Йалныз Аллащ



Yüklə 266,43 Kb.
səhifə2/11
tarix25.06.2018
ölçüsü266,43 Kb.
#51433
1   2   3   4   5   6   7   8   9   10   11

Bu cür eybəcər şəkil almış məsihçiliklə heç bir əlaqə yaratmaq istəməyən insanlar haqlıdırlar. 

Islam konqresinin keçmiş katibi Ənvər Əl-Sədat belə yazırdı: 

«Xristianlıq Şərqdə də kök atdığı üçün biz, şərq adamları bilirik ki, qərb həqiqətə, tarixə və 

bəşəri  sərvətlərə  qarşı  günah  işlədir  və  bununla  da  məsihçi  mücdəsini  yaymaq  hüququnu 

itirirlər. Biz heç bir vəchlə Yaxın və Orta Şərqdə bu cür halların baş verməsinə yol verə bilmərik. 

Bildiyimiz  kimi,  xristian  dininin  əsasında  duran  prinsiplər  iman  və  məhəbbətdir.  Qərbin 

xristianlıq adlandırdığı dində biz bu prinsiplərə rast gəlirikmi?» 

Qur`ani-Kərimi oxuyarkən görürük ki, xristianlar Yazılardakı ayələri deyil, onların anlamını 

və  şərhini  təhrif  etmişdirlər.    (Bu  barədə  növbəti  «Incildə  hansı  dəyişikliklər  aparılmışdır?» 

fəslində daha ətraflı verilmişdir.) 

 

«Allahdan  başqa  heç  bir  tanrı  yoxdur.  Əzəli  və  əbədi  varlıq  odur!  Sənə 

özündən  əvvəlkiləri  təsdiq  edən  Qur`anı  haqq  olaraq  O  nazil  etdi. 

Bundan  əvvəl  insanları  doğru  yola  yönəltmək  üçün  Tövratı  və  Incili 

səmadən O endirdi...» (Ali- Imran 3:2, 3). 

 

Insanlar  ilahi  idarəyə  e`tinasız  yanaşdılar.  Müqəddəs  Kitaba  daxil  olan  bütün  kitablar, 



məsihçi adı altında Məsihin tə`liminin paklığını ləkələyən insanlara qarşı şəhadət verir. 

Iki kiçik nümunəyə nəzər salaq. Tövratda Allahın Musa peyğəmbər vasitəsilə verdiyi sözləri 

yazılmışdır: 

 

«Özün  üçün  heç  bir  yonma  büt,  nə  yuxarıda  -  səmada  və  ya  aşağıda  - 



yerdə,  nə  də  yerin  dərinliklərinə  yığılan  sulardakı  şeylərin  heç  birinin 

surətini  düzəltmə.  Belə  şeylərə  səcdə  qılaraq  ibadət  etmə»  (Tövrat,  Çıx. 

20:4, 5). 

 

«Donuz... sizin üçün haramdır. Onun nə ətini yeyin, nə də leşinə toxunun, 



o, sizin üçün haramdır» (Tövrat, Lev. 11:7-8). 

 

Bu  ayələr  hələ  də  heç  bir  dəyişikliyə  mə`ruz  qalmamışdır;  halbuki,  xristianlar  ya  onları 



oxumurlar, ya da belə izah edirlər ki, bu ayələr artıq öz ilkin mə`nalarını itirmişdirlər. 


Ilkin  xristianlıq  dövründə  buna  obyektiv  bəraət  qazandırmaq  olardı.  Yazılar  yalnız  yunan, 

ibrani və latın dili kimi qədim dillərdə yazılmış halda mövcud idi. Heç bir kitab çap edilmirdi, 

əlyazması ilə yazılırdı, yalnız bu dilləri bilən adamlar onları oxuya və şərh edə bilirdilər. 

Lakin indi, maarifin inkişaf  etdiyi  bir  dövrdə  baş  verənlərə isə  heç  bir  bəraət  qazandırmaq 

olmaz.  Müqəddəs  Kitab  dünyada  ən  geniş  yayılmış  kitabdır.  Onun  bütün  ayələri  dəyişilməz 

şəkildə bizim dövrə qədər gəlib çıxmışdır. Bununla belə, Müqəddəs Kitabı ya oxumurlar, ya da 

düzgün şərh etmirlər. Bunun nəticəsində irqi və dini  ayrı-seçkilik məsələləri ortaya çıxdı ki, bu 

da dini və etnik müharibələrin başlanmasına səbəb oldu. Bu, öz-özlüyündə Müqəddəs Kitabın 

əsas qanununun pozulması deməkdir: «Qonşunu özün kimi sev» (Incil, Mat. 22:39). 

Hətta sabun bolluğunda da natəmiz adamlar tapılacaq. Iş onların sabundan istifadə etməyi 

bacarmamaqlarında deyil, onların təmiz olmaq istəməməklərindədir. 

Qur`ani-Kərim haqlı olaraq, xristianları Müqəddəs Kitaba zidd olan ən`ənələrin artmasında 

ittiham  edir.  Lakin  bu  iradlar  bütün  xristianlara  deyil,  onların  müəyyən  bir  kateqoriyasına 

ünvanlanır. 

Yazıların  əmr  etdikləri  ilə  bəşəri  adət-ən`ənələri  qarışdırmaq  kimi  ağır  imtahanda  məğlub 

olmayan  kəslər diqqət  və  hörmətə layiqdirlər.  Qur`anın  bir  çox  ayələrində  bu  cür  xristianlara 

böyük rəğbət ifadə edilmişdir. 

 

«Yəhudiləri  və  müşrikləri  iman  gətirənlərin  ən  pis  düşməni,  «Biz 



xaçpərəstik»,  -  deyənləri  isə  onların  ən  yaxın  dostu  görəcəksən.  Bu 

onların    içində  keşiş  və  rahiblərin  olması  və  onların  özlərini  yuxarı 

tutmamalarına görədir» (əl-Maidə 5:82). 

 

«Onların  hamısı  eyni  deyil.  Kitab  əhli  arasında  düzgün,  sabitqədəm  bir 



camaat  vardır  ki,  onlar  gecə  vaxtları  səcdə  edərək  Allahın  ayələrini 

oxuyurlar.  Onlar  Allaha,  axirət  gününə  inanır,  yaxşı  işlər  görməyi  əmr 

edir,  pis  əməllərdən  çəkindirir  və  xeyirli  işlər  görməyə  tələsirlər.  Onlar 

əməlisaleh şəxslərdəndirlər» (Ali-Imran 3:113, 114). 

 

Peyğəmbər  Məhəmməd  tək  birAllahı  təbliğ  edəndə  əvvəlki  peyğəmbərlərin  -  Allahın 



elçilərinin  yolu  ilə  gedirdi.  O,  bütpərəst  allahlarına  səcdəyə  qarşı  mübarizə  aparır  və  həqiqi 

məsihçilərə rəğbətlə yanaşırdı. 

O,  615-ci  ildə  özünün  bütpərəst  tə`qibindən  qaçan  din  yoldaşlarını  Məkkədən  efiopiyalı 

xristianların yanına göndərmişdi. 




630-cu  ildə  Məhəmməd  Nacrandan  olan  həqiqi  məsihçilərə  icazə  vermişdi  ki,  Mədinədəki 

məsciddə Pasxanı bayram etsinlər. 

Hər  dəfə  hansısa  səbəb  üzündən  imanlı  məsihçiləri  sıxışdıran  zaman,  o,  könüllü  olaraq 

onları qəbul edir və öz himayəsi altına alırdı. 

Islam alimi Səid Əmir Əli yazırdı: 

«Həqiqi islamla həqiqi xristianlıq arasında heç bir fərq yoxdur.» 

Həyat  özü  bu  sözləri  doğrultdu.  Müsəlmanlar  «Kitab  əhli»  ilə  -  müxtəlif  təsvirlərə  səcdə 

etməyən,  Isanın  Allahın  fiziki  oğlu  olması  haqqındakı  yalançı  nəzəriyyələri  qəbul  etməyən, 

Allahın  Özünün  verdiyi  kəlamda  heç  nəyi  təhrif  etməyən  və  oraya  heç  bir  əlavələr  etməyən 

insanlarla əlaqəni kəsmədilər. 

Qur`an  bütün  imanlıları  Allaha  sadiq  qalan  məsihçilərlə  xoş  münasibətlərin  saxlanmasına 

də`vət edir. 

 

«Kitab  əhlinin  zülm  edənləri  istisna  olmaqla,  onlarla  ən  gözəl  tərzdə 

rəftar  edin.  Və  belə  deyin:  “Biz  həm  özümüzə  nazil  olana,  həm  də  sizə 

nazil  olana  inanırıq.  Bizim  də  Allahımız,  sizin  də  Allahınız  birdir.  Biz 

yalnız Ona itaət edirik!”» (əl-Ənkəbut 29:46). 

 

«Əgər  sənə  nazil  etdiyimə  şübhə  edirsənsə,  səndən  əvvəl  kitab 



oxuyanlardan  soruş.  Haqq  sənə,  sözsüz  ki,  Rəbbindən  gəlmişdir.  Şübhə 

edənlərdən olma!» (Yunus 10:94). 

 

Beləliklə, əziz oxucular, əgər siz bütün qəlbinizlə Allahın iradəsini öyrənmək istəyirsinizsə, 



hər  gün  duada  Allaha  «Bizi  doğru  yola  yönəlt!»  -  deyə  müraciət  edirsinizsə,  bütpərəst  kimi 

yaşayan  xristianların  dinini  tanımaq  istəmirsinizsə,  əksinə  Qur`anda  yazılmış  iradəni  yerinə 

yetirmək  istəyirsinizsə,  onda  Qur`ana  qədər  Allah  tərəfindən  göndərilmiş  kitabları  artıq 

oxumuş  adamlara  müraciət  edin.  «Sənə  qədər  göndərilən  Kitabları  oxuyan»  və  həqiqətən  də 

Allahın Öz Kəlamında verdiyi əmrlərə uyğun şəkildə yaşayan həqiqi məsihçilərlə söhbət edin. 

Onlara qarşı mübarizə ruhu ilə yaşamayın. Allah Özü sizi buna də`vət edir! 

 

«Ey  kitab  əhli!  Tövrata,  Incilə  və  Rəbbiniz  tərəfindən  sizə  nazil  edilmiş 

olana  düzgün  əməl  etmədikcə,  siz  heç  bir  şey  üzərində  deyilsiniz»  (əl-

Maidə 5:68). 



Yüklə 266,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə