HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə333/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   329   330   331   332   333   334   335   336   337

648

 

 



Qapısına gedib rizvan hurinin müjganı ilə,  

Günəş oraya nurdan bir xalı sərib”. 

 

O,  mübarək  məqbərənin içinə girdi və ziyarət şərtlərini yerinə yetirdi. Dərya qədər geniş ürəyində 



qərar tutduğu kimi, o müqəddəs rövzədə nurların müşahidəsi və sirlərin mütaliəsi baş verdi. Böyük seyidləri 

və möhtərəm mücavirləri hüsn-rəğbətə və ehtirama layiq gördü. Ehtiyac sahiblərinə və kasıblara nəzir və sə-

dəqələrin verilməsini buyurdu. Seşənbə günü, rəbiüssani [ayının] 9-da (09.02.1557) əzəmət və səadətlə Hera-

ta daxil olub insaf və ədalət büsatını qurdu. 

 

Qazağın qətlindən sonra dinin pənahı olan şahın əmrinə uyğun olaraq, Qəzvin şəhərinə tərəf hərəkətə 



gəldi. Əmir Qeyb bəy Ustaclunun Herat hakimi vəzifəsinin öhdəsindən gələ bilmədiyi aydınlığa qovuşduqda 

dinin pənahı olan şah yenidən Xorasan vilayətinin hökumət yüyənini o həzrətin iqtidar ovcuna verdi və o, hə-

min tərəfə doğru yola düşdü. Şahqulu sultan Yegan o həzrətin xidmətində idi. 

 

O zaman Abdulla xan ibn İsgəndər ibn Canibəy sultan və Xosrov sultan yaxşı silahlanmış otuz min 



süvari ilə Xorasan vilayətinə gəlmişdilər. O həzrət əsla onlardan çəkinməyib üç yüz süvari ilə o çoxsaylı qo-

şunun üzərinə yollandı. Hərçənd xeyirxah adamlar aləm sakinlərinin şahzadəsinə “bir qədər gözləmək lazım-

dır ki, Xorasan əmirləri çoxlu qoşunlarla səadətli orduya üz tutub qoşulsunlar” deyə təklif etsələr də, o həzrət 

öz doğru düşüncəsi ilə həmin söhbəti qəbul etməyərək igidliklə yola çıxdı və Türbət qalasına daxil oldu. Ab-

dulla xan və Xosrov xan o ətrafda mövqe tutdular və yaxşı silahlanmış qoşunlar hər gün adlı-sanlı özbəklərlə 

mücadilə  və  mübarizə  etdilər.  Neçə  gündən  sonra  xırman  yandıran  özbəklər  tam  məyusluq,  pərişanlıq  və 

utancla hərəkət, bəlkə də, qaçış bayrağını Buxaraya tərəf qaldırdılar. 

 

Beləliklə, Abdulla xanın və digər özbəklərin təkəbbür zirvəsinə yüksəlmiş şövkət və iqtidar bayraq-



ları aşağı endi, onların yardımçılarının, tərəfdarlarının və qoşun heyətlərinin saysızlığı ucbatından təsəvvür 

və xəyal lövhəsi üzərinə çəkdikləri lovğalıq və qürur naxışları zay oldu. O sərvər (Xudabəndə) köç edib Xi-

yaban küçəsindən dəbdəbəli şəkildə dövlətxanaya daxil oldu. Neçə ildən sonra dinin pənahı olan şahın əmri 

ilə hərəkət bayrağını Şiraza tərəf yüksəltdi və Herat hakimliyini öz sevimli oğlu Abbas mirzəyə həvalə etdi. 

Xorasan vilayətinin sakinlərinin hamısı birdən ayrılıq əziyyətinə düşdülər və mühacirətin qəmli səmum külə-

yinə  giriftar  olub  zəhər  dadlı  hicran  camını  qurtumlamağa  könül  verdilər.  O  həzrət  düşmənləri  məhv  edən 

qoşunlarla Şiraz şəhərinə daxil oldu. 

Nəzm 


“Dəbdəbə ilə getdi səadət meydanına, 

Dövlətin rövnəqi və cavanlığın zinəti ilə. 

Apardı qarşısından tez rəftarlı fələyin, 

Kərəm çovqanı ilə əmin-amanlıq topunu”. 

 

Elə ki dinin pənahı olan şahın ölüm xəbəri Şiraza çatdı, o həzrətin xoş niyyətli qəlbində səltənət id-



diası yetişdi. Amma o diyarın valisi Vəli sultan dövlətə arxa çevirdi və səadətli məiyyətdən ayrılıb Qəzvinə 

yola düşdü. Məiyyət dəstələri və qoşun təbəqələri həmçinin vəfasızlıq yoluna riayət edib hamısı Qəzvin şə-

hərinə yollandılar. Ona görə də o həzrət adət-ənənə və şəriət baxımından ona çatan səltənəti tərk edib düşün-

dü ki, əgər səltənət iddiası edərsə, nahaq qan axacaq. Ona görə də şəhərdə sakin oldu və qeybdən gələcək ha-

disənin intizarını çəkdi. 

 

“Sən mülkü istədiyin kəsdən geri alırsan” ayəsinə əsasən, İsmayıl mirzənin cah-calal ayı fanilik məğ-



ribinə  çatdıqda,  “Sən  mülkü  istədiyin  kəsə  verirsən”

2711


 kəlamının  zərurətinə  uyğun  olaraq,  ali  mənşəli 

hökmdarın dövlət və səadət günəşi izzət və şövkət üfüqündən doğdu. Dərgah əmirləri, ordu sərdarları, yük-

sək  məqamlı  vəzirlər,  din  böyükləri  və  imamları,  dövlət  sahibləri,  mənsəb  və  həşəmət  yiyələri  dərgaha  üz 

tutdular. İlk öncə İsgəndər bəy Şamlu altı gün ərzində Qəzvindən Şiraza getdi və padşahlıq müjdəsini çatdır-

dı. Əvvəlcə bu xəbərin [doğruluğunu] qəbul etməsələr də, [gerçəkliyi] aydın olduqdan sonra onu xan [təyin] 

etdilər və ona “Xoşxəbər xan” adını qoydular.  

 

Ertəsi gün Məhəmmədxan sultan Zülqədərin oğlu Əli bəy zəfər şüarlı əsgərlərdən qabaq şəhərə daxil 



olub İsmayıl mirzənin ölüm xəbərini ərz etdi. O həzrət səadətli tale və şərəfli bəxt ilə səltənətə cülus etdi. Or-

                                                 

2711

 Hər iki iqtibasın qaynağı: Qurani-Kərim, “Ali-İmran” surəsi, 26-cı ayə. 




649

 

 



dunun toplanmasından və döyüşkən bahadırların mükəmməl olmasından sonra hərəkət bayrağını Qəzvinə tə-

rəf yüksəltdi. 

Nəzm 

“Gethaget vaxtı kosdan qışqırıq çıxdı, 



Elə bir qışqırıq ki, ondan sərsəm oldu div. 

İki yüz toz dağı Sürəyyadan keçdi, 

Yerin başı uca səmadan keçdi. 

Süvarilərin əlində nizə və tüfəng, 

Parlaq ulduzla doludur yer, lap fələk kimi”. 

 

Şöhrətli Şiraz şəhərinin idarəçiliyini ətrafı və yan-yörəsi ilə birlikdə Məhəmmədxan sultan Zülqədə-



rin oğlu Əli bəyə həvalə etdi, Vəli sultan Zülqədəri və Təbət ağanın oğlu Şahqulu sultanı tutmağa adamlar 

göndərdi.  

 

Mübarək  çətir  uğur  kölgəsini  İsfahan  sakinlərinin  başı  üzərinə  saldıqda  Hüseynqulu  sultan  Şamlu 



aləmin pənahı olan dərgaha gəldi, çadır, alaçıq, saray pərdəsi və bargah gətirib hökmdarın evinin qapısını la-

zımınca qorudu. O zaman şahın qələbə ayətli bayraqlarının hərəkətinin sədası və şahənşahın keçid müjdəsi o 

diyarda dillərə və ağızlara düşdü. Əbədi dövlətin günəşi o vilayətin ətrafını və yan-yörəsini nurlandırdı. Bu 

sətirlərin müəllifi [Həsən bəy Rumlu] aləmin pənahı olan şaha mülazimlik etməyin ehramını canının ortasına 

bağlayıb, Qum şəhərində uğur qibləsinə təzim etmək şərəfinə nail olaraq tam ehtiramla qarşılandı və müqər-

rəblər cərgəsində qərar tutdu. 

 

Dang ribatı izzət və calal çadırlarının qurulduğu yer olduqda Əmir xan Türkman, Xəlil xan Əfşar, 



Qulu  bəy  Qorçubaşı  və  b.  yüksək  şanlı  əmirlər  aləmin  pənahı  olan  dərgaha  gəldilər.  Ribatdan  ayrıldıqdan 

sonra Pirə Məhəmməd xan Ustaclu, Xəlifə Ənsar və ali mənşəli əmirlərdən bir çoxları müzəffər orduya qo-

şuldular.  

 

Hökmdarın məiyyəti Qəzvin şəhərinin ərazisini taleyin bəxşiş alaylarının ulduzları ilə zinətləndirdiyi 



zaman  Süleyman  padşah ibn  Sultan  Üveys  ibn  Sultan  Mahmud  ibn  Sultan  Əbu-Səid  ibn  Mirzə  Sultan  Şah 

Məhəmməd ibn Mirzə Miranşah ibn Sahibqiran Əmir Teymur Kürəkan

2712

 aləmin pənahı olan dərgaha gəldi 



və bu beytləri əzbər söylədi: 

Beytlər 


“Ey şah, sənin qapın aləm şahlarının qibləsidir, 

Fələk sənin tərəfindədir və dünya sənə tabedir. 

Şahlıq rütbəsi bir tək sənə layiqdir

Həmd olsun Allaha ki, tək olan hər nə varsa, möhkəmdir”. 

 

Ona tam ehtiram göstərildi və öz mənzillərinə geri qayıtdı. 



 

O əsnada Pərixan xanımın və Şamxal sultanın müxalifliyi [haqqında] xəbər gəldi. Bunun icmalı belə-

dir ki, nəqşbəndlər onların xəyal aynasında İran səltənətinin ələ keçirilməsinin çox asan olacağı barədə təsəv-

vür yaratmış və Pərixan xanımın evini möhkəmləndirmişdilər. Avaralardan, əclaflardan, ədəbsizlərdən və ya-

ramazlardan [ibarət] bir dəstə də onların yanına gəlmişdi. Şamxal sultan onların varlığı ilə məğrur olmuşdu. 

Pərixan xanım o əbləhlərlə birlikdə qərar vermişdi ki, savaş və döyüş günü əgər qılınc buludundan bəla tufa-

nı yağsa və iti xəncərdən fəna (ölüm) atəşi saçılsa, onların  ətəyi üzərinə bir yara və onların köynəklərinin 

qaytanına bir qığılcım düşməz və hadisələrin tünd küləyindən onların qolçaqlarının səthinə və kandarlarının 

tərəfinə toz qonmaz. Necə batil bir təsəvvür, necə boş bir xəyal! 

 

O həzrət mürüvvətinin çoxluğundan onların yanına yaxşı nitq qabiliyyətinə malik adamlar göndərib 



xəbər verdi: “Bilin ki, calal sahibi olan həzrət (Allah) bizim dövlətimizin səadətli bayraqlarını uca şanlı və 

yüksək təməlli etmiş, yer üzünə bizim ədalət əsasımzı və həşəmət libasımızı yaymışdır (döşəmişdir, sərmiş-

dir).  Bizim  qeyrətimizin  qəhrəmanı  hər  kimin  üzərindən  zəlillik  xətti  çəkərsə,  qəzavü-qədərin  naqqaşı  tale 

qələmi ilə onun varlıq naxışını mövcudluq vərəqləri üzərindən məhv edər. Bizim iqbal günəşimiz, izzət və 

                                                 

2712


 Süleyman padşah (Mirzə Süleyman) – keçmiş Bədəxşan hakimi, Baburun əmisi nəvəsi. 954 / 1547-ci ildə Hümayun padşah tə-

rəfindən məğlubiyyətə uğradılmış, lakin itaətini bildirdikdən sonra öz vəzifəsində saxlanmışdır. Onun hakimiyyətinə özbək hökmdarı 

Abdulla ibn İsgəndər tərəfindən son qoyulmuşdur (Seddon, şərhlər, s.295). 



Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   329   330   331   332   333   334   335   336   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə