83
bu bağlılığı da bütövlükdə qırır ki, özünə aid hesab
etdiyi hər bir işi Allaha aid bilsin.
Və həmçinin təslim məqamı riza məqamından
yüksəkdə olar, çünki riza mərtəbəsində Allahın gördüyü
hər bir işdən bəndə razı qalar, amma təslim
mərtəbəsində insan əsasən öz istəyini, istəyinə müvafiq
və müxalif olan hər bir şeyi Allaha tapşırır, onun heç bir
istəyi qalmaz ki, bir şeyə müxalif və ya müvafiq olmuş
olsun.
Deməli “verdiyin hökmlərə görə özlərində bir sıxıntı
duymazlar”
1
riza mərtəbəsinə aid olar və “sənə tam bir
itaətlə təslim olarlar”
2
bu mərtəbədən yuxarısına aid olar.
Çünki Salik təhqiq nəzəri ilə baxsa özünü nə riza
həddində görər, nə də təslim. [Özünü bu həddən üstün
bilər], çünki hər iki mərhələdə insan özünü Allahın
qarşısında qoymuş olur, yə`ni riza mərhələsində o razıdır
və Allah ondan razı, təslim mərhələsində o təslim
edəndir, Allah qəbul edən. Amma tövhid mərhələsində
bu e`tibarlar da aradan qalxır.
Dördüncü fəsil
Tövhid
Allah-taala tövhid barəsində buyurur: “Allahla yanaşı
başqa tanrı qəbul etmə...”
3
“Tövhid” biri demək, biri etməkdir. Birinci mə`nada
(danışıqda) tövhid, imanın mə`rifətin başlanğıcına olan
şərti və Allahın vəhdaniyyətinin təsdiqi mə`nasındadır.
“...Həqiqətən, Allah tək bir tanrıdır...”
4
1
“Nisa”, 65.
2
Həmin.
3
“İsra”, 22.
4
“Nisa”, 171.
84
İkinci mə`nada (əməldə) tövhid, imandan sonra hasil
olan mə`rifətin kamalıdır, belə ki, əgər bir kəs yəqin etsə
ki, Allahdan başqa kimsə vücudu inayət etmir və Allahın
inayəti də ayrıca vücud deyil, belə olan yerdə çoxluqdan
gözünü çəkər və hamını bir görər və bir bilər. Deməli,
nəhayətdə çoxluğun bir vəhdəti olduğuna gəlib çıxar və
“Allahın üluhiyyətdə
şəriki yoxdur və [Allah]
yeganədir” mərtəbəsindən “Allahın vücudda şəriki
yoxdur və [Allah] yeganədir” mərtəbəsinə çatar.
Bu mərtəbədə Allahdan sivayı hər bir şey salik üçün
hicab olar və Allahdan qeyrisinə nəzər salmağı “mütləq
şirk” hesab edər və bu halın dili ilə deyər: “Mən,
həqiqətən, batildən haqqa tapınaraq (dönərək) üzümü
göyləri və yeri yaradana çevirdim. Mən (Allaha) şərik
qoşanlardan deyiləm!”
1
Beşinci fəsil
İttihad
Allah-taala ittihad barədə buyurur: “Və Allahla yanaşı
başqa heç bir tanrıya ibadət etmə. Allahdan başqa heç bir
tanrı yoxdur...”
2
“Tövhid” bir etmək, “ittihad” bir olmaqdır. Orada
[tövhid barəsində Allah buyurur]: ”Allahla yanışı başqa
tanrı qəbul etmə!” Burada [isə ittihad barəsində Allah
buyurur]: “Allahla yanaşı başqa heç bir tanrıya ibadət
etmə.”
Çünki tövhiddə, [zahirən] riyakarlıq nöqsanı var,
amma ittihadda yoxdur.
Deməli, nə vaxt yeganəlik mütləq olsa və insanını
1
“Ən`am”, 79.
2
“Qəsəs”, 88.
85
zehnində, [özü və Allah arasında] ikililik hiss etməyəcək
şəkildə möhkəm yer tutsa, ittihada çatmış olar. İttihad
heç də bə`zi dardüşüncəli adamların düşündüyü kimi
deyil ki, elə fikirləşirlər ki, ittihad, bəndə ilə Allahın bir
olmasıdır: اريبک اولع کلذ نع ﷲ یلاعت
Bəlkə [ittihad] odur ki, hamı onu görür və belə bir
riyakarlığa ehtiyacları yoxdur ki, desinlər ki, Ondan
qeyri hər nə varsa, Ondandır, deməli hamı birdir.
Əslində [ittihadda batini gözlər] Allahın təcəlla nuru ilə
aydınlıq tapıb Ondan qeyrisini görmürlər, [belə olan
halda] görən, görmək və görüş [məfhumunu itirib]
aradan qalxar və hamı bir olar.
Və Hüseyn bin Mənsur Həllacın duasıdır ki deyir:
“Mənimlə Sənin aranda, mənim varlığım mənimlə
döyüşə qalxmışdır. Ey Allah! Öz lütfünlə mənim bu
varlığımı aradan götür.” Duası müstəcab olur; varlığı
aradan qalxır ki, nəhayətdə deyə bilsin: “Bu mənəm ki
istəyirəm və istədiyim şey də elə mənəm.”
Bu məqamda mə`lum olur ki, o kəs ki, dedi: “Ənəl-
həqq” və o kəs ki, dedi: “Pakam mən, mənim şə`nim necə
də yüksəkdir” – heç də Allahlıq iddiası etməmişdir,
əslində öz varlığının inkarını və özündən qeyrisinin
varlığının isbatını iddia etmişdir.
Altıncı fəsil
Vəhdət
Allah-taala vəhdət barəsində buyurur: “(Allah
buyuracaq:) Bu gün hökm kimindir? (Heç kəsin
qımıldanmağa belə cür`əti çatmadığından Allah Özü
cavab verəcəkdir:) “Bir olan (heç bir şəriki, bənzəri
86
olmayan), qəhr edən (qadir) Allahındır!”
1
“Vəhdət” yeganəlik mə`nasındadır. Bu [məqam]
ittihaddan üstündür, çünki mə`nası birlik olan ittihaddan
çoxluq qoxusu gəlir, lakin vəhdətdə belə bir nöqsan
yoxdur. Orada (vəhdətdə) sükun, hərəkət, fikir, zikir,
seyr, süluk, tələb, talib, mətlub, nöqsan, kamal – hamısı
aradan qalxar.
“Nə vaxt ki, söhbət Allaha yetişdi, sakit olun (susun)!”
2
1
“Mu`min”, 16.
2
“Bihar”, c. 91, səh. 68, bab 3, rəvayət 2.
87
ALTINCI
BAB
Fəna
Allah-taala fəna barəsində buyurur: “Allahdan başqa
hər şey məhvə məhkumdur.”
1
Vəhdət məqamında salik, süluk, seyr, məqsəd, tələb,
talib, mətlub – hamısı aradan qalxar. “Allahdan başqa
hər şey məhv olar.”
Bu sözün isbatı və onun bəyanı da olmaz və bu sözün
inkarı və onun bəyanının inkarı da olmaz. Çünki isbat və
inkar bir-birinin qarşılığıdırlar və ikilik çoxluğun
başlanğıcıdır, ona görə də inkarın və isbatın orada
mə`nası yoxdur, inkarın inkarı, isbatın isbatı da olmaz,
[həmçinin] isbatın inkarı, inkarın isbatı da olmaz.
Buna “fəna” deyərlər ki, məxluqatın mə`adı onların
fənası ilə olar, necə ki, onların başlanğıcı yoxluqdan idi:
“Sizi (yoxdan) yaratdığı kimi, yenə (o cür də) Onun
hüzuruna qayıdacaqsınız!”
2
Fənanın mə`nası ilə çoxluğun (kəsrətin) [arasında onları
bir-birindən ayıran] bir həddi vardır: “(Yer) üzündə olan
hər kəs fanidir (ölümə məhkumdur). Ancaq əzəmət və
kərəm sahibi olan Rəbbinin zatı baqidir.”
3
Fəna bu
mə`nada da olmaz, dilə gələn, ağla gələn, xəyaldan keçən
hər nə varsa, – hamısı (fənada) sona yetər: “Hər bir şey
kamil şəkildə Allaha qayıdar.”
ةزعلا بر کبر ناحبس و یدھلا عبتا نم یلع ملاسلا و
1
“Qəsəs”, 88.
2
“Ə`raf”, 29.
3
“Ər-Rəhman”, 26-27.
88
Son.
Mündəricat
Giriş.......................................................................................... 3
Ön söz ...................................................................................... 6
Nəsirəddin Tusinin “Şərafətli ............................................ 16
insanların xüsusiyyətləri” əsərinə ..................................... 16
yazdığı müqəddimə............................................................. 16
MÖVZUYA GİRİŞ................................................................ 20
Bu risalənin şamil olacağı bəhslərin zikri......................... 20
BİRİNCİ BAB ........................................................................ 23
Birinci fəsil............................................................................. 24
İman ....................................................................................... 24
İkinci fəsil .............................................................................. 26
Səbat ....................................................................................... 26
Üçüncü fəsil .......................................................................... 27
Niyyət .................................................................................... 27
Dördüncü fəsil ...................................................................... 29
Sidq......................................................................................... 29
Beşinci fəsil............................................................................ 30
İnabət (tövbə)........................................................................ 30
Altıncı fəsil ............................................................................ 31
İxlas ........................................................................................ 31
İKİNCİ BAB .......................................................................... 34
Birinci fəsil............................................................................. 35
89
Tövbə ......................................................................................35
Ümumi tövbə ........................................................................36
Tövbənin əldə edilməsinin keyfiyyəti ...............................36
Xas və əxəss tövbə ...............................................................39
İkinci fəsil...............................................................................40
Zöhd .......................................................................................40
Zahidlərdən biri haqqında hekayət ...................................41
Üçüncü fəsil ...........................................................................42
Fəqr .........................................................................................42
Dördüncü fəsil.......................................................................43
Riyazət....................................................................................43
Riyazətdə insanın hədəfi .....................................................45
Beşinci fəsil ............................................................................45
Mühasibə və müraqibə ........................................................45
Altıncı fəsil.............................................................................48
Təqva ......................................................................................48
ÜÇÜNCÜ BAB......................................................................50
Birinci fəsil .............................................................................51
Xəlvət......................................................................................51
Seyri-sülukün mühüm maneələri ......................................51
İkinci fəsil...............................................................................53
Təfəkkür .................................................................................53
Üçüncü fəsil ...........................................................................55
Xof və hüzn............................................................................55
Dörcüncü fəsil .......................................................................58
Rəca` .......................................................................................58
Xof və rəca` ............................................................................59
Beşinci fəsil ............................................................................61
Səbir ........................................................................................61
Səbirin növləri .......................................................................61
Səbir haqqında bir hekayə...................................................62
90
Altıncı fəsil ............................................................................ 63
Şükür...................................................................................... 63
DÖRDÜNCÜ BAB ............................................................... 65
Birinci fəsil............................................................................. 66
İradə ....................................................................................... 66
Bu barədə bir rəvayət .......................................................... 67
İkinci fəsil .............................................................................. 68
Şövq........................................................................................ 68
Üçüncü fəsil .......................................................................... 68
Məhəbbət............................................................................... 68
Dördüncü fəsil ...................................................................... 71
Mə`rifət .................................................................................. 71
Beşinci fəsil............................................................................ 73
Yəqin ...................................................................................... 73
Yəqinin mərtəbələri ............................................................. 73
Altıncı fəsil ............................................................................ 74
Sükun ..................................................................................... 74
BEŞİNCİ BAB........................................................................ 76
Birinci fəsil............................................................................. 77
Təvəkkül................................................................................ 77
İkinci fəsil .............................................................................. 80
Riza......................................................................................... 80
Üçüncü fəsil .......................................................................... 82
Təslim..................................................................................... 82
Dördüncü fəsil ...................................................................... 83
Tövhid.................................................................................... 83
Beşinci fəsil............................................................................ 84
İttihad..................................................................................... 84
Altıncı fəsil ............................................................................ 85
Vəhdət.................................................................................... 85
ALTINCI BAB....................................................................... 87
91
Fəna.........................................................................................87
Son. .........................................................................................88
Dostları ilə paylaş: |