67
İQTİSADİYYATIN VƏ İXRACIN
DİVERSİFİKASİYA
məhsullarının istehsalına ehtiyac var. Bu isə ilk növbədə beynəlxalq standartlara uyğun fitosanitar və
veterinar laboratoriya şəbəkəsi mövcudluğunu və həmin laboratoriyaların bütün regionlarda yaradılmasını
və onların xidmətlərindən istifadənin bütün fermerlər üçün eyni dərəcədə əlçatan olmasını tələb edir.
Nəzərə almaq lazımdır ki, bu cür keyfiyyət şərtlərinə yalnız DTT-nin və ya AB-nin üzv ölkələrində hərtərəfli
təminat və qarşılıqlı nəzarət mexanizmləri mövcuddur. Azərbaycan isə bu qurumlardan heç birinə üzv deyil.
İkincisi, ölkədə ixracın hökumət tərəfindən dəstəklənməsi üçün zəruri infrastrukturun (təşkilati, hüquqi)
qurulmasına ehtiyac var. Məsələn, sərhədyanı ticarət yaradılmayıb. Halbuki ən azından Rusiya, Gürcüstan
və Türkiyə ilə sərhəddə ortaq kənd təsərrüfatı məhsulları bazarları təşkil oluna bilər. Ölkədə kənd təsərrüfatı
məhsullarının ixracını stimullaşdıran mexanizmlər formalaşdırılmayıb. Belə mexanizmlərin elementləri
kimi ixrac prosedurlarının sadələşdirilməsini və sürətləndirilməsini qeyd etmək olar. Həmçinin malların
ixracı üçün bürokratik əngəllər və ixracatçıların məhsullarını bahalaşdıran qeyri-rəsmi ixrac ödənişləri
problem olaraq qalıb. Kənd təsərrüfatı məhsullarının ixracı zamanı sertifikatların (gigiyenik və uyğunluq
sertifikatları, fitosaniar sertifikat və ya baytarlıq şəhadətnaməsi) hər biri üçün zəruri sənədlərin toplanması
və təqdim edilməsi, sertifikatların alınması uzun müddətə, həmçinin rəsmi və qeyri-rəsmi ödənişlərə başa
gəlir. Diqqəti çəkən bir məqam da bundan ibarətdir ki, məhsul ixracı zamanı eyni məhsulun müxtəlif
partiyaları üçün bu sertifikatlar yenidən alınmalıdır və bütün prosedurlar təkrarlanmalıdır. Bütün zəruri
sənədlərin hazır olduğu şəraitdə belə məhsulların gömrük sərhədindən keçirilməsi zamanı sahibkarlar bir
sıra süni maneələrlə üzləşirlər. Belə süni maneələrin aşılması da uzun müddət və əlavə xərclər hesabına baş
verir.
2. Dövlət ehtiyacları üçün müqavilə əsasında bilavasitə fermerlərdən kənd təsərrüfatı məhsullarının
alınmasını nəzərdə tutan satınalınma sistemi yaradılmayıb. Bu, həm dövlət ehtiyacları (xəstəxanalar,
ordu, internat məktəblər, qocalar evləri və s.) üçün kənd təsərrüfatı məhsullarının daxili bazardan alışına,
həm də fermerlərin məhsullarının sərfəli qiymətlərlə dövlət tərəfindən alınacağına rəsmi zəmanətin
verilməsilə bağlı hüquqi mexanizmlərin formalaşdırılmasını nəzərdə tutur.
3. Kənd təsərrüfatına yararlı torpaqların mineral gübrələrlə təchizatı səviyyəsi aşağı olub. Mineral gübrələr
(azot, kalium və fosfor) torpağın münbitliyinin qorunması üçün ən vacib vasitə, aqrar sektorun inkişafını və
istehsal olunan məhsulların rəqabətqabiliyyətliyinin artırılmasını təmin edən ən zəruri şərtlərdən biri hesab
olunur. Xüsusilə də əkilən torpaqlar il ərzində məhsula verdiyi qidalandırıcı maddələri onlara verilən mineral
gübrələr vasitəsilə bərpa edə bilir. Ən yaxşı təcrübəyə görə (ABŞ və Qərbi Avropa ölkələrində), hər hektara
verilən mineral gübrələrin (kalium, natrium və fosfor gübrələri birlikdə) həcmi orta 200-250
84
, Azərbaycanda
isə 15 kq təşkil edir
85
. Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 saylı qərarı ilə təsdiqlənmiş «Aqrolizinq»
ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral
gübrələrin güzəştlə satılması Qaydaları»na əsasən mineral gübrələrin əldə olunması ilə bağlı fermerlərə
güzəşt nəzərdə tutulur. Bütün növdən olan bitkiçilik məhsullarının becərilməsi ilə məşğul olan təsərrüfat
subyektləri hər hektar əkin sahəsinə görə pulsuz olaraq 150 kiloqram həcmində gübrə, yaxud 25 manat
məbləğində kompensasiya ala bilər. Lakin fermerlərlə aparılan müsahibələr hazırda gübrələrin əldə
olunması və güzəştli təchizat sahəsində aşağıdakı problemlərin olduğunu üzə çıxarıb: a) gübrələrin də
sertifikatlaşdırılmasına baxmayaraq, onlar heç də həmişə zəruri keyfiyyət standartlarına cavab vermir; b)
Gübrələrin qiymətləri fermerlər, xüsusilə də xırda istehsalçılar üçün sərfəli deyil. Azərbaycan bitkiçilik
üçün zəruri olan həmin vasitələrin hamısını kənardan idxal edir. Bir tərəfdən idxal rüsumları, nəqliyyat
xərcləri, digər tərəfdən isə gömrükdə qeyri-rəsmi ödənişlər, gübrə idxalında rəqabətin olmaması bazarda
inhisarçı qiymətləri formalaşdırmaqla pestisid və gübrələri daha da bahalaşdırır. Hətta bəzən “Aqrolizinq”
ASC vasitəsilə gətirilən gübrələrin qiyməti sahibkarların satdığı anAloji məhsulların qiymətindən daha baha
84
«
Проблемы деградации и восстановления продуктивности земель сельскохозяйственного назначения в
России» Российская Академия Rossiyskaə Akademiə Сельскохозяйственных Наук. Москва, 2008
85
http://www.azstat.org/statinfo/agriculture/az/018.shtml
68
İQTİSADİYYATIN VƏ İXRACIN
DİVERSİFİKASİYA
olur. Bütün bunların nəticəsidir ki, 1990-cı illərin əvvəli ilə müqayisədə 2000-ci illərin əvvəllərində mineral
gübrələrin istifadəsi 18,5 dəfə azalaraq 740 min tondan 40 min tona enib
86
.
4. Torpaqların keyfiyyətinin itirilməsinin qarşısının alınması ilə bağlı hökumət yaxşı işlənmiş strategiyaya,
həmçinin qısa, orta və uzunmüddətli tədbirlər planına malik deyil. Halbuki hökumət kənd təsərrüfatı
torpaqlarının keyfiyyətinin pisləşməsinə səbəb olan hər bir amilin qarşısının alınması və ya nəticələrinin
aradan qaldırılması üçün dəqiq işlənmiş təsir mexanizmlərinə malik olmalıdır. Həmin amillərə daxildir:
a) Torpaqların aqrokimyəvi xüsusiyyətlərinin itirilməsinə və fiziki deqradasiyasına səbəb olan faktorlar; b)
Torpaqların şoranlaşması və şorakətləşməsi ilə bağlı amillər; c) Külək və su erroziyası ilə bağlı faktorlar.
5. Dövlət büdcəsindən ayrılan subsidiyaların səmərəliliyi aşağıdır. Hazırda tətbiq olunan hüquqi mexanizmlər
əsasən bitkiçilik məhsulları istehsalçılarına subsidiya paketi təqdim edilməsini nəzərdə tutur. Fermerlerin
4 növ subsidiya (bunlardan üçü bitkiçilik, biri isə heyvandarlıq sektoru ilə bağlıdır) almaq imkanı var. Bura
yanacaq və motor yağına, mineral gübrələrə, yüksək keyfiyyətli toxumlara və cins heyvanlara görə ödənilən subsidiyalar
daxildir. Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 saylı qərarına əsasən istehsalçılar əkin sahəsinin
və çoxillik əkmələrin hər hektarı üçün becərmədə istifadə olunan yanacaq və motor yağları dəyərinin orta
hesabla 50%-i həcmində – 40 manat məbləğində yardım verilir. Bundan əlavə, buğda əkinlərinin hər hektarı
üçün əlavə olaraq 40 manat (ümumilikdə 80 manat) subsidiya verilir. Həmçinin bütün növdən olan bitkiçilik
məhsullarının becərilməsi ilə məşğul olan təsərrüfat subyektləri hər hektar əkin sahəsi üçün pulsuz olaraq
150 kq gübrə, yaxud 25 manat məbləğində kompensasiya ala bilər. Nazirlər Kabinetinin 25 iyun 2007-ci il
tarixli 103 saylı qərarına görə, toxumçuluq və tinglik təsərrüfatları yetişdirdikləri 1-ci və 2-ci reproduksiyalı
toxumlara (həmçinin tinglərinə) görə istehsalçılara dövlət büdcəsi hesabına subsidiya ödənilir. Subsidiya
müraciət edən subyektə o halda ödənilir ki, iddiaçı satışa çıxarılan toxum və tinglərin keyfiyyətini təsdiq edən
sertifikatın surəti, müvafiq təsərrüfatların həmin toxum və tingləri əkməsinə dair rayon toxum müfəttişliyi
tərəfindən verilən arayış müraciətə əlavə olunur. Qaydalara əsasən, toxumçuluq təsərrüfatlarına məhsulun
növündən asılı olaraq (ümumilikdə 12 növ məhsula) 1-ci reproduksiyalı toxumların hər kiloqramı üçün 10
qəpik–21,68 manat intervalında (lakin satış qiymətinin 40%-indən çox olmamaq şərtilə), 2-ci reproduksiyalı
toxumların hər kiloqramı üçün 7 qəpik–14,19 intervalında (lakin satış qiymətinin 30%-indən çox olmamala)
subsidiya ödənilir. Nəhayət, Nazirlər Kabinetinin 22 sentyabr 2008-ci il tarixli qərarına əsasən, dövlət xəttilə
xaricdən gətirilən damazlıq heyvanların 50%-i subsidiya formasında fermerlərə güzəşt olunur.
Səmərəlilik və nəticəlilik baxımından qiymətləndirməyə gəldikdə, ümumiyyətlə subsidiyalaşmanın
məqsədi kənd təsərrüfatı istehsalını artırmaqdır. Hökumət bəyan edirli ki, subsidiyanın tətbiqi ilə əlaqədar
2007-ci illə müqayisədə 2008-2009-cu illərdə buğda əkinlərinin sahəsi 220 min hektara qədər artıb. Amma
2010-cu ildə əvvəlki illə müqayisədə buğda əkinləri 150 min hektardan çox azalarq 2008-ci ilin səviyyəsinə
enib. Yeri gəlmişkən, DTT üzv və üzvlüyə can atan ölkələrə aqrar sektora müdaxiləni minimuma endirməyi
tələb etməklə yanaşı, dövlət dəstəyinin də maksimal effektivliyinin təmin edilməsinə önəm verir. Bu sahədə
maraqlı təcrübələrdən biri kənd təsərrüfatı istehsalına təsir etməyən, amma güclü istehsal potensialının
qorunmasına, yəni istehsalcıların maddi vəziyyətinin dəstəklənməsinə hədəflənən siyasətin həyata
keçirilməsidir. Bu təcrübə son illər dövlət dəstəyini istehsal halqasından ayırmağa calışan Avropa Birliyində
tətbiq edilir
87
. Digər təcrübə kimi bəzi ölkələrdə tətbiq edilən subsidiyalaşdırılan prioritet sahələrin müəyyən
edilməsidir. Bu siyasətlə ölkə özü üçün vacib sahələri müəyyənləşdirir və “de minimis” (dəstəyin xüsusi
çəkisi) dərəcəsini aşmamaqla seçilmiş sektorlara dolayı yolla köməklik edir. Məsələn, Kanadada analoji
sektorlar kimi süd, yumurta və ev quşları istehsalını göstərmək olar
88
. Nəhayət, OECD-in tədqiqatları göstərir
ki, “qiymət dəstəyi” və “istehsal faktorlarının kompensasiya edilməsi” (məs: yanacağın və sürtkü yağlarının)
86
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”
87
http://www.oecd.org/dataoecd/61/3/39524780.pdf
88
http://www.oecd.org/dataoecd/61/3/39524780.pdf