Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi
təhlili
34
Şərm «xəcalət», «utanma» (Q.). Pərviz be dura gof sax-
teyirə
şərm keşi. «Pərviz danışdığı yalana görə
xəcalət çəkdi».
Qədim sözlərdən olub, hind-Avropa dillərində geniş fonetik və
semantik variantlar nümayiş etdirir.
Tarustan «qaşımaq» (Ab.). Bu söz Quba ləhcəsində «düş
bədiran», Lahıc ləhcəsində «qorıstan» formasında eyni mənada
işlənir.
Tastən «bilmək» (Ab.).
Tastəni ya nə? «
Bilirsən, ya
yox?». Başqa ləhcələrdə
bastən//bıstan//bistən formalarında
rast gəlmək olur.
Terter «iman» (Kil.). Nümunə: Ey ti iman, hazar manət
pul, mən bərum, nun buxrum. «Ey sən imanın, min manat pul
ver, gedim çörək yeyim».
Tso «doşab» (Ab.). Əsasən, Balaxanı tatlarının dilində
işlənir. Saxtə xəşilə muxardim boş
tşo boş rağan ve lezzəti.
«Bərk xəşili
doşabla, yağla ləzzətlə yeyərdik». Digər tat ləhcə-
lərində təsadüf etməmişik.
Tənbirəhnə «çılpaq» (Q.). Əyal
təndirəhnə məndəbü bə
sər divan. «Uşaq divanın üstündə
çılpaq qalmışdı».
Usqu «tonqal». Əsasən Abşeron tatlarının dilində təsadüf
edilir. Bu həyət
usqu müsaxandim, ə səri müşanandim.
«Həyətdə
tonqal yandırardıq üstündən tullanardıq».
Xudadus «rəhmdil» (Kil.). İm mərd bire qe
xudadus ada-
mi. «Bu kişi çox
rəhmdil adam idi».
Vəcə «necə» (Xaç.). Malla Nusradin dənşi, di ki, cəmaət
nə bəstən
vəcə bigrarund. «Molla Nəsrəddin baxıb gördü ki,
camaat bilmir
necə keçsin».
Vəçanüm «dilənçi» (Q.). Sekinə xalə bə dər amarə
vəça-
numə dəst bə tihi rahə nə dərəbü. «Səkinə xala qapıya gələn
dilənçini əliboş geri qaytarmazdı/yola salmazdı».
Yedəmgə «bayaq» (Q.).
Yedəmgə malim ama bə sinif
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili
35
kuti ki, şagirdha bə imtahan mükəmməl hazir boşund. «Bayaq
müəllim sinfə daxil olub, dedi ki, şagirdlər imtahana
mükəmməl hazırlaşsınlar».
Zindəquni «dolanacaq» (Qon. k.). Bə
zindəquni imkan
babat bireybu. «
Dolanacaq üçün imkan babatlaşmışdı».
Tat dilinin spesifik sözlərinin bəziləri Azərbaycan dili
dialektlərində də işlənir. Bakı və Quba dialektlərində bu cür
sözlərə tez-tez təsadüf olunur.
Qobi «su yığılan çökək», «dərə».
Azərbaycanda tərkibində
qobu sözü olan Qobu Dilağarda
(Füzuli), Qobuqırıq (Xaçmaz) kəndləri, Qobu və Qobustan
şəhər tipli qəsəbələri, Qobustan oronimi var (163-164).
Qobi «quyu» (Q.). Bu sözə ilk dəfə olaraq, M.Hacıyev
diqqət vermişdir (30, 64). İran dilləri içərisində bu sözə fone-
tik cəhətdən yaxın olan sözlərə kürd.
quni (RKS, 267) və
puştu.
kuhay (RPDS, 296) sözlərini qeyd edə bilərik.
Bu söz-
lərdən yalnız kürd dilindəki «quni» variantının «qubi» ilə
bağlılığını ehtimal etmək olar. Bununla yanaşı, onu da
göstərmək lazımdır ki, bəzi İran dillərində, o cümlədən talış
dilində «bulaq» mənası
honi sözü ilə ifadə olunur. Kürd dilin-
dəki
qoni sözü
honi sözü ilə əlaqədə götürülə bilər. Burada
q-h
əvəzlənməsi qanunauyğun sayıla bilər. Qeyd olunanlara
istinadla demək olar ki,
qubi «quyu» sözü tat dilinin spesifik
leksikasına aiddir.
Xırsız «evsiz-eşiksiz» (Ab.). Sözün kökü
xır/xür «ev-
eşik» mənasındadır –»
sız» Azərbaycan dili mənşəli şəkilçidir:
Xırsız sözü əslən Xızıdan olan Azərbaycan şairi Mikayıl
Müşfiqin bir şeirində işlənmişdir: Cilvələnmə
xırsızların için-
də, Ala gözlü ulduzların içində (M.Müşfiq).
Alataş «yorulub əldən düşmüş» (Lah.). Xıştana ə səbhi
alataş soxte. «Ozünü
səhərdən alataş eləyib».