Йалныз Аллащ



Yüklə 266,43 Kb.
səhifə9/11
tarix25.06.2018
ölçüsü266,43 Kb.
#51433
1   2   3   4   5   6   7   8   9   10   11

«Ey Adəm, sən zövcənlə Cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən, 

istədiyiniz  kimi,  bol-bol  yeyin,  yalnız  bu  ağaca  yaxın  gəlməyin!  Yoxsa 

özünüzə zülm edənlərdən olarsınız» (əl-Bəqərə 2:35). 

 

Allah nə qədər rəhmlidir! 



O,  ilk  insanlara  bütün  yer  üzünü  bəxş  etmişdi.  Bu  bəxşiş  onlara  Yaradanı  xatırlatmaqla 

bərabər,  həm  də  gözəl  bağ idi.  Əlbəttə ki,  Adəm  və Həvva  hər ikisi  eyni  dərəcədə  xoşbəxt  və 

minnətdar idilər.  

Əziz oxucular, varlı sahibkarın böyük mülkünü təsəvvürünüzə gətirin. Təsəvvür edin ki, bir 

gün həmin sahibkar kasıb adama yaxınlaşıb deyir: «Sən o qədər kasıbsan ki, geyinməyə paltarın 

belə yoxdur. Mən bu gözəl bağı bütün meyvə ağacları - portağal, ərik, şaftalı və s. ilə birlikdə 

sənə hədiyyə etmək istəyirəm. Bütün bunlar bu andan e`tibarən səninkidir. Lakin bu minlərlə 

ağacın  içində  yalnız  bircə  dənəsi  mənimkidir.  Onun  meyvəsindən  dərib  yemə».  Belə  bir  şey 

sizin  başınıza  gəlsəydi,  özünüzü  xoşbəxt  və  minnətdar  hiss  edərdinizmi?  Yaxud  bəlkə  siz  bu 

qadağanı  ədalətsiz  hesab  edərdiniz?  Necə  fikirləşirsiniz,  sahibkarın  şərtinə  əməl  etməyən 

zaman, o, sizinlə necə rəftar edərdi? 

Qur`anda oxuyuruq ki, Allah Cənnət bağını Adəmlə Həvvaya e`tibar etmişdi, lakin Allahın 

və insanların düşməni Iblis gəldi və onları yoldan çıxartdı. 

 

«Şeytan  Adəmin  və  Həvvanın  örtülü  ayıb  yerlərini  özlərinə  göstərmək 



məqsədilə  pıçıldayıb  dedi:  «Rəbbiniz  sizə  bu  ağacı  yalnız  mələk 

olmamağınız  və  ya  əbədi  qalmamağınız  üçün  qadağan  etmişdir»  (əl-

Ə`raf 7:20). 

 

Adəm  və  Həvva  şeytana  qulaq  asaraq  qadağan  olunmuş  meyvəni  yedilər,  nəticədə,  əbədi 



həyatı itirdilər və ölüm qazandılar. Ölüm - günahın nəticəsidir. Onun mahiyyəti nədir: Allahın 

verdiyi  cəza, yoxsa  Ona  qarşı itaətsizlik və  qiyamın məntiqi  nəticəsi?  Nə  üçün  günah  həyatın 

bitməsinə gətirib çıxarır?  

Əziz  oxucular,  mən  yenə  də  sizin  obrazlı  düşüncənizə  müraciət  edirəm.  Sahibi  olduğunuz 

böyük bağı suvarmaq üçün istifadə edilən təmiz, saf su mənbəyini təsəvvürünüzə gətirin. Bağın 

suvarılması dayandırılsa, nə baş verər? Torpaq quruyar və bitkilər məhv olar.  

Ilk insanların da  başına  buna  bənzər  bir hadisə  gəldi.  Nə  qədər  ki Adəm  və Həvva  Allaha 

itaət  edirdilər,  onlar  öz  Yaradanlarından  gözəl,  xeyir-dualı  həyat  alırdılar.  Zira  Allah  həyat 

mənbəyidir  və  O,  həyatın  özüdür.  Lakin  əcdadlarımız  itaətsizlik  göstərdikləri  zaman  onlarla 

Allah arasındakı ünsiyyət pozuldu. Mənbə tükənmədi, ondan istifadə könüllü surətdə aradan 




qaldırıldı.  Məgər  onların  günahı  bu  qədər  böyük  idimi  ki,  belə  nəticələr  versin?  Bu  suala 

cavabvermək üçün bir misalı da nəzərdən keçirək.  

Elektrik  stansiyalarında  istehsal  olunmuş  elektrik  enercisi  elektrik  xətləri  vasitəsilə 

evlərimizə  çatdırılır.  Istifadə  etdiyimiz  məişət  avadanlıqlarının  və  çıraqların  işləməsi  üçün  

elektrik enercisi tələb olunur. Əgər kimsə 10 metrlik naqili kəsib xətdən ayırsa, avadanlıqların 

işi dayanacaq, lampalar isə işıq saçmayacaq. Elektrik enercisi mənbəyi ilə əlaqəni kəsməyin təbii 

nəticəsi  göz  qabağındadır.  Lakin  bu  cür  nəticəni  əldə  etmək  üçün  10  metr  naqil  hissəsini 

kəsmək vacib deyil.  Xəttin tamlığını pozmaq üçün mikroskopik bir kəsik də kifayət edər.  

Allaha itaətsizlik zamanı da bu cür baş verir. Kiçik və ya böyük olmasından asılı olmayaraq, 

hər cür itaətsizlik Allahla münasibətlərin pozulmasına gətirib çıxarır. Halbuki, insani nöqteyi-

nəzərdən günahı - təhlükəsiz günah və dəhşətli günah kimi iki qismə ayırmaq olar. Yanılmayın, 

Allah  o  qədər  müqəddəsdir  ki,  ən  «kiçicik»  günah  belə  Onunla  bizim  aramızdakı 

münasibətlərin pozulması ilə nəticələnir!  

Məhz  buna  görə  də,  çoxlarımızın  verdiyi  qiymətə  əsasən  dünyada yaxşı  insanların  sayının 

çox olmasına baxmayaraq, hər bir insan Allahdan uzaqlaşmışdır və ölümə məhkumdur. Adəm 

və  Həvvanın  nəsli  onların  düşkün  təbiətlərini  və  ondan  doğan  acı  nəticələri  miras  olaraq 

almışdırlar. Doğrudanmı əcdadlarımız özlərinin ehtiyatsız davranışlarının bütün ağırlığını dərk 

etmirdilər? 

 

«Adəm  və  Həvva  ağacın  meyvələrindən  daddıqda  ayıb  yerləri  göründü. 

Onlar Cənnət yarpaqlarından ayıb yerlərinin üstünü örtməyə başladılar. 

Rəbbi onlara müraciət edib buyurdu: “Məgər sizə bu ağaca yaxınlaşmağı 

qadağan 

etməmişdimmi? 

Şeytan 

sizin 

aşkar 

düşməninizdir, 

deməmişdimmi?”  Adəm  və  Həvva:  “Ey  Rəbbimiz!  Biz  özümüzə  zülm 

etdik.  Əgər  bizi  bağışlamasan    və  mərhəmət  etməsən,  biz,  şübhəsiz  ki, 

ziyana uğrayanlardan olarıq!” - dedilər» (əl-Ə`raf 7:22, 23). 

 

Məhəbbət  qorxu  ilə  əvəz  olundu.  Adəmlə  Həvva  Allahdan  əfv  diləyirdilər,  onlar  xəcalət 



çəkirdilər.  Günah  işlədən  və  Allahın  hər  şeyi  gördüyünü  dərk  edən  zaman  mən  də  utanıb 

xəcalət çəkirəm. O zaman sanki məni çılpaq görüblərmiş kimi, özümü narahat hiss edirəm.  

Adəm  və  Həvva  müqəddəslik  və  paklıq  donunu  itirən  zaman,  öz  çılpaqlıqlarını  örtməyə 

çalışdılar. Lakin hər şeyi Görənin gözü önündə heç nə gizli qala bilməz. Cənnət bağının heç bir 

yarpağı  ilk  insanların  itaətsizliyini  Allahdan  gizlətmək  iqtidarında  deyildi.  Günahkar  Allahın 

önündə «çılpaq»dır, çünki Allah bizim ən gizli fikirlərimizi də oxumağa qadirdir. Hətta saysız-

hesabsız  xeyirxah  əməllər  də  günahı  gizlədə  və  ya  ört-basdır  edə  bilməz.  Ədalətli  Allahın 

çıxartdığı hökm təxirəsalınmaz və dəyişilməzdir. 

 



Yüklə 266,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə