İnformasiya elmi-NƏZƏRİ VƏ TƏCRÜBİ jurnal


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə47/54
tarix22.07.2018
ölçüsü1,1 Mb.
#58322
1   ...   43   44   45   46   47   48   49   50   ...   54

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 107
ОБ ЭЛЕКТРОННЫХ БИБЛИОТЕКАХ  
ЗАРУБЕЖНЫХ АВТОРОВ 
 
Н.Н. ИСМАИЛОВА 
 
РЕЗЮМЕ 
 
В  статье  затронуты  вопросы  относительно  электронных  биб-
лиотек и их комплектовании, а также проблемы с авторскими правами. 
В этом контексте были проанализированы мнения зарубежных авторов 
и  изучен  опыт  передовых  государств.  Эти  мнения  и  опыт  представ-
ляют  большое  значение  для  Азербайджана,  только  вступающего  на 
этап информационного общества, и его библиотек. 
 
THE FOREIGN AUTHORS ABOUT  
ELECTRONIC LIBRARIES 
 
N.N. ISMAYILOVA 
 
SUMMARY 
 
The article covers the common issues about the electronic libraries, 
their acquisition and copyright problems. In this context, the views of foreign 
authors are cited and the experiences of advanced countries have been 
analyzed. These experiences and views are of great importance for Azerbaijan 
and its libraries. 
 
 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 108
 
MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANDA MƏRKƏZLƏŞDİRİLMİŞ  
KİTABXANA SİSTEMLƏRİNİN İNKİŞAF XÜSUSİYYƏTLƏRİ  
 
S.A.XƏLƏFOVA 
Bakı Dövlət Universiteti 
 
1993-cü ildə görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Heydər 
Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycan xalqının gələcək 
tale-yində, dövlətçiliyimizin möhkəmləndirilməsində mühüm tarixi hadisəyə 
çevrildiyi kimi mədəniyyətimizin mühüm tərkib hissəsi olan kitabxana işinin 
yenidən qurulmasında və inkişafında da yeni mərhələnin başlanğıcı oldu. 
Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində iqtisadiyyatla yanaşı, 
mədəni quruculuq sahəsində  də  əsaslı islahatlar aparılmış, təhsil, elm, 
mədəniyyət və incəsənətin yenidən qurulması və inkişafı üçün olduqca böyük 
tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər içərisində kitabxana quruculuğu 
sahəsində həyata keçirilən tədbirlər daha geniş miqyas almışdı. 
Keçmiş sosializm cəmiyyətindən müstəqil Azərbaycan dövlətinə kitab-
xana işi sahəsində o qədər də ürəkaçan irs qalmamışdı. Doğrudur, Sovet 
hakimiyyəti illərində kitabxana quruculuğu sahəsində xeyli iş görülmüş, geniş 
kitabxanalar  şəbəkəsi yaradılmış,  əhaliyə kitabxana xidmətinin təşkili 
istiqamətində mühüm addımlar atılmışdı. Belə ki, 1990-cı ilin əvvəllərində 
respublikada 120 milyondan artıq kitab fondu olan 10.000-ə yaxın kitabxana 
fəaliyyət göstərirdi. Bu kitabxanalar 4 milyon oxucuya xidmət edirdi. Bütün 
bunlara baxmayaraq əhaliyə kitabxana xidmətinin təşkili dövrün tələblərinə 
cavab vermirdi. Kitabxanalar “qalıq” prinsipi əsasında maliyyələşdirildi-
yindən yeni kitabxanalar açmaq, onların maddi-texniki bazasını möhkəmlən-
dirmək, kitab fondlarını yeni ədəbiyyatla komplektləşdirmək böyük çətinliklər 
doğururdu. Kitabxana işinin idarə edilməsində, sosializm cəmiyyətinin təbi-
ətindən doğan, illərdən bəri dərin kök salmış ciddi ideoloji, siyasi, anti-
demokratik prinsiplər hökm sürməkdə idi. Kitabxanalar partiya və dövlət or-
qanlarının nəzarəti altında fəaliyyət göstərirdi, təbliğat-təşviqat işində partiya 
təşkilatlarının dayaq bazaları hesab edildiklərindən yerlərdə onlara partiya təş-
kilatları rəhbərlik  edirdi. Kitabxana işinə dövlət nəzarəti senzura - Baş Siyasi 
Mətbuat İdarəsi tərəfindən həyata keçirilirdi [2, 32].  
Sovet kitabxanalarında tətbiq edilən antidemokratik iş formalarından 
biri də kataloqların tərtibi sahəsində tətbiq edilən qaydalar idi. Bu qaydalara 
görə, böyük kitabxanalarda iki kataloq: xidmət kataloqu və oxucu kataloqu 
tərtib edilirdi. Kitabxananın fondunda olan bütün kitabları əhatə edən xidmət 
kataloqu kitabxanaçıların istifadəsi üçün nəzərdə tutulurdu. Oxunmasına 


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 
№ 

         
 
 
 
 
 
2010 
 109
qadağa qoyulmayan kitabları  əhatə edən “oxucu kataloqu” isə oxucuların 
istifadəsi üçün tərtib edilirdi. Bu cür kataloq sisteminin yaradılmasında  əsas 
məqsəd istifadəsinə icazə verilməyən kitabları oxuculardan gizlətmək idi. Öz 
mahiyyəti ilə antidemokratik, antihumanist olan bu qaydalar böyük kitabxa-
naların fondunda saxlanılan çox qiymətli kitabların geniş oxucu kütləsi 
tərəfindən istifadəsinə ciddi maneçilik törətməklə, kitabxana fondlarının 
dövriyyəsini aşağı salırdı. Halbuki o dövrdə dünyanın böyük kitabxanaları 
kitabxana xidmətinin  əsas məqsəd və  vəzifəsini kitabxana fondlarından 
maksimum istifadə etmək işinin təşkilində görürdü. 
80-ci illərin ikinci yarısından başlayaraq Sovetlər  İttifaqında aparılan 
yenidənqurma işlərinin iflasa uğraması, ölkədə baş verən iqtisadi böhran öz 
təsirini Azərbaycana da göstərmişdi. Respublikada, bütün sahələrdə olduğu 
kimi kitabxana işi sahəsində də ciddi problemlər yaranmışdı. Kitabxana işinə 
ayrılan maliyyə  vəsaiti xeyli azalmışdı  və ayrılan vəsait öz təyinatı üzrə 
xərclənmirdi. 1988-ci ildən başlayaraq respublikada iqtisadi və siyasi böhran 
daha da kəskinləşdi.  İdarəetmədə ciddi hərc-mərclik, xaos baş alıb getməyə 
başladı. 1988-ci ilin axırlarından alovlanmağa başlayan qondarma Dağlıq Qa-
rabağ problemi bu böhranı daha da dərinləşdirdi. Ölkədə  mədəniyyət müəs-
sisələrinin, o cümlədən kitabxana işinin vəziyyəti olduqca pisləşdi. 1993-cü 
ilə qədər davam etmiş bu proses kitabxana işinə olduqca böyük zərbə vurmuş, 
torpaqlarımızın erməni vandalları  tərəfindən işğalı zamanı 4 milyon nüsxə 
kitabı olan 982 kitabxana məhv edilmişdi. AXC-Müsavat hakimiyyəti döv-
ründə kitabxanalara ayrılan vəsait azaldılıb minimuma endirilmiş, özəlləş-
dirmə adı altında kitabxanaların binalarının  əllərindən alınması kampaniyası 
başlanmışdı. Bu dövrdə bir çox elmi müəssisələrin, mədəniyyət ocaqlarının və 
kitabxanaların binası əllərindən alınmış, onlar bağlanmışdı [4, 46]. 
1991-1992-ci illərdə  ləğv edilən kitabxana şəbəkələri içərisində 
Azərbaycan Kommunist Partiyasının, Bakı Partiya Komitəsinin, rayon partiya 
komitələrinin, böyük idarə  və müəssisələrin partiya komitələrinin və Azər-
baycan Həmkarlar İttifaqının, bir sıra idarə və müəssisələrin, siyasi və ictimai 
təşkilatların kitabxanaları da var idi [3, 54].  
Bu dövrdə respublikamızda  ən çox zərər çəkən kitabxana şəbəkə-
lərindən biri də texniki kitabxana şəbəkəsi olmuşdur. Respublikada başlayan 
və getdikcə  dərinləşən iqtisadi böhran, istehsal müəssisələrinin, fabrik və 
zavodların bir-birinin ardınca bağlanması  həmin müəssisələrdə olan texniki 
kitabxanaların da bağlanmasına səbəb oldu. Texniki kitabxanaların illər boyu 
toplanmış, formalaşmış zəngin fondu və avadanlığı qısa bir müddət içərisində 
tamamilə talan edilmişdi. Beləliklə, 1991-1992-ci illərdə 100-ə yaxın texniki 
kitabxana bağlanmışdı [2, 58].  


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə