Йалныз Аллащ



Yüklə 266,43 Kb.
səhifə3/11
tarix25.06.2018
ölçüsü266,43 Kb.
#51433
1   2   3   4   5   6   7   8   9   10   11

 

Rəbbin xeyir-duası sizinlə olsun!    



 

 

 

 




II Fəsil 

 «Incil»də hansı dəyişikliklər aparılmışdır? 

 

Müqəddəs  kitabların  hamısı  Kainatın  Yaradıcısının  Allah  olduğunu  təsdiqləyir.  O,  öz 



qüdrətli əllərilə  yer  üzündə  və göylərdə olan  hər  şeyi idarə  edir.  Bunun  üçün  Rəbbə  şükürlər 

olsun! 


Rəbb  Allah  bütün  insanlara  iradə  azadlığı  və  müstəqil  seçim  imkanı  verməklə 

kifayətlənməmişdir.  O,  eyni  zamanda  yer  üzündə  yaşayan  insanlara  həqiqət,  xeyirxahlıq  və 

ədalət yolunu göstərmək üçün Öz peyğəmbərlərini də yollamışdır. Rəbbin Sözü insanlara əbədi 

həyata gedən yolu göstərən xəritə kimidir.  

Təəssüflər olsun ki, bir çoxları bu kəlamların hələ də həqiqət olaraq qaldığına şübhə edirlər. 

Bə`ziləri  iddia  edirlər  ki,  Müqəddəs  Kitabda  (əvvəlki  fəsildə  haqqında  danışdığımız  Tövrat, 

Zəbur və Incil kitablarının birlikdə cəmləşdiyi kitab) bir çox ayələrin mə`nası dəyişdirilmişdir. 

Bu,  çox  ağır  bir  ittihamdır.  Çünki  Allahın  sözünü  dəyişdirməkdən  daha  böyük  günah  ola 

bilərmi? 

Məsihçilərin  ünvanına  olan  bu  cür  ittihamların  nə  dərəcədə  həqiqətə  uyğun  olduğunu 

aydınlaşdırmaq bizim müqəddəs borcumuzdur.  

Əgər Müqəddəs Kitabda Allahın mücdəsi dəyişik şəkildə verilmişdirsə, deməli, milyonlarla 

insan yanlış bir inancla yaşayırlar. Çünki Müqəddəs Kitab dünyada ən geniş yayılmış kitabdır 

və  təxminən  2000  dildə  tərcüməsi  mövcuddur.  Onda  belə  çıxır  ki,  onu  oxuyan  hər  kəs  yanlış 

xəritənin göstərdiyi yolla gedir.  

Odur ki, biz  

ya  Müqəddəs  Kitabın  həqiqətən  də  təhrif  olunduğu  faktını  aşkara 

çıxarmalı (əgər bu həqiqətən də belədirsə), ya da bütün ittihamları birdəfəlik aradan qaldırmalı, 

onların  əsassız  olduğunu  sübuta  yetirməli  və  bununla  da  bütün  çaşqınlıqları  aradan 

qaldırmalıyıq.  

Qur`ani-Kərim buyurur: 

 

«Ey  iman  gətirənlər!  Allaha  və  peyğəmbərinə,  Onun  Öz  peyğəmbərinə 



endirdiyi  Kitaba  (Qur`ana)  və  ondan  əvvəl  nazil  etdiyi  kitablara  iman 

gətirin! Allaha, Onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət 

gününə  inanmayan  şəxs,  şübhəsiz  ki,  doğru  yoldan  çox  azmışdır»  (ən-

Nisa 4:136).  

 



Qur`ani-Kərim  Müqəddəs  Kitabın  dəyişdirilməsi  faktını  təsdiqləmir,  lakin  yəhudilərin  və 

bə`zi  xristianların  öz  Müqəddəs  Kitablarından  uzaqlaşdıqları,  orada  yazılmış  qanunlara  əməl 

etmədikləri haqda bir neçə ayədə göstərilmişdir.  

 

«Sizin  əlinizdəkini  (Tövratı)  təsdiqləyici  kimi  göndərdiyimə  (Qur`ana) 



iman  gətirin!  Onu  inkar  edənlərin  əvvəlincisi  siz  olmayın!  Mənim 

ayələrimi  ucuz  qiymətə  satmayın  və  ancaq  Məndən  qorxun!»  (əl-Bəqərə 

2:41).  

 

«Siz  bilə-bilə  haqqa  yalan donu geyindirib,  onu  gizlətməyin!» (əl-Bəqərə 



2:42). 

 

«O  özlərinə  zülm  edənlər  onlara  deyilən  sözü  dəyişdirdilər...»  (əl-Bəqərə 



2:59).  

 

«Vay  o  şəxslərin  halına  ki,  öz  əllərilə  Kitab  yazıb,  sonra  bir  az  pul 



almaqdan  ötrü:  «Bu  Allah  tərəfindəndir!»  -  deyirlər.  Öz  əllərilə  təhrif 

olunmuş  kitab  yazdıqlarına  görə  vay  onların  halına!  Qazandıqları  şey 

üçün vay onların halına!» (əl-Bəqərə 2:79).  

 

«Yoxsa  siz  Ibrahimin,  Ismailin,  Ishaqın,  Yə`qubun  və  onun  övladının 



yəhudi  və  ya  xaçpərəst  olduqlarını  iddia  edirsiniz?  Onlara  de:  «Sizmi, 

yoxsa  Allahmı  daha  yaxşı  bilir?»  Allah  tərəfindən  xəbər  verilən  bir 

həqiqətin  şahidi  olduğu  halda,  onu  gizlədəndən  daha  zalim  kim  ola 

bilər?» (əl-Bəqərə 2:140). 

 

«Indi  yönəldiyin  qibləni  (Kə`bəni)  yalnız  sənə  tabe  olanlarla  səndən  üz 



çevirənləri bir-birindən ayırd etmək üçün tə`yin etdik» (əl-Bəqərə 2:143). 

 



«Kitab  verdiyimiz  şəxslər  onu  öz  oğullarını  tanıdıqları  kimi  tanıyırlar. 

Buna  baxmayaraq,  onların  bir  qismi,  şübhəsiz  ki,  həqiqəti  bilə-bilə 

gizlədir» (əl-Bəqərə 2:146). 

 

«Kitabda  insalara  aşkar  etdiyimiz  dəlillərdən  sonra    göndərdiyimiz 



nişanələri    və  doğru  yol  göstərən  ayələrimizi  gizlədən  şəxslər  Allahın 

lə`nətinə düçar olar!» (əl-Bəqərə 2:159). 

 

«Allahın nazil etdiyi kitabda olanları gizlədənlərin və onun müqabilində 



bir  az  para  alanların  yedikləri  qarınlarında  ancaq  oda  dönəcəkdir!»  (əl-

Bəqərə 2:174). 

 

«Ey kitab əhli,  nə üçün bilə-bilə haqqa yalan donu geyindirir və doğrunu 



gizlədirsiniz?» (Ali-Imran 3:71). 

 

«Kitab  əhlindən  bir  zümrə  də  vardır  ki,  siz  onların  oxuduqlarını 

Tövratdan  hesab  edəsiniz  deyə  kitab  oxuyan  zaman  dillərini  o  tərəf-bu 

tərəfə  əyirlər.  Halbuki,  onların  bu  oxuduqları  Kitabdan  deyildir.  Onlar 

isə:  «Bunlar  Allah  tərəfindəndir»,  -  deyirlər.  Bunlar  heç  də  Allah 

tərəfindən  deyildir.  Onlar  bilə-bilə  Allaha  qarşı  yalan  söyləyirlər»  (Ali-

Imran 3:78). 

 

«Allah 



kitab 

əhlindən: 

«Siz 

onu 

gizlətməyib, 

insanlar 

üçün 

aydınlaşdırmalısınız!»  -  deyə  əhd  aldığı  zaman  onlar  bu  əhdə  dal 

çevirdilər...» (Ali-Imran 3:187). 

 

«Yəhudilərin  bir  qismi  Tövratdakı  sözlərin  yerini  dəyişib  təhrif  edir  və 



dillərini əyərək dinə tə`nə vurmaq məqsədilə: «Eşitdik və qəbul etmədik», 

- deyirlər» (ən-Nisa 4:46). 

 

«Onlar  sözlərin  yerlərini  dəyişib  təhrif  edir  və  xəbərdar  edildikləri 



şeylərin bir hissəsini unudurlar. Onların bir qismi müstəsna olmaqla, sən 

onlardan  həmişə  xəyanət  görəcəksən.  Bununla  belə,  onları  bağışla, 


Yüklə 266,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə