www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
130
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
E-mənbə: http://kultaz.com/2008/11/21/umberto-eko-ve-
postmodernizm-felsefesi/
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
131
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
132
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
133
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Qorxmaz Quliyev
"Postmodernizm..."
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
134
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
XX əsrdə qlobal kataklizmlər şəklində özlərini büruzə
verən inqilablar və dünya müharibələri ilə bağlı bəşər
cəmiyyəti dərin böhranlara məruz qalmış, uzun yüzilliklər
boyu cilalanmış əxlaqi prinsiplərin və mənəvi-ruhani
dəyərlərin məhvi ilə səciyyələnən qeyri-sabit bir durumla
üzləşmişdir. Bu arasıkəsilməz aşınma prosesi bir-birilə
rəqabət aparan, ―həqiqət yalnız məndədir‖ deyə bir-birinin
dünyaduyum prinsiplərini və dünyagörmə bucaqlarını və
təbii ki, bədii təcəssüm üsul və vasitələrini qətiyyətlə
inkar və rədd edən, bir-birini kaleydoskopik
rəngarəngliklə əvəz edən modernist estetik
konsepsiyaların meydana gəlməsinə və meydandan
çıxmasına səbəb oldu. Bütün XX yüzillik ərzində
modernist cərəyanların başgicəlləndirici sürəti uzun əsrlər
boyu formalaşmış estetik dəyərlərin iyerarxiya sisteminin
dağılması ilə nəticələndi. Mərkəzdənqaçma meylləri
cəmiyyətin bütün səviyyələrində, o cümlədən insanlararası
münasibətlər sahəsində labüd atomlaşmaya aparırdı. Bu
prosesin qarşısını almaq üçün, nəyin bahasına olursa-
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
135
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
olsun, klassik dəyərləri bərpa etmək zəruriyyəti meydana
gəlmişdi. Bunun üçünsə ən kəsə yol, demək olar ki, bütün
modernist estetik konsepsiyalarda aparıcı kateqoriyalara
çevrilmiş eybəcərlik, disqarmoniya və sairədən imtina
edib yenidən gözəllik, harmoniya kimi klassik
kateqoriyalara qayıtmaqdan keçirdi. Lakin bu da bir
həqiqətdir ki, müxtəlif modernist cərəyanların
yaranmasına rəvac verən humanitar böhran XX əsrin
sonlarında nəinki səngiməmişdi, bəlkə də burjua insan
konsepsiyasının ardınca sosialist insan konsepsiyasının da
süquta uğraması nəticəsində tarixi perspektivin birdəfəlik
itməsi ilə bağlı daha da dərinləşmişdi. Əlbəttə ki, belə bir
şəraitdə klassik estetik durumu bərpa etməkdən söhbət
gedə bilməzdi. Odur ki, postmodernizm klassik ənənə ilə
hadisələrə və insana modernist baxışları çulğaşdırmağa,
klassik və modernist ovqatları bardırmağa məcbur idi.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
136
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
―Postmodernizm‖ anlayışının məzmunu ilə bağlı heç bir
xüsusi təhlil aparmadan elə onun adı vasitəsilə mahiyyəti,
əhatə dairəsi, funksional özümlüyü haqqında xeyli
informasiya əldə etmək olar: söz özü haqqında çox şey
deyir. Məlum olur ki, birincisi, postmodernizm humanitar
fikrin inkişafında öz yerini modernizmdən sonrakı dövrə
(―post‖) aid edir. İkincisi, postmodernizm modernizmlə
münasibətlərinin dialektik xarakter daşıdığını bəyan edir:
bir tərəfdən postmodernizm modernist ənənələri davam
etdirir (əks təqdirdə tərkibindəki ―modernizm‖ sözündən
imtina edərdi), digər tərəfdən o, modernist konsepsiyaların
sıra fundamental müddəalarından imtina edir, yoxsa yenə
də elə həmin ―post‖ sözü vasitəsilə özü ilə modernizm
arasında məsafə yaratmaz, ondan fərqli statusa malik
olduğunu nəzərə çapdırmazdı.
―Postmodernizm‖ anlayışı eyni zamanda birbaşa ifadə
etməsə də, dolayısı ilə modernizmdən əvvəl mövcud
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
137
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
olmuş konsepsiyalarla sələf-xələf münasibətində olduğunu
ifadə edir. Yeri gəlmişkən, bəşər nəslinin bütün tarixi
boyu yaratdığı dəyərləri saf-çürük etmədən həzm-rabedən
keçirmək istəyi ən yeni postmodernist konsepsiyaların
aparıcı xüsusiyyəti kimi özünü büruzə verir.
Lakin anlayışda ―modernizm‖ sözünün xüsusi olaraq
vurğulanması hər halda onun klassik ənənələrə nisbətən
modernizmə daha yaxın olmasına, onunla daha sıx
əlaqədə olmasına dəlalət edir.
Heç də təsadüfi deyildir ki, postmodernizmin ən tanınmış
ideoloqlarından biri olan J.Liotar ―Postmodern uşaqlara
izah qismində‖ kitabında postmodernizmin modernizm
içərisində gizlənərək onun tərkib hissəsinə çevrilməsi
faktını vurğulayırdı.
Dostları ilə paylaş: |