Йалныз Аллащ



Yüklə 266,43 Kb.
səhifə7/11
tarix25.06.2018
ölçüsü266,43 Kb.
#51433
1   2   3   4   5   6   7   8   9   10   11

 

Bu  o  deməkdir  ki,  imanda  qalib  gələn  hər  bir  kəs  xüsusi  nüfuz  qazanacaq  və  xüsusi 

cavabdehlik daşıyacaq.  

 

Nə üçün Incildə Isa tez-tez Allahın Oğlu adlandırılır? 



 

Yaxın  və  Orta  Şərqdə  «oğul»  sözündən  obrazlı  şəkildə  iki  cəhəti  ifadə  etmək  üçün  istifadə 

edilir: 

oğul  -  kiməsə  bənzər  olan,  kiminsə  xarakter  cəhətlərini  özündə  daşıyan  kəs  (məs.,  «şeytan 

balası») 



oğul - başqa bir şəxsiyyəti təmsil edən kəs; məsələn, səfir və ya diplomat danışıqlar aparmaq 

və  müəyyən  fəaliyyət  göstərmək  üçün  öz  ölkəsindən  bütün  səlahiyyətləri  alaraq,  onu  təmsil 

edir.  

Qur`an  Isanı  Allahın  tam  səlahiyyətli  təmsilçisi  kimi  təsvir  etdiyi  üçün,  Müqəddəs  Kitabla 



razılaşaraq, Onu Allahın Oğlu adlandıra bilərik.  

Qur`an və Müqəddəs Kitabın Isa haqqında söylədiklərini nəzərdən keçirək. 



 

1. Onun doğulması. 

Isanın  doğulması  haqqında  həm  Qur`anda,  həm  də  Incildə  söhbət  açılır.  Qeyd  etmək 

lazımdır  ki,  Qur`an  yalnız  bir  doğulma  tarixindən  -  Isanın  doğulması  tarixindən  söhbət  açır, 

lakin o, bu doğulmanı qeyri-adi hadisə, Allahın mö`cüzələrindən biri kimi təsvir edir. 

 

«Mələklər dedilər: «Ya Məryəm! Həqiqətən, Allah Öz tərəfindən bir kəlmə 

ilə sənə mücdə verir. Onun adı Məryəm oğlu Isa əl-Məsihdir ki, dünyada 

və axirətdə şanı uca və Allaha yaxın olanlardandır» (Ali-Imran 3:45). 

 

«Cəbrail:  «Mən  sənə  yalnız  təmiz,  mə`sum  bir  oğlan  bağışlamaq  üçün 



Rəbbinin  elçisiyəm!»  -  dedi.  Məryəm  dedi:  «Mənim  necə  oğlum  ola  bilər 

ki,  mənə  indiyədək  bir  insan  əli  belə  toxunmamışdır.  Mən  zinakar  da 

deyiləm!» Cəbrail dedi: «Elədir, lakin Rəbbin buyurdu ki, bu, Mənim üçün 

asandır.  Biz  onu  insanlar  üçün  bir  mö`cüzə,  dərgahımızdan  olan  bir 

mərhəmət  kimi  edəcəyik.  Bu,  əzəldən  olunmuş  bir  hökmdür!»  Məryəm 

19:19-21). 


 

«Ismətini qoruyan Məryəmi də  yad  et! Biz  Öz ruhumuzdan  ona  üfürdük, 

onu və oğlunu aləmlərə bir mö`cüzə etdik» (əl-Ənbiya 21:91). 

 

Isanın doğulması haqqında olan bu ayələr diqqətə layiqdirlər. Isanın doğlumasının qeyri-adi 



hadisə olması haqqında Qur`an ikimə`nalı danışmır, çünki qadir Allah bakirə qız Məryəmə Öz 

ruhunu  üfürmüşdü.  Burada  Allahın  fiziki  atanın  iştirakı  olmadan  insana  həyat  vermək 

bacarığına imansız yanaşdıqları üçün yəhudilərə iradlar tutulur.  

 

«Lakin onlar verdikləri əhdi pozduqları, Allahın ayələrini inkar etdikləri, 



peyğəmbərləri  haqsız  yerə  öldürdükləri  və:  «Ürəklərimiz  pərdəlidir!»  - 

dedikləri  ucundan  Allahın  lə`nətinə  düçar  oldular.  Bəli,  öz  küfrləri 

üzündən Allah onların ürəklərinə möhür vurmuşdur. Buna görə də onların 

yalnız  az  bir  hissəsi  iman  gətirər.  Onlar  həm  də  küfr  etdikləri  və 

Məryəmə  qarşı  böyük  bir  böhtan  dedikləri  üçün  lə`nətə  düçar  oldular» 

(ən-Nisa 4:155-156). 

 

Yəhudilər indiyə qədər də Isanın Allah tərəfindən göndərildiyini və bu dünyaya mö`cüzəli 



şəkildə gəldiyini inkar edirlər.  

Musanın atasının adı  Əmram, Davudun atasının  adı  Yessey,  Məhəmmədin  atasının adı isə 

Abdullah  idi.  Bəs  Isanın  atasının  adı  nə  idi?  Yəqin  ki,  hər  bir  müsəlman  Isanın  atasının 

olmadığını bilir, çünki O, qeyri-adi şəkildə dünyaya gəlmişdi.  



 

2. Onun adları. 

Yaxın  və  Orta  Şərqdə  adlar  həmişə  böyük  əhəmiyyət  kəsb  etmişdir.  Yəqin  ki,  Allahın  99 

adının olduğunu bilir və unutmursunuz. Isanın da müxtəlif adları vardır ki, bu adlar üzərində 

bir qədər düşünməyə dəyər.  



Isa 

«Isa»  adına  (rus  dilində  Iisus)  Qur`anda  25  dəfə  rast  gəlinir.  Bu  söz  yəhudi  mənşəlidir  və 

«Xilaskar»  mə`nasını  verir.  Beləliklə,  Qur`anda  25  dəfə  Isa  haqqında  Xilaskar  kimi  danışılır. 

«Yalnız Allah həqiqi sülh bəxş edə bilər!» fəslində bu adın mə`nası daha ətraflı açıqlanılır.  



Məryəm oğlu 


Qur`anın  müxtəlif  ayələrində  23  dəfə  Isa  bu  adla  adlandırılmışdır.  Ərəblərdə  «Əli  oğlu», 

«Məhəmməd  oğlu»,  «Mustafa  oğlu»  və  s.  kimi  adlandırmaq  qaydası  mövcuddur.Övladın 

adının  əsasında  ananın  deyil,  atanın  adı  durur.  Avropada  da  eyni  şəkildə,  övlad  bir  qayda 

olaraq ananın deyil, atanın familiyasını daşıyır. Lakin müsəlmanlara mə`lumdur ki, Isanın yer 

üzündə atası yox idi, ona görə də «Məryəm oğlu» adı heç kəsdə narazılıq yaratmır. 

Əl-Məsih (16 dəfə) 

Ərəb  dilindən  hərfi  tərcümədə  bu  söz  «Məsh  edilmiş»  mə`nasını  verir.  Qədim  zamanlarda 

padşahların başına tac qoymurdular, bunun əvəzində onları müqəddəs, xoş ətirli yağla (miro) 

məsh edirdilər. Buradan belə çıxır ki, «Məsh edilmiş» sözü «ən yüksək və məs`uliyyətli xidmət 

üçün seçilmiş» mə`nasını verir. Isa - Allahın seçilmişidir! 

Peyğəmbər 

«Peyğəmbər»  mə`nasını  verən  «Rəsul»  sözünə  Qur`anda  10  dəfə  rast  gəlinir.  Peyğəmbər  - 

Allah tərəfindən göndərilən, yaxud Allahın rəsmi nümayəndəsidir.  

Qur`anda çox peyğəmbərlər barəsində söhbət açılır və bununla bağlı sual ortaya çıxır: bütün 

peyğəmbərlər arasında ən böyüyü və ya ən böyükləri varmı? Əgər varsa, kimdir? Bunun üçün 

biz xüsusi şəhadət oxuyuruq: 

 

«Bunlar  Allahın  ayələridir  ki,  onları  sənə  doğru-düzgün  bildiririk.  Sən, 

həqiqətən,  göndərilən  peyğəmbərlərdənsən.  Bu  peyğəmbərlərin  bə`zilərini 

digərindən  üstün  etdik.  Allah  bunlardan  bə`zisi  ilə  danışmış,  bə`zisinin 

isə dərəcələrini yüksəltmişdir. Məryəm oğlu Isaya açıq mö`cüzələr verdik 

və Onu Müqəddəs Ruhla qüvvətləndirdik...» (əl-Bəqərə 2:252, 253). 

 

Bu ayədə yalnız bir peyğəmbərin, Isanın adı qeyd olunmuşdur. Bu, Isanın böyük peyğəmbər 



olduğuna dəlalət edirmi? Bəli. Axı deyildi ki, Ona açıq mö`cüzələr bəxş edildi və peyğəmbərliyi 

Müqəddəs  Ruhla  qüvvətləndirildi.  Qur`an  Onun  haqqında  Allahın  Ruhundan  qüvvətlənən 

Güclü şəxs kimi şəhadət edir.  

Başqa adlar: 



Allahın sözü - 3 dəfə 

 

«Mələklər dedilər: «Ya Məryəm! Həqiqətən, Allah Öz tərəfindən bir kəlmə 



ilə sənə mücdə verir. Onun adı Məryəm oğlu Isa əl-Məsihdir ki, dünyada 

və axirətdə şanı uca və Allaha yaxın olanlardandır» (Ali-Imran 3:45). 


Yüklə 266,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə