«Ey Adəm, sən zövcənlə Cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən,
istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca yaxın gəlməyin! Yoxsa
özünüzə zülm edənlərdən olarsınız» (əl-Bəqərə 2:35).
Allah nə qədər rəhmlidir!
O, ilk insanlara bütün yer üzünü bəxş etmişdi. Bu bəxşiş onlara Yaradanı xatırlatmaqla
bərabər, həm də gözəl bağ idi. Əlbəttə ki, Adəm və Həvva hər ikisi eyni dərəcədə xoşbəxt və
minnətdar idilər.
Əziz oxucular, varlı sahibkarın böyük mülkünü təsəvvürünüzə gətirin. Təsəvvür edin ki, bir
gün həmin sahibkar kasıb adama yaxınlaşıb deyir: «Sən o qədər kasıbsan ki, geyinməyə paltarın
belə yoxdur. Mən bu gözəl bağı bütün meyvə ağacları - portağal, ərik, şaftalı və s. ilə birlikdə
sənə hədiyyə etmək istəyirəm. Bütün bunlar bu andan e`tibarən səninkidir. Lakin bu minlərlə
ağacın içində yalnız bircə dənəsi mənimkidir. Onun meyvəsindən dərib yemə». Belə bir şey
sizin başınıza gəlsəydi, özünüzü xoşbəxt və minnətdar hiss edərdinizmi? Yaxud bəlkə siz bu
qadağanı ədalətsiz hesab edərdiniz? Necə fikirləşirsiniz, sahibkarın şərtinə əməl etməyən
zaman, o, sizinlə necə rəftar edərdi?
Qur`anda oxuyuruq ki, Allah Cənnət bağını Adəmlə Həvvaya e`tibar etmişdi, lakin Allahın
və insanların düşməni Iblis gəldi və onları yoldan çıxartdı.
«Şeytan Adəmin və Həvvanın örtülü ayıb yerlərini özlərinə göstərmək
məqsədilə pıçıldayıb dedi: «Rəbbiniz sizə bu ağacı yalnız mələk
olmamağınız və ya əbədi qalmamağınız üçün qadağan etmişdir» (əl-
Ə`raf 7:20).
Adəm və Həvva şeytana qulaq asaraq qadağan olunmuş meyvəni yedilər, nəticədə, əbədi
həyatı itirdilər və ölüm qazandılar. Ölüm - günahın nəticəsidir. Onun mahiyyəti nədir: Allahın
verdiyi cəza, yoxsa Ona qarşı itaətsizlik və qiyamın məntiqi nəticəsi? Nə üçün günah həyatın
bitməsinə gətirib çıxarır?
Əziz oxucular, mən yenə də sizin obrazlı düşüncənizə müraciət edirəm. Sahibi olduğunuz
böyük bağı suvarmaq üçün istifadə edilən təmiz, saf su mənbəyini təsəvvürünüzə gətirin. Bağın
suvarılması dayandırılsa, nə baş verər? Torpaq quruyar və bitkilər məhv olar.
Ilk insanların da başına buna bənzər bir hadisə gəldi. Nə qədər ki Adəm və Həvva Allaha
itaət edirdilər, onlar öz Yaradanlarından gözəl, xeyir-dualı həyat alırdılar. Zira Allah həyat
mənbəyidir və O, həyatın özüdür. Lakin əcdadlarımız itaətsizlik göstərdikləri zaman onlarla
Allah arasındakı ünsiyyət pozuldu. Mənbə tükənmədi, ondan istifadə könüllü surətdə aradan
qaldırıldı. Məgər onların günahı bu qədər böyük idimi ki, belə nəticələr versin? Bu suala
cavabvermək üçün bir misalı da nəzərdən keçirək.
Elektrik stansiyalarında istehsal olunmuş elektrik enercisi elektrik xətləri vasitəsilə
evlərimizə çatdırılır. Istifadə etdiyimiz məişət avadanlıqlarının və çıraqların işləməsi üçün
elektrik enercisi tələb olunur. Əgər kimsə 10 metrlik naqili kəsib xətdən ayırsa, avadanlıqların
işi dayanacaq, lampalar isə işıq saçmayacaq. Elektrik enercisi mənbəyi ilə əlaqəni kəsməyin təbii
nəticəsi göz qabağındadır. Lakin bu cür nəticəni əldə etmək üçün 10 metr naqil hissəsini
kəsmək vacib deyil. Xəttin tamlığını pozmaq üçün mikroskopik bir kəsik də kifayət edər.
Allaha itaətsizlik zamanı da bu cür baş verir. Kiçik və ya böyük olmasından asılı olmayaraq,
hər cür itaətsizlik Allahla münasibətlərin pozulmasına gətirib çıxarır. Halbuki, insani nöqteyi-
nəzərdən günahı - təhlükəsiz günah və dəhşətli günah kimi iki qismə ayırmaq olar. Yanılmayın,
Allah o qədər müqəddəsdir ki, ən «kiçicik» günah belə Onunla bizim aramızdakı
münasibətlərin pozulması ilə nəticələnir!
Məhz buna görə də, çoxlarımızın verdiyi qiymətə əsasən dünyada yaxşı insanların sayının
çox olmasına baxmayaraq, hər bir insan Allahdan uzaqlaşmışdır və ölümə məhkumdur. Adəm
və Həvvanın nəsli onların düşkün təbiətlərini və ondan doğan acı nəticələri miras olaraq
almışdırlar. Doğrudanmı əcdadlarımız özlərinin ehtiyatsız davranışlarının bütün ağırlığını dərk
etmirdilər?
«Adəm və Həvva ağacın meyvələrindən daddıqda ayıb yerləri göründü.
Onlar Cənnət yarpaqlarından ayıb yerlərinin üstünü örtməyə başladılar.
Rəbbi onlara müraciət edib buyurdu: “Məgər sizə bu ağaca yaxınlaşmağı
qadağan
etməmişdimmi?
Şeytan
sizin
aşkar
düşməninizdir,
deməmişdimmi?” Adəm və Həvva: “Ey Rəbbimiz! Biz özümüzə zülm
etdik. Əgər bizi bağışlamasan və mərhəmət etməsən, biz, şübhəsiz ki,
ziyana uğrayanlardan olarıq!” - dedilər» (əl-Ə`raf 7:22, 23).
Məhəbbət qorxu ilə əvəz olundu. Adəmlə Həvva Allahdan əfv diləyirdilər, onlar xəcalət
çəkirdilər. Günah işlədən və Allahın hər şeyi gördüyünü dərk edən zaman mən də utanıb
xəcalət çəkirəm. O zaman sanki məni çılpaq görüblərmiş kimi, özümü narahat hiss edirəm.
Adəm və Həvva müqəddəslik və paklıq donunu itirən zaman, öz çılpaqlıqlarını örtməyə
çalışdılar. Lakin hər şeyi Görənin gözü önündə heç nə gizli qala bilməz. Cənnət bağının heç bir
yarpağı ilk insanların itaətsizliyini Allahdan gizlətmək iqtidarında deyildi. Günahkar Allahın
önündə «çılpaq»dır, çünki Allah bizim ən gizli fikirlərimizi də oxumağa qadirdir. Hətta saysız-
hesabsız xeyirxah əməllər də günahı gizlədə və ya ört-basdır edə bilməz. Ədalətli Allahın
çıxartdığı hökm təxirəsalınmaz və dəyişilməzdir.