Kitabın nəşrinə göstərdiyi köməyə görə Azərbaycan Respublikası Milli Məclisinin deputatı



Yüklə 7,98 Mb.
Pdf görüntüsü
səhifə107/306
tarix14.09.2018
ölçüsü7,98 Mb.
#68598
1   ...   103   104   105   106   107   108   109   110   ...   306

Burada yerli sakinlərlə əcnəbilərin təhsil haqqının məbləğində böyük fərq 

vardır. Bəzi hallarda bu bu fərq 8-10 dəfəyə çatır. İnkişaf etmiş ölkələrdə təhsil 

sistemində  öz  vətəndaşlarının  güzəştlə  təhsil  almaları  nəzərdə  tutulur  və  bu, 

dolayı  yolla  əcnəbilər  tərəfindən  subsidiyalaşdırılır.  Bunun  nəticəsində  son  bir 

neçə onillik ərzində təhsil sahəsində beynəlxalq münasibətləri qlobal dünyanın 

əqli  və  maliyyə  resurslarının  yenidən  bölgüsünün  səciyyəvi  kanalına  çevirən 

«akademik kapitalizm» yaranmışdır. Dünya iqtisadiyyatında TMK və TMB-nin 

fəaliyyətinə  analoji  olaraq,  təhsil  sistemində  transmilli  tipli  institusional 

subyektlər  -  təhsil  xidmətlərinin  ümumdünya  provayderhri  əmələ  gəlmişdir. 

Amma bu provayderlər şəbəkəsi son dərəcə qeyri-bərabər bölünmüşdür. Hazırda 

onlarla ölkənin tədris müəssisəsi əcnəbilərə təhsil xidməti göstərir və bunlardan 

30-dan çoxu hər il gənclərin kifayət qədər böyük (10 mindən çox) kontingentini 

qəbul  edir.  Transsərhəd  təhsil  miqrasiyasının  ən  iri  axınları  Qərb  ölkələri 

vasitəsilə  baş  verir.  Ənənəvi  olaraq,  burada  əsas  rolu  ABŞ,  Böyük  Britaniya, 

Almaniya və Fransa oynayır. Bu ölkələr ali təhsil alan əcnəbilərin sayma görə 

dünyada ilk 4 yeri tutur və xaricdə təhsil alan tələbə kontingentinin  yarısından 

çoxu onların  payına düşür. Beşinci  yerdə Avstraliyadır və ondan sonra böyük, 

demək olar ki, iki dəfə geriliklə Yaponiya gəlir. 

Cənub-Şərqi Asiyanın sürətlə inkişaf edən ölkələri də təhsilin səviyyəsini 

yüksəltməyə səy  göstərir və bura böyük məbləğdə maliyyə resursları  yönəldir. 

Çinin müvəffəqiyyətləri xüsusilə nəzərəçarpandır. Amma ümumilikdə regionun 

payına xaricə gedən tələbələrin təxminən 15%-i düşür. Regiondakı miqrasiya bu 

ölkələr arasında baş verir, ancaq əksər hallarda onlar Avstraliyaya və ya Qərbə 

yollanırlar. Bununla yanaşı, avstraliyahlar istisna olmaqla, qərbli tələbələr yapon 

universitetlərinə düşməyə o qədər də meyilli deyillər. Çin xaricdə təhsil alanların 

10%-ni, Yaponiya isə cəmi 5%-ni cəlb edə bilir. Dünya təhsil bazarının qlobal 

miqyasda  əhatə  olunmasına  məhdud  sayda  lider  ölkə:  ABŞ,  Böyük  Britaniya, 

Fransa,  Almaniya  və  Kanada  nail  ola  bilmişdir.  Rusiya  isə  bu  sahədə  öz 

mövqelərini 1990-cı illərdə itirmişdir. 

Hazırda  XXI  əsrin  birinci  onilliyinin  sonunda  xaricdə  təhsil  alan 

tələbələrin  ümumi  sayı  1980-1990-cı  illərlə  müqayisədə  təqribən  2,3  dəfə 

çoxalmışdır.  Aparıcı  xarici  ölkələrin  hamısı  qəbul  etdikləri  əcnəbi  tələbələrin 

sayını xeyli artırmışdır. Göstərilən dövrdə onların sayı 400 min nəfərdən 600 min 

nəfərə,  Fransada  135  min  nəfərdən  250  min  nəfərədək  çoxalmışdır.  Çində 

nisbətən qısa müddətdə (1998-ci ildən 2010-cu ilədək) əcnəbi tələbələrin sayı 5 

dəfə artmışdır (1998-ci ildə -43 min nəfər, 2010-cu ildə - 210 min nəfər). 

267 



Rusiya isə 1980-ci illərdə SSRİ-nin göstəricilərini belə, azaltmışdır. İndi 

Rusiyanın ali məktəblərində əcnəbi kontingentin böyük hissəsi 1992-ci ilədək öz 

vətəndaşları  hesab  olunan,  postsovet  respublikalarından  gələn  «yeni 

əcnəbilərdən»  ibarətdir.  Rusiyanın  tələbə  kontingentinin  ümumi  sayında 

əcnəbilərin  faizi  (1%)  başqa  ölkələrdə  olduğundan  xeyli  aşağıdır:  halbuki  bu 

göstərici ABŞ və Yaponiyada 2,5-3,5%, Böyük Britaniya, Almaniya, Avstriya və 

Fransada 11-13,5%, Avstraliyada, Yeni Zelandiyada, Sinqapurda 15-18,5%- dir. 

Əcnəbi tələbələrin böyük kontingenti (1000 nəfərdən çox) olan ali məktəblərin 

sayı Rusiyada 15-dən artıq deyil (ABŞ-da həmin göstərici 150-ni aşır). Bundan 

savayı, Qazaxıstan istisna olunmaqla, Rusiyanın heç bir iri tərəfdaşı üçün onun 

xidmətləri prioritet hesab edilmir. Rusiyada əcnəbi  tələbələrin  ən böyük qrupu 

çinlilərdən ibarətdir: 2008/2009-cu tədris ilində ölkənin ali məktəblərində onların 

sayı  14 min nəfərdən  artıq  olmuşdur. Həmin dövrdə ABŞ-da 68 mindən  artıq, 

Yaponiyada 82,5 min. Böyük Britaniyada 50 min, Almaniyada 28 mindən çox, 

Avstraliyada  38  min  çinli  təhsil  alırdı.  Rusiyanın  ali  məktəblərində  46  min, 

ABŞ-da  isə  85  mindən  artıq  tələbə  təhsil  alırdı.  Ukraynanın  Almaniyaya 

göndərdiyi tələbə, aspirant və təcrübəçilərin sayı Rusiyaya göndəriləndən 2 dəfə 

çoxdur. 


Bu  vəziyyət  əsasən  Rusiya  təhsilinin  maddi  bazası  ilə  əlaqədardır.  Cari 

onilliyin  əvvəlində  Rusiyada  ali  təhsilin  maliyyələşdirilməsinin  səviyyəsi  bir 

tələbə hesabı ilə dünya liderlərindən xeyli geridə qalırdı: ABŞ-dan təqribən 20 

dəfə, Almaniyadan, Böyük Britaniyadan, Belçikadan, Danimarkadan  - 10 dəfə, 

təhsil  xidmətləri  sahəsində  o  qədər  də  öncül  yer  tutmayan  Portuqaliya  və 

Türkiyədən - 2 dəfə. Bu fərq öz real təzahürünü köhnə, xarab olmuş avadanlıqda, 

beynəlxalq  rahatlıq  standartlarına  cavab  verməyən,  bir  çox  hallarda  hətta 

təhlükəsizlik  meyarlarının  tələblərini  ödəməyən  yataqxanalarda,  çoxdan  təmir 

olunmayan auditoriyalarda tapır. 

Təhsil müəssisəsinin qazandığı şöhrət, yerləşdiyi ölkənin nüfuzu, habelə 

onun  informasiya  və  ad-san  çıxarma  siyasəti  böyük  əhəmiyyət  kəsb  edir. 

Məlumdur  ki,  Britaniyanın  aparıcı  ali  təhsil  məktəblərinin  çoxu  ABŞ-da 

yerləşənlərlə müqayisədə sadədir, onlarda tələbəyə çəkilən illik xərclərin məbləği 

təqribən  2  dəfə  aşağıdır.  Buna  baxmayaraq,  Oksford,  Kembric,  London 

İqtisadiyyat  məktəbinin  dünyanın  müxtəlif  ölkələrindən  cəlb  etdiyi  tələbələrin 

sayı Harvard, Yeli, Prinston, Stenford, Kolumbiya universiteti və başqalarından 

az deyil. Əsas vəzifə ölkədə ali təhsilin Qərbin ali təhsil müəssisələri ilə rəqabət 

apara biləcək ixrac potensialını fonnalaşdırmaqdan 



268 


Yüklə 7,98 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   306




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə