43
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
Tat dilində təsərrüfatın müxtəlif sahələri ilə bağlı külli
miqdarda sırf sahə söz və terminləri var ki, onlar ancaq tat
dilində işləndiyindən bu dilin spesifik leksik layına aid edil
məlidir. Həmin sözlər terminoloji mahiyyət kəsb etdiyindən
onların sahə terminləri kimi araşırılması məqsədəuyğundur.
Tat dilində hibrid sözlər
Tat dili ilə Azərbaycan dili arasında əlaqələr böyük tarixə
malikdir. Azərbaycan dili ilə sıx təmas tat dilinin leksik fon
duna əsaslı təsir göstərmişdir. Nəticədə Azərbaycan tatlarının
dilində külli miqdarda hibrid sözl ər meydana gəlmişdir. Hibrid
sözlər tərkib hissələri mənşəcə müxtəlif dillərdən olan
sözlərdir. Belə sözlər dilin özündə yarana bildiyi kimi, başqa
dil vasitəsi ilə də hazır şəkildə alına bilir. Qeyd olu nan cəhət
nəzərə alınarsa, tat dilində Azərbaycan və tat mənşəli ünsür
lərdən, morfemlərdən təşkil olunmuş, eləcə də, Azərbaycan
dili vasitəsi ilə alınmış hibrid sözləri ayırmaq mümkündür.
Azərbaycan dili vasitəsi ilə alınmış hibrid sözlərin tərkibində
Azərbaycan dili və başqa dillərin ünsürlərinin işlənməsi özünü
göstərir.
Hibrid sözlərin tərkibində dilin özünə məxsus elementi
olduqda onun alınma və ya dilin öz sözü kimi qəbul edilməsi
məsələsinə fərqli münasibətlər var. Bu məsələ hibrid termin
lərlə bağlı terminologiyada da üz ə çıxır (81, 26). Dilçi likdə
hibrid sözləri ayrıca qrupda birl əşdirmək, ya da işləndiyi dilin
öz sözü hesab etmək kimi fikirlər irəli sürülür.
Hibrid sözlər kök və sözdüzəldici morfemlərdən təşkil
olunur. Tərkib ünsürlərinin mənşəyində özünü göstərən fərqlər
də bu ünsürlərin hansı dilə aid olmasında özünü gös tərir.
Burada iki əsas forma özünü göstərir: 1) sözün kökü
44
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
Azərbaycan dilinə, sözdüzəldici morfem tat dilinə mənsubdur;
2) sözün kökü tat dilinə, sözdüzəldici morfem Azərbaycan
dilinə mənsubdur.
Azərbaycan tatlarının müxtəlif ləhcə və şivələrində işlə
nən birinci tərəfi Azərbaycan dilindən alınma, ikinci tərəfi tat
dilinə məxsus, köməkçi fel olan analitik fell ərdə maraqlı
xüsusiyyət aşkara çıxır. Birinci t ərəf, bir qayda olaraq, -mış/-
miş/-muş/-müş şəkilçisi ilə əmələ gəlmiş feli sifətlə ifadə
olunur. Məsələn; alışmış birən «alışmaq, öyrəşmək»; allanmış
birən «aldanmaq»; aldatmış soxtən «aldatmaq»; axmiş birən
«axmaq»; aqnamiş
birən
«ağnamaq»;
inanmış
birən
«inanmaq»; inanmiş soxtən «inandırmaq» və s.
Ohunçuluq «dəmirçilik» (Məl.). Lahıc ləhcəsində «də
mirçilik» mənası həngəri sözü ilə verilir. Bu ləhcədə həngər
«dəmirçi» mənasındadır. «Həng» sözünün «dəmir» mənasında
olması şübhə doğurmur.
Tat dilindəki hibrid sözlər müxtəlif leksik-semantik söz
qruplarında da müşahidə olunur. Bir məfhumun fərqli növlə
rini bildirmək üçün istifadə olunan söz birləşmələrində tərkib
hissələrindən biri alınma, o biri il ə tat mənşəli olur. Bu,
mürəkkəb sözlərdə də özünü göstərir.
Tat dilində «alma» mənası «sib» sözü ilə ifadə olunur.
Bununla yanaşı, dildə müasir Azərbaycan dilindən alınma
«alma» sözü də işləkdir. Konkret nümunələri nəzərdən keçirək.
Qənd alması sözü ümumiran mənşəli qənd və Azərbaycan
dilindən alınma alma sözü əsasında formalaşmışdır. Aybalma
sözü ayıb və alma sözlərinin birləşməsindən əmələ gəlmişdir.
Belə hibrid sözlər arasında Azərbaycan dilindən bilavasitə
alınmış sözlərlə əmələ gələnlər də var. Məsələn: xürdəantan,
urusəsib (rus alması), qəndilsinaob və s.
Tat dilindəki alınma sözlərin əksəriyyətini adlar, xüsusilə
45
Gülsüm Hüseynova. Tat dili leksik fondunun genealoji təhlili
isimlər t əşkil edir. Dilin fel hiss əsi isə, demək olar ki, sabit
qalmışdır. Burada hibrid söz lərin əmələ gəlməsi müşahidə
olunmur.
Azərbaycan dilindən tat dilinə «...cüml ə daxilində konk
ret olmayan şəxsin və ya başqa əşyaların adlarını bil dirən
sözlərin əvəzində işlənən» (71, 123) qeyri-müəyyən əvəz
liklərdən aşağıdakılar daxil olmuşdur: kimsə «kimsə», nəsə/bə-
zən bu əvəzliyin tərkibindəki nə tat dilinə məxsus çü ilə əvəz
olunmaqla çüsə şəklində işlənir.
Azərbaycan dilindəki kimsə, nəsə qeyri-müəyyən əvəzlik
ləri sual əvəzlikləri ilə sə ünsürünün birləşməsi əsasında for
malaşmışdır. Tat dilindəki hibrid sözdə bu dilin sual əvəzliyi sə
ünsürü iştirak edir: kisə «kimsə», çüsə «nəsə» və s.
Tat dilində hibrid sözlər daha çox fell ərdə özünü göstərir.
Bu zaman mürəkkəb felin ad hissəsində alınma söz, tat dilinə
məxsus olan köməkçi fellə işlənir.
Əşyanın iş, h ərəkət və halını bildirən alınma sözlərin he
sabına
yaranan
hibrid
fell əri
leksik-semantik
cəhətdən
aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Hərəkət fell əri: ax birən//axmiş birən «axmaq», batmiş
birən «batmaq», kuç birən//kuçmiş birən «köçmək», uçmiş
birən «uçmaq», üzmiş birən «üzmək», yayilmiş birən//yoyilmiş
birən «yayılmaq»,
çapmiş
saxtən
«çapmaq»,
izləmiş
saxtən//izdəmiş saxtən «izləmək», hucum saxtən «hücum elə-
mək», dulaş birən//dulaşmiş birən «dolaşmaq», daxil birən
«daxil olmaq».
2. İş felləri: artirmiş saxtən «artırmaq», boşləmiş saxtən
«başlamaq», buraz dərən «burazlamaq», burmiş dərən «bur-
maq», büzmiş saxtən «büzmək», bükmiş saxtən «bükmək»,
qazanc saxtən//qazanmiş saxtən «qazanmaq».
3. Nitq felləri: qarğuş saxtən «qarğımaq», vidaləşmiş bi-
Dostları ilə paylaş: |