www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
113
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Kələfin ucu
Fikrimcə, kor-təbii postmodernist adlandırılan Nitsşedən
tutmuş Derridaya qədər, həmçinin müasir
postmodernistlər hesab olunan Cean Baundrill, Cean-
Françoys Lyotard, Qayatri Spivak və Yuliya Kristeva kimi
yazarları birləşdirən ümumi cəhət onların anti-essensialist
və anti-fundamentalist olmalarıdır. Bundan çıxış edərək
deyə bilərəm ki, onlar mahiyyəti, təbiəti və varlıqda bu və
ya digər dərəcədə rol oynayan səbəb və mənanı, bir sözlə,
istənilən universallığı inkar edirlər. Beləlkiklə,
postmodernist perspektivdən baxdıqda üstünlük, transtarix
və interpretasiya üçün vahid transmədəniyyət yoxdur.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
114
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Radikal anti-essensialist postmodernistlər modernistlərin
əsaslandırıb rahatlıqla irəli sürdüyü bir çox anlayışları
tənqid edib fərdiliyi, orijinallığı aradan qaldırmağa
çalışırlar. Bunların bir neçəsini burada Migel Fukonun
əsərlərinə istinad edərək qeyd edəcəyəm.
Anti-essensialistlərin izini aşkarlayan birinci konsepsiya
əksər postmodernistlərin transsendent prizmadan
dəyərləndirdiyi insan təbiəti ideyasıdır. Misal üçün, tarixi
qanunauyğunluğa görə biz belə güman edirik ki,
bəşəriyyət keçmişdə də indiki kimi olub. Biz həmçinin
belə fərz edirik ki, müxtəlif mədəniyyətlərə məxsus
xalqlar içərisində öz mədəniyyətimizə uyğun gələn
insanlar vardır. Bu fərziyyə insanların məqsəd və
fəaliyyət cəhətdən bir-birinə keçmişdə uyğun gəlməsi
inamını aşılayaraq tarixi araşdırmağa imkan verir.
Lakin postmodernistlər sübut etməyə çalışırlar ki,
bəşəriyyətin heç bir ümumi essensiyası yoxdur. Bunun
qəbulu yalnız fərdlərin müxtəlifliyini,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
115
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
özünəməxsusluğunu inkar etməyə gətirib çıxarır.
Postmodernistlərə görə, dünya gərək son dərəcə müxtəlif
cinsli təsəvvür edilsin; keçmiş indidən tamamilə fərqlidir
və bütün mədəniyyətlər bir-birinə bənzəmir.
Postmodernistlər faktla fantaziya arasındakı fərqi qəbul
etmirlər. Onlara görə, söz və əşya, məna və
mənalandıran, subyekt və obyekt arasında heç bir mühüm
əlaqə yoxdur. Bu mülahizə tarix kimi reallığın da təsvirini
tələb edir. Postmodernizmdə həm tarixi, həm də bədii
əsərlər onların yaxşı və pis nüsxələrindən daha çox reallıq
üçün əvəzlənib yenidən işlənilir. Bu Migel Fukonun başqa
bir tələbinin bazisidir: ―Yaxşı bilirəm ki, indiyədək
fantastikadan özgə nəysə yazmamışam. Çox da uzağa
gedib fantastika həqiqətin arxasındadır deməyi nəzərdə
tutmuram. Mənə belə gəlir ki, həqiqətin içərisində
fantastik əsər yaratmaq mümkündür‖.
Tarixin fundamental kateqoriyası hadisə konsepsiyasıdır.
Bu konsepsiya tarixi olayların xüsusiyyətinə əsaslanmağı
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
116
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
nəzərdə tutur. Bundan fərqli olaraq postmodernistlər sübut
etməyə çalışırlar ki, hadisə termini ümumi ilə nisbətdə
aktual hadisələrin spesifikliyini inkar edir. Onlar bildirilər
ki, olayları bir-biri ilə bağlayan heç bir ümumi mahiyyət
yoxdur və hadisə ideyası dəyərsiz konsepsiyadır. Fuko
hadisə terminini çoxçalarlı nizamsız hadisələrin
―fantaziya‖sı kimi dəyərləndirir və bildirir ki, o, aktual
olaylarda heç bir oxşarı olmayan mənanın effektidir.
Postmodernistlərin anti-essensialist analizləri vasitəsilə
inkar esdilən anlayışlar çoxdur. Lakin əsas nöqtə budur
ki, postmodernistlər mahiyyəti və təbiəti şübhə altına
alırlar. Fikrimcə, bu, onların ən səciyyəvi cəhətidir.
Nəticə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
117
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Postmodernizmin fəlsəfi və tarixi prinsipləri dəyərsiz
hesab edib nihililist mövqe nümayiş etdirməsindən bir
çoxları narazılığını bildirir. Əksəriyyət isə
postmodernizmin əxlaqi və mənəvi dəyərləri aradan
qaldırmaq cəhdlərindən şikayətlənir. Fikrimcə, bu iradlar
tutularkən bir şey nəzərdən qaçırılır. Nəzərimcə,
postmodernistlər əxlaqi və mənəvi dəyərlərə lazımsız,
qiymətsiz hökmünü israrla vermirlər. Onlar sadəcə zəruri
əsasların və bir şey üzərində konkret bir mövqenin
seçim zərurətinin yerini dəyişdirilər. Bu bizə şəxsi
mövqeyimizi yaratmaqda azadlıq imkanı verir. Lakin
azadlıq elə bir meyardır ki, o bizim hamımızın arzusu ilə
hesablaşmır və hesablaşması da mümkün deyil.
Fukonun aşağıdakı fikirləri ilə yazımı bitirmək istərdim:
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
118
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
―Zəif, mütərəddid, xəyal və illüziya olmayan hər hansı bir
cərəyan, fərdi bir zamanlar inandığı həqiqətdən ayırıb onu
başqa qaydalar axtarmağa təhrik edir: bu, fəlsəfədir.
Düşüncə tərzinin, dəyərlərə, incəsənət əsərlərinə
münasibətin yerdəyişməsi və transformasiyası fərqlənmək
və daha artıq nəyəsə nail olmaq üçün başqa cür
düşünməyə gətirib çıxarır: bu isə daha çox fəlsəfədir...
Bəzi insanların hazırkı boşluq və ehtiras əvəzinə, bir
balaca məhdudiyyətdən sonra ideyalar dünyasında
narahatçılıq keçirməsi başadüşüləndir. Mən inanıram ki,
kimsə öz həyatında bir dəfə də olsa yeni ahəng, yeni baxış
bucağı, yeni fəaliyyət üsulu tapıbsa, belə insanları
dünyanın düzənsizliyi, tarixin lazımsız insanlarla dolu
olması heç vaxt gileyləndirməyəcək‖.
Qaynaq:
http://xariciedebiyyat.azeriblog.com/2008/12/11/fayaz-
chaqani-postmodernizm
Dostları ilə paylaş: |