Girish son Layout 1


-ci dərs. METE XAQAN (4 saat)



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə54/57
tarix28.06.2018
ölçüsü1,03 Mb.
#52322
növüDərslik
1   ...   49   50   51   52   53   54   55   56   57

51-ci dərs. METE XAQAN (4 saat) 
Motivasiya
Müəllimin nəzərinə! VI sinifdə ümumi tarix fənni üzrə standartlarda Mete
xaqanın adı çəkilir:  “4.1.1. Tarixi şəxsiyyətləri (I Tutmos, III Tutmos,
II Ramzes, Hammurapi, Aşşurbanipal, II Sarqon, II Kir, I Dara, Mete
xaqan, İsgəndər, Sin-Şi-Xuandi, Aşoka, Solon, Mitridat, Perikl, Yuli
Sezar, Oktavian Avqust, Konstantin) müəyyənləşdirir”. Ona görə də
müəllim bu tarixi şəxsiyyətlə bağlı BİBÖ üsulunu tətbiq edə bilər: 
Oxu
(St. 2.2.1)
Mətn üzərində iş zamanı İstiqamətləndirilmiş oxu üsulundan
istifadə olunur. 
Aşağıdakı suallar təqdim oluna bilər:
1. Çin səddi hansı məqsədlə tikilmişdi?
2. Hunların tarix boyu inkişafı necə olmuşdur?
3. Mete neçənci əsrdə yaşamışdır?
4. O zaman hunların vəziyyəti necə idi?
Standartlar
Təlim nəticələri
2.2.1. Mətndəki əsas fikri nəzərə çarp -
dırmaq məqsədi ilə mühüm məqamları
vurğulayır.
Әlavə biliklərindən istifadə etməklə
mətn dəki müəyyən məqamlara aydın -
lıq gətirir.
2.1.1. Lüğətlərdən istifadə etməklə ta -
nış olmadığı sözlərin mənasını şərh
edir. 
Mənasını müəyyənləşdirdiyi sözləri
kon tekstə uyğun şərh edir.
1.1.2. Dinlədiyi məlumatı yığcam şəkil -
də ümumiləşdirir.
Dinlədiyi mətndəki məlumatları ümumi -
ləşdirərək nəticə çıxarır. 
3.1.2. Mətni mövzuya uyğun fakt və
hadisələrlə zənginləşdirir.
Müxtəlif mənbələrdən istifadə etməklə
mətnə yeni məlumatlar əlavə edir.
1.2.1. Şifahi məlumat üçün əsas fikrin
təqdimetmə formasını müəyyənləşdirir.
Mövzu üzrə topladığı məlumatların
təqdimetmə formasını müəyyənləşdirir. 
4.1.1. Cümlənin qrammatik əsasını
müəyyənləşdirir.
Cümlədə mübtədanı müəyyən edir.
Mete xaqan haqqında
Bilirəm 
İstəyirəm bilim
Öyrəndim
159
FƏRD VƏ CƏMİYYƏT
159
QƏDİM DÜNYA
159
QƏDİM DÜNYA
159
QƏDİM DÜNYA
159
QƏDİM DÜNYA
  Çap üçün deyil


5. Bumin nə məqsədlə Meteni düşmən tayfasına girov göndərdi?
6. Mete əsirlikdən nə üçün qaçdı?
7. Bumin oğlunu nə üçün uzaq bir vilayətə vali təyin etdi?
8. Metenin hakimiyyəti ələ almasına səbəb nə oldu?
9. Metenin hakimiyyətə gəlməsi ilə hansı dəyişikliklər baş verdi?
10. “Düşməni layiqincə qarşılamaq” nə deməkdir?
11. Xan Sin nə üçün təslim oldu?
12.  Metenin planı “bir nəfər belə qurban verməmək” taktikasına necə xid -
mət edirdi? (Metenin planını qrafik yazıya çevirin.)
13. Metenin hərəkəti nə üçün dünya hərb tarixində alicənablıq nümunəsi
hesab edilir?
14. Məntdəki hansı cümlə Metenin, həqiqətən də, dahi dövlət başçısı
olduğunu sübut edir? (Mətnin sonuncu cümləsi: Çünki ancaq dahi dövlət baş -
çısı elə idarəçilik qura bilər ki, ölümündən sonra 300 il səltənət yaşasın.)
Mətn oxunduqdan sonra şagirdlər bu suallara cavab verirlər. 5-ci sual 1-ci
mətndaxili sualla sintez oluna bilər. (O dövrdə qonşu hökmdarlar ən yaxın
adamlarını bir-birinə girov göndərirdilər. Әgər onlardan biri müharibəyə baş -
lasa idi, girov qətlə yetirilirdi.)
(St. 2.1.1)
Eyni zamanda söz ehtiyatı üzərində iş aparılır (2-ci tapşırıq).
Dinləmə
(St. 1.1.2)
Şagirdlərə aşağıda təqdim edilən mətn oxunur. 
TORPAQDAN PAY OLMAZ
Qonşu dövlətin hökmdarı çoxdan idi ki, Mete ilə müharibə edib onun
torpaqlarını işğal etmək istəyirdi. Bunun üçün isə ona bəhanə lazım idi.
Nə hayət, bir bəhanə tapıldı. Qonşu dövlətin başçısı Meteyə xəbər gön -
dər di ki, əgər ən gözəl atını ona verməsə, müharibə olacaq. Mete düşünür
və atı qonşu xaqana göndərir. Birinci bəhanə baş tutmadı.
Bir müddət keçdi. Qonşu dövlətin başçısı Meteyə yeni bir tələb göndər -
di. Mete oğlunu ona göndərməsə, onun dövlətinə hücum edəcək. Mete
yaxınları ilə məsləhətləşdi və oğlunu qonşu dövlətə girov göndərdi. Be -
ləliklə, ikinci bəhanə də baş tutmadı. 
Suallar:
– Qonşu dövlətin başçısı nə üçün Metenin məhz atını və oğlunu istədi?
– Sizcə, bundan sonra hadisələr necə davam edəcək?
Üçüncü dəfə qonşu dövlətin başçısı xəbər göndərir ki, əgər Mete tor -
pa ğının ən bərəkətsiz və məhsul verməyən hissəsindən bir hissə ona ver -
məsə, müharibə başlayacaq. 
Bu dəfə Mete qəzəblənir: 
– Atımı, oğlumu istədin, verdim. Düşündüm ki, at və oğul mənimdir. On-
lara görə xalqı qırğına verməyə dəyməz. Torpaq isə mənim deyil. O bu
160
VI BÖLMƏ
160
VI BÖLMƏ
160
VI BÖLMƏ
160
VI BÖLMƏ
160
VI BÖLMƏ
  Çap üçün deyil


torpaqda yatan babalarımızın, üstündə gəzən balalarımızın və gələcək
nəsillərimizindir!
Mete qonşu dövlətlə müharibəyə başlayır və qalib gəlir. 
Sual: Nə üçün Mete torpağı verməkdən imtina etdi? Axı qonşu dövlətin
başçısı torpağın ən bərəkətsiz hissəsini istəmişdi. 
Yazı
(St. 3.1.2.)
3-cü tapşırıq şifahi şəkildə yerinə yetirildikdən sonra Metenin
xarakterini əks etdirən yazı yazmaq tapşırılır. Şagirdlər ayrılmış vaxt ərzində
(5 dəqiqə) bir neçə cümlə ilə fikirlərini ifadə edirlər.
Şagirdlərə tapşırılır ki, dinlədikləri mətndən (“Torpaqdan pay olmaz”) əldə
etdikləri yeni məlumatlardan və başqa mənbələrdən istifadə etməklə dərslikdə
oxuduqları “Mete xaqan” mətnini  genişləndirsinlər. Bunun üçün şagirdlər
kiçik, bitkin mətnlər yazmalı və gələn dərsdə həmin parçaların “Mete xaqan”
mətninin hansı hissələrinə (abzaslar arasına) uyğun gəldiyini deməlidirlər.
Danışma
Fənlərarası inteqrasiya
(St. 1.2.1; Ümumi tarix – st. 3.1.1; 4.1.1)
4-cü
tapşırıq yerinə yetirilir. Şagirdlər əldə etdikləri məlumatlar  əsasında Hun, Çin
dövlətləri və Mete xaqan haqqında çıxışlar hazırlayırlar. Məlumatı çatdırmaq
formasını müəyyənləşdirmək şagirdin öhdəsinə buraxılır. Bu, elektron şəkildə
hazırlanmış təqdimat və ya şifahi məruzə ola bilər. Әsas məqsəd  şagirdlərin
əldə etdikləri məlumatları düzgün ümumiləşdirmək və ötürmək, mətn qurmaq
bacarığını yoxlamaqdır. 
Dil qaydaları
(St. 4.1.1)
5-ci tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri
daşıyır. Şagirdlərin III sinifdən mübtəda və xəbər haqqında məlumatları vardır.
Bu dərsdə həmin məlumatlar nəzəri biliklər və 6-7-ci tapşırıqlar vasitəsilə bir
qədər dərinləşdirilir. 
Әlavə tapşırıq:
Verilmiş cümlələrdə eyni suala cavab verən sözlərin hansının mübtəda 
olduğunu müəyyənləşdirin.
1. Kitab bilik mənbəyidir. Kitabxanadan kitab götürdüm.
2. Anam ətirli çörək bişirdi. Çörək elin sərvətidir.
3. Qələm yazanı qılınc poza bilməz. Әlinə qalxan alıb, belinə qılınc bağ -
layıb döyüşə getdi.
Qiymətləndirmə
Müəllim girişdə verilmiş nümunələrə əsasən (səh. 17-18), dərsdə real  laş -
dırılan standartlara uyğun meyarları və səviyyələri müəyyən 
ləş dir mək lə
qiymətləndirmə aparır.
161
FƏRD VƏ CƏMİYYƏT
161
QƏDİM DÜNYA
161
QƏDİM DÜNYA
161
QƏDİM DÜNYA
161
QƏDİM DÜNYA
  Çap üçün deyil


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə