GEOSTRATEGIYA
iqtisadiyyat
AZƏRBAYCAN-TÜRKİYƏ İQTİSADİ-TİCARƏT
ƏLAQƏLƏRİNDƏ ƏN SON TRENDLƏR, BUNA
TƏSİR EDƏN QLOBAL FAKTORLAR VƏ YENİ
ƏMƏKDAŞLIQ İSTİQAMƏTLƏRİ
XUMAR ABDULLAYEVA
A zərbaycan Respublikasının
Prezidenti yanında Dövlət
İdarəçilik A kadem iyası
Ticarət əlaqələrinin ən son vəziyyəti. Azərbaycanla Türkiyə
arasında yüksək templə inkişaf edən ticarət əlaqələri bütün xarici
iqtisadi risklərə baxmayaraq 2014 və 2015-ci illərdə də davam
edib1. Azərbaycan 2014-cü ildə Türkiyəyə 482,2 tonluq 484
min dollar dəyərində meyvə və tərəvəz konservləri, 11.7 milyon
dollarlıq xam neft, 11.4 milyon dollarlıq kerosin, 207 milyon
dollarlıq dizel yanacağı, 13.7 milyon dollarlıq sürtgü yağları,
11.4 milyon dollarlıq atsiklik spirtlər və onların törəmələri, 5.7
milyon dollarlıq elektrik enerjisi, 48 milyon dollarlıq etilen
polimerləri, 35.9 milyon dollarlıq neft, kumaron, inden qatranları
və politerpenlər, 5.3 milyon dollarlıq emal olunmamış qoyun və
quzu dəriləri, 5.6 milyon dollarlıq pambıq parça ipliyi, 1.7 milyon
dollarlıq emal olunmamış qurğuşun, 79.3 milyon dollarlıq emal
olunmamış alüminium ixrac edib.
2014-cü ildə Türkiyə isə Azərbaycana plastik kütlədən borular,
şlanqlar və onların fitinqləri, malların daşınması və qablaşdırılması
üçün plastik kütlədən məmulatlar, kağız və kartondan sanitar-
gigiyenik məmulatlar, soyuq yayılmış polad prokatı, qara
metallardan boru fitinqləri, metal konstruksiyalar, qara metallardan
mətbəx peçləri və cihazları, yeyinti sənayesi üçün avadanlıqları,
elektrik transformatorları, izolyasiya edilmiş məftillər və kabellər,
quş yumurtaları, təzə tərəvəz, makaron məmulatları, çörək və
unlu qənnadı məmulatları, kvars, sabun, sintetik yuyucu maddələr
idxalında liderlik edib. 2014-cü ildə Azərbaycanın Türkiyəyə
ümumi illik ixracı 291.3 milyon dollar, 2015-ci ildə isə əvvəlki ilə
nisbətən 20% azalma ilə 232.3 milyon dollar olmuşdur. 2014-cü
ildə Azərbaycanın Türkiyədən ümumi illik idxalı 2.875 milyard
dollar, 2015-ci ildə isə əvvəlki ilə nisbətən 33.9% azalma ilə 1.899
milyard dollar olmuşdur.
ic
ti
m
a
i
-
sı
y
as
ı,
e
lm
i
-
p
o
p
u
ly
a
r
ju
rn
al
Türkiyə ilə Azərbaycanın və digər aparıcı ticarət
partnyorlarının ticarət əlaqəsinə enerji daşıyıcılarının qiyməti
də təsir edir. 2002-ci ildən sonra sürətli bir şəkildə yüksələn
enerji qiymətləri, Türkiyə kimi enerjidə dəqiq idxalatçı mövqedə
olan ölkələr üçün enerji idxal fakturasınm əhəmiyyətli ölçüdə
artmasına səbəb olmuşdur. Türkiyə xüsusəndə baxıldığında
yüksələn qiymətlərə böyüyən iqtisadiyyatla birlikdə artan tələbdə
əla və olununca, enerjidə xaricə asılılıq xarici ticarət defisitinin
ən əhəmiyyətli səbəbi halına gəlmişdir. 2002-ci ilin sonunda 9,2
milyard dollar səviyyəsində olan Türkiyənin ümumi illik enerji
idxalatı qlobal böhran sonrası yaşanan yüksək böyümə mühiti ilə
birlikdə 2012-ci ildə 60,1 milyard dollar qədər yüksəlmişdir. 2012-
ci ildən sonra iqtisadi böyümənin yavaşlaması ilə tələbdəki artım
sürət kəsməklə birlikdə enerji idxalatı yüksək qalmağa davam
etmiş və 2014-ci ilin sonunda ümumi enerji idxalatı 54,9 milyard
dollar olaraq reallaşmışdır.
Türkiyənin ümumi illik enerjiidxalatı (milyard dollar)
2002
2003
2004
2005
2006
2007
2008
2009
2010
2011
2012
2013
2014
Mənbə: http://www. hazar. org/analizdetail/analiz/turkiye_
dusuk_petrol_fiyatlarindan_ne_kadarJ'aydalandi__1367.
aspx?currentCulture=tr-TR
Hətta bəzi təxminlərdə neft qiymətlərindəki hər 10
dollarlıq enişin cari hesablar balansının kəsirinə 4 milyard
dollar çatanmiqdarda müsbət təsiredəcəyi hesablanırdı. Enerji
daşıyıcılarının qiymətinin yüksək olduğu dönəmdə Türkiyə
neft-qazın net idxalatçısı kimi neft-qaz ixrac edən ölkələrə hər il
ortalama 60 milyard dollar ödəyirdi və ölkənin tədiyyə balamsının
defisiti durmadan artırdı. Amma bununla yanaşı neft-qaz ixrac
edən ölkələrin zənginləşməsi Türkiyənin bu ölkələrə ixracatını da
kəskin artırırdı. Son illər neft-qaz ixrac edən ölkələr Türkiyənin
ixrac səbətində az qala 25%-lik paya sahib idilər. İndi isə əks
proses gedir. Ucuz neft qiymətləri Türkiyənin idxal etdiyi enerji
daşıyıcıları üçün xaricə ödədiyi valyutanı azaldır.Ancaq indi
də neft-qaz ixrac edən ölkələrin iqtisadiyyatlarının kiçilməsi və
alıcılıq qabiliyyətinin azalması Türkiyənin bu ölkələrə ixracatına
neqativ təsir edir.Amma burada bəzi istisnalarda var (məsələn,
Səudiyyə Ərəbistanı). Bu zaman konkret ölkələrə ixrac səbətinin
strukturuna nəzər salmaqda fayda var.
Türkiyənin 20 əsas ticarət tərəfdaşı olan ölkələrə ixracında
2015-ci ildə bir əvvəlki ilə görə ən böyük artım və azalmalar
səviyyəsi
Mənbə: http://risk.gtb.gov.tr/istatistikler/istatistikler/dis-ticaret-
istatistikleri/resmi-dis-ticaret-istatistikleri
Türkiyənin 20 əsas ticarət tərəfdaşı olan ölkələrə ixracında
2015-ci ildə bir əvvəlki ilə görə ən böyük artım İsveçrə (+77%)
və Səudiyyə Ərəbistanı (+14.1%) ilə, ən böyük azalma isə Rusiya
(-39.5%) və Azərbaycanla (-33.9%) olub. 2015-ci ilin fevralında
Azərbaycanda yaşann birinci devalvasiyadan sonra Türkiyədən
mal idxal edənlərin sayının azalmasının yaratdığı statistik göstərici
kimi də baxmaq olar bu indikatora. Amma eyni zamanda fikir
versək görərik ki, Türkiyənin ixracında artımın olduğu ve ya
azalmanın ən az olduğu ölkələr yalniz zengin olan və deməli həm
də keyfiyyətli mallar istehlak edən öllkələrdir- İsveçrə, İngiltere,
ABŞ, Səudiyye, BƏƏ və s. Deməli 2015-ci il ərzində Türkiyə
ixracatı həm də keyfiyyətcə yüksəlmişdir.
Türkiyə getdikcə daha çox elm tutumlu, daha az əmək
və xammaltutumlu, daha çox brend mallar ixracatçısına
çevrilməkdədir. Başqa sözlədesək, Türkiyə getdikcəinkişaf
etməkdə olan ölkələr kateqoriyasından çıxıb inkişaf etmiş ölkələr
kateqoriyasına girməkdədir.İxracm ən çox azaldığıölkələr isə daha
keyfiyyətsiz mallar istehlak edən vəTurkiyədən belə mallar alan
daha kasıb ölkələrdir. Getdikce Turkiyədəaz elmtutumlu mallar
daha baha başa gəlir, elmtutumlu brend mallar ise daha ucuz başa
gəlir.Yəni müqayisəli üstünlüklər nəzəriyyəsi ilə ifadə etsək -
Türkiyə elm və brend üzrə ixtisaslaşır.
Azərbaycanın ümumi illik ixracı isə 2014-cü ildə 21.8 milyard
dollardan 2015-ci ildə 11.4 milyard dollara qədər azaldı (- 47.7%).
İxracın 2015-ci 86%-ni xam neft, neft məhsulları və təbii qaz
təşkil etmişdir. Ölkənin 2014-cü ildəki idxalı 9.188 milyard dollar
olmuşdu, 2015-ci ildə isə bu göstərici 9.221 milyard dollara çatıb
(+0.36%).2015-ci il ərzində idxalda isə yeyinti məhsulları, qara
metallar və onlardan hazırlanan məmulatlar, Maşın, mexanizm,
elektrik aparatları, avadanlıqlar və onların hissələri, nəqliyyat
vasitələri və onların hissələri birlikdə 67.8%-lə dominantlıq
etmişdir.
Türkiyə ilə idxal-ixrac əməliyyatları 2015-ci ildə Azərbaycanın
ümumi illik ticarət dövriyyəsinin 7.15%-ni təşkil etməklə bu ölkə
İtaliya, Almaniya və Rusiyadan sonra ölkəmizin 4-cü əsas xarici
ticarət partnyoru olmuşdur2.
Azərbaycanda malların statistik dəyəri idxal və ya ixraca dair
Noyabr - Dekabr 2017 № 06 (42)
GEOSTRATEGIYA
Cədvəl 1. Azərbaycanın 2015-ci il üzrə idxalında ən çox artım
olan 5 məhsul kateqoriyası
1. M e y v ə - tə r ə v ə z
1 3 0 .5 %
2. O d u n c a q və m ə m u la tla r ı
7 8 . 2 %
3. Q a r a m e ta lla r və m ə m u la tla r ı
5 6 . 2 %
4. N ə q liy y a t v a s itə lə r i və h is s ə lə r i
4 4 . 6 %
5. Ə c z a ç ılıq m ə h s u lla r ı
1 9 . 8 %
M ə n b ə : D ö v lə t G ö m r ü k K o m i tə s i
bağlanmış müqavilələrin qiymətləri əsasında, Mərkəzi Bankın
gömrük bəyannaməsinin buraxıldığı günə müəyyən etdiyi
məzənnə üzrə ABŞ dolları ilə müəyyən edilərək vahid qiymət
bazisinə gətirilir.ldxalın dəyərinin qiymətləndirilməsi malın
gömrük bəyannaməsində göstərilmiş SİF baza qiymətlərinə
gətirilmiş faktura (kontrakt) dəyəri üzrə aparılır.SİF- (dəyər,
sığorta, fraxt)-malın satış şərtidir ki, buna görə malın qiymətinə
onun dəyəri, malın sığorta edilməsi və nəqli üzrə xərclər daxil
edilir.İxracın dəyərinin qiymətləndirilməsi malların gömrük
bəyannaməsində göstərilmiş FOB baza qiymətlərinə gətirilmiş
faktura (kontrakt) dəyəri üzrə aparılır. FOB (bortda azad)-malm
satılma şərtidir ki, buna görə malın qiymətinə onun dəyəri, malın
çatdırılması və gəmi bortuna yüklənməsi üzrə xərclər daxil edilir.
Yeni əməkdaşlıq istiqaməti olaraq mikromaliyyələşmə.
Türkiyə təcrübəsi əsasında Azərbaycanda kiçik sahibkarlığın
dəstəklənməsi, kiçik biznesin qısamüddətli cari maliyyə
tələbatının çevik ödənilməsi və mikromaliyyələşmə ilə məşğul
olan kredit təşkilatlarının manatla kredit verəbilmə qabiliyyətinin
artırılması üçün qısa müddətdə təcili maliyyə dəstəyinə
ehtiyacı olan fərdi sahibkarlar və kiçik biznes subyektləri üçün
Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu
mikrokreditlərin verilməsi vasitəsilə “Dövlət Sadələşmiş
Mikromaliyyələşmə Proqramı”nm icrasına başlaya bilər3.
Belə güzəştli mikrokreditlər yolu ilə aparılan
mikromaliyyələşmə hansısa kiçik fermer təsərrüfatında yem
xərclərindən tutmuş yerli istehsalçının hansısa cari logistika
xərclərini ödəyib, cari problemini həll etməsinə qədər geniş
bir spektrdə istifadə oluna bilər.“Azərbaycan Respublikası
Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi
QaydalaıT'nm 5.1-ci maddəsinə əsasən sahibkarlıq subyektlərinə
Fondun vəsaitlərindən müəyyən hədlərdə güzəştli kredit verilə
bilər. Belə ki, hazırda Fondun kredit portfelinə 5 000 manatdan
50 000 manatadək kiçik həcmli kreditlər, 50 001 manatdan 500
000 manatadək orta həcmli kreditlər və 500 001 manatdan 10
000 000 manatadək böyük həcmli kreditlər daxildir.Cari biznes
məsələlərinin həllində istifadə edilmək üçün SKMF mövcud
təsnifatda məbləği 500 manatdan 5000 manata qədər olan və
digər güzəştli kreditlərlə eyni faiz dərəcəsi ilə, yəni cəmi kredit
məbləğinin 6 %-dən çox olmamaqla veriləcək mikrokreditləri
də əlavə edə bilər. Bu mikrokreditlərin Fondun digər vəsaitləri
kimi sahibkarlıq subyektlərinə çatdırılması müvəkkil banklar və
bank olmayan kredit təşkilatları vasitəsilə onların öz adından və
öz riskləri hesabına həyata keçirilə, tələb olunan sənədlərin sayı
minimuma endirilə bilər.Mikrokreditlər üçün qısa maliyyə planı,
vergi ödəyicisinin eyniləşdirmə nömrəsi və şəxsiyyət vəsiqəsinin
pin kodu əsasında onlayn müraciət proseduru da tətbiq edilə bilər.
Müraciətçinin onlayn müraciətindən sonra Mərkəzi Bankın
Mərkəzləşdirilmiş Kredit Reyestri sistemindən həmin kiçik
sahibkarlıq subyektinin digər kredit borclarının olub olmaması
yoxlanıla bilər.Elə müraciət günü ərzində də Fondun və ya
müvəkkil təşkilatın kreditin verilməsi və ya imtina ilə bağlı
qərarı ona bildirilə bilər.Təklif edilən sadələşmiş prosedur yeni
yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi
Bankla razışılaşdırılmalıdır.Bu layihəyə ilk öncə pilot xarakterli
və daha sonra kütləvi prosesə öz tövsiyyələri ilə dəstək vermək
üçün Azərbaycan Mikromaliyyə Assosasiyası kimi peşəkar
maliyyə birliklərini də cəlb etmək olar. “Dövlət Sadələşmiş
Mikromaliyyələşmə Proqramı” təbii ki, bütün gələcək kredit
riskləri nəzərə alınmaqla icra olunarsa, hazırda bank olmayan
kredit təşkilatları, kredit ittifaqları və mikromaliyyə ilə
məşğul olan bankların maliyyə vəsaitlərinin cəlbini xeyli
Two giant new compressor
stations in Georgia
Subsea technologies including
Direct Electrical Heating
New 48" pipeline
through Azerbaijan
BLACK SEA
CASPIAN SEA
Existing Shah Deniz
platform
Two new 'bridge-linked' platforms
with 26,000 tonne decks
New terminal at Sangachal with
two 8 bcma processing trains
500 km of subsea flowlines
in up to 550m water depth
26 subsea wells drilled with
2 semi-submersible rigs
ic
ti
m
a
i
-
siy
as
i,
el
m
i
-
p
o
p
u
ly
a
r
ju
rn
a
l yaxşılaşdıra bilər.Burada üzərinə riski götürən və vəsaitləri
yerləşdirən yenədə mikromaliyyə ilə məşğul olan banklar,
bank olmayan kredit təşkilatları və hətta kredit ittifaqları
olacaq. Dövlətə ehtiyac indiki situasiyada 2 səbəbdəndir: (i)
ciddi olaraq kredit portfelində problemli kreditlərin yüksək
səviyyəsindən və ödəmələr problemindən əziyyət çəkən maliyyə
institutlarının (xüsusən, bank olmayan kredit təşkilatları) manatla
mikrokredit vermək qabiliyyətini bərpa etməsi üçün dəstək; (ii)
mikromaliyyələşmə mexanizmlərinin kütləviləşməsinə təkan
vermək.
Mikromaliyyə proqramı ilə yanaşı “biznes qrant»ların
verilməsi də əslində gündəmə gətirilə bilər, yəni Türkiyə
təcrübəsindəki «hibe» sistemi əsasında özişini qurmaq istəyənlərə
geri ödənilmək şərti olmayan maliyyə yardımı verilə bilər.Belə
bir biznes qrant» proqramının Azərbaycanın dövlət büdcəsinə
maliyyə yükü 9 milyon manat ola bilər. Amma indiki situasiyada
həm iqtisadi, həm sosial effekt verə bilər.
Türkiyədə “Kiçik və orta biznesin inkişafı və dəstəklənməsi
idarəsi” (KOSGEB)adlı qurum mövcuddur və bu qumm
mikromaliyyələşmə və biznes qrantlarla bağlı Azərbaycan üçün
faydalı ola biləcək maraqlı sistem qurublar. KOSGEB ilk öncə
öz işini qurmaq istəyən gəncləri təlim proqramına seçirlər, həmin
təlim proqramı ərzində gənc biznes bilikləri qazanır və paralel
olaraq biznes-plan hazırlayır. Sonda ona verilən sertifiktla həmin
biznes-planı birgə təqdim etməklə həmin qurmaqda olduğu yeni
işə görə 50.000 TL-yə qədər (təqribən 27.000 manat) biznes qrant
alır.Bu məbləğin 2000 TL-si biznesi qurarkən gənc sahibkarın
çəkdiyi ilkin xərcləri qarşılayır (qeydiyyat və s.), 18.000 TL-si
ofisin təchizatı, istehsal avadanlığı, proqram təminatı və s.-yə
xərclənir, 30.000 TL isə əməliyyat xərcləri (əmək haqqı və s.)
üçün xərclənir.
Yəni burada KOSGEB-in proqram yanaşması var və dəqiq
bilinir ki, dəstəklənən biznesi gənc sahibkarın özü qurub4.
Ümumiyyətlə, KOSGEB-in “Sahibkarlıq Dəstək Proqramf’nm
əsas məqsədi sahibkarlığın dəstəklənməsi, sahibkarlığın
yayılması və müvəffəqiyyətli müəssisələrin qurulmasıdır.
Proqramdan kiçik və orta ölçülü müəssisələr, sahibkarlar, iş
inkişaf etdirmə mərkəzini idarə etmək üzrə qurulan hüquqi
şəxslər faydalana bilər. Proqramın əhatə dairəsinə tətbiqi
sahibkarlıq təhsili, yeni təşəbbüskar dəstəyi və işinkişaf mərkəzi
dəstəyi daxildir.
Səhiyyə və təhsil sahəsində əməkdaşlıq. Hazırda Türkiyədə
kəskin həkim çatışmazlığı hiss edilir və Azərbaycan Türkiyəyə
ölkədə həkim çatışmazlığı problemini həll etməyə kömək edə
bilər.Hazırda Türkiyənin bəzi dövlət və özəl klinikalarında
Azərbaycandan həkimlər işləyirlər və gələcəkdə onların sayının
artacağı istisna edilmir. Türkiyədə həkim çatışmazlığının aradan
qaldırılması üçün bəzi təsirli tədbirlər görülür və Türkiyədə
Azərbaycanın da kadr dəstəyi ilə bu problemin yaxın 6-7 il
ərzində həllinin mümkün olacağına ümid edilir5.
Azərbaycan Təhsil Nazirliyinin məlumatına görə, “2007-
2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı”nm icrası çərçivəsində 3185 nəfər xaricdə
təhsil almağa göndərilib. Onlardan 821 nəfəri təhsilini başa
vurub, 2286 tələbə isə hazırda təhsilini davam etdirir. Tələbələrin
əsasən Türkiyə, Böyük Britaniya və digər ingilis dilli ölkələrdə
təhsil almağa üstünlük verdiyi müşahidə olunub. Bu illər ərzində
tələbələrin oxumaq üçün daha çox maraq göstərdiyi ölkələr isə
bunlardır: Böyük Britaniya (902 nəfər), Türkiyə (662 nəfər),
Almaniya (427 nəfər), Kanada (221) və Niderland (144 nəfər).
Bu, yalnız “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə
təhsil almaq hüququ qazanan tələblərdir. Amma öz hesabı ilə
xaricdə, o cümlədən Türkiyədə təhsil alan azərbaycanlı gənclərin
ümumi sayı 10 mindən də çoxdur.
Ümumiyyətlə isəTürkiyəyə ən çox tələbə göndərən
ölkələr Türkmənistan, Azərbaycan və İrandır.Dövlət Statistika
Komitəsinin məlumatına görə, Azərbaycanın ali təhsil
müəssisələrində 58 xarici ölkənin 4189 vətəndaşı təhsil alır.
Əcnəbi tələbələrin sırasında Türkiyə vətəndaşları üstünlük təşkil
edir6.
İSTİNADLAR
1. http://tr.trend.az/scaucasus/azerbaijan/2493263.html
2. http://customs.gov.az/files/aarayish201501122208cap.pdf
3. http://sia.az/az/news/economy/527426-iqtisadcidan-yeni-teklif
4. http://www.kosgeb.gov.tr/Pages/UI/Destekler.aspx?ref=8
5. http://az. trend. az/azerbaijan/society/2493836.html
6. http://a24.az/turkiyede-tehsil-alan-azerbaycanlilarin-sayi-
artir/
ƏDƏBİYYAT
1. Türkiyə Statistika Qurumu xarici ticarət statistikası (2015)
tuik.gov.tr/PreTablo. do? alt_id= 1046
2. Azərbaycan Dövlət Gömrük Komitəsi xarici ticarət statistikası
(2015)
http://customs.gov.az/files/aarayish201501122208cap.pdf
3. Türkiye Bakü Büyükelçisi: “Azerbaycan Türkiye için inanılan
ve güvenilen en iyi ortak". 11.02.2016.
http://tr.trend.az/scaucasus/azerbaijan/2493263.html
4. Fatih Macit. “Türkiye Düşük Petrol Fiyatlarmdan Ne kadar
Faydalandı?”. 18.09.2015
http://www.hazar.org/analizdetail/analiz/turkiye_dusuk_
petrolJiyatlarindan_ne_kadar_faydalandi__1367.
aspx?currentCulture=tr-TR
5. Türkiyə Gömrük və Ticarət Nazirliyi xarici ticarət statistikası
(2015)
http://risk.gtb.gov.tr/istatistikler/istatistikler/dis-ticaret-
istatistikleri/resmi-dis-ticaret-istatistikleri
6. “İqtisadçıdan yeni tə k lif" S İ A. 06.02.2016
http://sia.az/az/news/economy/527426-iqtisadcidan-yeni-teklif
7. KOSGEB sahibkarlığa dəstək proqramları
http://www.kosgeb.gov. tr/Pages/UI/Destekler.aspx?ref=8
8. “Türkiyə azərbaycanlı həkimləri işə dəvət edir". 12.02.2016.
http://az.trend.az/azerbaijan/society/2493836.html
9. “Türkiyədə təhsil alan azərbaycanlıların sayı artır”. 06 İyul
2015
http://a24.az/turkiyede-tehsil-alan-azerbaycanlilarin-sayi-artir/
Açar sözlər: ticarət əlaqələri, idxal, ixrac, enerji daşıyıcıları,
mikromaliyyələşmə
Noyabr - Dekabr 2017 № 06 (42)
Dostları ilə paylaş: |