Girish son Layout 1



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə52/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   49   50   51   52   53   54   55   56   57

(St. 3.1.1)
Şagirdlər qruplara bölünürlər. Dərslikdə verilmiş 3-cü tapşırığı
yerinə yetirmək üçün eyni mövzuda müxtəlif tipli yazılar yazmaq tapşırılır.
Nəqli xarakterli:
Mənim bir dostum var idi. Biz onunla çox qəribə bir şəraitdə dostlaşmışdıq.
Bir gün ...
Bax belə bir hadisə bizi dostlaşdırdı.
Təsviri xarakterli:
Mənim bir dostum var idi. Onun daxili aləmi və xarici görünüşü bir-birini
tamamlayırdı.
Onun iri gözləri ...
Bax mənim dostum belə oğlan idi.
Mühakimə xarakterli:
Mənim bir dostum var idi. Mən düşünürəm ki, o olmasa, mənə çətin olardı.
Çünki ...
Ona görə mən dostumu və dostluğumuzu qorumaq istəyirəm.
Danışma
(St. 1.2.4)
Debat. Şagirdlər iki qrupa bölünürlər. Onlara tezis şəklində
aşağıdakı atalar sözləri verilir.
I qrup: Dostsuz insan qanadsız quş kimidir.
II qrup: Dostdan özünü qoru, düşmənlə hesablaşmağa nə var.
Qruplar bu fikirləri təsdiq və ya təkzib edən arqumentlər söyləyirlər. Bu za -
man onların mühakimə yürütmək, həyatdan misallar gətirməklə fikirlərini əsas -
landırmaq bacarığı qiymətləndirilir.
Dil qaydaları
(St. 4.1.2)
2-ci tapşırıq yerinə yetirilərkən şagirdlərin diqqəti zərfin hərəkəti
müx təlif cəhətdən izah etməsinə yönəldilir. Mətndəki sözlərin suallarını müəy -
yən ləş dirdikdən sonra onlara başqa analoji sözlər tapmaq tapşırılır. Məkan
bidirən isimlər, sifət və sayla zərfin fərqli xüsusiyyətləri üzə rində iş aparılır.  
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
49-cu dərs. 
ÜMUMİLӘŞDİRİCİ DӘRS. KİÇİK SUMMATİV QİYMӘTLӘNDİRMӘ (1
saat)
Bu dərs müvafiq bölmədə keçilən mətn və dil qaydalarının təkrarı, eləcə də
kiçik summativ qiymətləndirmə üçün nəzərdə tutulmuşdur. Dərslikdə ümu mi -
ləşdirici təkrar üçün material (dərslik, səh. 156), MMV-də kiçik summativ qiy -
mətləndirmə nü munəsi (MMV, səh. 154-155) təqdim olunmuşdur.  
153
HİKMƏT XƏZİNƏSİ
153
HİKMƏT XƏZİNƏSİ
153
HİKMƏT XƏZİNƏSİ
  Çap üçün deyil


V BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
1-4-cü suallar aşağıdakı mətnlə bağlıdır.
MÜDRİK QOCANIN DӘRSİ
Bir zamanlar
dörd oğlu olan müdrik bir qoca var idi. Oğulları 
çox zaman 
...,
səhv qərar qəbul edirdilər. Buna görə də ata onlara dərs vermək qərarına
gəlir. Hər birini növbə ilə uzaq bir yerdə bitən heyva ağacına qulluq etməyə
göndərir. Böyük oğlu 
, ikincisi 
, üçüncüsü 
, sonuncusu isə 
gedir.
Oğlanların hamısı qayıtdıqdan sonra qoca hər birindən ağac haqqında fikrini
soruşur. Böyük oğlu ağacın yöndəmsiz və qupquru olduğunu söyləyir. İkinci
oğlu: “Xeyr, gözəl ətir saçan çiçəkləri var”, – deyir. Üçüncü oğlu: “Yamyaşıl,
gözəl ağacdır”, – deyir. Әn kiçik oğlu isə ağacın meyvələrlə dolu olduğunu
bildirir. Müdrik ata oğullarına deyir:
– Bir şey haqqında danışarkən qərarı 
tələsik
verməyin, onun nəyə qadir
olduğunu bilmək üçün vaxt lazımdır. 
1. İkinci cümlədə nöqtələrin yerinə hansı ifadə uyğun gəlir?
A) bir-biri ilə yola getməyərək dalaşır
B) hansısa bir işin nəticəsini görmədən mühakimə yürüdür
C) öz işlərinə məsuliyyətsiz yanaşır
D) atanın məsləhətlərinə qulaq asmır
2. Nömrələnmiş boşluqların yerinə hansı sözlər uyğun gəlir?
A) 1 – payızda, 2 – qışda, 3 – yazda, 4 – yayda
B) 1 – yayda, 2 – payızda, 3 – qışda, 4 – yazda
C) 1 – qışda, 2 – yazda, 3 – yayda, 4 – payızda
D) 1 – yazda, 2 – yayda, 3 – payızda, 4 – qışda
3. Hansı fikir mətnin məzmununa uyğun deyil?
A) Mətndəki hadisələr bir il müddətində baş verir.
B) Mətndə albalı ağacından söhbət gedir.
C) Oğullardan yalnız biri ağacı bəyənmir.
D) Oğullardan böyüyü qışda, kiçiyi isə payızda ağaca qulluq etməyə gedir.
4. Göy rənglə verilmiş sözlər haqqında deyilən fikirlərdən biri doğrudur.
A) Hamısı mürəkkəb zərfdir.
B) Yalnız biri zaman zərfidir.
C) İkisi yer zərfidir.
D) Yalnız biri düzəltmə zərfdir.
4
3
2
1
154
V BÖLMƏ
154
V BÖLMƏ
154
V BÖLMƏ
  Çap üçün deyil


5. Hansı cümlədə həm zaman, həm də tərzi-hərəkət zərfi işlənmişdir?
A) Düşmənin gözləri həmişə iti görür.  
B) İnsan qocaldıqca aynaya baxmağı az istər.
C) Az danış, yaxşı danış. 
D) Çox danışan çox səhv edər
.
6. Cümlələrdən birində mürəkkəb zərf işlənməmişdir.
A) Məclis üçün növbənöv şirniyyatlar bişirilmişdi.
B) O, dostunun əlindəki zərfə gözucu baxdı. 
C) Şəhərimiz günbəgün dəyişərək gözəlləşir.
D) Bu hadisə əvvəl-axır baş verəcək.
Bilikdir hər zaman dayağın sənin,
Zülmət gecələrdə çırağın sənin.
Biliklə, ədəblə yüksəlir insan,
Bu qoşa qanadla hörmət taparsan. (Yusif Balasaqunlu)
7. Şeirdə zərfin hansı məna növü işlənmişdir?
A) yer
B) zaman
C) tərzi-hərəkət
D) kəmiyyət
8. “Çox” sözü hansı cümlədə zərf deyil?
A) Әlindən iş gəlməyən çox danışar.
B) Çox aş ya qarın ağrıdar, ya baş.
C) Çox and içənin andına inanmazlar.
D) Boş araba çox səs edər.
9. Cümlələrdən birində zərfin iki məna növü işlənmişdir.
A) Kamil adam az danışar.
B) Bəzən dəli də ağıllı söz deyir.
C) Asta gedən çox gedər.
D) Burda mənəm, Bağdadda kor xəlifə.
10. Verilmiş cümlədə neçə zərf işlənmişdir? Zərflərin altından xətt çəkin.
Bildir bağçada həvəslə əkdiyim qızılgüllərdən indi bir az dərib anama
hədiyyə etdim.
A) 3
B) 4
C) 5
D) 6
155
HİKMƏT XƏZİNƏSİ
155
HİKMƏT XƏZİNƏSİ
155
HİKMƏT XƏZİNƏSİ
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə