34
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
Şərm «xəcalət», «utanma» (Q.). Pərviz be dura gof sax-
teyirə şərm keşi. «Pərviz danışdığı yalana gör ə xəcalət çəkdi».
Qədim sözlərdən olub, hind-Avropa dillərində geniş fonetik və
semantik variantlar nümayiş etdirir.
Tarustan «qaşımaq» (Ab.). Bu söz Quba ləhcəsində «düş
bədiran», Lahıc ləhcəsində «qorıstan» formasında eyni m ənada
işlənir.
Tastən «bilmək» (Ab.). Tastəni ya nə? «Bilirsən, ya
yox? ». Başqa ləhcələrdə bastən//bıstan//bistən formalarında
rast gəlmək olur.
Terter «iman» (Kil.). Nümunə: Ey ti iman, hazar manət
pul, mən bərum, nun buxrum. «Ey s ən imanın, min manat pul
ver, gedim çörək yeyim».
Tso «doşab» (Ab.). Əsasən, Balaxanı tatlarının dilində
işlənir. Saxtə xəşilə muxardim boş tşo boş rağan ve lezzəti.
«Bərk xəşili doşabla, yağla ləzzətlə yeyərdik». Digər tat ləhcə
lərində təsadüf etməmişik.
Tənbirəhnə «çılpaq» (Q.). Əyal təndirəhnə məndəbü bə
sər divan. «Uşaq divanın üstündə çılpaq qalmışdı».
Usqu «tonqal». Əsasən Abşeron tatlarının dilində təsadüf
edilir. Bu həyət usqu müsaxandim, ə səri müşanandim.
«Həyətdə tonqal yandırardıq üstündən tullanardıq».
Xudadus «rəhmdil» (Kil.). İm mərd bire qe xudadus ada-
mi. «Bu kişi çox rəhmdil adam idi».
Vəcə «necə» (Xaç.). Malla Nusradin d ənşi, di ki, cəmaət
nə bəstən vəcə bigrarund. «Molla Nəsrəddin baxıb gördü ki,
camaat bilmir necə keçsin».
Vəçanüm «dilənçi» (Q.). Sekinə xalə bə dər amarə vəça-
numə dəst bə tihi rahə nə dərəbü. «Səkinə xala qapıya gələn
dilənçini əliboş geri qaytarmazdı/yola salmazdı».
Yedəmgə «bayaq» (Q.). Yedəmgə malim ama bə sinif
35
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
kuti ki, şagirdha bə imtahan mükəmməl hazir boşund. «Ba yaq
müəllim sinfə daxil olub, dedi ki, şagirdl ər imtahana
mükəmməl hazırlaşsınlar».
Z indəquni «dolanacaq» (Qon. k.). Bə zindəquni imkan
babat bireybu. «Dolanacaq üçün imkan babatlaşmışdı».
Tat dilinin spesifik sözlərinin bəziləri Azərbaycan dili
dialektlərində də işlənir. Bakı və Quba dialektlərində bu cür
sözlərə tez-tez təsadüf olunur.
Qobi «su yığılan çök ək», «dərə».
Azərbaycanda tərkibində qobu sözü olan Qobu Dilağarda
(Füzuli), Qobuqırıq (Xaçmaz) kəndləri, Qobu və Qobustan
şəhər tipli qəsəbələri, Qobustan oronimi var (163-164).
Qobi «quyu» (Q.). Bu söz ə ilk dəfə olaraq, M.Hacıyev
diqqət vermişdir (30, 64). İran dill əri içərisində bu sözə fone-
tik cəhətdən yaxın olan sözlərə kürd. quni (RKS, 267) və
puştu. kuhay (RPDS, 296) sözlərini qeyd edə bilərik. Bu söz
lərdən yalnız kürd dilindəki «quni» variantının «qubi» il ə
bağlılığını ehtimal etmək olar. Bununla yanaşı, onu da
göstərmək lazımdır ki, bəzi İran dillərində, o cümlədən talış
dilində «bulaq» mənası honi sözü ilə ifadə olunur. Kürd dilin
dəki qoni sözü honi sözü ilə əlaqədə götürülə bilər. Burada q-h
əvəzlənməsi qanunauyğun sayıla bil ər.
Qeyd olunanlara
istinadla demək olar ki, qubi «quyu» sözü tat dilinin spesifik
leksikasına aiddir.
Xırsız «evsiz-eşiksiz» (Ab.). Sözün kökü xır/xür «ev-
eşik» mənasındadır -»sız» Azərbaycan dili mənşəli şəkilçidir:
Xırsız sözü əslən Xızıdan olan Azərbaycan şairi Mikayıl
Müşfiqin bir şeirində işlənmişdir: Cilvələnmə xırsızların için
də, Ala gözlü ulduzların içind ə (M.Müşfıq).
Alataş «yorulub əldən düşmüş» (Lah.). Xıştana ə səbhi
alataş soxte. «Ozünü səhərdən alataş eləyib».
36
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
«Alataş» sözü olmaq və eləmək felləri ilə əlaqədə Azər
baycan dili dialektlərində işlənir (Cəbrayıl, Zəngilan, Qafan)
(7, 11).
Basarat/bəsərət//bəsərot (Xaç., D əv). Bəzi lüğətlərdə
bu sözə «qabiliyyət», «bacarıq», «fərasət» mənaları isnad ve
rilsə də, belə bir izah təxminidir.
Əslində bu söz müstəqil olaraq işlənmir. O, basaratı
bağlanmaq felinin iştirakı ilə yaranan frazeologizmin tərkib
hissəsi kimi (7, 12) işl ənir.
Hər iki dildə (tat və Azərbaycan dillərində) basarat sözü
ərəbmənşəli söz hesab edilə bilər. Ərəb və fars mənşəli sözlər
lüğətində basarat sözü iki mənada qeyd olunmuşdur: «diqq ət»
və «bəxt, tale» (25, 55). Müasir fars dilində bəsalət sözü
«igidlik, q əhrəmanlıq, qoçaqlıq» mənalarında işlənir (25, 55).
Bazburud/bazbürd «boy-buxun, görkəm» (Qon. k.).
Bazburut, bazburutdu və bazbırıtdı sözləri Azərbaycan dilinin
dialekt və şivələrində də geniş surətdə işlənir (7, 39).
Bazburut sözü mənşə etibarilə bazu «qol» və burut «iri
gövdə, bədən» sözlərindən əmələ gəlmişdir.
Vəçəxor/beçəxor (Lah.) başqa tat ləhcələrində: «qadınla
rın uşaqlığında yara (xora)».
Bəhli/bahli/bə:li Bərə ye bəhlidor koşta birabı (Lah.).
«Burada bir albalı ağacı əkilmişdi».
Bəlim/bəlüm (Lah.) «xırmanda taxıl döyül əndən sonra
qalan küləş». Lüğətlərdə məhz belə bir təyinlə rastlaşırıq. Baş -
qa məlumata görə, küləş taxıla (arpa, buğda, çovdar və s.) aid
olan qalığı bildirir. Bəlim sözü isə çəltik döyüləndən sonra
qalan küləşdir. Amma, görünür, bu hər yerdə belə deyil.
Cıqqa/cıqqan/cıqqana «bir az, azacıq» (M əl). Həmçi
nin: cıklə «kiçik, balaca»; «balaca bir şey», «nəyinsə çox kiçik
bir hissəsi». Bu və başqa yaxın mənalarda Azərbaycan dili
Dostları ilə paylaş: |