Йалныз Аллащ



Yüklə 266,43 Kb.
səhifə6/11
tarix25.06.2018
ölçüsü266,43 Kb.
#51433
1   2   3   4   5   6   7   8   9   10   11

III Fəsil 

Allahın oğlu varmı? 

 

Qur`ani -Kərimdə haqlı olaraq deyilmişdir ki, Isa Allahın fiziki oğlu deyildir. 



 

«Şübhəsiz  ki:  «Allah  Məryəm  oğlu  Məsihdir!»  -  deyənlər  kafir  oldular. 

Halbuki  Məsih  belə  demişdi:  «Ey  Israil  oğulları!  Mənim  də,  sizin  də 

Rəbbiniz olan Allaha ibadət edin!» (əl-Maidə 5:72). 

 

Məhəmməd peyğəmbərin dövründə yaşayan bir çox xristianlar Məryəm oğlu Isa haqqındakı 



həqiqətləri  bütpərəst  təsəvvürləri  ilə  qarışıq  salırdılar.  Onların  fikrincə,  qadir  Allah  qadınla 

evlənmiş və qadın ilahi tamın bir hissəsinə çevrilmiş, bu «ilahi nikah»dan isə Isa, Allahın fiziki 

oğlu dünyaya gəlmişdir.  

Bu  fikir  öz  əsasını  qədim  yunan  mifologiyasından  götürmüşdür  və  nəticədə  Musanın  və 

Isanın dininə yol taparaq kök atmışdır. Onlar Allahın elçiləri idilər və Onun adından danışaraq, 

belə deyirdilər: 



 

«Ey  Israillilər,  qulaq  asın!  Allahımız  Rəbb  yeganə  Rəbdir»  (Təs. 

6:4,Tövrat). 

«Rəb Allahına səcdə qıl və yalnız Ona qulluq et» (Mat. 4:10, Incil). 

Qeyd  etmək  lazımdır  ki,  Məhəmməd  peyğəmbərin  dövründə  yaşayan  xristianların  heç  də 

hamısı  Məryəmi  ilahi  üçlüyün  üçüncü  şəxsi  hesab  etmirdilər.  Qur`ani-Kərimdə  yalnız  bu  cür 

imana malik olanlara irad tutulur. Bu gün xristianların heç biri bu yanlış fikrə inanmırlar.  

Müqəddəs  Kitab  (Tövrat,  Zəbur,  Incil  və  digər  kitablar)  «Allah  təkdir»  fikrinə  ikimə`nalı 

yanaşmırlar. Məhz buna görə Qur`anda deyilir: 

 

«Kitab  əhlinin  zülm  edənləri  istisna  olmaqla,  onlarla  ən  gözəl  tərzdə 

mücadilə edin! Və belə deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə 

nazil  olana  inanırıq.  Bizim  də  Allahımız,  sizin  də  Allahınız  birdir.  Biz 

yalnız Ona itaət edirik!”» (əl-Ənkəbut 29:46). 

 



Müqəddəs Kitabın Isanı oğul adlandırması da həqiqətə uyğundur. Lakin heç bir yerdə Isanın 

fiziki  olaraq Allahdan  doğulmasından  söhbət  getmir.  Allah  tərəfindən  yaradılmış  olmaq,  hələ 

Onun oğlu olmaq demək deyildir. Burada da eyni şəkildədir. 

Yaxın və Orta Şərqdə «oğul» sözündən mə`cazi mə`nada çox geniş şəkildə istifadə olunurdu. 

Həm ərəb ölkələrində, həm də Türkiyədə ana pis vərdişlərə malik oğlunu şeytan balası - «Ibn-

Şeytan»  adlandıra  bilər.  Əlbəttə  ki,  bu,  onun  fiziki  olaraq  şeytandan  doğulduğunu  nəzərdə 

tutmur, sadəcə onda şeytana xas olan mənfi vərdişlərin olmasına işarə vurur. Yaxud, məsələn, 

Qur`anda  misirlilər  «Nilin  oğlulları»  adlandırılırlar.  Bu  ifadə  Nildən  doğulmağı  deyil,  həmin 

ərazidə yaşamağı nəzərdə tutur.  

Bunu «yol oğlu» - «Ibn-Əl Sabil» söz birləşməsinə də aid etmək olar.  

 

«Allaha  məhəbbəti  yolunda  malını  qohum  əqrabaya,  yetimlərə, 

yoxsullara, müsafirlərə, dilənçilərə sərf edir...» (əl-Bəqərə 2:177). 

(«Müsafir» - ərəb dilində «Ibn-Əl Sabil», yə`ni «yol oğlu» deməkdir). 

Isa Fələstində doğulmuş və böyümüşdü, bu yerdə isə «oğul» sözündən mə`cazi mə`nada çox 

geniş  istifadə  olunurdu.  Buna  əmin  olmaq  üçün  Müqəddəs  Kitabdan  bir  neçə  ayə  oxumaq 

kifayət edər. 

Israil xalqı oğul adlandırılmışdır.  

 

«Israil uşaq ikən onu sevdim, Öz oğlumu Misirdən çağırdım» (Huşə 11:1).  

 

Davud padşah oğul adlandırılmışdır. 



 

«Mən ona Ata, o isə Mənə oğul olacaqdır» (2 Şəm. 7:14). 

 

Isa yəhudilərə dedi: 



 

«Sizin atanız iblisdir; və öz atanızın ehtiraslarını icra etmək istəyirsiniz. 

O,  başlanğıcdan  qatil  idi  və  həqiqətə  bağlı  qalmadı;  çünki  onda  həqiqət 

yoxdur.  Yalan  söylədiyi  zaman,  özündən  söylər,  çünki  o,  yalançıdır  və 

yalanın atasıdır» (Yəh. 8:44, Incil). 


 

Elə həmin fəsildə Isanın yəhudilərin ünvanına söylədiyi bu sözləri oxuya bilərsiniz: 

 

«...Ibrahim övladları olsaydınız, Ibrahimin işlərini görərdiniz» (Yəh. 8:39, 

Incil). 

 

Yəhudilər isə cavabında belə söylədilər: 



 

«... bizim bir Atamız var, O da Allahdır» (Yəh. 8:41, Incil). 

 

Onlar Isanın «ata» sözünü başqa mə`nada işlətdiyini başa düşmədikləri üçün O, əlavə etdi: 



 

«Əgər Allah Atanız olsaydı, Məni sevərdiniz» (Yəh. 8:42, Incil). 

 

Müqəddəs  Kitabda  «oğul»  sözünün  çox  vaxt  mə`cazi  mə`nada  işlədildiyini  nəzərə  alaraq, 



belə nəticəyə gələ bilərik ki, «Isa, Allahın Oğlu» ifadəsi də obrazlı şəkildə verilmişdir. Deməli, 

Isa Allahın fiziki oğlu deyildi.  

Bu fikri əsaslandırmaq üçün Incilin bir neçə ayəsini nəzərdən keçirək.  

Mələk Məryəmə dedi: 

 

«Onun adını Isa qoyacaqsan. O, böyük olacaq, Həqq-Təala Allahın Oğlu 

adlanacaqdır» (Lk. 1:31, 32, Incil). 

 

Daha sonra yenə oxuyuruq ki, Ona «Allahın Oğlu» deyiləcəkdir (ayə 35). Daha kim bu cür 



şərəfə layiq ola bilər? Müqəddəs Kitabın axırıncı kitabı Vəhydə oxuyuruq: 

 

«Qalib  gələn,  bu  şeyləri  alacaq  və  ona  Allah  olacağam  və  o,  Mənə  oğul 



olacaq» (Vəh. 21:7). 


Yüklə 266,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə