263
Qəddafi Tripolidə. Əzablı ölümdən bir il əvvəl.
Əli buz kimi
soyuq idi, sifəti isə ölüm maskasını xatırladırdı. Qəddafi öz
sonunu hiss edirdimi?
265
kanlar
qəfildən kəsilməsəydi, bu adamlar nə edəcəkdilər?
Sakitləşmiş insanlar mənasız, əsəbi hərəkətlərinə ara ver-
dilər, ətrafda baş verənlərə qulaq asdılar, boylandılar. Bir neçə
saniyə də sakit yapon-ingilis dilində eşidildi: “Hər şey qayda-
sındadır. Hər şey arxada qaldı. Hər şey qaydasındadır...”
Daha bir neçə andan sonra isə ətrafdakıların hamısı danış-
mağa başladı. İnsanlar həyəcanlarını, təəssüratlarını bölüşür-
dülər, hərdən bir-birinin gülməli görkəmlərinə baxanların
ümumi qəhqəhəsi səslənirdi. Həppi-end hiss olunurdu. Hər
şeyin başa çatdığına və təkrar olunmayacağına sonadək inan-
masalar da, insanlar özlərini qaydaya salmaq üçün otaqlarına
dağılışdılar.
Nəm saçlı, dəsmala bürünmüş Aleksey vaxt fərqi üzündən
yata bilmədiyini həyəcanla mənə danışırdı. Bürkü olduğun-
dan və artıq hava işıqlanmağa başladığından, o, duş qəbul et-
mək qərarına gəlib.
- Təsəvvür edirsən, mən yuxarı bərkidilmiş duşun düz al-
tında dayanmışam, su isə birdən əyilərək mənim yanımdan
yerə tökülməyə başladı. Nə baş verdiyini dərk etməyə başla-
yırdım ki, sən qışqırdın. İndi onların dolabçalarının üstündəki
lampaların vintlə bərkidilməsinin səbəbini anladım. Mən gecə
lampanı özümə yaxın çəkmək istəyirdim ki, bir az oxuyum,
görürəm, bərkidilib, - o, izah edirdi. – Nə o yana, nə bu yana.
Ona görə belə ediblər ki, zəlzələ vaxtı kiminsə başına düşmə-
sin.
- İlahi, necə qorxuludur! Doğrudanmı, bu, bir dəqiqədən az
çəkdi? – mən heyrətləndim.
- Hə, onlar deyirlər ki, bu qısa təkan idi, 55 saniyəlik, - ərim
mənə cavab verdi.
- Gedək aşağı – öyrənərik.
Biz geyinib, holla düşdük. Saatın erkən olmasına rəğmən,
orada xeyli adam var idi. Çay, gül və daha nəyinsə çox zərif və
təmiz ətri gəlirdi. Ofisiantlar cəldliklə masalara səhər yemə-
yi düzürdülər. Belə erkən və bu qədər sayda onlar haradan
peyda olmuşdular? Biz yemək istəmirdik və mehmanxananın
yanındakı bağa çıxdıq.
Sübh günəşində hər şey ecazkar görünürdü. Ortasında