BAKI DÖVLƏT UNİVERSİTETİ
TARİX FAKÜLTƏSİ
№1(1) 2017
“Türk dünyası gənc tədqiqatçılar
dərnəyi”nin Araşdırmaları
1
Bakı - 2017
Tarix fakültəsi Elmi Şurasının 12 may 2017-ci il tarixli qərarı ilə çapa
məsləhət görülmüşdür (protokol № 9).
Redaksiya heyəti:
(əlifba sirası ilə)
t.ü.f.d. Arzu MƏMMƏDOVA - Dünya azərbaycanlıları tarixi
demoqrafiya ETL
t.ü.f.d. Aynur HÜSEYNOVA - Qafqaz tarixi kafedrası
t.ü.f.d. Bəymirzə ŞABİYEV
- Azərbaycan tarixi (təbiət fakültələri
üzrə) kafedrası
t.ü.f.d. Elvira LƏTİFOVA
- Qədim dünya və orta əsrlər tarixi
kafedrası
t.ü.f.d. Kəmalə NƏCƏFOVA - Azərbaycan tarixi (hümanitar
fakültələr üzrə) kafedrası
t.ü.f.d.Kərəm MƏMMƏDOV - Arxeologiya və Etnoqrafiya kafedrası
t.ü.f.d. Qismət DAVUDOV
- Asiya və Afrika ölkələri tarixi
kafedrası
t.ü.f.d. Rövşən HƏTƏMOV
- Avropa və Amerika ölkələrinin yeni
və müasir tarixi kafedrası
t.ü.f.d. Sevinc QASIMOVA
- Mənbəşünaslıq, Tarixşünaslıq və
metodika kafedrası
t.ü.f.d. Sevinc RUİNTƏN
- Türk xalqları tarixi kafedrası
t.ü.f.d. Səidə QULİYEVA
- Türk xalqları tarixi kafedrası
Ingilis dilində məqalələr üzrə məsul
Cavid ƏLİSGƏNDƏRLİ
- Türk xalqları tarixi kafedrası
© Türk Dünyası Gənc Tədqiqatçılar
Dərnəyinin Araşdırmaları, 2017
3
MÜNDƏRİCAT
Osmanlının paytaxtları -
Aişə HƏSƏNOVA (Bakı Dövlət Universiteti, IV kurs
tələbəsi) ................................................................................
5
Northern Azerbaijan during the World War the First -
Ayan KARIMOVA (Baku State University, 2
nd
year
student) ………………………………………………….…
19
Osmanlı sultanı II Əbdülhəmid şəxsiyyəti haqqında –
Lalə ƏSGƏROVA (Bakı Dövlət Universiteti, II kurs
tələbəsi) ……………………………………………………
28
Qədim türklərin ictimai həyatında ibtidai dinlərin yeri -
Fəridə ALLAHVERDİYEVA (Bakı Dövlət Universiteti,
magistrant) ...........................................................................
37
The military-political presence of the U.S and Russia in
the post-soviet Southern Caucasus region: national
interests or a competition -
Guljannat HUSEYNLİ (Baku State University, senior B.A
student) …………………………………………………….
50
SSRİ-nin dağılması və postsovet Mərkəzi Asiya regionunun
dünya dövlətlərinin maraqları sisteminə daxil olması -
Polad RZAYEV (Bakı Dövlət Universiteti, magistrant) .....
62
Azərbaycanin epiqrafik abidələrində türk simvolları -
Sədulla NURİYEV (Bakı Dövlət Universiteti, III kurs
tələbəsi) ...............................................................................
77
1877-1878-ci illər rus-türk müharibəsi ərəfəsində Osmanlı
dövlətinin vəziyyəti: Rusiya və Avropa dövlətlərinin
mövqeyi baxımından -
Ülviyyə HƏSƏNOVA (Bakı Dövlət Universiteti,
magistrant) ...........................................................................
89
Səfəvi dövlətində maarif (XVI-XVII əsrlər) -
Fizulu Ramazanov (Bakı Dövlət Universiteti, SABAH
qrupu IV kurs tələbəsi) .........................................................
100
4
Redaksiyadan
Hazırki jurnal Bakı Dövlət Universitetinin Tarix fa-
kültəsi “Türk xalqları tarixi” kafedrasının nəzdində fəaliy-
yət göstərən “Türk dünyası gənc tədqiqatçılar” dərnəyinin
jurnalı olaraq nəşr edilir. 2017-ci ildə ilk sayı çap olunur.
Türk xalqları tarixi kafedrasının 25 illik yubileyi münasi-
bətilə çap olunması qərara alınıb. İldə 1 sayı nəşr olunacaq,
kafedranın və fakültə Elmi Şurasının qərarları ilə çapa
məsləhət görüləcək. Yalnız tələbələrin məqalələrinin nəşri
nəzərdə tutulur. Məqalələr 4 dildə qəbul ediləcəklər: Azər-
baycan, türk, rus və ingilis dillərində.
Uğurlu başlanğıclar hər birimizə!
Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları
№1(1) 2017
5
Aişə HƏSƏNOVA
Bakı Dövlət Universiteti,
Tarix fakültəsi, IV kurs tələbəsi
E-mail: aishehesenova517@gmail.com
OSMANLININ PAYTAXTLARI
Elmi rəhbər:
Tarix üzrə fəlsəfə doktoru Səidə QULİYEVA
Bakı Dövlət Universiteti
Açar sözlər: Osmanlı, Bursa, Ədirnə, İstanbul
Ключевые слова: Османлы, Бурса, Адирне, Стамбул
Key words: Ottoman, Bursa, Edirne, İstanbul
Osmanlının paytaxtları bəylik, dövlət və imperiya xüsusiyyətləri-
ni ardıcıl proses kimi izləməyə imkan verir. Mövzunun Azərbaycanda
tədqiqata cəlb edilməməsi bu sahədə araşdırmaların əhəmiyyətini
göstərir. Məqalədə Söyüd, Biləcik, Bursa, Ədirnə və İstanbul şəhərlə-
rinin siyasi, iqtisadi, inzibati əhəmiyyəti Türkiyə Cümhuriyyətinin təd-
qiqatçılarının əsərləri əsasında araşdırılır, həmçinin şəhərlərin müasir
dövrə qədər qorunan abidələri haqqında da məlumat verilir.
Ümumtürk tarixində türk imperiyalarından sonuncusu, dünyada
ən uzunömurlüsü və böyük əraziyə malik zəngin özəlliyi olan dövlət
Osmanlı dövlətidir. Dünyada türklüyün möhtəşəm yüksəlişi və təkrar-
sız, qürurduyulası tarixi qəhrəmanlıqları ilə bağlı məqamlar çoxdur.Bu
baxımdan türk tarixinin Osmanlı dövrü türklüyün böyük fəxarətinə,
qan yaddaşına çevrilmişdir.
Osmanlı tarixinin Azərbaycan tədqiqatçıları tərəfindən araşdı-
rılmayan mövzularından biri dövlətin siyasi-inzibati mərkəzləri
barədə mövzulardır. Bəylik, dövlət və imperiya xüsusiyyətlərinə uy-
ğun bu mərkəzlər bu gün də Türkiyə Cümhuriyyətinin əhəmiyyətli
şəhərləridir. Osmanlının paytaxtları olmuş həmin şəhərlərin dövrlərə
görə əhəmiyyəti, Osmanlı tərəfindən fəthi Türkiyə Cümhuriyyəti təd-
qiqtaçılarının əsərləri əsasında araşdırılmışdır.
Dostları ilə paylaş: |