.
3
TƏZKİRƏTÜL-ÖVLİYA
Müəllifi: “Səadət” mədrəsəsinin müdiri
Hacı Şıxəli Feyzüllahzadə
Naşiri: İsa bəy Aşurbəyov
Bakı
“Açıq söz” elektrik mətbəəsi
1917
.
4
Kitabı nəşrə hazırlayan:
Hacı Rauf ŞEYXZAMANLI
Redaktor:
Hacı Müqəddəs PAYIZOV
Tarixə mütəəlliq Həzrət Risalətpənah ilə kəriməsi,
övsiyayi-Mü
həmmədi, yəni əimmeyi-isna-əşərin ixtisarən
tərcümeyi-hallarını və hər birinə dəxi məxsus olaraq əyalatü
övladlarının zükurən, ənasən isimlərini havi şu müxtəsər
kitab “Təzkirətül-övliya” namilə müsəmmadır.
Həzrət Risalətpənah ilə kəriməsinin, Mühəmmədin
vəsiləri və canişinləri, yəni on iki imamın müxtəsər şəkildə
tərcümeyi-hallarını və hər birinə məxsus olan zövcələrinin,
oğlan və qız övladlarının isimlərini ehtiva edən bu müxtəsər
tarixi kitab “Təzkirətül-övliya” namilə adlandırılmışdır.
.
5
Ön söz
Allahın adı ilə
Əziz oxucularımıza təqdim olunan kitab Azərbaycan Milli
Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar
İnstitutunun xəzinəsində X-879 şifri altında saxlanılan çap
nüsxəsinin əsasında hazırlanmışdır. Müəllif Hacı Şıxəli (və ya
Şeyx Əli) Feyzüllahzadə haqqında bir məlumat əldə etmək
mümkün olmasa da, yazdığı əsər onun ərəb və fars dillərinin,
eləcə də türk dilinin Osmanlı ləhcəsinin yüksək səviyyədə
bilməyindən xəbər verir. Belə kiçik həcmli (öz təbirincə desək,
“müxtəsər”) kitabda bu qədər dəqiq və mühüm məlumatın
yığcam şəkildə yerləşdirməsi onda həmçinin böyük yazıçılıq
istedadının olmasına da dəlalət etməkdədir. Risalə XX əsrin
əvvəlində dəbdə olmuş Osmanlı ləhcəsində yazılmışdır. Mən
əsəri ərəb əlifbasından latın əlifbasına çevirərkən mətnə
müdaxilə etməməyi qərara alsam da, oxucunun rahatlığı xatirinə
bəzi sözləri Azərbaycan ləhcəsinə uyğunlaşdırmağı mümkün
saydım. Müasir dilimizdə az işlənən və ya heç işlənməyən sözlər
və ifadələr ya ulduzla (*) işarələnmiş və mənası bu kitabın
sonundakı “Sözlük”də verilmişdir, ya da mətnin daxilində
mötərizənin içində əyri (kursiv, italic) şriftlə yazılmışdır.
Oxunuşu şübhə doğuran xüsusi adlardan sonra mötərizədə
onların əski əlifba ilə də yazılışı verilmişdir.
Hazırkı transfonoliterasiyanın mühərriri olmuş Hacı
Müqəddəs Payızova Allahdan rəhmət diləyirəm.
R.Şeyxzamanlı
2018-ci ilin
mart ayı – hicrətin 1439-cu ilinin rəcəb ayına
müvafiqdir
.
6
BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
Həzrət Mühəmmədül-Mustafa səllallahu əleyhi
və alihi və səlləmin tərcümeyi-halı
Həzrət Rəsul bin Abdullah bin Əbdülmüttəlib bin Haşim
bin Əbdü Mənaf bin Qüseyy bin Kilab bin Mürrə bin Kə’b
bin Lüeyy bin
Ğalib bin Fihr bin Malik bin Nəzr bin
Kinanə bin Xüzeymə bin Müdrikə bin İlyas bin Müzərr bin
Nizar bin Mü
ədd bin Ədnan bin Ədd bin Ədəd
)
ﺩﺩﺍ
(
bin
Əlyəsə’ bin Səlaman bin Ən-nəbt bin Həməl bin Qeydar
bin İsma’il bin İbrahim Xəlil bin Tarix bin Naxur bin Üşru’
bin Ərğu bin Faliğ bin Ğabir bin Şalix bin Ərfəhşəd bin
Sam bin Nuh bin Məlik bin Mətuşəlix bin Uxnux bin
Məyazid bin Məhla’il bin Qiynan bin Ənuş bin Şiys bin
Adəmdir:
Nuri-
mübarəkləri həzrət Adəmdən Həvvanın vəsatətilə
Şiysə (ə), habelə pak olan sülblərdən pak olan rəhmlərə
(
nəsildən nəslə) müntəqil olaraq (keçərək) Ədnana
yetişmişdir ki, bunun da iki oğlu – biri Ədd, digəri
Müədddir – və sonra künyəsi Əbu Qüza’ə olan və səkkiz
nəfər övlada malik bulunan Müəddə intiqal tapdı (keçdi).
Sonra bunun ö
vladından Əbu Rəbi’ə künyədə bulunan və
bəni-Hənifə, bəni-Şeyban və bəni-Həşm qəbilələrini kəndi
nəslindən ortaya çıxaran və beş nəfər övlada malik bulunan
Nəzzara və bundan dəxi bəni-Qeys və bəni-Ğeylan
qəbilələrini zühura gətirən və bir nəfər İlyas adlı oğlu olan
Müzərrə və bundan da bir çox övladı olan bəni-Xüzaə və
bəni-Rəhah (Rəhrah?) (
ﻲ����ﻨﺑ
ﺡﺎ����ﺣﺭ
)
qəbilələrini vücuda