270
İndi yalnız allergiyası olanlar yapon mətbəxini dadmayıb-
lar. Bu gün artıq çoxları syabu-syabunu saşimidən, rollanı isə
suşidən ayıra bilir. Ömründə heç olmasa bir dəfə Yaponiya-
da olan adam hətta restorana da deyil, orada hər küncdə olan
adi suşi-bara giribsə, dərhal başa düşər ki, Moskvadakı “ya-
pon mətbəxi” sadəcə olaraq “ikinci təzəlikli nərə balığıdır”.
Üzəri ilə yapon balıq fantaziyası üzən fırlanan konve-
yer lentinin yanında oturan rus adamının başı konveyerin
hərəkət sürəti ilə dönəcək. Yaşıl bükülülər, bizdə Rusiyada-
kından fərqli rəngdə olan qızılbalıq, başqa düyü...
Tokioda, yaxud Kiotoda qısa müddətdə qurmana çevri-
lirsən. Əsil musiqi sərrafları hərdən konservatoriyaya ta-
nış əsərə başqa orkestrin ifasında qulaq asmağa gələn (sən
demə, bu orkestrdə valtornalar daha ucadan səslənir) kimi,
Tokioda da yapon mətbəxinin əsil biliciləri göz önündə olan
restoranlara deyil, darvaza, pilləkan altında, bağçanın o biri
tərəfində və çiçək açmış xrizantemanın yanından gizli cığır-
la sola gedirlər... məhz orada əsil “syabu-syabu”nun dadına
baxmaq olar.
Bizim Yaponiyadakı o vaxtkı səfirimiz xidməti işlə əlaqə-
dar olaraq Kyüsü adasına getdiyindən, bizə məhz belə bir
gizli yerin ünvanını qoymuşdu. Biz Akasakinin yarısını baş-
dan-ayağa gəzdik, amma oranı tapa bilmədik. Lazım olan
iki saylı evi gördük, ikinci mərtəbəyə qalxdıq və bələdçi ka-
ğızında göstərilən restoranı tapa bilməyərək, yenidən aşağı
endik.
Bu vəziyyətdən karıxdığımızdan, ərim maykanın üstün-
dən tünd rəngli pencək geyinmiş qaradərili hündürboy oğ-
lana ingilis dilində müraciət etdi.
Mən bu anda rayonun xəritəsinə baxmaq üçün dayandı-
ğımdan, Alekseyin həmsöhbətinin restoranın adına əzabla
baxaraq, ingilis dilində nəsə deməyə çalışdığını eşitdim. Bir-
dən ərimin ağlına gəldi:
- Bəlkə siz fransız dilində danışırsınız? – o, soruşdu.
Qaradərili sevincək dil boğaza qoymadı:
- Əlbəttə, əgər Seneqaldanamsa, fransız dilində danışı-
ram. Bəs sən hardansan?
271
Həyatımdakı ən böyük saşimi: professor Şikeqi Xakamadanın,
İrina Xakamadanın doğma qardaşının qonağı olarkən.
Yokoqama
272
- Mən Rusiyadanam.
- Qulaq as, - dərhal restoranı unudaraq, sən demə, ara-
düzəldən olan seneqallı birbaşa işə keçdi. – Mən səni elə
qızlarla tanış edərəm ki, gözlərini çəkə bilməzsən, həyatın
boyu xatırlayarsan. Gedək, burda, yaxınlıqdadır.
O, şarnir üstündəki kimi, getmək üçün geri çevrildi.
- Geyşalar? - ərim gülümsəyərək, soruşdu.
- Yox, geyşalar deyil. Daha yaxşı və ucuzdur. Geyşa,
bilirsən nə qədər istəyəcək? O, hər şeyi hesablayacaq: ki-
mono üçün nə qədər ödəyib, krem və saç düzümünə nə
qədər verib, elektrik xərcini və daha nələri. Öz aramızdır,
elə kimono var ki, qiyməti on min dollardır. Qısası, geyşa
bahadır! Məndə isə normal qiymətə, normal qızlardır. Tez
gedək!
- Sağ ol, dost, amma mən restoran axtarıram. Həyat yol-
daşım da buradadır. Restoran hardadır, bilirsən?
Seneqallı bizi müşayiət etməyi öhdəsinə götürdü, onlara
yaxınlaşanda, söhbətlərinin sonunu eşitdim.
- Əlbəttə, sən nahaq arvadınla gəlmisən. Burda əladır.
Restoran isə budur. Siz yanında dayanmısınız. Sadəcə ola-
raq sizə bir mərtəbə yuxarı yox, bir mərtəbə aşağı lazımdır.
Amma sən söz verirsənmi, növbəti dəfə tək gələcəksən? –
o, müəmmalı tərzdə başını yellədi.
Onlar gülüşüb vidalaşdılar. Biz yapon mətbəxinin mə-
bədinə endik. Orada dadına baxdığımız “syabu-syabu”
yalnız Yaponiyanın qədim paytaxtı Kiotoda xırdaca resto-
randa bizi qonaq etdikləri “syabu-syabu”dan geri qalır.
Biz Tokioda olanda baş verən zəlzələ isə doğrudan da
kiçik güclü imiş. Təxminən 4,5 ballıq. Əlbəttə, reklam löv-
hələri aşmış, otuzadək insan yaralanmışdı. Küçələrdə sax-
lanmış maşınlar yerlərindən tərpəndiklərindən yüngülvari
əzilmiş, siqnalizasiyaları işə düşmüşdü. Hardasa vitrinlər
qırılmış, universamda piştaxta kiminsə üstünə aşmışdı.
Növbəti axşam birgə şam yeməyi yediyimiz zaman səfi-
rimiz Aleksandr Losyukov danışırdı ki, onun villasında
səfərdən qayıtdıqdan sonra şəkillərin əyildiyini, qapıların
açıldığını görüb. Orada qaldığımız on gün ərzində ərim-
273
lə mən bir neçə dəfə eyni yuxunu görmüşdük: yuxarıdan
düşən daşlardan qurtulmaq üçün necə qaçırıq, bina necə
dağılır, aşağıda isə yer silkələnir və çatlayır... Amma bizim
üçün bu, yalnız yuxu idi, qorxulu yuxu.
Erika-sanın haqqında danışdığı, yüz ildən bir olan –
səkkiz bal gücündə sunami və zəlzələ ilə əsil dəhşət isə
Yaponiyaya beş il sonra, 10 yanvar 2011-ci ildə gəldi.
Nəhəng dalğalar öz yolunda evləri və maşınları, qırmızı
körpülü süni gölləri, zavodları, ibadət və meditasiya yerlə-
rini, məktəbləri və xəstəxanaları yuyub apardı. Fukusima
da onda partladı.
Bu fəlakəti yaşamayan xoşbəxt insanlarsa televiziya ek-
ranlarında faciənin, radiasiyanın qurbanlarının yaşadıqları
dəhşətlərə baxırdılar.
274
AH, QƏRİBƏ YENİ DÜNYA!
- Siz bu qrupa necə qulaq asırsınız? O çoxdan köhnəlib. Mən ona üç
yaşım olanda qulaq asırdım.
- Bəs indi neçə yaşın var?
- Artıq altı yaşım var.
- İndi nəyə qulaq asırsan?
- Ən dəbdə olana - ...
Bərbərxanada altı yaşlı müştəri ilə söhbətdən
Hər nəslin öz musiqisi, kitabları, kumirləri, qəhrəman-
ları və anti-qəhrəmanları var.
Təxminən yüz il əvvəl, 1932-ci ildə ingilis Oldos Xaksli
“Çox gözəl yeni dünya” (“Brave New World”) adlı roman
yazmışdı. Romanın adının tərcüməsi başqa variantda belə
səslənir – “Qəribə yeni dünya”. Müəllif qəhrəmanlarını
ailənin, valideyn ocağının, insan həyəcanlarının, şəxsi hə-
yatın, ölkə tarixinin artıq yük kimi “util”ə verildiyi uydu-
rulmuş dünyada yerləşdirir. Bu romanı antiutopiya adlan-
dırdılar.
Budur, səksən il keçdi. Və həmin qəribə yeni həyat baş-
ladı! Rusiyada iyirmi iki il öncə həmin dünya Yeltsin və
islahatçılar tərəfindən vəd edilirdi. Onlar əvvəlki dövləti
ləğv edərək, gözəl, sərbəst həyat haqqında boş vədlərlə
insanları iki şəhərə: Moskva və Leninqrada cəlb edirdilər.
Onların ardınca meydanlara çıxan, azadlıq və demokratiya
təşnəsi olan insanlar nəhəng ölkənin taleyini həll etdilər.
İndi artıq iyirmi ildir biz bu gözəl yeni həyatda yaşayı-
rıq. Onu necə xarakterizə etmək olar?
İstənilən insanın bu suala öz cavabı var. Kiminsə xəyal-
ları gerçəkləşib, kiminsə ümidləri puça çıxıb, kimsə əslində
heç nəyin dəyişmədiyini bildirir.
Mən ancaq özüm haqqında danışa bilərəm. Mənim
Dostları ilə paylaş: |