Bütün vətəndaĢların məhkəmə qarĢısında bərabərliyinə, həmçinin hər bir Ģəxsin onun hüquq və
vəzifələrinin müəyyən edilməsi, habelə cinayətin törədilməsində təqsirliliyi məsələsi ilə bağlı iĢinə
qanunla müəyyən edilmiĢ qaydada səlahiyyətli və müstəqil məhkəmə tərəfindən ədalətlilik və
qərəzsizlik rəhbər tutulmaqla açıq məhkəmə iclasında ağlabatan müddətdə baxılması hüququna
təminat verən Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktı NƏZƏRƏ ALARAQ,
ġərh
Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt
3. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndində, o
cümlədən qeyd edilir ki:
Bütün Ģəxslər məhkəmələr və tribunallar qarĢısında bərabərdirlər. Hər kəs ona qarĢı irəli sürülmüĢ
istənilən cinayət ittihamına baxılarkən və ya hər hansı mülki prosesdə onun hüquq və vəzifələri müəyyən
edilərkən, qanun əsasında yaradılmıĢ səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən iĢinin ədalətli
və açıq araĢdırılması hüququna malikdir.
4. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt 16 dekabr 1966-cı ildə BMT-nin BaĢ
Assambleyası tərəfindən yekdilliklə qəbul edilmiĢ və BMT-nin BaĢ Katibinin depozitinə otuz beĢinci
ratifikasiya sənədi qoyulduqdan üç ay sonra, 23 mart 1976-cı ildə qüvvəyə minmiĢdir. 20 iyul 2007-ci il
tarixinə 160 dövlət Paktı ratifikasiya etmiĢ və ya həmin sənəddə nəzərdə tutulan müddəaları beynəlxalq
hüquq çərçivəsində öhdəlik kimi üzərinə götürərək ona qoĢulmuĢdur.
Dövlətlərin öhdəlikləri
5. Hər hansı bir dövlət Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktı ratifikasiya etdikdə və
ya ona qoĢulduqda, dövlətdaxili hüquq çərçivəsində üç öhdəliyi öz üzərinə götürür. Birincisi, həmin
dövlət “irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, siyasi və digər əqidələrindən, milli və
sosial mənĢəyindən, əmlak vəziyyətindən və ya digər hallardan asılı olmayaraq” “onun ərazi hüdudlarında
və yurisdiksiyası altında olan bütün Ģəxslərin” göstərilən Paktda tanınan hüquqlarına “hörmətlə yanaĢmaq
və onları təmin etmək” öhdəliyini üzərinə götürür. Ġkincisi, Paktın iĢtirakçısı olan hər bir dövlət özünün
daxili konstitusion prosedurlarına və bu Paktın müddəalarına müvafiq olaraq həmin hüquq və azadlıqların
həyata keçirilməsinin təmin edilməsi üçün zəruri ola biləcək qanunverici və digər tədbirlərin görülməsini
öhdəsinə götürür. Üçüncüsü, Paktın iĢtirakçısı olan hər bir dövlət hüquq və ya azadlığı pozulmuĢ istənilən
Ģəxsə, hətta bu pozuntu rəsmi fəaliyyət göstərən Ģəxslər tərəfindən törədilmiĢ olsa belə, səmərəli hüquqi
müdafiə vasitəsini təmin etməyi; belə müdafiəni tələb edən istənilən Ģəxs üçün hüquqi müdafiə
hüququnun səlahiyyətli məhkəmə, inzibati və ya qanunvericilik hakimiyyətləri, yaxud dövlətin hüquq
sistemi ilə nəzərdə tutulmuĢ digər səlahiyyətli orqanlar tərəfindən müəyyən edilməsini və məhkəmə
müdafiəsi imkanlarının geniĢləndirilməsini təmin etməyi; və təqdim edildiyi təqdirdə, hüquqi müdafiə
vasitələrinin səlahiyyətli orqanlar tərəfindən tətbiqini təmin etməyi öhdəsinə götürür.
Beynəlxalq hüququn statusu
6. Beynəlxalq hüququn statusu, bir qayda olaraq, dövlətdaxili hüquq sistemi çərçivəsində milli
hüquqla müəyyən olunur. Buna uyğun olaraq, müxtəlif yurisdiksiyalar çərçivəsində müxtəlif qaydalar
tətbiq edilir. Monistik nəzəriyyəni dəstəkləyən ölkələrdə beynəlxalq və daxili hüquq eyni məsələyə
paralel Ģəkildə tətbiq edilir və onlar arasında kolliziya olduqda beynəlxalq hüquq üstünlüyə malik olur.
Dualistik nəzəriyyəyə önəm verən ölkələrdə isə, beynəlxalq və daxili hüquqa müxtəlif sahələri
tənzimləyən iki fərqli hüquq sistemi kimi baxılır. Onlar bir-birini istisna edir və heç biri digərinə
beynəlxalq hüquq milli hüquqa inkorporasiya edilənə qədər təsir etmir. Bu cür yanaĢmanın səbəblərindən
biri odur ki, müqavilənin bağlanması icra hakimiyyətinin aktıdır, lakin həmin müqavilədə nəzərdə tutulan
müddəaların icrası özü-özlüyündə qüvvədə olan dövlətdaxili qanunvericiliyin dəyiĢdirilməsinə təsir
edirsə, bu artıq qanunvericilik aktının qəbul edilməsi zərurətini ortaya çıxarır. Lakin hal-hazırda dualizm
nəzəriyyəsinə üstünlük verən dövlətlərin bir çoxu tərəfindən insan hüquq və azadlıqlarının tanınması və
onlara riayət edilməsinə məcburi tələb kimi və yaxud dövlətdaxili hüquq normalarının müəyyən
edilməsinə təsir göstərən və həmin normalarda öz əksini tapan bir məfhum kimi baxılır.
Yuxarıda göstərilən əsas prinsiplərin və hüquqların, həmçinin insan hüquqları üzrə yerli aktlarda,
milli konstitusiyalarda, statut və ümumi hüquqda, məhkəmə adət və ənənələrində tanınmasını və öz
əksini tapmasını NƏZƏRƏ ALARAQ,
ġərh
Ġnsan Hüquqları üzrə Avropa Konvensiyası
7. 1950-ci ildə qəbul edilmiĢ Ġnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə Avropa Konvensiyasının
6-cı maddəsində, o cümlədən göstərilir ki:
Hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarĢı irəli sürülmüĢ hər hansı
cinayət ittihamına baxılarkən, qanun əsasında yaradılmıĢ müstəqil və qərəzsiz məhkəmə vasitəsilə
ağlabatan müddətdə iĢinin ədalətli və açıq araĢdırılması hüququna malikdir.
Ġnsan Hüquqları üzrə Amerika Konvensiyası
8.
Ġnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə Amerika Konvensiyasının 8-ci maddəsinin 1-ci
bəndində, o cümlədən göstərilir ki:
Hər kəs ona qarĢı irəli sürülmüĢ hər hansı cinayət xarakterli ittihamın əsaslandırılması və ya mülki,
əmək, maliyyə və ya istənilən digər xarakterli hüquq və vəzifələrinin müəyyən edilməsi ilə əlaqədar qanun
əsasında əvvəlcədən yaradılmıĢ səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən müvafiq
təminatlarla və ağlabatan müddətdə iĢinə baxılması hüququna malikdir.
Ġnsan və xalqların hüquqlarına dair Afrika Xartiyası
9. 1981-ci il tarixli Ġnsan və xalqların hüquqlarına dair Afrika Xartiyasının 7-ci maddəsinin 1-ci
bəndində göstərilir ki:
Hər kəs onun iĢinə baxılması hüququna malikdir. Buna aiddir:
(e) ĠĢə qərəzsiz məhkəmə tərəfindən ağlabatan müddətdə baxılması hüququ.
Xartiyanın 26-cı maddəsi ilə bəyan edilir ki:
Hazırkı Xartiyanın iĢtirakçı-dövlətləri məhkəmələrin müstəqilliyini təmin etməyə borcludurlar...