maddələri bədənlərinə sürtməyi xoşlayırdılar. Bu məlhəm və
maddələr həm də pul kimi istifadə olunurdu. Şahlar əldə edilmiş
xam yağlarla mübadilə edər, torpaq, qızıl, qul və qadın alardılar.
10-cu əsr yazıçısı Əbu Əli Tənuhi yazırdı ki, şah və
sultanlann xəzinələrində yüzlərlə nadir ətirli məlhəm dolçalan var.
Öz ağırlıqlarında qızıla dəyən bu məlhəmlərin bəziləri Hindistan,
Misir və Bizansdan gətirilmişdi. Tənuhi yazır ki, bir xəsis hökmdar
dolçaları açar, ətirli məlhəmlərinə fəxrlə baxar və sonra da “Bu
sərvətə əl vura bümirəm'' deyərək onların ağzını bağlayardı.
Müşk, qunduz yağı və ənbər kimi heyvan xassələrindən
hazırlanan maddələr əsasən baha idi, çünki onlar Çin, Rusiya, İran
körfəzi və Hindıstandan idxal olunurdu. Bu ətirlər təkcə qadınlan
cəlb etmək deyil, həm də terapevtik xüsusiyyətlərə də malik idi.
17-ci əsr təbibi Həsən ibn Rza Şirvani hesab edirdi ki,
ənbərdən - erkək kaşalot balinanın bağırsaq kanallarından alınan
boz, muma bənzər maddədən - sürtmək beyni və ürəyi
möhkəmlədir. Adətən bu maddəni tropik dənizlərdə tapmaq olar;
Azərbaycana isə onu Hind və Sakit okeanlar sahili ərazilərindən
ixrac edirdilər.
İnanılırdı ki, müşkün iyi ürəyi və əsəbi möhkəmlədir və
qəmi yüngülləşdirir. Baş ağrısını azaltmaq üçün müşk zəfəranla
qatışdırılırdı; buruna bir damcı bu qatışıqdan tökmək kömək edir.
Erkək qunduzlar tərəfindən dişiləri cəlb etmək üçun ifraz
olunan maddə - qunduz yağı adətən müşkün əvəzləyicisi kimi
işlədilirdi.
Inanılırdı ki, üzə və qollara sürtülmüş bir-iki damcı qunduz
yağı insanı daha cəlbedici edər. 1311-ci ildə İbn Kabir Xoyi yazırdı
ki, bir neçə damcı qunduz yağı tökülmüş sarğı baş ağrıları üçün
yaxşıdır. Qunduz yağı və sirkə qatılmış içkilərdən qarın ağrılarını
sağaltmaq üçün istifadə cdilirdi.
14-cü əsr Azərbaycan alimi Yusif ibn Isrnail Xoyi
aromaterapiya ilə müalicənin 8 müxtəlif üsulunu göstərir: (1) İçi
müalicəvi bitkilərlə doldurulmuş yastıqdan istifadə edin. (2)
Özünüzlə qurudulrnuş müalicəvi bitkilər doldurulmuş kiçik kisəcik
gəzdirin. (3) Müalicəvi bitkilərin qaynayan dəmləməsinin buxarını
nəfəsinizə çəkin. (4) Xususi bağlarda çiçəklərin qoxusunu
nəfəsinizə çəkin. (5) Evin içindən müalicəvi ot topaları asın. (6)
Yandınlmış müalicəvi bitkilərin ətrini qoxulayın. (7) Ətirli
məlhəmlərdən istifadə edin. (8) Ətirli vanna qəbul edin.
24
ƏTİRLİ VANNALAR. Müasir elm sübut edib ki, vanna
qəbul etmək əzələlərdə olan gərginliyi azaldır, qan damarlarını
genişləndirir və ürək döyüntüsünü azaldır. Efir yağları qatılan
vannalar da xeyirlidir. Ətirli vannalar bir çox xəstəlikləri sağaldır,
kədəri yüngülləşdirir, dəri və saçları qidalandırır.
Vannalar və ətirli bitkilərlə terapiyaya dair ən ilkin mə-
lumat e.ə. 1500-cü ildə hind Vedalarında verilir.
Orta əsrlərdə ən çox işlədilən aromaterapiya növləri ətirli
məlhəmlər və vannalar idi. Şərq hamamlarında çox vaxt ətirli mad-
dələr birbaşa hamam suyuna qatılırdı.
Məsələn, 17-ci əsrdə Məhəmməd Mömin yazırdı ki, şam
ağacının iynələrindən hazırlanmış dəmləmədə çimmək uşaqlıq və
düz bağırsaq xəstəliklərinə qarşı yaxşıdır. İbn Kəbir Xoyi inanırdı
ki, dəfnədən hazırlanmış vannalar sidik yollan xəstəliklərinə qarşı
effektlidir.
Digər bir üsul isə ətirli məlhəmi çimməzdən əvvəl və ya
sonra xəstənin bədəninə sürtmək idi. Məsələn, sidik kisəsində daş
olan adama həkim çiməndən sonra şam ağacı qatranı, südləyən şirə-
si və bdelliumla (ətirli qatrana bənzər rezin saqqız) masaj məsləhət
görərdi. Həmçinin çimən zaman ətirli maddələri nəfəsə çəkrnək
olar. Adətən, xəstə müşk və ya kamfara kimi rayihəli dərman və ya
ətirin yanında oturardı.
Inanılırdı ki, bu ətirli maddələr ürəyi möhkəmlədir və sakit-
ləşdirici rol oynayır.
Müalicə prosesində suyun hərarəti və vanna qəbul etməyin
davamlılığı da vacibdir. İbn Sina (Avisenna) deyir: "Vannada (isti)
su xəstənin sinəsini və ürəyini örtməməlidir. Hesab edilirdi ki,
xəstələr dəriləri qızarıb şişənə kimi çimməli idilər. Dəri solğunlaşa-
nadək çimmək məsləhət görülürdü.
Azərbaycan xalq təbabətinə görə, isti hamamdan və ya
mürgülədikdən sonra üzə və bədənə qızılgül, nərgiz və ya bənövşə-
dən hazırlanmış efir yağı sürtmək lazımdır. Bu yagları əsasən şərqli
qadınlar çox xoşlayırdı. Çünki, onlar dərini yumşaq və ipək kimi
zərif edirdi.
ŞAM AĞACININ İYNƏLƏRİ. Bəzi Azərbaycanlılar şam
budaqlarından çimmək üçün cövhər hazırlayır və bu maddə əsəb
sistemini möhkəmlədir. Şamdan alınan efir yağı qatı sirop halına
gətirilir, sonra qurudulur və həb şəklinə salınır.
25
ROZMARİN. Azərbaycanda aşağı qan təzyiqi olan şəxslərə
rozmarinli vanna qəbul etmək məsləhət görülür. İnanılır ki, bu ətirli
bitki qan dövranını tənzimləyir və möhkəmləndirici vasitə rolu
oynayır. Hətta onun resepti belə sənədləşdirilib. Bu məhlulu
hazırlamaq üçün dörd fincan qaynamış suyu beş qaşıq rozmarin
yarpaqlan olan qazana tökün, ağzını bağlayın və 30 dəqiqə saxlayın.
Qaşığı süzün və ilıq hamam suyuna qatın. Belə vannanı maksimum
yarım saat qəbul etmək yetirmək olar.
LAVANDA. Azərbaycan xalq təbabətinə görə lavanda
dəmləməsində çimmək spazm əleyhinə xeyirlidir və bu, sakitləş-
dirici effektə malikdir. Həmçinin ondan nevrasteniya və taxikardiya
(ürəyin tez-tez döyünməsi) zamanı istifadə olunur.
MƏRZƏ. Azərbaycan xalq təbibləri deyir ki, mərzə dəm-
ləməsində çimmək yel və əsəb xəstəlikləri üçün yaxşıdır və sidik
qovucu rol oynayır.
ƏMƏKÖMƏCİ. Azərbaycan xalq təbabətinə əsasən, əmə-
köməci dəmləməsi ürək xəstəlikləri, taxikardiya üçün xeyirlidir və
o, qan təzyiqini azaldır. Hamam suyu isti deyil, ilıq olmalıdır.
QOXUNUN GÜCÜ. Orta əsrlər Azərbaycan təbibləri
inanırdı ki, bu ətirli maddələrin qoxusu azarları sağaltmağa kömək
edir. Alimlər "gül bağlarının terapevtik istifadəsi" adlana bilən bir
terapiya növü təklif edirdilər. Orta əsrlər hökmdarlarına və zadə-
ganlarına boş vaxtlarını müalicə və istirahət məqsədilə çiçəkli bağ-
larda keçirmək məsləhət görülürdü. İnanılırdı ki, çiçəklərin ətrini
nəfəslərinə çəkmək insanları sağaldar və yüngülləşdirər.
Nəzərə alsaq ki, orta əsrlər Azərbaycan təbibləri müasir el-
mi təbabətin üstünlükləri olmadan işləyirdi, onda demək olar ki,
aromaterapiya xəstələri asan əldə edilən təbii maddələrlə mualicə
etməyin ixtirası yolu idi. Məsələn, həkimlər buxur və ətirli
qatrandan təbii antiseptik kimi istifadə etməyin yolunu taprmşdılar.
Nanə və çoban yastığı kimi otlar antiseptik və sağaltma xü-
susiyyətləri ilə tanınırdı. Bu gün alimlərə məlumdur ki, bu ətirli
bitkilərin tərkibinə mıkrobları öldürmək və yaralan təmizləmək və
sağaltmaq qabiliyyətinə malik olan efir yağları daxildir.
UNUDULMUŞ BİTKİLƏR. Təəssüf ki, bu gün
aromaterapiyadan istifadə Azərbaycanda geniş yayılmamışdır.
Hətta Azərbaycan həkimlərindən bəziləri bu termin haqda heç
eşitməyib. Bu təcrübədən yalnız çox az miqdarda kəklikotu,
qızılgül və əmə-köməcinə etibar edən xalq təbibləri istifadə edir.
26
Dostları ilə paylaş: |