Yeni təlim texnologiyaları ilə keçirilən dərslərin üstün cəhətlərindən biri
şagirdləri sosial cəhətdən inkişaf etdirməkdir. Belə dərslərdə təşkil edilən
kooperativlər (qruplar) şagirdlərin sosial formalaşmasında mühüm rol oynayırlar.
Qrupu təşkil edən şagirdlər arasında yaranan münasibət, ünsiyyət, qrupdaxili davranış
qaydaları ilə tənzimlənir. Belə qaydalar şagirdlərin əxlaqi-mənəvi cəhətdən for-
malaşmalarında gərəkli rol oynayır. Qrup davranış qaydaları aşağıdakı kimidir:
-
Qrupu təşkil edən üzvlərin vəzifələrini düzgün müəyyənləşdirmək;
-
Qrup liderini seçmək;
-
Qrupun hər bir üzvünün fikirlərinə hörmətlə yanaşmaq və dinləmək;
-
Hər kəsin öz şəxsi fikrini söyləməsi üçün imkan yaratmaq;
-
Problemin həlli üçün birgə yollar axtarmaq;
-
Qrup işində fəallıq göstərmək;
-
Artıq hərəkətlərə yol vermədən müəllimin verdiyi mövzu ətrafında
müzakirələrdə iştirak etmək;
-
Söylənilən fərdi fikrin elmiliyinə diqqət yetirmək;
-
Digər şagirdlərlə ünsiyyətdə yüksək mədəniyyət göstərmək.
5. İnteraktiv təlim metodu ilə keçilən dərslərin
mərhələləri və səciyyəvi xüsusisiyyətləri
İnteraktiv təlim metodu ilə keçilən dərs bir neçə bir-birilə üzvi şəkildə bağlı olan
mərhələlərdən ibarətdir. Həmin mərhələləri aşağıdakı kimi qruplaşdırmaq olar:
Dərsin I mərhələsi - “Motivasiya, probleminin qoyulması” adlanır.
Hər bir dərsin əvvəlində tədqiqatı başlamaq üçün problem müəyyənləşdirmək
lazımdır. Yəni mövzu ətrafında problem qoyulmalıdır. Əsl problem həmişə çoxsaylı
fərziyyələr, ehtimallar doğurur və bunları da yoxlamaq üçün ilk növbədə tədqiqat
sualları formalaşdırılmalıdır. Məhz tədqiqat sualı yeni biliklərin kəşfinə aparan
bələdçi, “yolgöstərən ulduz” rolunu oynayır. İnteraktiv təlimin ilk mexanizminə
əsasən məhz problemin olması şagirdlərin idrak fəallığının yaranmasının başlıca
addımı olur.
Bəs nə üçün biz dərsin bu mərhələsini motivasiya adlandırırıq? Psixoloji amil
kimi motivasiya hər hansı fəaliyyətin mexanizmini işə salan sövqedici, təhrikedici
qüvvədir. Motivasiya qismində ortaya gətirilmiş problem və onun həlli tələbatı fəal
dərsdə təfəkkür prosesini işləməyə sövq edən və şagirdlərin idrak fəallığını artıran
amil kimi çıxış edir.
Bu prosesin ən mühüm nailiyyətlərindən biri düşünmənin sərbəstliyi və
müstəqilliyidir: Uşaq öz fikrini "Zənnimcə…", "Mənə belə gəlir ki,…", "Mən belə
hesab edirəm ki,…" sözlərindən istifadə etməklə ifadə edir.
Motivasiya mərhələsi aşağıdakı hissələrdən ibarətdir:
Problemi qoymaq üçün sual və ya tapşırıq verilir;
Yönəldici suallar təklif olunur;
Fərziyyələr irəli sürülür;
Motivasiyanı yaradan amillər sırasında aşağıdakılar da vardır:
Müxtəlif fərziyyələri yaradan problem situasiya;
Obyektin xüsusiyyətləri (qeyri-adilik, sərbəst düşüncə və maraq yaradan
xüsusiyyət);
Tədqiqat imkanının olması;
Yaradıcılıq imkanının olması.
Motivasiya əsasən iki prinsip əsasında qurulur:
1) problemlilik
2) məqsədyönlülük.
Motivasiya dərsin təlim nəticələri ilə uzlaşmalıdır. Motivasiyanı qurmamışdan
əvvəl “Alt standartlar”, sonra isə “Dərsin təlim nəticələri” müəyyən olunmalıdır.
Tədqiqat sualı motivasiyanın nəticəsində yaranır. Motivasiya qısa və mərhələli ola
bilər. Qısa motivasiya yalnız bir tədqiqat sualından ibarət olur. Mərhələli motivasiya
ən azı iki mərhələni özündə ehtiva edir.
Bir daha vurğulayaq ki,yönəldici suallar, tapşırıqlar təlim nəticələrinə
yönəldilir,şagidlərin dərsin aktiv imkandaşıyıcılarına çevrilməsi üçün təsiredici
amillər daha da gücləndirilmiş olur. Tədqiqat sualını tərtib etmək üçün müəllim
öncə, dərsin sonunda olan ümumiləşdirməni müəyyən etməlidir. Motivasiya
mərhələsi tədqiqat sualına uyğun irəli sürülən fərziyyələr ilə bitir. Dərsin sonunda
ona qayıtmaq vacibdir. Motivasiyanın nəticəsi olan tədqiqat sualı təlim nəticələrinə
xidmət etməlidir. Bu prosesdə dərsin mövzusu yalnız vasitə rolunu oynayır. Mövzu
vasitə olsa da, müəyyən hallarda motivasiyanın məzmununa təsir edə bilir.
Motivasiyanın yaradılması üçün iş planı belədir:
1.
Dərsin mövzusunu müəyyənləşdirmək;
2.
Dərsin gözlənilən təlim nəticələrini diqqət mərkəzinə çəkmək;
3.
Dərsin sonunda şagirdlərin hansı nəticələrə (
ümumiləşdirmələrə) gələcəklərini
dürüstləşdirmək (müəyyənləşdirmək);
4.
Dərsin nəticələrinə uyğun olaraq tədqiqat sualını düzgün (şagirdlərin anlaq
səviyyələrini nəzərə almaqla)müəyyənləşdirmək, ifadə etmək;
5.
Problem
situasiyasının
yaradılması
üçün
tapşırıqları
–
sualları,məsələləri,çalışmaları və s. hazırlamaq.
Motivasiyanın yaradılmasının bütün mümkün yollarını üç əsas qrupa
bölmək olar:
1.
R
əmzi (simvolik) materialın şə
rhi
(müəllim bu materialı təqdim edərkən
şagirdlərə aşağıdakı suallara cavab verməyi təklif edir: “Bu nəyi bildirir?”,
“Bunun bizim öyrəndiyimiz mövzuya nə kimi aidiyyəti var?”).
2.
Sual verm
ə
y
ə
h
ə
v
ə
sl
ə
ndirm
ə
.
Təfəkkürü aktuallaşdıran sualların 3
növündən istifadə etmək faydalıdır:
Öyrənilən mövzu üzrə naməlum olan məsələləri müəyyənləşdirən suallar – “....
haqqında biz nəyi bilirik və nəyi bilmirik?....”. Sualvermə zamanı müəllim
fasilitasiyanın köməyi ilə şagirdlərin təfəkkürünü lazımi məcraya yönəldir.
Suallar verilib qurtarıldıqdan sonra onların arasından aparılan tədqiqata uyğun
olanları seçib ayırırlar. Müəllimə yalnız bu qalır ki, tədqiqat sualını
dəqiqləşdirmək üçün şagirdləri sözügedən sualı daha dürüst ifadə etməyə
yönəltsin.
Açıq suallardan (iki və daha çox cavab variantı olan suallardan) istifadə olunur.
Öyrənilən mövzuya aid suallar açar sözlərin köməyi ilə verilir (açar sözlər –
xassələr, xüsusiyyətlər, funksiya, növlər, tiplər, rol, əhəmiyyət, səbəb, nəticə,
əlaqə, qarşılıqlı əlaqə, qüsur və üstünlük, struktur, qayda və s.).
3.
Problemin müxtəlif yollarla həll edilməsi (məsələn, müxtəlif yollarla təsnif
edilməsi, məsələnin müxtəlif üsullarla uğurlu həlli və s.).
Motivasiyanı qiymətləndirmək üçün aşağıdakı meyarlara istinad olunur:
Motivasiyanın məqsədəuyğunluğu;
Motivasiya nəticəsində problemin və müxtəlif fərziyyələrin yaranması;
Motivasiyanın yığcamlığı, qısa vaxt ərzində həyata keçirilməsi;
Onun hazırlanmasına müəllimin az vaxt və qüvvə sərf etməsi;
Uşaqlar tərəfindən orta çətinliklə dərk edilməsi (onların yaş və bilik
səviyyəsinin nəzərə alınması).
Dərsin II mərhələsi – “Tədqiqatın aparılması” adlanır.
Problemin həlli üzrə irəli sürülən fərziyyələri təsdiq və ya təkzib edən, habelə
qoyulan tədqiqat sualına cavab verməyə kömək edə biləcək faktları tapmaq zərurəti