lətlərarası beynəlxalq münasibətlər deməkdir. Ona görə ki, döv-
lətlərarası beynəlxalq təşkilatlan dövlətlər yaradırlar; onların üzvləri
ayn-ayrı dövlətlərdən ibarətdir. Buna görə də, dövlətlərarası beynəlxalq
təşkilatlar dövlətlərin birlik formasıdır. Məlum məsələdir ki, əgər
dövlətlər belə təşkilatlarla əlaqəyə girərsə, belə əlaqə dövlətlərarası
münasibət deməkdir.
Dövlətəoxşar qurumlar da dövlətlərə xas olan bir sıra əlamətə
malikdir. Təbii ki, belə qurumlarla dövlətlər arasında yaranan əlaqələr
dövlətlərarası beynəlxalq münasibətlər hesab ediləcəkdir.
Öz dövlət müstəqilliyi uğrunda mübarizə aparan xalq (millət)
formalaşmaqda və yaranmaqda olan dövlət kimi hərəkət edir. Başqa
sözlə, belə millət yaranma prosesində olan dövlət deməkdir. Aydın
məsələdir ki, onunla dövlət arasındakı əlaqə də, faktiki olaraq,
dövlətlərarası münasibət kimi tanınmalıdır və tanınır da.
Dövlətlərarası beynəlxalq münasibətlər iki mənada işlədilir: məhdud
mənada, geniş mənada. Məhdud mənada dövlətlərarası beynəlxalq
münasibətlər yalnız dövlətlər arasında yaranan münasibətlərə deyilir.
Başqa sözlə, məhdud mənada dövlətlərarası beynəlxalq münasibətlər
dedikdə suveren və müstəqil dövlətlərin iştirak etdikləri münasibətlər
başa düşülür; belə münasibətlər klassik beynəlxalq hüququn
nizamasalma predmetini təşkil edir.
Geniş mənada dövlətlərarası beynəlxalq münasibətlər dedikdə
suveren dövlətlərin, öz dövlətçiliyi uğrunda mübarizə aparan millətlərin
(məsələn, Fələstin xalqının və s.), dövlətəoxşar qurumlann və
dövlətlərarası beynəlxalq təşkilatlann (məsələn, Birləşmiş Millətlər
Təşkilatının, Beynəlxalq Valyuta Fondunun, Ümumdünya Ticarət
Təşkilatının, Beynəlxalq Mülki Aviasiya Təşkilatının və s.) iştirakı ilə
yaranan münasibətlər başa düşülür; belə münasibətlər isə müasir
beynəlxalq hüququn nizamasalma predmetini təşkil edir. Müəlliflərin
əksəriyyəti, məsələn, S.V.Çemiçenko’, İ.İ.Lu-
1
Междзшародное право. Учебник / Отв.ред. А.А.Ковалев, С.В.Черни- ченко.
М., 2008, с.25.
27
kaşuk', A.Y.Kapustin^, Q.V.İqnatenko^ və digərləri «dövlətlərarası
beynəlxalq münasibətləD) anlayışının məhdud və geniş mənalarda
işlədilməsmi fərqləndirməsələr də, belə hesab edirlər ki, beynəlxalq
hüququn predmeti rolunda məhz dövlətlərarası beynəlxalq münasibətlər
çıxış edir. Bu fikri tamamlayaraq göstəririk ki, müasir beynəlxalq
hüququn nizamasalma predmetini, sadəcə olaraq, məhdud mənada
dövlətlərarası münasibətlər deyil, bütövlükdə geniş mənada
dövlətlərarası münasibətlər təşkil edir. Tam əminliklə hesab edirik ki,
məsələyə belə yanaşma daha dəqiq və əhatəlidir.
Beynəlxalq münasibətlərin digər növünə, yəni qeyri-hakimiyyət
xarakterli beynəlxalq münasibətlərə gəldikdə isə, qeyd etməliyik ki, belə
münasibətlər dövlət hakimiyyəti səlahiyyətinə və funksiyasına malik
olan qurumlar arasında deyil, ayn-ayn, müxtəlif dövlətlərin fiziki və
hüquqi şəxslərinin, dövlətlərin və qeyri- hökumət beynəlxalq təşkilatların
iştirakı ilə yaranır (məsələn, iki dövlətin hüquqi şəxsləri arasında,
dövlətlə xarici dövlətin hüquqi şəxsləri arasında, dövlətlə qeyri-hökumət
beynəlxalq təşkilat arasında, dövlətlə xarici ölkənin fiziki şəxsi arasında,
iki dövlətin fiziki və hüquqi şəxsləri arasında və s.); həmin münasibətlərə
hüquq ədəbiyyatı səhifələrində qeyri-dövlətlərarası beynəlxalq
münasibətlər* və ya qeyri-dövlət xarakterli beynəlxalq münasibətləri də
deyilir. Beynəlxalq xüsusi (mülki) hüquq elmində isə qeyri- hakimiyyət
xarakterli beynəlxalq münasibətlər «xarici elementli beynəlxalq mülki
münasibətlər» adlanır.® Göstərilən anlayışlar arasında fərq yoxdur və
onlann hamısı eyni məna ifadə edir.
1
Лукашук И.И. Международное право. Учебник. Общая часть. М., 1997, с. 1.
2
Международное право. Учебник / Под общ. ред. А.Я.Капустина. М.,
2008,
С.21.
3
Международное право. Учебник / Отв.ред. Г.В.Игнатенко, О.И.Тиунов. М.,
2009, С.29.
4
Богуславский М.М. Международное экономическое право. М., 1986, с.5.
5
Международное право. Учебник / Отв.ред. Г.В.Игнатенко, О.И.Тиунов. М.,
2009, с.29.
6
Allahverdiyev S.S. Azərbaycan Respublikasının beynəlxalq xüsusi (mülki)
hüquq kursu. Dərslik. Bakı, 2007.
28
Qeyri-hakimiyyət xarakterli beynəlxalq münasibətlər dövlət- lərarası
münasibətlər olmadığına görə beynəlxalq hüquqla tənzimlənmir və onun
nizamasalma predmetinə daxil olmur. Belə ki, beynəlxalq hüquq yalnız
dövlətlərarası münasibətləri nizama salmaq üçündür. Təsadüfi deyil ki, o,
tarixən məhz belə münasibətlərin tənzimləyicisi kimi yaranmış və inkişaf
etmişdir. Nəzərə almaq lazımdır ki, bütün dövrlərdə olduğu kimi, indi də
beynəlxalq hüquqdan ancaq dövlətlərarası münasibətlərin hüquqi
tənzimlənməsi üçün istifadə olunur.
Qeyri-hakimiyyət xarakterli beynəlxalq münasibətlərin hansı
hüquqla tənzimlənməsinə gəldikdə isə, qeyd etməliyik ki, həmin
münasibətlər beynəlxalq xüsusi hüquqla (International private law)
tənzimlənir; onun köməyi və vasitəsi ilə həmin münasibətlərin
iştirakçıları arasındakı qarşılıqlı münasibətlər qaydaya salınır.
Beynəlxalq hüquq və beynəlxalq xüsusi hüquq bir-biri ilə sıx surətdə
bağlıdır.
Hakimiyyət xarakterli (dövlətlərarası) beynəlxalq münasibətlərin
beynəbcalq hüquqla, qeyri-hakimiyyət xarakterh (qeyri-dövlətlərarası)
beynəlxalq
münasibətlərin
isə
beynəlxalq
xüsusi
hüquqla
tənzimlənməsinə baxmayaraq, həmin münasibətlər bir-biri ilə qarşılıqlı
əlaqəlidirlər. Lakin, bir-biri ilə nə qədər qarşılıqlı əlaqədə olsalar da,
onlar vahid sistem halında birləşmirlər. Qeyd etməliyik ki, sistem halında
yalnız hakimiyyət xarakterli (dövlətlərarası) beynəlxalq münasibətlər
birləşir; ona dövlətlərarası münasibətlər sistemi deyilir. «Dövlətlərarası
münasibətlər sistemi» anlayışı müasir beynəlxalq hüquq elmində ilk dəfə
olaraq, sovet dövrünün tamnmış alimi Q.İ.Tunkin tərəfindən
işlədilmişdir.' Alimin fikrincə, dövlət hakimiyyətinə malik olan
qurumlarm arasındakı dövlətlərarası münasibətlər müəyyən bir sistem
təşkil edir. Bu sistemdə iştirak edən subyektlərə gəldikdə isə, qeyd
etməliyik ki, dövlətlər, dövlətlərarası beynəlxalq təşkilatlar, öz dövlət
müstəqilliyi uğrunda mübarizə aparan millətlər (xalqlar) və dövlətəoxşar
qurumlar
1 Тункин Г.И. Право и сила в международной системе. М., 1983,с.10.
29
Dostları ilə paylaş: |