HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə329/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   325   326   327   328   329   330   331   332   ...   337

640

 

 



 

Yenə  həmin  gün  sufilərin  qətli  haqqında  qəzavü-qədər  kimi  cərəyan  edən  fərman  verildi.  Səbəbi 

odur ki, Diyarbəkr kürdlərindən [ibarət] bir camaat dəstə-dəstə Qəzvin şəhərinə gəlmişdilər və şəhər kənarın-

da məskən salmış, öz çoxluqları səbəbindən məğrur olmuşdular. Dinin pənahı olan şahın zamanında ziyansız 

olduqları üçün onlara qarşı tədbir görülməmişdi. Bu gün o qaragün güruh bazar daruğasını vurdu. Xəbərçilər 

cahan padşahına ərz etdilər:  

- Onlar ayaqlarını itaət dairəsindən və boyunlarını tabeçilik boyunduruğundan çıxarmışlar və əyinlə-

rinə üsyan və tüğyan libası geymişlər. Onların qırılıb-biçilməsi qeyrət yönündə vacib olan məsələlərdən və 

səltənət yolunda mühüm olan işlərdəndir.  

Ona görə də qəzavü-qədər kimi cərəyan edən bir fərman verildi ki, Məhəmməd xan Təkəlünün oğlu 

Müseyib xan və Mürtəzaqulu sultan Pornak qorxmaz dilavərlərdən [ibarət] bir dəstə ilə o murdar (“napak”) 

qövmü dəf etməyə getsinlər. Yüksək şanlı əmirlərin mülazimləri onlara qılınc vurdular və yəmani qılınc (Yə-

mən qılıncı) baş səpələməyə başladı. Əcəl dəllalı kiçiyi və böyüyü, cavanı və qocanı bir nırxa satırdı. Qəzəb 

alovunda varlı və yoxsul təfavütsüz yanırdı. O bədbəxt güruhdan təqribən beş yüz nəfər qətlə yetirildi. Qazi-

lər [onların] bir dəstəsini dustaq edib islamın pənahı olan dərgaha gətirdilər. Aləmin pənahı olan şahın qəzəb 

surəti təskinlik tapdıqdan sonra onların qalanlarına rəhm edib hökm verdi ki, daha heç kəs onlara dəyib-do-

laşmasın. 

 

O zaman möhürdarlıq mənsəbi bəyənilən xüsusiyyətləri və gözəl çalışqanlığı qaranlıqda ay kimi və 



gündüz çağı günəş kimi görünən, kübarlığa və ad-sana malik olan Şamxal sultana həvalə edildi. Seşənbə gü-

nü, zilhiccə ayının 15-də (05.03.1577) Şəbankərə

2677

 hakimi Şahəli xəlifə Zülqədər Qəzvinə gəldi. Ertəsi gün 



Kuhi-Giluyə valisi Xəlil xan Əfşar ali dərəcəli şaha itaət halqasını qulağına taxıb, niyaz üzünü uğurun məs-

kən saldığı astanaya çevirərək Çehelsütun eyvanında büsatı öpmək şərəfinə nail oldu və başını bəndəlik xətti 

daxilinə, qədəmini tabeçilik dairəsi içinə qoyub təqribən iki min tümən nağd [pul] və cins [mal] peşkəş etdi. 

Hər gün bir dəstə [gəlib] səadətli çətirin kölgəsinə sığınırdı və hər zaman bir çox adam ali astanaya üz tutub 

gəlirdi.  

Ölümlər 

 

Şah Təhmasib ibn Şah İsmayıl ibn Sultan Heydər ibn Şeyx Cüneyd ibn Şeyx İbrahim ibn Sultan Xo-



ca Əli ibn Şeyx Sədrəddin Musa ibn Sultan Şeyx Səfi ibn Seyid Cəbrayıl ibn Şeyx Saleh ibn Şeyx Qütbəddin 

ibn Şeyx Səlahəddin Rəşid ibn Məhəmməd əl-Hafiz ibn Əvəz əl-Xəvas ibn Firuzşah ibn Seyid Şərəfşah ibn 

Seyid Məhəmməd ibn Həsən ibn Seyid Məhəmməd ibn Seyid İbrahim ibn Seyid Cəfər ibn Seyid Məhəmməd 

ibn  Seyid  İsmayıl  ibn  Seyid  Əhməd  ibn  Seyid  Məhəmməd  Ərabi  ibn  Seyid  Əbu-Məhəmməd  Qasım  ibn 

Əbülqasım [Həmzə ibn İmam Musa əl-Kazım] bu il əbədiyyət aləminə yollandı

2678


. Necə ki, [yuxarıda] zikr 

                                                 

2677

 Şəbankərə  –  İranın  Fars  vilayətinin  bir  bölgəsi  olub  Şirazdan  şərqdə  yerləşir.  Niriz  şəhəri  Şəbankərə  bölgəsinə  daxildir 



(Seddon, şərhlər, s.294). 

2678


 Ç.N.Seddon  nəşrində  bu  şəcərənin  yerinə  nəzmlə  başqa  bir  şəcərə  verilmişdir.  Həmin  şəcərənin  Firuzşahdan  İmam  Musa  əl-

Kazıma qədərki hissəsində fərqlər nəzərə çarpır: 

“Aləmin pənahı olan Şah İsmayıl, Əzəmət və şan-şöhrət sahibi. 

Atası Şah Heydər ibn Cüneyd, İlahi dərgahın qütbü idi şübhəsiz. 

Onun atası Şah İbrahimdir, Vüsal Kəbəsinin qapısında sakin. 

Onun da atası Şah Əli idi, Aydın günəş kimi bir könül aynası vardı. 

Sonra zamanın şahı Sədrəddin, Şəriət taxtının imamı və qoruyucusu. 

Onun atası saf nəfəsli Səfi, Ürəyi qeyb sirrinə məhrəm idi. 

Onun atası Şah Cəbrayıl Əmin, Babası isə dövrün qütbü Qütbəddin. 

Saleh ibn Məhəmməd ibn Əvəz, Bir də əvəzi olmayan Şah Firuz. 

Sonra Mehdi ibn Əli Həsən, Ardınca zamanın övliyası Əbülqasım. 

Sabit ibn Hüseyn ibn Əhməd, Sonra Davud ibn Əli gəlir. 

Musayi-Sani ibn İbrahim, Təmiz qəlbli könül Turunun sahibi. 

Onun atası din imamı Kazim, Şəriətin şərəfi onunla yüksəldi. 

Onun atasıdır Cəfər əs-Sadiq, Sübh onun günəşinin nurundan ucalır (doğur). 

Onun atası Məhəmməd Bağır, Allahın elm xəzinəsinin fəxri. 

Onun atası pak soylu imam, Əli ibn Hüseyn Zeynalibad. 

Bu həmin Hüseyn ki, atası Əli, Həmin Əli ki, Allahın vəlisi. 

Mustafanın varisi və Zəhranın əri, Peyğəmbərin həqiqi canişini. 

Allahın aslanı və səf yaran qəhrəman, Şahi-Mərdan Əli ibn Əbu-Talib. 




641

 

 



olunmuşdur. Onun məmləkəti [ibarət idi]: Azərbaycan, Şirvanla Şəki, Arran, İraqi-Əcəm, Fars, Kirman, Xo-

rasan, Gilandan Biye-Pəs. 

 

O həzrətin gəncliyinin əvvəlində xətt yazmağa və naqqaşlığa böyük həvəsi vardı. Ondan başqa, Misir 



eşşəklərinə minirdi və eyni zamanda nizə oynatmaqla məşğul olurdu. Ona görə də eşşəkləri qızıl yəhərlər və 

zərbafta yüyənlərlə bəzəyirdi. O səbəbdən Buqüleşq bu beyti demişdir: 

“Nə gözəl tərəqqi etdilər bi-şəkk, 

Katib, naqqaş, qəzvinli, bir də eşşək”

2679



 



Kamillik əyyamında isə səhərdən axşama kimi dəftəri qarşısına qoyub mülk (dövlət) işləri ilə məşğul 

olurdu və işlərin xırdalıqlarının hamısına şəxsən özü nəzarət edirdi. Belə ki, vəkillər və vəzirlər o həzrətdən 

izinsiz kimsəyə bir fəls (xırda mis pul)

2680


 belə verə bilməzdilər. 

 

O  həzrətin  qaydası  belə  idi  ki,  bir  gün  dırnağını  tutardı,  digər  bir  gün  isə  səhərdən  axşamacan  ha-



mamda olardı. Əksər əşyanı nəcis bilrədi, özünün yarımçıq yeməyini suya və oda atardı, məclislərdə yemək 

yeməzdi və şərab içməmək qaydasına böyük bir ifratla riayət edərdi. Təqribən beş yüz tümənlik saf tiryəki 

suda məhv etdirmişdi, cəmi ləzzətləri tərk etmişdi və təxminən iyirmi il [ata] minməmişdi. Əsərlərindən (qu-

ruculuq işlərindən): Tehrandakı qala divarı; İmam Rzanın müqəddəs Məşhədinin qala divarı; Qəzvin şəhərin-

də  yerləşən  dövlətxana;  həmçinin  bu  şəhərdə  əla  hamamlar

2681


 tikdirmişdir;  Təbriz  şəhərində  yerləşən  bir 

məscid; Zəncanla Sultaniyyə arasında bir ribat bina etmişdir. Onun görkəmi uca boylu, uzunsov üzlü, əlləri 

uzun, çöhrəsi sarı və saqqalı tamam ağ idi. O həzrətin əyyamında rəiyyətin rifahı nəhayət dərəcəsinə çatmış-

dı. O həzrət əksər zamanlarda ölkəyə daruğa göndərməzdi. Ona görə də hər gün avam camaat

2682

 arasında da-



va-dalaş olurdu. Qızılbaş qoşunu ona o qədər etiqad bəsləyirdi ki, on dörd il onlara məvacib verməsə də, heç 

kəs şikayət etmirdi və cidd-cəhdlə xidmət göstərirdilər. Onun əvəzini aləmin adil padşahı, zamanın İsgəndə-

ri, dövranın Hatəmi, müdriklərin sultanı və alimlərin bürhanı,  

Beytlər 


“Elm və əməldə zəmanənin öndəri, 

Hikmət fənləri sərvərlərinin başçısı. 

Müşkülləri hikmət ilə çözən, 

Səmavi elmlərdə dəqiq nəzər sahibi olan”, 

ali  məqamlı  şah  Sultan  Məhəmməd  Xudabəndə  çıxaraq  ordunun  on  dörd  illik  məvacibini  birdəfəyə  ödədi. 

Belə ki, məchul bir adam xəzinədən iki yüz tümən, üç yüz tümən [alıb] öz mənzilinə apardı. 

 

O  həzrət  (Şah  Təhmasib)  səltənəti  əyyamında  iki  döyüş  etmişdir:  birinci  döyüş  ustaclu  əmirləri  ilə 



Səksəncəkdə

2683


, ikinci döyüş Übeyd xan və b. özbək sultanları ilə Cam çayında. 

 

Oğlan övladları: 



 

Birincisi: Aləmin və aləm sakinlərinin padşahı Sultan Məhəmməd Xudabəndə. 

 

İkincisi: [II] Şah İsmayıl cənabları. 



 

Üçüncüsü: Sultan Murad mirzədir ki, dinin pənahı olan şah onu Hümayun padşahla birgə Qəndəhara 

göndərmişdi və həmin şəhərdə kiçik yaşlarında dünyadan köçdü. 

 

Dördüncüsü: Sultan Süleyman mirzədir ki, dinin pənahı olan şah onu İmam Rzanın müqəddəs Məş-



hədinə mütəvəlli

2684


 [təyin] etmişdi. Bu il Qəzvin şəhərində o, [II] Şah İsmayılın fərmanı ilə qətlə yetirildi.  

 

Beşincisi:  Sultan  Heydər  mirzə.  Şahın  vəkili  Məsum  bəy  Səfəvi  dinin  pənahı  olan  şah  tərəfindən 



onun lələsi [təyin] edilmişdi. Dinin pənahı olan şahın ölümündən sonra səltənət iddiası edib o qovğada öldü-

rüldü. Necə ki, [yuxarıda] zikr edilmişdir. 

 

Altıncısı: Sultan Mustafa mirzə. O da bu il [II] Şah İsmayılın fərmanı ilə öldürüldü. 



                                                                                                                                                                  

Dinin pənahı olan şahın nəsəbi budur, Şahı yaxşı tanıyıb bil ki, şah budur!”  

2679

 Buqüleşq  XVI  əsr  şairlərindəndir.  Bu  beytdə  Şah  Təhmasibin  xəttatlığa  və  naqqaşlığa  olan  həvəsinə,  katib  və  naqqaşları  hi-



mayə  etməsinə,  asudə  vaxtlarında  eşşək  minməyi  xoşlamasına  və  qəzvinli  vəzir  Qazı  Cahanı  yüksəltməsinə  işarə  edilmişdir  (bax: 

О.А.Эфендиев. Азербайджанское государство Сефевидов, с.115-116).  

2680


 Nuruosmaniyyə nüsxəsi: “yarım dinar”. 

2681


 London nüsxəsi: “əla hamamlar və çarşı”. 

2682


 Baroda nəşri: “Azərbaycan rəiyyəti”. 

2683


 Nuruosmaniyyə nüsxəsi: “Səksəkcük”. 

2684


 Baroda nəşri: “İmam Rza həzrətlərinə xadimbaşı”.  


Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   325   326   327   328   329   330   331   332   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə