənc yaşlarından
siyasi həyata atılan M. Ə. Rəsulzadə sonradan İranda, Türkiyədə yaşamış, müxtəlif
mətbuat orqanlarında dəyərli yazılar çap etdirmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından olan M. Ə. Rəsulzadə
Azərbaycan Milli Şurasının sədri vəzifəsində çalışır, demokratik dövlət quruculuğu
prosesində yaxından iştirak edirdi.
1920-ci ilin aprel işğalından sonra mühacirətdə yaşayan M. Ə. Rəsulzadə
Azərbaycan milli istiqlal mübarizəsini bir an da olsun dayandırmamışdır.
Avropanın ayrı-ayrı ölkələrində jurnallar, qəzetlər, kitablar çap etdirmiş,
Azərbaycan problemini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır.
İkinci Dünya müharibəsi illərində M. Ə. Rəsulzadə minlərlə azərbaycanlı
əsiri xilas etdi. Lakin Azərbaycanın müstəqilliyinin Almaniya tərəfindən qəbul
edilmədiyini gördükdə, Rumıniyaya keçib orda fəaliyyət göstərdi. Müharibənin
sonunda isə legionerlərin xilası ilə bağlı “Azərbaycan Demokrat Birliyi” təşkilatını
yaratdı.
Sonradan Türkiyədə yaşayan M. Ə. Rəsulzadə Azərbaycanın tarixi,
mədəniyyəti, ədəbiyyatı və siyasi həyatı ilə bağlı əllinci illərdə çoxlu sayda
məqalələr, əsərlər yazmış, nəşr etdirmişdir. M. Ə. Rəsulzadə 1955-ci ilin mart
ayının 6-da vəfat etmiş, Ankaranın Əsri məzarıstanlığında dəfn edilmişdir.
CEYHUN HACIBƏYLĠ
Azərbaycanın görkəmli mətbuat xadimlərindən olan Ceyhun Hacıbəyli
1891-ci ildə Şuşada anadan olmuşdur. Şuşada və Bakıda təhsil aldıqdan sonra bir
müddət Sankt-Peterburq Universitetində oxumuşdur. Sonradan o, Fransanın
məşhur Sorbon Universitetində təhsil almışdır. Ceyhun bəy “Kaspi”, “İrşad”,
“Tərəqqi” qəzetlərində əməkdaşlıq etmişdir. 1918-ci ildə nəşrə başlayan
“Azərbaycan” qəzetinə qardaşı Ü. Hacıbəyli ilə birgə redaktorluq etmişdir. 1918-ci
ildə o, Ə. Topçubaşov və digər Azərbaycan nümayəndə heyəti ilə birgə Versal sülh
konfransında iştirak etmək üçün Parisə getmiş və orada da qalıb yaşamışdır.
Fransada yaşadığı illərdə o, Azərbaycanın tarixi, mətbuatı, mədəniyyəti, siyasi
vəziyyəti ilə bağlı çoxlu sayda elmi əsərlərini və məqalələrini mətbuatda dərc
etdirmişdir.
Bundan əlavə, C. Hacıbəyli Azərbaycan legionerləri ilə də sıx əlaqədə
olmuş, onlara yaxından kömək göstərmişdir.
C. Hacıbəyli 1962-ci ildə, oktyabr ayının 2-də Parisdə vəfat etmiş və Sen-
Klu məzarlığında dəfn edilmişdir.
MƏZAHĠR DAġQIN (BORSUNLU)
Legioner şair Məzahir Daşqın (Borsunlu) 1909-cu ildə Tərtər rayonunun
Borsunlu kəndində anadan olmuşdur. Bakıda Fəhlə fakultəsində təhsil almışdır.
1926-cı ildən ilk şerləri çap olunmağa başlamışdır. Eyni zamanda o, gözəl saz
çalmağı bacarmışdır. 1941-ci ilin ilk günlərindən müharibəyə gedir. 1942-ci ilin
avqust ayında almanlara əsir düşür. Tezliklə o, Azərbaycan legionunun sevimli
şairinə çevrilir. Azərbaycan legionerlərinin nəşr etdiyi “Azərbaycan”, “Hücum”
qəzetlərində çoxlu sayda şerlərlə çıxış edir.
İkinci Dünya müharibəsi qurtardıqdan sonra M. Daşqın vətəni Azərbaycana
qayıdır. Burada qaldıqdan bir neçə gün sonra onu “Vətən xaini” adı ilə həbs edib,
əvvəlcə Mingəçevirdə, Bakıda saxlayır, sonra isə Sibirə göndərirlər. Sonra isə
Qorki vilayəti həbsxanalarında o, 10 ilə yaxın - 1956-cı il iyulun 23-nə qədər yatır.
1956-cı ildə həbsdən azad edilib vətəni Azərbaycana qayıdır. Bakıda o, müxtəlif
illərdə xalq yaradıcılığı, folklor sahəsində çalışmışdır.
Olduqca ağır və çətin həyat yaşamış Məzahir Daşqın (Borsunlu) 1979-cu
ilin oktyabrın 31-də vəfat etmiş və doğma kəndi Borsunluda dəfn edilmişdir.
ƏBDÜRRƏHMAN FƏTƏLĠBƏYLĠ-DÜDƏNGĠNSKĠ
Ə. Fətəlibəyli-Düdənginski 1908-ci ildə Naxçıvanın Şərur rayonunun
Düdəngə kəndində anadan olub. Atası Əli bəy çar Rusiyası ordusunda zabit olub.
Atasını orduda xidmətdə olarkən 1910-cu ildə zəhərləyib öldürürlər.
Ə. Fətəlibəyli Düdənginski gənc yaşlarından əsgər getmiş, Azərbaycan
diviziyasında xidmət etmişdir. 30-cu illərdə o, Moskvada Hərbi Akademiyada
təhsil almışdır. Leninqradda (indiki Sankt-Peterburq) hərbi xidmətdə olmuşdur.
1937-ci ildə Bakıda məzuniyyətdə olarkən Leyla xanım Qazıyeva ilə ailə həyatı
qurmuş və oğlu Əli dünyaya gəlmişdir. 1939-cu ildə Ə. Fətəlibəyli-Düdənginski
Finlandiya müharibəsində iştirak etmiş və “Qırmızı Ulduz” ordeni ilə təltif
edilmişdir. 1940-cı ildə sovet qoşunları Pribaltikanı işğal edərkən, onu
Leninqraddan Riqada yerləşən hərbi ştaba göndərirlər. Burada isə o, döyüşlərin
birində əsir düşərək almanlar tərəfə keçir. Aimaniyada həbs düşərgəsində olarkən
Azərbaycan legionunun təşkilində və Milli Azərbaycan Qurultayının
keçirilməsində fəallıq göstərir, çoxlu sayda əsirləri ölümdən qurtarır. İkinci Dünya
müharibəsindən sonra İtaliyada, Misirdə olur (onun burada olarkən Fələstin azadlıq
ordusu sıralarına qoşulması haqqında məlumatlar vardır), Türkiyəyə gedir, nəhayət
Almaniyada “Azadlıq” radiosunun Azərbaycan redaksiyasına başçılıq edir,
Münhendə Azərbaycan və rus dillərində “Azərbaycan” jurnalını nəşr edir. 1954-cü
ilin noyabr ayında Ə. F. Düdənginskini Sovet İttıfaqından göndərilən bir casus
qətlə yetirir. Ə. Fətəlibəyli-Düdənginskini Münhen yaxınlığındakı Noy-Ulm
şəhərində dəfn edirlər.
Həyat yoldaşı Leyla xanım və oğlu Əli onun ölümündən sonra Amerikada
yaşamağa gedirlər və bu günə qədər onlardan heç bir məlumat yoxdur.
İkinci Dünya müharibəsindən sonra 1949-cu ilin iyunun 13-də Ə.
Fətəlibəyli-Düdənginskinin yaxın qohumlarını - bacısını və ailəsini, dayısı Nəsrulla
xanın həyat yoldaşı Zina xanımı, oğlanları Səfiyev Bəhlulu, Beytulla və Rəşidi
ailələri ilə birgə Sibirə sürgün edirlər. Ə. Fətəlibəyli-Düdənginskinin ailəsi 1955-ci
ildə verilən ümumi bağışlamadan sonra vətənə qayıda bilmişdir.
PROFESSOR QERHARD FON MENDE
Azərbaycan legionerləri ilə yaxın münasibətdə olan, Hitler Almaniyasında
Şərq Nazirliyinin Qafqaz bölməsinə başçılıq edən professor Qerhard fon Mende
əslən Baltik almanlarındandır. Riqa şəhərində doğulmuş, Birinci Dünya
müharibəsindən sonra ailəsi ilə birgə Almaniyaya köçmüşdür. İlk və orta təhsilini
aldıqdan sonra o, ali təhsilini ictimai məsələlərə həsr etmişdir. İlk araşdırmaları da
Rusiyadakı türklərin milli mücadilələrini ələ alması olmuşdur. Digər tərəfdən fon
Mende Şimal Türklərinin məşhur ailələrindən birinin qızı olan doktor Sofya Sırtlan
ilə evlənmiş və bu baxımdan onun türklərə bağlılığı olmuşdur. Professor fon
Mendenin Azərbaycanm görkəmli dövlət xadimi M. Ə. Rəsulzadə ilə də yaxın
münasibətləri olmuşdur.
O, bir müddət Berlin Universitetində Xarici Məmləkətlər fakultəsində
Rusiya bölməsi üzrə ordinaryus professor olaraq təyin edilmişdir. İkinci Dünya
müharibəsindən sonra Qərbi Almaniyada yaradılan Şərqi Avropanı Araşdırma
İnstitutunun müdiri olmuşdur.
Professorun başlıca dəyərli əsərlərindən bir neçəsinin adını veririk: 1)
Rusiyadakı türklərin milli mücadiləsi. 2) Sovetlər Birliyində yaşayan xalqlar. 3)
Sovetlər Birliyi hakimiyyəti altındakı xalqlar. 4) Milliyyət və ideoloji və s.
Professor fon Mende İkinci Dünya müharibəsindən sonra türkəsilli
legionerlərə, eləcə də mühacirlərə yaxından maddi və mənəvi dəstək vermiş,
onların bir sıra məktəb və universitetlərdə təhsilinə imkanlar yaratmışdır.
Bütün türklərin yaxın dostu və xeyirxahı olan professor fon Mende 1963-cü
ilin dekabr ayının 12-də vəfat etmişdir.
AVTORXANOV ƏBDÜRRƏHMAN
Milliyyətcə çeçendir. Qafqaz legionerlərindəndir. Ə. F. Düdənginskinin
yaxın dostu olub. Məşhur sovetoloq olan Ə. Avtorxanov “Hakimiyyətin
texnologiyası”, “Partokratiya” kitablarının müəllifıdir. 1937-ci ildə Moskvada
Qırmızı Professorlar İnstitutunu bitirdikdən sonra “xalq düşməni” adı ilə həbs
edilib, 1942-ci ildə həbsdən buraxılıb. 1943-cü ildən Sovetlər Birliyinə qarşı
mübarizəsini davam etdirib. Eyni zamanda o, doktorluq elmi dərəcəsinə layiq
görülüb. Azərbaycanlı mühacir və legionerlərlə yaxından münasibətdə olub.
ĠZAHLAR
Legion - latın mənşədi sözdür. Hərbi birliklər, könüllü birliklər mənasındadır. Hələ
qədim Romada 4,5-7 min nəfərdən ibarət belə birliklər mövcud idi. 16-19-cu
əsrlərdə isə Fransada, Böyük Britaniyada, Almaniya və Rusiyada belə hərbi
birliklər mövcud idi. Belə birliklər adətən başqa ölkələrin vətəndaşlarından təşkil
olunurdu. Məsələn, 1797-1808-ci illərdə Fransada mövcud olan Polşa legionları
Polşanın müstəqilliyi uğrunda mübarizə aparırdılar.
Legioner - könüllü, könüllü döyüşçü mənasındadır.
Faşizm - italyan mənşəli sözdür, birlik, birləşmə mənasındadır. Siyasi cərəyan
olaraq kapitalizmin ümumi böhranı prosesində yaranmışdır və daha aqressiv
qüvvələrin marağını ifadə etmişdir.
Neofaşizm - faşist təşkilatlarında müasir sağ qüvvələrin birliyi olaraq ortaya
çıxmışdır.
Gestapo - Hitler Almaniyasında gizli polis təşkilatıdır. Sayı 40 min olmuşdur.
SS - Almaniya Silahlı Qüvvələrində “Mühafızə Dəstələri”. 1925-ci ildə yaradılıb.
Sayı 50 min olmuşdur.
SD - Almaniyada “Təhlükəsizlik Xidməti” təşkilatı. Sayı 70 min olmuşdur.
SA - Almaniyada “Hücum Dəstələri” təşkilatı. 1921-ci ildə yaradılıb. sayı 1,2-1,7
milyon olmuşdur.
OKV - Almaniya Silahlı Qüvvələrinin Ali Baş Komandanlığı.
Qruppenfürer SS - SS-də rütbə, Vermaxtda general-leytenanta uyğun.
Ştandartenfürer SS - SS-də albaya uyğun olan rütbə.
Şturmbanfürer SS - SS-də mayora uyğun olan rütbə.
Şturmfürer SS - SS-də leytenanta uyğun rütbə.
Qauleyter - Nasist təşkilatında vilayət rəhbəri.
Eynzatsqruppa - SS, SD və polisdə, işğal edilmiş ərazilərdə kütləvi ölümləri
törədən xüsusi çevik hərbi hissələr.
Fürer - rəhbər, lider.
Oberqruppenfürer - SS-də rütbə, Vermaxtda piyada qoşunlarında generala uyğun.
Oberşturmbannfürer - SS-də rütbə, Vermaxtda podpolkovnikə uyğun.
Oberşturmfürer - SS-də rütbə, Vermaxtda leytenanta uyğun.
Reyxsfürer - SS rəhbəri: bu vəzifəni Himmler tuturdu.
Reyxstaq - Almaniya Parlamenti.
Reyxskomissar - işğal edilmiş torpaqlarda nasist administrasiyasının rəhbəri.
NSDAP - Milli Sosialist Almaniya Fəhlə Partiyası. 1919-cu ildə əsası qoyulub.
1921-ci ildən partiyaya Hitler rəhbərlik edib.
Vermaxt - Versal Sülh Müqaviləsinə zidd olaraq yaradılan Hitler Almaniyasının
Silahlı Qüvvələri.
Veymar Respublikası - 1919-1933-cü ildə mövcud olan Almaniya.
Versal Sülh Müqaviləsi - Birinci Dünya müharibəsini yekunlaşdıran dövlətlərin
müqaviləsi. Müqavilə 1919-cu ilin iyun ayının 28-də Fransanın Versal şəhərində
imzalanmışdır.
Nəsiman Yaqublu
AZƏRBAYCAN LEGĠONERLƏRĠ
(monoqrafiya)
Kompüter tərtibatçısı: İsmayıl Əyyubov
Kompüter dizayneri: İmran Ağayev, Məcid Qocayev
Kompüter yığıcısı: Nəzakət Muradova
Korrektoru: İradə Quliyeva
Yığılmağa verilmişdir: 12.09.2004
Çapa imzalanmışdır: 18.11.2004
Kağız formatı: 60×84 1/16
Nəşr çap vərəqi: 21,0
Tiraj: 300
NəĢriyyat direktoru: t.e.n. Ə.Cəfərov
“Çıraq” nəşriyyatının mətbəəsində hazır plyonkadan çap olunmuşdur.
Dostları ilə paylaş: |